ABŞ YPG terrorçularından İrana qarşı ordu düzəldir

Baxış sayı:
2488

ABŞ ordusunun Türkiyə sərhədində qurulacaq 5 müşahidə məntəqəsi ilə paralel, əsasını YPG terrorçularının təşkil etdiyi 30 min DSG döyüşçüsünə də İŞİD və İrana qarşı təlim verəcəyi bildirilib.
 
Demokratik Suriya Qüvvələri (DSG) və ABŞ arasında imzalanmış memorandum çərçivəsində, 30 min döyüşçüyə təlim keçiləcəyi öyrənilib.
“Al-Awsat” qəzetinə YPG liderlərindən birinin verdiyi açıqlamaya görə, ABŞ-ın, Türkiyə ilə sərhəddə söz mövzusu müşahidə nöqtələrinin qurulmasına başladığı, DSG döyüşçülərinə təlm verilməsində məqsədinin İŞİD və İranı Suriyada çıxarmaq olduğu bildirilib.
Onun sözlərinə görə, ABŞ ilə müqavilə 2019-cu ilin sonuna qədər uzadılacaq.

Müxalifət.az