Avropa Birliyində yeni siyasi böhran

Avropa İttifaqı və London rəhbərliyi arasında aparılan gərgin danışıqlar çərçivəsində “Brexit-dən” sonra münasibətləri tənzimləyəcək layihə sənəddə razılığa gəlinib. Ancaq, İspaniya Cəbəllütariqlə bağlı qeyri-müəyyənlik səbəbindən, müqaviləni ratifikasiya etməyəcəyini bildirib.
“Reuters” xəbər agentliyinə danışan İspan diplomatik mənbələr, Madrid rəhbərliyinin Cəbəllütariqlə bağlı qeyri-müəyyənlik səbəbindən “Brexit” müqaviləsini təsdiq etməyəcəyini bəyan edib.
“Brexit”-lə birlikdə İspaniya və İngiltərə arasındakı 300 illik Cəbəllütariq münaqişəsi yenidən alovlanıb.
İspaniya, uzun müddətdir İngiltərəyə aid bölgənin suverenliyinə ortaq olmağı təklif edir.
Bununla bağlı, tərəflər, keçən il bir-birlərinə ağır iradlar bildirmişdi.
Cəbəllütariq-in xüsusi statusu
Cəbəllütariqlılar Britaniya vətəndaşları sayılır, lakin region daxili işlərini regional bir hökumət və baş nazir idarə edir.
Bölgə, xarici siyasət və müdafiədən başqa, vergi də daxil hər məsələdə muxtar hüquqlar daşıyır.
Kiçik əraziyə baxmayaraq Şimali Afrika sahillərindən yalnız 18 kilometr məsafədə yerləşən Cəbəllütariq, strateji əhəmiyyətə malikdir. Böyük Britaniyanın buradakı hərbi bazası bir liman və bir hava limanını da əhatə edir.
Müxalifət.az