Avtomobil dayanacağında minlərlə insan SOYUNACAQ – Səbəb...

Baxış sayı:
3181

 
Avstraliyada Woolworths supermarketlər şəbəkəsi bildirib ki, ABŞ fotoqrafı Spencer Tunick çılpaq fotosessiya keçirmək üçün supermarketin damındaki avtomobil dayanacağı parkından istifadə edə bilər.
Beləliklə, supermarket öz əvvəlki qərarını dəyişmiş oldu.
Aprel ayında Woolworths Tunick-in xahişinə rədd cavabı verərək, bildirmişdi ki, şənbə günü belə bir tədbirin keçirilməsi supermarketə gələn alıcılara maneçilik törədə bilər.
İnternetdə fotosessiyanın keçirilməsi üçün petisiya təşkil edildikdən sonra Woolworths mövqeyini dəyişərək bildirib ki, Spencer Tunick öz fotosessiyası üçün supermarketin damındakı avtomobil dayanacağından bazar ertəsi səhər tezdən 1 saat ərzində istifadə edə bilər.
Woolworths sözçüsü bildirib ki, fotosessiya təşkilatçıları tədbirin supermarket müştərilərinin maraqları nəzərə alınmaqla uyğun tarix və vaxtda keçirilməsinə razılıq veriblər.

Spencer Tunick-in Sydney Opera House kompleksində 2010-cu ildə keçirdiyi fotosessiyada minlərlə adam iştirak edib.

İyilun 9-da keçiriləcək çılpaq fotosessiyada iştirak etmək üçün artıq 11000 adam qeydiyyatdan keçib(bbc).