Axtarış
The search found 105854 results in 0.096 seconds.
Search results
KRİMİNAL ALƏMDƏ QALMAQAL - "Lotu Quli"nin imzası erməniyə görə saxtalaşdırıldı
Azərbaycanlı qanuni oğru Nadir Səlifovla (Lotu Quli) Kutaisi oğruları arasında ciddi qalmaqal yaranıb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, erməni əsilli Artur Atabekyana “oğru" səlahiyyətləri verməsi ilə bağlı həbsxanaya göndərilən “proqona” Qulinin də adı yazılıb ki, bu da azərbaycanlı qanuni oğrunun ciddi narazılığına səbəb olub. Quli hazırda Tver bölgəsindəki həbsxanalardan birində olan Artur Atabekyana heç bir dəstək vermədiyini bəyan edib və adının “proqona” onun izni olmadan yazılmasına görə izahat istəyib.
Muxalifet4 - 19-08-2019
Masallıda DƏHŞƏTLİ HADİSƏ: 11 gün əvvəl toyu olmuşdu - FOTO
Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib. Hadisə "İstisu" istirahət mərkəzində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib. İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib. Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş. Faktla bağlı araşdırma aparılır (Report).
Muxalifet - 19-08-2019
Spiker Mirzoyan erməni ordusunun Qazax tərəfdə irəlilədiyi haqda “şar üfürdü” - VRTANESYAN İSƏ ONA "AXMAQ" DEDİ..
Azərbaycan Dövlət Sərhəd Xidmətinin “Qazax” sərhəd diviziyasının Ermənistanla sərhəddə yeni taktiki və strateji yüksəkliklər tutduğu haqda Bakıdan verilən açıqlamalardan sonra erməni tərəfi də öz ordusunun “şücaəti” barədə lovğa bəyanatlara çıxış edir.
Muxalifet - 19-08-2019
Hadı Rəcəblinin istirahət mərkəzindən - BİABIRÇI VİDEO
Lənkərandakı "Palıdlı sahil" istirahət mərkəzində istirahət edən şəxslərdən biri redaksiyamıza video göndərib.
Muxalifet.az"Ölkə.Az" a istiadən xəbər verir ki, videoda istirahət mərkəzinin bir neçə metrliyində antisanitar vəziyyətin hökm sürdüyü aydın görünür.
Qeyd edək ki, "Palıdlı sahil"in deputat Hadı Rəcəbliyə məxsus olduğu bildirilir.
Xatırladaq ki, son günlər Lerikin deputatı İqbal Məmmədova məxsus "Relax" istirahət mərkəziylə bağlı qalmaqallar səngimək bilmir.
Muxalifet - 19-08-2019
“Hansısa ərəb qadınlarımıza pis gözlə baxsa, igid oğlanlarımız onların...” - Deputat
“Kim nə bilir ki, küçədəki qadın əxlaqsızdı. Bəlkə kimisi geyinib hansısa əzizini gözləyir, ya da kimsə tanışıyla bir yerdə oturub çörək yeyəcək”.
Muxalifet - 19-08-2019
Elmar Məmmədyarovun oğlu evləndi - Gəlin əcnəbidir - FOTOLAR
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun toyu olub.
"Qafqazinfo" xəbər verir ki, Riyad Məmmədyarov Aleks Zapalla adlı xanımla ailə həyatı qurub.
Cütlüyün toyu ABŞ-da baş tutub. Nyu-York şəhərində keçirilən mərasim sadəliyi ilə diqqət çəkib.
Toyda Elmar Məmmədyarovla yanaşı, ailə üzvləri, eləcə də cütlüyün yaxınları iştirak ediblər.Muxalifet - 19-08-2019
SON DƏQİQƏ: Nazir müavini yol qəzasında öldü - FOTO
Muş vilayətinin Malazgird mahalında yol qəzasına düşən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun həyatını itirib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, qəzada daha üç nəfər yaralanıb.Muxalifet - 19-08-2019
Helikopterlər asanlıqla məhv ediləcək - Düşməni TİR-TİR ƏSDİRƏN SİLAH (FOTO)
Dövlət Sərhəd Xidməti Bakıda keçirilən hərbi sərgidə yeni raket kompleksini təqdim edib.
Təqdim edilən raket qurğusu "İqla" seriyasının son modelidir.
"İqla-5" adlanan raket kompleksi xüsusi hədəfalma lazer şüası ilə təchiz edilib.
Raket arxa istiqamətdə 2500 metr məsafədə təyyarəni, 3000 metrdə helikopteri asanlıqla məhv etmək gücünə qadirdir. Qarşı istiqamətdə isə qurğu təyyarəni 2000, helikopteri isə 2500 metrdə məhv edə bilir.
Raketin döyüş vəziyyətində çəkisi 18,25 kiloqramdır, uçuş sürəti isə 400-600 m/saniyədir.Muxalifet - 20-08-2019
Ərdoğana qarşı plan deşifrə oldu - BÖYÜK OYUN
Sabiq prezident Abdullah Gül və keçmiş nazir Əli Babacan dövlət başçısı Rəcəb Tayyib Ərdoğana qarşı birbaşa mübarizə aparmayacaq.
Bu sözləri “Hüriyyət” qəzetinin yazarı Əbdülqədir Selvi öz məqaləsində yazıb.
O bildirib ki, bu iki şəxs Ərdoğanın vaxtilə Baş nazir Nəcməddin Ərbakana qarşı tətbiq etdiyi strategiya ilə hərəkət edəcək:Muxalifet - 20-08-2019
Kremldən Paşinyana şillə kimi qərar - Patruşev gedən kimi...
Rusiya erməni kriminal oliqarxı İrəvana təhvil verməkdən imtina etdi; erməni mediası ölkənin artıq hər tərəfdən zərbə yeyə biləcəyi məkana çevrildiyini yazır; yerli KİV: “Bakı bölgədə Qərb üçün prioritet tərəfdaşa çevrilir...”
Muxalifet - 20-08-2019
Telefonunuzu izləyən var... – Bunu necə öyrənmək olar?
Müasir texnologiyalar içərisində ən çox istifaadə olunanlardan biri telefonlardır. Və bütün şəxsi məlumatların saxlanıldığı telefonları izləmək üçün zaman keçdikcə istifadə olunan casus proqramların sayı da artır. “Yeni Sabah” xəbər verir ki, telefonlaarın izlənməsinin qarşısını almaq üçün müxtəlif üsullar mövcuddur. Telefonunun izləndiyini güman edənlər üçün lazım olan kodları təqdim edirik: 1) * # 06 #. İstənilən smartfonun IMEI nömrəsini bilməyə imkan verir. 2) * # 21 #.
Muxalifet - 20-08-2019
ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI
Birləşmiş Ştatlar Sakit okeanın qərb hissəsində öz üstünlüyünü itirib və açıq münaqişə başlanacağı halda, Çinə qarşı dura bilməyəcək.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, belə nəticəyə Avstraliyanın Sidney Universitetinin ABŞ-ın öyrənilməsi Mərkəzinin mütəxəssisləri gəliblər.
“Hind-Sakit okeanı regionunda Amerika müdafiə strategiyası görünməmiş böhran yaşayır. Bu böhranın əsasında Vaşinqtonun strateji hədəfləri və əlində olan vasitələr arasındakı uyğunsuzluq dayanır”, - məruzədə deyilir.Muxalifet - 20-08-2019
Yardımlı meşəsində yanğın - Söndürülməsinə kənd əhalisidə qoşulub
Yardımlıda meşədə yanğın olub.
Muxalifet.az xəbər verir ki, Yardımlı rayonunun Ostayır kəndi ərazisində 1 ha sahədə meşə zolağı, 5 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri, meşə təsərrüfatı işçiləri və kənd əhalisi tərəfindən söndürülüb.
Muxalifet - 20-08-2019
Müğənni Nazənindən onu təhqir edən İmanova AĞIR CAVAB: "Ay biqeyrət, ay şərəfsiz..." - FOTO
Müğənni Nazənin Salayeva sosial şəbəkədə onun barəsində nalayiq ifadələr yazan İmanov Elbəy adlı şəxsi ağır şəkildə təhqir edib.
"Ölkə.Az"ın məlumatına görə, sənətçi sözügedən şəxsi Azərbaycan kişisinin adına ləkə adlandırıb və ondan nömrəsini yazmağı tələb edib.
Salayeva ardınca sözügedən şəxs barəsində şərəfsiz, bic və sair bu kimi qəbuledilməz ifadələrə yol verib.
İmanovun Nazənin barədə hansı fikirlər səsləndirdiyi isə məlum deyil.Muxalifet - 20-08-2019
"Twitter" dövlət KİV-lərinə reklam verməyi qadağan etdi
"Twitter" internet-korporasiyası dövlət KİV-lərinə sosial şəbəkə vasitəsi ilə reklam yaymağı qadağan edəcəyini bildirib.
“RİA Novosti” xəbər verir ki, buna səbəb akkauntların reklam üçün deyil, müəyyən informasiyanı yaymaq üçün istifadə edilməsi ehtimalı göstərilir.
Bildirilir ki, yeni qaydalar müstəqil ictimai kanallara, həmçinin vergi ödəyicilərinin maliyyələşdirdiyi təşkilatlara şamil edilməyəcək.Muxalifet - 20-08-2019
Azərbaycanlı aktyor insult keçirdi - Həkimlər 72 saat vaxt qoyub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanovun səhhətində problem yaranıb.
Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, beyin insultu keçirib. Aktyor dərhal Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
M. Qurbanovun qızı Aytən Qurbanovanın sözlərinə görə, həkimlər onun atasına 72 saat vaxt qoyublar.
Muxalifet - 20-08-2019
Mina bu dəfə elə geyindi ki, ALT PALTARI GÖRÜNDÜ - FOTO
Son zamanlar geyimi ilə müzakirələrə səbəb olan Mina Hüseyn yenidən diqqət mərkəzinə düşüb. Milli.Az xəbər verir ki, ağ rəngli şəffaf geyimdə kamera önünə keçən gənc ifaçı yeni fotolarını sosial şəbəkə hesabından paylaşıb. Şəffaf geyimdə müğənninin alt paltarı görünüb. Lakin bu, müğənninin sərbəstliyinə mane olmayıb. Bu da Minanının sözügedən fotoları:
Muxalifet - 20-08-2019
Ermənistan üzərindəki “Domokl qılıncı” - həlli uzanan Qarabağ problemi
Rəsmi İrəvanın məsələni arxa plana keçirmək cəhdi işğalçı ölkəyə yalnız yeni problemlər vəd edir; Nikol Paşinyanı sələflərinin taleyi gözləyir, əgər...; erməni siyasi şərhçi: “Baş nazir ciddi siyasi qərarlar əvəzinə özünün piarı ilə məşğuldur...”
Muxalifet - 20-08-2019
Bu ərazilərdə qaz olmayacaq
Bu gün saat 09:00-dan etibarən Samux rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.
Bu barədə Muxlifet.az-a "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, bu müddət ərzində texniki baxış zamanı aşkarlanmış qaz sızmalarının ləğvi işləri aparılacaq. Saat 10.00-dan Binəqədi rayonu Xocahəsən qəsəbəsində yeni çəkilmiş qaz xəttinin və qollarının qoşulması da icra olunacaq. Bu zaman Binəqədi rayonu, Sulutəpə və Xocahəsən qəsəbələrində qaz təchizatı dayandırılacaq.Muxalifet - 20-08-2019
Kürəkəni tərəfindən yandırılan qadının vəziyyəti kritikdir
Şəmkirdə kürəkəni tərəfindən yandırılan 54 yaşlı qadının vəziyyəti kritik olaraq qalır.
Oxu.Az xəbər verir ki, həkimlərin bildirdiyinə görə, yanıq xəsarətləri 4-cü dərəcəli, yəni dərin nekrozlaşmış olduğundan müalicədə hələ ki hər hansı irəliləyiş əldə olunmayıb.Muxalifet - 20-08-2019