"Argentinalı olmaqdan gözəl heç nə yoxdu" - MESSİ

Baxış sayı:
1888

Argentina yığmasının lideri Lionel Messi Nigeriya ilə oyundan sonra fikirlərini bildirib. Muxalifət.az komanda.az-a istinadən xəbər verir ki, Messi qələbə qazanacaqlarına son ana qədər əmin olduqlarını bildirib. O, layiqli şəkildə növbəti mərhələyə vəsiqə əldə etdiklərini vurğulayıb: "Biz tam əmin idik ki, bu oyunda qalib gələcəyik. Belə tərzdə qalib gəlmək möcüzəvidi. Sevinmək haqqımız idi. Növbəti mərhələyə adlamağa layiq idik". Messi "instaqram"da azarkeşlərə də müraciət edib: "Bu xoşbəxtliyə görə Allaha minnətdaram. Hər oyundakı bu ağlasığmaz dəstəyə görə isə sizə minnətdaram. Pis və yaxşı günlərdə dünyada argentianlı olmaqdan gözəl heç nə yoxdu. Argentina Nigeriyaya 2:1 hesabı ilə qalib gəlib. Lionel Messi komandasının ilk qolunu vurub. Argentina 1/8 finalda Fransa ilə qarşılaşacaq. Oyun iyunun 30-da Kazanda keçiriləcək.