Amerikalı səfirdən ÇARPICI MÜNBİÇ ŞƏRHİ

Baxış sayı:
1411

ABŞ-ın keçmiş Ankaradakı səfiri Ceyms Cefri, ABŞ ilə Türkiyə arasında razılığa gəlinən Münbiç yol xəritəsinə dair, “Türkiyə, ABŞ istəsə də, istəməsə də orada böyük rol oynayacağına qərar verdiyi üçün hazırda Münbiçdə vəziyyət bu şəkildədir” deyib.
 
Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu Vaşinqton Ofisinin (SEDA DC) təşkil etdiyi "Münbiç Müqaviləsi: Türk Amerikan Münasibətlərinin Gələcəyi" adlı paneldə ABŞ-ın köhnə Ankara səfiri Ceyms Cefri məruzəçi kimi iştirak edib.
 
İNDİ TÜRKİYƏ KİMİ GÜCLÜ MÜTTƏFİQLƏRƏ DAHA ÇOX EHTİYACIMIZ VAR
 
ABŞ-ın yeni Milli Müdafiə Strategiya Sənədində Çin və Rusiyanın “prioritet sınama sahəsi" olaraq adlandırıldığını xatırladan Cefri, bu strategiya sənədi fonunda Vaşinqtonun Türkiyə kimi güclü müttəfiqlərə daha çox ehtiyac duyacağını söyləyib.
 
MÜNBİÇ ÜÇÜN MASAYA OTURMAĞIMIZIN SƏBƏBİ TÜRKİYƏNİN QƏTİYYƏTLİ DAVRANIŞIDIR
 
ABŞ-ın müttəfiqlərinin təhlükəsizlik prioritetlərini nəzərə almasının lazım olduğunu vurğulayan Cefri, “Türkiyənin cənubda, İraq və Suriyada təhlükəsizliyini təmin etməsi lazım olduğuna inanırıq, ancaq Türkiyənin bunu necə edəcəyi məsələsində rahat deyilik. Müttəfiqimizin orada daha böyük bir rol oynaması barədə də istəkli deyilik, ancaq Türkiyə, ABŞ istəsə də, istəməsə də orada böyük rol oynayacağına qərar verdiyi üçün hazırda Münbiçdəki vəziyyət bu şəkildədir " deyib.
 
MÜNBİÇ YOL XƏRİTƏSİNİN UĞURLU OLMASINI GÖZLƏYİRƏM
 
Münbiçin, İŞİD-ın varlığından dolayı ABŞ üçün bir vaxtlar əhəmiyyətli olduğunu qeyd edən Cefri, ABŞ ilə Türkiyənin üzərində razılaşdığı Münbiç yol xəritəsinin uğurlu olmasını gözlədiyini söyləyib.
 
TÜRKİYƏ “FƏRAT QALXANI” VƏ “ZEYTUN BUDAĞI” HƏRƏKATLARI İLƏ ƏLİNİ GÜCLƏNDİRDİ
 
Türkiyənin "Zeytun Budağı” və “Fərat Qalxanı” Hərəkatı ilə Suriyadakı əlini gücləndirdiyinə işarə edən Cefri, “ABŞ, artıq İŞİD məsələsində daha az qayğılı olduğundan dolayı iki tərəf də indi Suriyada İran, Rusiya və Əsəd rejiminə qarşı nə ediləcəyinə diqqət yetirməlidir" deyib.
Cefri, həmçinin ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) Suriyadakı fəaliyyəti və bunların Türkiyə ilə ABŞ əlaqələrinə təsiri mövzusundakı gileylərini çatdırmaq üçün həm hərbi, həm də mülki rəsmilərin ona zəng etdiklərini söyləyib.
Müxalifət.az