Afrin və “Fərat qalxanı” komandirləri ilə toplantı: Fırtına öncəsi səssizlik

Baxış sayı:
7531

Türkiyənin Suriya ilə sərhəddəki Kilisə gedən 2-ci ordu komandanı, ordu generalı İsmayıl Mətin Təməl paşanı uşaqlar zeytun budaqlarından ibarət olan çiçəklə qarşılaıyb. Təməl paşa, “Fərat Qalxanı” və “Zeytun Budağı” Hərəkatları bölgələrində xidmət edən general və polkovniklər ilə bir toplantı keçirib.
 
Ordu komandanı Təməl paşa, daha sonra “Fərat Qalxanı” və “Zeytun Budağı” bölgələrində xidmət edən komandirlərlə toplantı keçirərək bölgədəki vəziyyət müzakirə olunub. Bu toplantı Türkiyənin Fəratın şərqinə yönəlik hərəkata başlaması ilə bağlı bir hazırlıq və fırtına öncəsi bir sakitlik kimi dəyərləndirilib.
Ayrıca Təməl paşanın zeytun budağı çiçəkləri ilə qarşılanması da Türkiyənin növbəti hərəkatla Suriyanın şimal şərqinə də sülh gətirəcəyi anlamını daşıyır.
Müxalifət.az