Almaniya XIN-dən Türk futbolçuçu üçün açıqlama

Baxış sayı:
2125

Almaniyanın xarici işlər naziri Heiko Maas, ölkənin “Bild” qəzetinə verdiyi müsahibədə, Türk əsilli Alman vətəndaşı və Almaniyanın futbol üzrə milli komandasının sabiq futbolçusu Məsut Özilin Londonda prezidenti Rəcəb Tayyib Ərdoğanla şəkil çəkdirməsindən sonra baş verən hadisələrin Almaniyanın nüfuzunu xələl gətirdiyini bildirib.
 
Maas, "Özilin Alman milli komandasını buraxması köçmənlərlə bağlı məsələlərə təkan verib. Son aparılan müzakirələr, Almaniyada yaşayan miqrantların və Yəhudilərin məruz qaldığı irqçi hücumların sayının artması, Almaniya üçün utanc verici bir vəziyyətdir. Bu mübahisələr Almaniyanın beynəlxalq nüfuzuna ziyan vurur. Yaşanılan bu proseslər Almaniyada irqçiliyin yenidən yüksəldiyini göstərir. Ölkəmizdə yaşayan əcnəbi əsillilər Almaniyada özlərini təhdid altında görməməlidir. Bunun üçün hamı birlikdə daha tolerant olmağımız üçün çox çalışmalıyıq" deyə, açıqlama verib.
Müxalifət.az