Almaniyadan Qaşıqçı cinayətinə riyakarlıq

Almaniyanın xəbər jurnalı “Der Spiegel”-in xəbərinə görə, Alman hökumətinin jurnalist Camal Qaşıqçı-nın öldürülməsindən sonra Səudiyyə Ərəbistanına yeni silah satışını qadağan edəcək qərarı 2 ay üçün keçərli olacaq. Almaniya, 2 ay sonra Ər-Riyada qarşı silah satışlarını təkrar dəyərləndirəcək.
Xəbərə görə, Alman hökuməti, noyabr ayının əvvəlində silah istehsalçılarına icazə verilən silahların Səudiyyə Ərəbistanına ixracının dayandırılmasını istəyib.
DAYANDIRILAN İXRAC HƏCMİ 2,5 MİLYARD AVRO
“Der Spiegel, dayandırılan silah ixrac həcminin 2,5 milyard avroya bərabər olduğunu bildirib.
Qeyd edək ki, Almaniya keçən ay, Qaşıqçı cinayətinin nəticəsi ortaya çıxana qədər Səudiyyə Ərəbistanına bütün hərbi ixracı dayandırdığını açıqlamışdı.
Alman hökuməti, Ər-Riyad üzərində daha təsirli olması üçün digər Avropa Birliyi ölkələrinin (Aİ) də oxşar qərarı almasını istəmişdi.
Almaniya, eyni zamanda Səudiyyə jurnalisti Camal Qaşıqçı qətlilə əlaqəsi olan 18 nəfərə ölkəyə giriş qadağası gətirmişdi.
Səudiyyə Ərəbistanı, Almaniyanın yeni ildən bu yana ən çox silah satdığı ikinci ölkə olub. Almaniya, ilin 9 ayında Əlcəzairə 741,5 milyon avro, Səudiyyə Ərəbistanına da 417 milyon avro dəyərində silah satıb.
Müxalifət.az