Axtarış
The search found 105857 results in 0.047 seconds.
Search results
Bu şəxslərə 50 avtomobil hədiyyə edildi - PREZİDENTİN TAPŞIRIĞI İLƏ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli ölkəmizin dinamik iqtisadi inkişafı şəraitində güclü sosial siyasətin həyata keçirildiyini, o cümlədən həssas qruplara dövlətin qayğısının artmaqda davam etdiyini vurğulayıb.Muxalifet - 9-08-2019
İki bacısını amansızlıqla öldürən Muxtara ömürlük cəza verildi - daha əvvəl də adam öldürmüşdü
Həbsxanadan çıxdıqdan sonra iki bacısını öldürən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bacılarını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Muxtar Əlimanov ömürlük azadlıqdan məhrum edilib.
Muxalifet - 9-08-2019
Hadisələrin gedişatını diqqətlə izləyirik" - Azərbaycanın Qırğızıstandakı səfiri Atambayevin həbsindən DANIŞDI
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov son günlər bu ölkədə baş verən hadisələrdən danışıb.
Səfir Demokrat.az-a eksklüziv açıqlamasında bildirib ki, sabiq prezident Almazbek Atambayevin həbsinə Qırğızıstanın daxili məsələsi kimi yanaşılır:Muxalifet - 9-08-2019
“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi avqustun 12-13-də qeyd olunacaq Qurban bayramı münasibətilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Qurumdan Muxalifet.az-a verilən məlumata görə, istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə zəruri tədbirlər həyata keçiriləcək.Muxalifet - 9-08-2019
Niyaməddin Musayevin Mətanət İsgəndərli ilə ROMANTİK RƏQSİ - VİDEO
Xalq artisti Niyaməddin Musayevlə əməkdar artist Mətanət İgəndərlinin videosu yayılıb.
“Ölkə.Az” xəbər verir ki, məclislərin birində çəkilən video maraqla qarşılanıb.
Videogörüntüdə İsgəndərlinin ifa etdiyi lirik mahnının sədaları altında hər iki sənətçi rəqs edir.
Sözügedən videonu təqdim edirik:Muxalifet - 9-08-2019
Faşist Breyvik Ermənistanda qəhrəmana çevrilib –Portreti Yerevanda sərgilənib
Amansız qatil, terrorçu, məhkum olunmuş cinayətkar Anders Breyvik Ermənistanda qəhrəmana çevrilib. O, erməni rəssam Maksim Qikinyan üçün ilham mənbəyidir. Rəssam “Terlemezyan xatirələri” adlı sərgidə Breyvikin portretini Ermənistanın bayrağı fonunda sərgiləyib.
Terlemezyan məktəbini 40 il əvvəl bitirmiş yeddi məzunun işləri orada təqdim olunub. Lakin məhz bu “iş” diqqət mərkəzində olub.
Müasir faşizmin rəmzinə çevrilmiş Anders Breyvik hansı səbəbdən bu cür diqqətə layiq görülüb?
Muxalifet - 9-08-2019
Klarnet ifaçısı Hüseyn də tələbə adını qazandı – Foto
“Dostlar, tələbə adı mənə də qismət oldu. Yaşım 35 olsa da, dedim, qoy oluramsa, ali savadlı musiqiçi olum. Bu il Universitetə qəbul olan hər kəsi təbrik edirəm”.
Musavat.com bildirir ki, bu barədə tanınmış klarnet ifaçısı Hüseyn Məmmədoğlu öz “İnstagram” səhifəsində məlumat paylaşıb. 35 yaşlı ifaçı Milli Konservatoriyanın estrada sənəti fakültəsinə daxil olduğunu qeyd edib. Onun bu sevincinə tanınmışlar da qoşulub, təbrik şərhləri yazıblar.
Muxalifet - 9-08-2019
Etibar Piriverdiyevin rəis kürəkəni haqda ŞOK FAKTLAR
Böyük korrupsiya qalmaqlından sonra ləğv olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbəri Əli Abbasovun oğlu Eldar Abbasovun və "Azərenerji” ASC-nin keçmiş sədri, Mingəçevir SES-də baş verən partlayışdan sonra prezident İlham Əliev tərəfindən vəzivəsindən azad olunan Etibar Pirverdiyevin qızı Dünya Pirverdinin Londonda şirkəti tapılıb.
Əli Abbasovun oğlu ilə Etibar Pirverdiyevin qızı ilə 2014cü ildən evlidir. Gənclərin toy mərasimi "Buta Palace”da keçirilib və toyda bir çox yüksək vəzifəli dövlət məmurları iştirak edib.Muxalifet - 9-08-2019
Əhaliyə ÇAĞIRIŞ: Bunları dənizə atmayın
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) olaraq, təmizlənməmiş bir damcı suyun belə Xəzərə axıdılmasının əleyhinəyik.
Bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
Nazir müavini dəniz ətrafındakı iaşə obyektləri tərəfindən təmizləyici qurğuların quraşdırılmasını da vacib sayıb:Muxalifet - 9-08-2019
“Gilan Holdinq”in bağından yarım ton fındıq oğurlanıb
Qəbələ rayonunda fındıq bağından oğurluq olub. “Report”un xəbərinə görə, “Gilan Holdinq”ə məxsus “Nic 2” fındıq bağından yarım tona yaxın fındıq oğurlanıb. Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.
Muxalifet - 9-08-2019
Aysun İsmayılova: “Onlar mənim üçün də “pullu kişi hesabına tanınır” deyəcəkdilər”
“Mənim anamla bağlı söz deməyim düzgün deyil. Biz fotoşopdan istifadə etmirik, haramızısa, arıqlatmırıq, çünki genetikamız incədir. Mən 53, anam 49 kilodur. Bizim şəkillərimizə ancaq rəng verilir. Haqqımızda çıxan fotoşop xəbərləri doğru deyil”. Bu sözləri müğənni Aysun anası Rəqsanə İsmayılovanın fotoşoplu şəkillərlə gündəmə gəlməsinə münasibət bildirərkən deyib. Musavat.com-un suallarına cavab verən ifaçı artıq öz adı ilə tanınmaq istədiyini də dilə gətirib: “Anam olmasaydı, indiki kimi hörmətli olmazdım, asan tanınmazdım.
Muxalifet - 9-08-2019
Yağış "Binə" Ticarət Mərkəzində fəsadlar YARATDI: Kəbirə Məmmədovdan kompensasiya tələb edilir - VİDEO
Bakıda yağan yağış Binə Ticarət Mərkəzində ciddi fəsadlar yaradıb.
Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, mağaza sahibləri, satıcılar dükan və anbarlara dolan suyu təmizləməyə çalışsalar da, hələlik buna nail ola bilməyiblər. Əksər sahibkarlara ciddi ziyan dəyib.
Muxalifet - 9-08-2019
Çin ABŞ-la MÜHARİBƏ HAZIRLIĞINA başladı: son bir ayda...
Çin ABŞ-la ticarət müharibəsinə hazırlıq məqsədilə qızıl rezervlərini artırır.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, son bir ayda Çin 10 ton qızıl alıb və qızıl rezervlərini 1,945 tona çatdırıb.
Bununla yanaşı, Çinin valyuta rezervləri 3,1 trilyon dollar səviyyəsinə yüksəlib. Mütəxəssislərin fikrincə, qızıl ticarət müharibəsində ən sərfəli yatırımdır və Çinin bu addımları da ABŞ-la aparılan ticarət müharibəsinə hazırlıq məqsədi daşıyır.Muxalifet - 9-08-2019
Keçmiş prezidentə rəsmən ittiham irəli SÜRÜLDÜ - “VOR ZAKON” ƏZİZİN İŞİ VƏ... - Foto
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə rəsmən korrupsiya ittihamı irəli sürülüb. O, ötən gecə, Bişkek kənarındakı iqamətgahında təhlükəsizlik qüvvələri ilə qarşıdurmadan sonra saxlanıb.
Bişkekin “Bir may” rayon məhkəməsi avqustun 9-da bildirib ki, 62 yaşlı keçmiş prezidentə ittiham 2013-cü ildə kriminal avtoritet Əziz batukayevin qanunsuz olaraq azadlığa buraxılması ilə bağlıdır. O, bir deputatın və Daxili İşlər Nazirliyi rəsmisinin öldürülməsində təqsirli bilinmişdi.Muxalifet - 9-08-2019
"Opel" "VAZ-21011"lə toqquşdu: Ölən var
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 8-də saat 12 radələrində Bərdə şəhəri ərazisində E.Rəhimovun idarə etdiyi “Opel” və Ə.Kərimovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Kərimov, sərnişinləri D.Hüseynova və Yunis Həmidov xəstəxanaya yerləşdirib. Y.Həmidov orada ölüb. Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Muxalifet - 9-08-2019
Pentaqondan Trampı təkzib edən ŞOK açıqlama: “İŞİD yenidən canlanmağa başlayıb”
Pentaqon terror təşkilatı İŞİD-in Suriya ərazisində yenidən canlandığı ilə bağlı açıqlama yayıb.
Pentaqon yetkililəri tərəfindən ABŞ Konqresi üçün hazırlanan hesabat bildirilir ki, amerikalı əsgərlər Suriyadan çıxmağa başladıqdan sonra təşkilat tərəfdarları ölkədə yenidən qruplaşmalar yaratmağa başlayıblar.
Hesabatda qeyd edilir ki, İŞİD Suriyadakı "paytaxtı" Raqqanı itirməsinə baxmayaraq, bu ölkədə və İraqda yerli güclərin zəifləməsindən faydalanıb. İŞİD-in İraqda ardıcıl güclü terror aktları planlaşdırdığı da sənəddə qeyd edilib.Muxalifet - 9-08-2019
SON DƏQİQƏ: PKK türk ordusuna raket atdı - İki əsgər...
PKK YPG terror təşkilatı Türkiyə Silahlı Qüvvələrinə hücum edib. Muxalifet.az xəbər verir ki, Təl Rıfat bölgəsindən Afrinə doğru tank əleyhinə raket atılıb. Nəticədə, 2 türk əsgəri yaralanıb. TSQ cavab olaraq terrorçuların mövqelərini atəşə tutub.
Muxalifet - 9-08-2019
Keçmiş arvadı Rəvanı İTTİHAM ETDİ: Gündə 200 manat hesab ödəyir, amma alimenti güclə verir - VİDEO
Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişində müğənni Rəvan Qarayevin keçmiş həyat yoldaşı Günay Rəhimova canlı efirə zəng vuraraq onun barəsində qalmaqallı açıqlamalar verib.
G.Rəhimova R.Qarayevin qeyri-rəsmi yaşadığı xanımın ona və qızına qarşı qeyri-etik hərəkətlər etdiyi bildirib.Muxalifet - 9-08-2019
Nailin azad edilməsinə vəkilindən MÜNASİBƏT: "Böyütmək lazım deyil. Jurnalistlər milçəkdən fil edir”
Xəbər verdiyimiz kimi, Ali Məhkəmə Baş Nazirin müavini Əli Həsənovun nəvəsi, iki nəfərin ölümünə səbəb olmuş yol qəzası törətməkdə təqsirləndirilən Nail Allahverdiyevin dərhal azad edilməsi barədə qərar çıxarıb.
Muxalifet.az xəbər verir ki, N. Allahverdiyevin vəkili Muxtar Mustafayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu, tam haqlı və hətta gecikmiş qərardır:
Muxalifet - 9-08-2019
Polisdə “qaranquş” işgəncəsi: Müşfiq Quliyev danışır - “KƏNDİRİ AĞZIMDAN SALIB GERİ DARTDILAR, ÇƏKİB...”
Rusiyada biznesmenin və onun azyaşlı oğlunun qətlində ittiham olunan, istintaq təcridxanasında ağlasığmaz işgəncələrə məruz qalan, daha sonra bəraət alıb Azərbaycana qayıdan Müşfiq Quliyev buradan İşgəncələrə Qarşı Komitəyə müraciət edib.
Muxalifet - 9-08-2019