Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının cinayətkar saxtalığı - MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
11635

Cinayəti olmayan Qarabağ qazisi “şübhəli şəxs”dirsə , hakimlərin cinayəti şübhəsizdir

Bakı şəhəri, Nizami rayon məhkəməsinin hakimi Nigar Qədirlinin adından dələduz icra məmurlarının 14.10.2022-ci ildə   tərtib etdiyi saxta 05.09.2022-ci il tarixli 1-ci dərəcəli Qarabağ qazisinin evində axtarış aparılması haqqında qərardan anında – 8 ay qabaq şikayət verilsə də, Bakı Apellyasiya Məhkəməsinin və Nizami məhkəməsinin cinayətkar saxtalığı nəticəsində şikayətə baxılması gerçəkləşməyib. Nizami məhkəməsinin qərarının saxtalığını məhkəmənin özündən yox, statusu göstərilməyən Azad İsmayılzadə adlı şəxsin ismayilzadə.azad@inbox.ru elektron poçtundan Qarabağ qazisinin elektron  poçtuna 14.10.2022-ci ildə göndərilməsi sübut edir. Qərardan 3 günə şikayət vermək hüququ izah edilib . Cinayətkar saxtalığa baxın, qərarı 40 gün sonra verib, 40 gün qabağa şikayət verməli olduğunu bildirirlər.
Cinayətkar saxtalıq bununla bitmir. 05.09.2022-ci il tarixli qərarda barəsində prosessual məcburiyyət tədbiri tətbiq edilən şəxsin “HAZIRDA NİZAMİ RPİ-NİN MSY-DƏ  (MÜVƏQQƏTİ SAXLAMA YERİ) HƏBSDƏ OLDUĞU” vurğulanıb. Bəs həbsdə olan şəxsə niyə qərar elə istintaq – işgəncə kamerasında verilməyib? Niyə vəkil ayrılması məcburi olduğu halda, “şübhəli şəxsə” vəkil ayrılmayıb və nə özünün, nə müdafiəçisinin məhkəmə iclasında iştirakı təmin edilməyib? Nizami rayon prokuroru Pərviz İbayevin təqdimatı hanı? Cinayət işinin yalnız nömrəsi göstərilir, bəs tarixi hanı? Tarixsiz cinayət işi başlanıb? Yəni cinayətkar saxtalıq,  insan hüquqlarını cinayətkarcasına tapdalamaq göz qabağındadır və apellyasiya instansiyasının bu cinayətə hüquqi qiymət verəcəyi qanunun tələbidi(r). Di gəl. . .
Bakı Apellyasiya Məhkəməsi aşağı instansiyanın cinayətkar saxtalığına hüquqi qiymət verilməsini təmin etmək yerinə, özü də cinayət(kar) instansiyası olduğunu ortaya qoydu. Yuxarı instansiyanın, həm elektron qaydada, həm də poçtla göndərilən 16.10.2022 tarixli  şikayəti 7 ay gizlətməsi cinayət deyilmi ? 7 ay hər gün, hər 3-5 gündən bir ali dövlət hakimiyyəti orqanlarına, oradan da Bakı Apellyasiya Məhkəməsinə göndərilən şikayətin “daxil olmadığı” “dedığım dedığdır” özbaşınalığı ilə bildirilib. Axırı, Məhkəmə-Hüquq Şurasından daxil olan şikayətə baxılmasına heyət ayrılıb.
İlqar Murquzov, Qədim Babayev və Anar Tanrıverdiyevdən ibarət heyət 08.05.2023-cü ildə şikayətə baxmaqdan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyündən və müddətin bərpası üçün vəsatət verilmədiyindən imtina edib. (?) Heç demə, Bakı Apellyasiya Məhkəməsinin şikayəti gizlətməsinin CİNAYƏTİ cinayəti olmayan Qarabağ qazisinin ayağına yazılır. İlqar Murquzov, Qədim Babayev və Anar Tanrıverdiyev “xorla” 1-ci dərəcəli Qarabağ əlilini “şübhəli şəxs” ediblər. Belədə deyiblər, adımı sənə qoyum, səni də yana – yana qoyum. QARABAĞ ƏLİLİ “ŞÜBHƏLİ ŞƏXS”DİRSƏ, NİZAMİ MƏHKƏMƏSİNİN HAKİMİ NİGAR QƏDİRLİ,  APELLYASİYA HAKİMLƏRİ İLQAR MURQUZOV, QƏDİM BABAYEV VƏ ANAR TANRIVERDİYEVİN CİNAYƏTİ ŞÜBHƏ DOĞURMUR. Vətəndaşı məhkəmə qərarı olmadan həbsdə saxlamaq, müdafiə, məhkəmə  təminatı hüququndan məhrum etmək ən böyük cinayətdir. Onu da vurğulayaq ki, Nizami məhkəməsinin hakimi Nigar Qədirli 29.03.2023 tarixli məktubla 05.09.2022 tarixli qərarın 14.10.2022-ci ildə elektron poçt vasitəsilə 1-ci dərəcəli Qarabağ qazisinə verildiyini bildirib , amma Bakı Apellyasiya Məhkəməsi prosessual müddətin qərarın qəbul edildiyi 05.09.2022-ci ildən 3 gün olduğunu qeyd edib. Cinayətkar saxtalığı sübut etməyə ehtiyac qalmır, elə cinayət hakimləri  özləri sübut edirlər.
Bakı Apellyasiya Məhkəməsinin İlqar Murquzov, Qədim Babayev və Anar Tanrıverdiyevdən ibarət heyətinə isə Cinayət Prosessual Məcəlləsini bir daha oxumaları , Məhkəmə-Hüquq Şurasının isə  rüşvətdən savadsız hakimləri savadartırma kurslarına cəlb etməsi məsləhət görülür.
Qoy bilsinlər ki, həbsdə olan və barəsində çıxarılan qərarın iclasında (heç bir iclas keçirilməyib-M.B.) iştirak etməyən və məhbəsdə (40 gündən sonra tərtib edilən) qərarı almayan “şübhəli şəxs”in prosessual müddəti ötürməsi “üzrünün” suçu məhkəmənin üzərinə düşür. Ümumiyyətlə, tarixi olmayan cinayət işi üzrə kimisə cinayətdə suçlamaq, “şübhəli şəxs” statusuna məhkum etmək cinayət sayılır. Nə yazıq rayon prokuroru Pərviz İbayevdən tutmuş yuxarı prokurorluğa  kimi, məhkəmə hüquq sisteminin özü də cinayətin rüşvətlə himayəsindədirlər.
Çox güman, Konstitusiya Məhkəməsi cinayətkar saxtalığa hüquqi qiymət verilməsində çətinlik çəkməz.
Məğrur BƏDƏLSOY