Aldadıb avtomobilini əlindən aldılar
7-12-2018 13:03
Baxış sayı:
6589

Bakıda dələduzluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki,Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Xalıqov Orxan adlı şəxsin onu dələduzluq yolu ilə aldadaraq “Peugeot” markalı avtomobilini aldığını, pulunu isə ödəmədiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) cinayət işi başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Orxan Şərəfxanov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar davam etdirilir.