Ağstafada evdən qaçan qız Bakıda tapıldı
18-12-2019 11:41
Baxış sayı:
3470

Ağstafa rayonunda evdən qaçan qız Bakıda tapılıb. Trend-in məlumatına görə, Dağ kəsəmən kənd sakini Əsgərov Mehman Telman oğlu polisə ərizə ilə müraciə edərək bildirib ki, qızı, 1991-ci il təvəllüdlü Əsgərova Nigar Telman qızı yaşadığı evdən çıxaraq itkin düşüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, N.Əsgərova sağ-salamatdır və Bakıda xalasının evindədir. N.Əsgərova polisə müraciət edərək bildirib ki, o, Bakıda xalası Kəmalə Hümbətovanın evindədir və heç bir şikayəti yoxdur. Faktla bağlı araşdırma aparılır.