Almaniya Türkiyəyə maliyyə yardımı göstərməyə hazırlaşır
29-08-2018 09:33
Baxış sayı:
352

Almaniya hakimiyyəti Ankaraya təcili maliyyə köməyinin göstərilməsi imkanına baxır. Muxalifet.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” qəzeti bildirib. Nəşrin yazdığına görə, Berlin ehtiyat edir ki, iqtisadi problemlər və türk lirəsinin dəyərinin düşməsi Yaxın Şərqdə sonrakı qeyri-sabitliyə gətirib çıxara və immiqrasiyanın yeni dalğasını yarada bilər. Almaniya və Avropa İttifaqındakı rəsmi mənbələrin məlumatına görə, bu məsələ ilə bağlı konsultasiyalar hələ erkən mərhələdədir. “Türkiyədə vəziyyəti sabitləşdirməyə çalışmaq üçün çox şey edərdik. Bizim xüsusi seçimimiz yoxdur”, - nəşr Almaniyanın rəsmi şəxsləri arasındakı mənbənin sözlərini sitat gətirib.