"Ağlı başında olan uşaqlı qadınla evlənməz" - YENİ QALMAQAL - FOTO
29-08-2018 17:46
Baxış sayı:
1417

Hande Ataizi "Uşaqlı qadınla evlənmərəm. Mənimkilər mənə bəsdi" deyən Mehmet Ali Erbili topa tutub.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Ataizi aparıcılığını etdiyi proqramda "Ağlı başında olan kim səninlə evlənər ki?" sözləri ilə şoumenə sərt reaksiya göstərib.
Qeyd edək ki, Mehmet Ali Erbil verdiyi son müsahibəsində "Yenidən evlənməli olsanız, necə qadınla ailə qurarsınız?" sualına "Uşaqlı qadınla evlənmərəm. Mənimkilər mənə bəsdi. Bu yaşımdan sonra bir də uşağın problemləri ilə məni narahat etməsin. Amma məndən uşaq ola bilər. Bugün evlənsəm, yenə uşağım olar" cavabını vermişdi.
Xatırladaq ki, Mehmet Ali Erbil Muhsine Şehnaz Kamiloğlu, Nergis Kumbasar, Sedef Altuntaş və Tuğba Çoşkunla ailəli olub, 3 uşağı var.