Axtarış
The search found 105817 results in 0.052 seconds.
Search results
SON DƏQİQƏ: Çavuşoğlu “Sülh Çeşməsi” əməliyyatı ilə bağlı bəyanat verdi
Qvineya – Bisau XİN naziri Suzi Carla Barbosa ilə birgə mətbuat konfransı keçirən Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu , "YPG-çilərin İŞİD üzvlərini pul əvəzində azadlığa buraxdığı barədə məlumatlar almışıq”, dedi.
Bu barədə Muxalifet.az “Hürriyet”ə istinadla xəbər verir.Muxalifet3 - 28-10-2019
200 azərbaycanlı terrorçuluğu maliyyələşdirir – RƏSMİ
Azərbaycan Maliyyə Monitorinqi Xidməti BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin 14 oktyabr 2019-cu il tarixli qərarına uyğun olaraq ümumi siyahını yeniləyib. Muxalifet.az-ın xəbərinə görə, siyahı Nazirlər Kabinetinin “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin ümumi siyahısının təsdiq olunması Qaydası”na əsasən hazırlanıb. Siyahıya 200 azərbaycanlının adı salınıb.
Muxalifet - 28-10-2019
SON DƏQİQƏ: Emin Muradova YÜKSƏK VƏZİFƏ verildi - FOTO/VİDEO
2017-ci ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcə siyasəti və makroiqtisadi təhlil şöbəsinin müdiri Emin Muradov vəzifəsini tərk edib. Muxalifet.az Banker.az-a istinadən xəbər verir ki, Emin Muradov nazirlikdəki vəzifəsini bu aydan etibarən dayandırıb və əmək fəaliyyətini Beynəlxalq Valyuta Fondunda (BVF və ya IMF) davam etdirəcək. O, beynəlxalq qurumda icraçı direktora müşavir təyin edilib. Bildirək ki, IMF-in Baş ofisi ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşir. Muradov üçün bu vəzifə ilk deyil.
Muxalifet - 28-10-2019
Azərbaycanda SAXTA DİPLOM alverçiləri həbs olundu - ƏMƏLİYYAT
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu islahatların tərkib hissəsi kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində bu sahədə hüquqi və instusional baza daha da təkmilləşdirilmiş, eləcə də təhsil sahəsinin mühüm istiqamətlərindən biri olan ali və orta-ixtisas təhsil müəssisələrinə tələbə qəbulu proseduru tamamilə şəffaf və obyektiv meyarlar əsasında keçirilməklə beynəlxalq standartlar səviyyəsinə çatdırılıb.
Muxalifet - 28-10-2019
Rusiya ABŞ-ın gizli əməliyyatlarının şahidi olub
"İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürülməsi əməliyyatını Rusiyanın bölgədəki qüvvələri görüb"
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Muxalifet - 28-10-2019
Türk ordusu BUNU DA BACARDI: ərəblər üsyan qaldırdı, edamlar başladı - VİDEO
PKK terror təşkilatının ABŞ-la əlaqə yarada bilməsi üçün qurulan Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyənin həyata keçirdiyi “Barış pınarı” hərəkatından sonra dağılmağa başlayıb.
Publika.az xəbər verir ki, PKK-nın hərəkat keçirilən bölgədəki bəzi mövqelərini Bəşər Əsəd rejiminə verməsinə qarşı çıxan ərəb militanlar təşkilatı tərk etməyə başlayıb. SDQ əsgərlərinə maaş verməkdə çətinlik çəkir. Deyr-əz-Zor, Münbiç və Hasekidə daxili üsyanlar başlayıb.Deyr-əz-Zor qarşı çıxdı
Muxalifet - 28-10-2019
Bakıda kişi intihar məqsədi ilə şrup uddu
Bakıda kişi qeyri-adi intihar üsulu seçib. Paytaxt sakini, Şamil Əzizbəyov küçəsində yaşayan 1985-ci il təvəllüdlü Q.Nuriyev şurup udub.
Bu barədə Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.
Kişi 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb, orada həkimlər ona lazımi kömək göstərərək şurupu çıxarıblar.
Hazırda onun həyati üçün təhlükə yoxdur.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının “şurupu niyə uddun?” sualına Q.Nuriyev bu yolla intihar etmək istədiyini deyib.
Muxalifet - 28-10-2019
Dolların sabahkı məzənnəsi açıqlanıb
Azərbaycan Mərkəzi Bankı (AMB) dolların oktyabrın 29-na olan məzənnəsini açıqlayıb.
29.10.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.
Muxalifet - 28-10-2019
Bakı-Sabunçu qatarından istifadə edənlərə şad xəbər
Oktyabrın 29-dan etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunur. u barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilir ki, Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır. Xatırladaq ki, avqustun 26-dan Sabunçu dəmir yolu stansiyasının ərazisindəki avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edirdi
Muxalifet - 28-10-2019
"Bu ölkənin kanalizasiya təmizləyəni də..." - Vasifdən maraqlı açıqlama
Mənim əziz xalqım, gözəl, dəyərli millətim, sizə canımız qurban bizim. Bizi biz eləyən siz olmusunuz. Burada bunu ona görə deməyəcəm ki, kiminsə xoşuna gəlim".
Muxalifet.az xəbər verir ki, bunu əməkdar artist Vasif Məhərrəmli "Şən bazar" verilişində qalmaqala səbəb olan son çıxışı ilə bağlı danışarkən deyib.Sənətçi "Ay Zaur" verilişində işlətdiyi ifadələrin təhrif olunduğundan gileylənib:
Muxalifet - 28-10-2019
"4 uşaq anasıdır, əri hara baxır?” - Elnarə bu fotolara görə tənqid edildi
Müğənni Elnarə Xəlilova yeni klipindən görüntüləri sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Musavat.com xəbər verir ki, sənətçinin payız ayında dəniz kənarında çəkilən görüntüləri müzakirələrə səbəb olub. Belə ki, onun ədyala büründüyü fotolarında libası görünmədiyi üçün izləyicilər ifaçını tənqid edib. Elnarənin ünvanına “4 uşaq anasıdır, əri hara baxır?” kimi şərhlər yazılıb.
Elnarə isə ünvanına yazılan suallara və tənqidlərə "Bütün narahat olanlara demək istəyirəm ki, su çox isti idi. Mən də sizi çox sevirəm və eynilə bu cür nigaran qalardım" cavabını verib.
Muxalifet - 28-10-2019
Azərbaycanda Həkimlər Birliyinin yaradılması nə üçün lazımdır... – TANINMIŞ CƏRRAH YAZIR
Azərbaycan Respublikasının Həkimlər Birliyinin (HB) yaradılması tamamilə yeni bir ideyadır. Öncə respublikamızda müxtəlif analoji qurumlar yaradılmış, həkimlərin biganəliyi və digər çoxsaylı səbəblər üzündən fəaliyyət göstərə bilməmişdir. Bizim təklif etdiyimiz bu birliyin Azərbaycanda mövcud olan Assosasiya, cəmiyyətlər və Birliklərdən tamamilə fərqli bir funksional qurum olacağı nəzərdə tutulur.
Muxalifet4 - 28-10-2019
Azərbaycan Fransaya nota verdi - FRANSIZ SƏFİR XİN-Ə ÇAĞIRILDI
Azərbaycan Fransaya nota verib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 28-də Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.
Muxalifet4 - 28-10-2019
Dələduzluqda ittiham olunan polis işdən çıxarıldı, VƏTƏNDAŞLARA DƏYƏN ZƏRƏR İSƏ ÖDƏNİLMƏYİB / Prezidentə müraciət
Bakı şəhəri, Səbayıl rayonu, 6-cı Mədən, Litvin Babayev küçəsi, ev 1-də yaşayn Elşən Məmmədov və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçivanı küçəsi, ev 27-də yaşayan Zaur İsmayılov tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Zakir Qaralova və digər rəsmi qurumların rəhbərlərinə müraciət edən şikayətçilər yazır:
“Çox hörmətli Prezident!Muxalifet4 - 28-10-2019
7 rayon nə vaxt qaytarılır? - “Əvvəl 5 deyirdilər…”
7 rayonun qaytarılması məsələsi bir müddətdir ki, müzakirə olunur. Lakin ortada real iş yoxdur”.
Bu sözləri Yenisabah.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu rusiyalı həmkarı Yevgeni Mixaylovun açıqlamasına münasibət bildirərkən deyib.Yevgeni Mixaylov bildirib ki, Rusiya Bakıya Kollketiv Təhlüksəzilik Müqaviləsi Təşkilatına (KTMT) müşahidəçi statusu almağı təklif edib ki, bu da Azərbaycana Qarabağ məsələsinin nizamlanmasında “real irəliləyiş” əldə etməyə imkan yarada bilər.
Muxalifet - 28-10-2019
Putindən Tələt Əliyevlə bağlı QƏRAR
Rusiya Prezidenti Vladimir Putin soydaşımızı mükafatlandırıb.
Rusiyanın Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin direktorunun müavini Tələt Əliyev “Dostluq” ordeninə layiq görülüb.
Rusiya Prezidentinin bu barədə Fərmanı oktyabrın 28-də dərc olunub.Muxalifet - 28-10-2019
Andranik heykəli ilə də erməniləri dünyada rüsvay etdi: “Yubkalı qəhrəman”
Erməni ictimaiyyəti qondarma “qəhrəman”ın heykəlinin sökülməsini tələb edir
Oktyabrın 26-da Vanadzor şəhərində türk xalqının tarixi düşməni, öz qaniçənliyi ilə ad çıxaran məşhur terrorçu Andranikin heykəlinin açılışı olub.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, heykəlin açılışını böyük maraqla gözləyən erməni ictimaiyyəti, açılışdan sonra nəinki məyus olub, həm də hiddətlənib. Buna səbəb Andranikin heykəlinin “heç bir qəhrəman obrazına” uyğun gəlməməsi olub.
Muxalifet - 28-10-2019
Biznesmen deputatmız məşhur oteldə oğluna nişan etdi - FOTOLAR
Milli Məclisin deputatı Cavanşir Feyziyev oğlu Orxan Feyziyevə “Four Seasons Hotel Baku” otelində dəbdəbəli nişan mərasimi keçirib. Muxalifet.az Gununsesi.org-a istinadən xəbər verir ki, mərasimdə bir sıra dövlət vəzifəli şəxslər, həmçinin, tanınmış müğənnilərdən Gülyaz və Gülyanaq Məmmədova bacıları, Manana və digər incəsənət nümayəndələri də iştirak ediblər. Qeyd edək ki, Orxan Feyziyev Pınar adlı xanımla ailə həyatı qurur.
Muxalifet - 28-10-2019
Nazirdən Azərbaycanda böyük həyəcanla izlənən serialla bağlı SƏRT XƏBƏRDARLIQ - FOTO
“Lənət bir serial var “Çukur” adlı. Onun qədər ola bilmiriksə, yazıqlar olsun”.
Bu sözləri Türkiyənin Daxili işlər naziri Süleyman Soylu səsləndirib.
Muxalifet - 28-10-2019
Qobustanda DƏHŞƏTLİ QƏZADA ölən gəncin FOTOLARI
Qobustan rayonunda faciəvi şəkildə ölən gəncin fotoları yayılıb. Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində 99-UL-587 dövlət nömrə nişanlı “VAZ 2107” və 10-OA-184 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğlu ağır xəsarətlərdən dünyasını dəyişib. 25 yaşlı gənc subay və evin tək oğlu olub.
Muxalifet - 28-10-2019