Almaniyada panika başladı! Məsud Özildən sonra..

Baxış sayı:
3829

Almaniyanın köklü qəzeti “Deutsche Welle”, Məsud Özil böhranının Almaniyanın AVRO 2024 ev sahibliyini təhlükəyə saldığını yazıb və "Federasiya ev sahibliyini və ləyaqətini itirə bilər" – deyib.
 
Məsud Özilin prezident Rəcəb Tayyib Ərdoğan ilə çəkdirdiyi fotoşəkildən sonra məruz qaldığı irqçi hücumlar səbəbiylə milli komandanı tərk etməsinin əks-sədaları sürür. Ölkənin məşhur yayın qurumu “Deutsche Welle”-in internet saytında maraqlı bir yazı dərc olunub. Joscha Veber imzalı yazıda, "Özilin milli komandanı tərk etməsi, Almaniyanın AVRO 2024 namizədliyinə kölgə salır. Almaniya Futbol Federasiyası bu işdən zərərli çıxır. Gərək ev sahibliyini, istərsə də ləyaqətini itirə bilər" qeyd edilib. Federasiyanın sədri Grindelin istefasının tələb olunduğu vurğulanan yazıda, "İstefa verə bilərdi, lakin AVRO 2024 namizədliyi üçün hələ də oradadır" iddiası yer alıb.
Müxalifət.az