ARVADI TƏRƏFİNDƏN DÖYÜLƏN KİŞİ POLİSƏ SIĞINDI, daha sonra… Foto
25-11-2018 10:34
Baxış sayı:
3025

Evdə işgəncə görən və boşanmaq istəyən kişini arvadı mətbəx aləti ilə döyüb.
Muxalifet.az teleqraf.com-a istinadən bildirir ki, İstanbulda yaşayan Yaqub 3 il öncə Məryəm adlı qadınla evlənib.
Cütlük arasında tez-tez problemlər olub, dava düşüb. Məryəm qayınanası ilə görüşmək istəmədiyi üçün ərini küçədə saxlayıb, əri isə oteldə qalmağa məcbur olub.
Buna görə də Yaqub boşanmaq üçün məhkəməyə müraciət edib.
Boşanmaq istəməyən Məryəm ərini möhkəm döyüb. Arvadının əlindən qaçıb polisə sığınan kişi daha sonra xəstəxanada müalicə alıb.
Qeyd edək ki, qadını 3 ilə qədər həbs gözləyir.