Axtarış

The search found 105857 results in 0.026 seconds.

Search results

  1. Məhşur kriminal avtoritet Rövşən "Lənkəranski"nin qəbrini ziyarət edəcək

    Rövşən "Lənkəranski"nin varisi, məhşur kriminal avtoritet Şeyx Xamzat Azərbaycana gəlir.
    Bu barədə "Şeyx" ləqəbli çeçenistanlı kriminal avtoritet Xamzat Qastamirova aid sosial şəbəkə hesablarında məlumat yayılıb.

    Məlumatda deyilir:

    Muxalifet - 14-08-2019

  2. “İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova

    “İttifaqdan istefalarla bağlı xəbərim var, lakin istefaların səbəbini bilmirəm”. 
    Muxalifet.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova deyib.
    Sədr İttifaqdan istefalarla bağlı yayılan məlumatı təsdiqləyib, lakin üzvlərin istefa səbəblərini bilmədiyini deyib: “Yaxın vaxtlarda onların çıxmağının səbəbi dəqiq bilinəcək”. 

    Muxalifet - 14-08-2019

  3. "Aramızda çəki fərqi çox idi" - Boksçu deputat Məhəmməd Əli ilə görüşündən DANIŞDI

    Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abiyev əfsanəvi boksçu Məhəmməd Əli ilə görüşündən danışıb. 
    Deputat Demokrat.az-a açıqlamasında Məhəmməd Əli ilə görüşünün unudulmaz olduğunu söyləyib:

    Muxalifet - 14-08-2019

  4. ​“Nar”-ın korporativ müştərisi ol, sərfəli tariflərdən yararlan!

    Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran və sahibkarların tələblərini hər zaman nəzərə alan “Nar”, korporativ müştəriləri üçün sərfəli qiymətlərlə yeni təkliflər təqdim etməkdə davam edir. Mobil operator yüksəkkeyfiyyətli şəbəkə, sürətli və kəsintisiz internet xidmətləri, tarif paketləri ilə sahibkarlara sərfəli əməkdaşlıq təklif edir. “Nar”-ın korporativ müştərisi olmaqla biznes sahibləri əlverişli şərtlərlə yüksəksürətli internetə çıxış imkanı verən “Nar MiFi” və “Nar Wi-Fi” cihazları, eləcə də data nömrələr əldə edə bilərlər.

    Muxalifet4 - 14-08-2019

  5. Rusiya 4 günlük iş sisteminə keçir - Əhali təlaşda...

    Rusiya həftəlik iş sistemində yeniliyə hazırlaşır. Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni sistemə görə, Rusiyada həftənin 4 günü çalışıb, 3 gün tətil edəcəklər. Belə ki, ölkədə insanların özlərinə və ailələrinə daha çox zaman ayıra bilməsi, işsizlik səviyyəsinin azaldılması üçün bu sistem üzərində iş aparılır. Əhali arasında aparılan sorğu nəticəsində isə məlum olub ki, sakinlərin 43 faizi həftədə 4 gün işləmək sisteminə qarşıdır. Belə ki, əhali az işləyəcəyi halda əmək haqqlarının azalmasından qorxur.

    Muxalifet - 14-08-2019

  6. Tanınmış futbolçu vəfat etdi - FOTO

    Argentina millisinin sabiq üzvü Xose Luis Braun vəfat edib.

    Unikal.org xəbər verir ki, keçmiş müdafiəçi uzun müddət idi ki, altsheymer xəstəliyindən əziyyət çəkirdi. Braun 62 yaşında dünyasını dəyişib. “Tata” ləqəbi ilə tanınan Braun, 1986-cı ildə keçirilən dünya çempionatının finalında – Argentinanın Qərbi Almaniyanı məğlub etdiyi oyunda (3:2) komandasının ilk qolunu vurmuşdu.

    Mərhum futbolçu klub karyerasında “Estudiantes”, “Boka Xuniors”, “Mursiya”, “Brest” kimi komandalarda çıxış etmişdu.

    Muxalifet - 14-08-2019

  7. Atambayevə yeni ittihamlar irəli sürüldü

    Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevə yeni ittihamlar irəli sürülüb. Modern.az Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, ona qarşı daha 2 maddə ilə ittiham irəli sürülüb. Yeni ittihamlar İstilik Elektrik Stansiyasının tikintisi və ofis alınması ilə bağlıdır.

    Muxalifet - 14-08-2019

  8. “Arzunuzu ürəyinizdə qoyacam!” - Mübariz Mənsimovdan SƏRT AÇIQLAMA

    Mübariz Mənsimov dünən qəzaya uğrayan "MAMMAD AMİN RESULZADE” gəmisinin son durumu haqqında sosial şəbəkədə paylaşım edib. Muxalifet.az Mənsimovun son paylaşımını təqdim edir: "Sizə son xəbərləri verim: "MAMMAD AMİN RESULZADE” gəmisini vuran "Doric Warrior” gəmisi barəsində İstanbul prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. Gəmi barəsində isə həbs qətimkan tədbiri seçilib. Əminəm ki, dünənki hadisədən sevinən bəzi adamların nurdan məhrum üzləri daha da qaralacaq.

    Muxalifet - 14-08-2019

  9. Ödənişli təhsil alan tələbələrə ŞAD XƏBƏR - Nazir göstəriş verdi

    Azərbaycanda ödənişli əsaslarla ali təhsil alan tələbələrə ödənişi hissə-hissə verməklə bağlı şərait yaradılacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.
    C.Valehov bildirib ki, Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratmaları tapşırılıb.

    Muxalifet - 14-08-2019

  10. “Təcili səfərbərlik elan olunmalıdır!” - Ermənistan XİN-in bəyanatına Bakıdan SƏRT REAKSİYA

    Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan Paşinyanın sərsəm fikirlərini müdafiə etməklə danışıqların perspektivini sual altında qoydu; İrəvan birmənalı şəkildə savaşı seçdi

    İrəvan növbəti dəfə Qarabağ məsələsinin dinc yolla tənzimlənməsində maraqlı olmadığını nümayiş etdirib. Belə ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndidəki çıxışı zamanı səsləndirdiyi avantürist, təhrikedici bəyanatları dəstəkləyib.

    Muxalifet - 14-08-2019

  11. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”

    on 10 ildə Rusiya təhlükəsi ABŞ-ın xarici siyasət sahəsi üzrə ekspertlərinin və dövlət məmurlarının düşüncələrində əsas yeri tutur. Bu qorxu Rusiya hökumətinin ABŞ-dakı 2016-cı il seçkilərinə müdaxiləsi ilə xüsusilə böyüyüb.

    Xüsusi məsələlər üzrə keçmiş prokuror Rober Müller deyib: “Bu, yeganə cəhd olmayıb. Onlar bununla indi də məşğul olurlar. Və ruslar bunu növbəti seçki kampaniyasında da etmək niyyətindədirlər…”

    Muxalifet - 14-08-2019

  12. Rusiyanın Tu-160 strateji raketdaşıyanları ABŞ-ın “burnun ucunda”...

    Rusiyanın iki Tu-160 strateji raketdaşıyanı Çukotka yarımadasındakı Anadır aerodromuna enib. Bu aerodrom ABŞ sərhədlərinin bilavasitə yaxınlığındadır. Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

    Muxalifet - 14-08-2019

  13. Vilayət Eyvazov rəisi işdən azad etdi - YENİ TƏYİNAT

    Daxili işlər orqanlarında yeni təyinat olub.
    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Babək Mərdanov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq yaş həddinə görə təqaüdə göndərilib. Onun yerinə isə, polis kapitanı Fərid Mayılov təyin edilib.

    Muxalifet - 14-08-2019

  14. Pakistan Azərbaycandan kömək istədi

    “Azərbaycan bizə dost olan ölkədir. Bu qardaş ölkədən dəstək gözləyirik”.

    Bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmənd ölkəsinin müstəqilliyinin 73-cü ildönümünə həsr olunan mətbuat konfransında bildirib.

    “Bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyində olmuşam, Kəşmir məsələsini müzakirə etdik. Həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Kəşmir təmas qrupunun da üzvü olduğunu qeyd etmək istəyirəm. Biz də Azərbaycandan Kəşmir qətnaməsini dəstəkləməsini xahiş etmişik”, – pakistanlı diplomat deyib.

    Muxalifet - 14-08-2019

  15. "Erməni silahlı dəstələri ərazilərimizdən geri çəkilərsə, müharibə olmayacaq" - Arif Hacılı

    "Müsavat Partiyasının heç bir beynəlxalq qurum, beynəlxalq təşkilat, xarici dövlət qarşısında hər hansı öhdəliyi yoxdur. Müsavat Partiyası Azərbaycanın Konstitusiyası, qanunları, beynəlxalq hüquq normaları və öz nizamnaməsinə əsasən fəaliyyət göstərir".
    Bu fikirləri Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. 
    Partiya sədri deyib ki, Müsavat Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyimizin bütün ərazilərimizdə təmin edilməsi, ölkədə hüquqi dövlət, demokratık cəmiyyət qurulmsı uğrunda mübarizə aparır:

    Muxalifet - 14-08-2019

  16. Sərhəddə atışma, Ermənistan ordusunun hərbçisi yaralandı

    Ermənistan ordusunun hərbçisi güllə yarası alıb.

    Ermənistan mətbuatının məlumatına görə, Azərbaycan və Ermənistan dövlət sərhədində baş verən atışma zamanı Tavuş bölgəsində döyüş növbəsi çəkən hərbçi yaralanıb.

    Güllə yarası alan 27 yaşlı Artak O. Çambarak Tibb Mərkəzinə aparılıb.

    O, Ermənistan ordusunda müqavilə əsasında xidmət edib.

    Muxalifet - 14-08-2019

  17. Əmək pensiyasının minimum məbləği artırıldı - SƏRƏNCAM

    Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

    Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.

    Sənədə əsasən, (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir.

    Sənədlə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

    Muxalifet - 14-08-2019

  18. EVİNİ GİROV QOYARAQ MTN-dən CANINI QURTARDI, İNDİ İSƏ… – 2015-ci ildən başlanan cinayət işi niyə “dalana dirənib”?

    Eldar Mahmudovun işdən çıxarılmasından və MTN-dəki cinayətkar qruplaşmaya qarşı cinayət işi başlanmasından 4 ilə yaxın vaxt keçsə də, bu şəbəkənin törətdiyi cinayətlərə hərtərəfli hüquqi qiymət verildiyini söyləmək mümkün deyil. Belə ki, cinayətkar qruplaşmanın bir çox qurbanları hələ də öz haqlarını aramaq üçün istintaq orqanlarının qapılarında, məhkəmələrdə, dövlət idarələrinin qarşısında sözün əsl mənasında sürünməkdədirlər. Belələrindən biri də ehtiyatda olan polis polkovnik-leytenantı Əfsəl Xanlar oğlu Həsənəliyevdir.

    Muxalifet - 14-08-2019

  19. “Atam niyə bir dəfə telefonla görüntülü zəng etmir?” - pilot ailəsinin davam edən dramı

    İtkin düşən pilotun qayınatası Qabil Hüseynli: “Təyyarənin qalıqlarından az bir hissə bütöv qalıb”

    İyulun 24-də saat 22.00 radələrində Xəzər dənizində qəzaya uğrayan MiQ-29 təyyarəsinin qalıqları tapılsa da, pilot Rəşad Atakişiyevin axtarışları hələ ki, bir nəticə vermir. Bununla bağlı musavat.com-a pilotun qayınatası, politoloq Qabil Hüseynli bildirdi. Qabil bəy axtarış işləri və digər məqamlarla bağlı suallarımızı cavablandırdı:

    -Qabil bəy, axtarış işləri ilə bağlı son məlumatlarınız nədən ibarətdir?

    Muxalifet - 14-08-2019

  20. Gömrüyün sistemi yenə də çökdü... - "Qırmızı Körpü"də GƏRGİNLİK

    Bu dəqiqələrdə Qırmızı Körpü sərhəd - keçid məntəqəsinin Azərbaycan tərəfində gərginlik yaşanır. Muxalifet.az yenisabah.az-a istinadən xəbər verir ki, gərginliyin səbəbi pasport sisteminin çökməsi və bu barədə vətəndaşlara heç bir açıqlama verilməməsidir. Sosial şəbəkələrdə yayılan məlumata görə, sistemin çökməsi nəticəsində uzun növbə yaranıb. Halı xarab olanlar var.

    Muxalifet - 14-08-2019

Pages