Axtarış
The search found 105823 results in 0.033 seconds.
Search results
Vasif Talıbov yeni xidmət YARATDI
“Naxçıvanqaz” İstehsalat Birliyinin əsasında Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti yaradılıb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Naxçıvan Nazirlər Kabinetinə Qaz İstismar Xidmətinin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Ali Məclisinin sədrinə təqdim etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Muxalifet - 4-11-2019
“20 Yanvarı unutdurmağa çalışanlar azərbaycanlı deyil” – Şeyxdən açıqlama
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə Facebook-dakı rəsmi şəbəkə hesabından 20 Yanvarla bağlı paylaşım edilb.
“20 Yanvar hadisələrini unudanlar və unutdurmağa çalışanlar azərbaycanlı deyil” – deyə Şeyxulislam yazıb.
QMİ sədrinin bu mövzunun həssas olduğu bir dönəmdə facebook profilindən edilən paylaşımı maraqlıdır.
Muxalifet - 4-11-2019
Maykl Cekson yaşayır? - DÜNYANI ŞOK EDƏN GÖRÜNTÜ
Pop musiqisinin kralı Maykl Ceksonun yaşadığı barədə iddialar var
Məlum olduğu kimi, dünya pop musiqisinin kralı hesab edilən Maykl Cekson 2009-cu ildə Los-Ancelesdəki evində ölü tapılmışdı. Məşhur musiqiçinin həkimi Konrad Muray bildirmişd ki, musiqiçi yüksək doza ilə propofol qəbul etdiyi üçün ürəyi dayanıb.
Muxalifet - 4-11-2019
“Zatını bilməyən oğuldan kişi çıxmaz...” - Sabiq deputat və İcra başçısından Araz Əlizadəyə
"Əsrlərin sınağından çıxmış Azərbaycan və Türkiyə qardaşlığı bu gün dünyada hamı üçün örnəkdir".
Muxalifet.az “Ölkə.Az”-a istinadla xəbər verir ki, bunu sabiq deputat və İcra başçısı Vaqif Abdullayev deyib.Muxalifet - 4-11-2019
Sevgilisinin evinə getdi, bir də geri qayıtmadı: Bakıda MÜƏMMALI OLAY
Bakıda 35 yaşlı şəxs itkin düşüb.
Publika.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Rayonun Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 28, mənzil 26-da yaşayan Heydərova Bahar İdris qızı polisə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan və qeyri-rəsmi münasibətdə olan 1984-cü il təvəllüdlü Gülməmmədov Cavid Valeh oğlu oktyabrın 30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 4-11-2019
İranın Baş Qərargahına qarşı sanksiya tətbiq EDİLDİ
Vaşinqton İran Silahlı Qüvvələrinin Baş Qərargahını, habelə İranın ali dini lideri Ayətullah Əli Xameneinin oğlu Mujtaba Xamenei və yüksək səviyyəli digər İran nümayəndələrinin də daxil olduğu ölkənin doqquz vətəndaşını qara siyahıya salmaqla Tehrana qarşı sanksiya siyahısını genişləndirib.
Bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında yayılıb.
Xüsusilə siyahıda İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Hüseyn Bağeri, eləcə də bir sıra generallar, ruhanilər və rəsmilər yer alıb.
Muxalifet - 4-11-2019
"Zaman gələcək ki, biz erməni terrorunun öz yuvasında, elə Qarabağda məhv edilməsini görəcəyik"
"Amerikadakı verilən son qərar da göstərdi ki, erməni konusunda ciddi və sistemli çalışmalara ehtiyac var" Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu deyib ki, dünyada harda terror varsa, orda erməni izi və barmağı var. Maraqlıdır, niyə indiyədək rəsmi Ankara tərəfindən bu terror dövlətinə qarşı adekvat münasibət sərgilənməyib? Nə baş verməliydi ki, Türkiyə silkinib yuxudan ayılsın?
Muxalifet - 4-11-2019
Oğurlanaraq 2 ay zirzəmidə saxlanılan azyaşlıdan Yeni xəbər
Bakı şəhərində naməlum şəxslər tərəfindən azyaşlının oğurlanaraq saxlanması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.
"Yeni Sabah" xəbər verir ki, avqustun 12-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan A.Qarayeva Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə müraciət edərək bildirib ki, övladı – 2004-cü il təvəllüdlü Mehdixan Məmmədov xəbərsiz yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.
Muxalifet - 4-11-2019
Bakı-Quba yolunda AĞIR QƏZA: 5 nəfər...
Bakı-Quba yolunda baş verən qəzada bir neçə nəfər xəsarət alıb. Məlumata görə, magistral yolda iki avtomobilin toqquşması zamanı Quba rayon sakinləri - 1984-cü il təvəllüdlü Məmmədov Bəxtiyar Fazil oğlu, 1995-ci il təvəllüdlü Vəliyeva Xəyalə Vasil qızı, Vəliyev Rafael Nemət oğlu, 1964-cü il təvəllüdlü Vəliyeva Hüriyyə Şıxbaba qızı və 2013-cü il təvəllüdlü Əmrahov Nihad Xəyal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. İlkin tibbi yardım göstərilən yaralılar ambulator müalicəyə buraxılıb.
Muxalifet - 4-11-2019
SON DƏQİQƏ: Vilayət Eyvazov vətəndaşları incidən polis mayorunu işdən çıxardı
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yoxlama keçirilib.
Muxalifet.az xəbər verir ki, yoxlama nəticəsində vətəndaşların haqlı narazılığı dinlənilərək 18-ci Polis Şöbəsinin Baş təhqiqatçısı, polis mayoru Anar Bayramov vətəndaşları incitdiyinə və süründürməçiliyə yol verməsinə görə vəzifəsindən azad olunaraq sərəncama göndərilib. /oxu.azMuxalifet - 4-11-2019
“Qadınlığı xristian qadından öyrənin” - Nadirdən QALMAQALLI AÇIQLAMA
Nadir Qafarzadə həmkarı - gürcü əsilli Azərbaycan müğənnisi Manana Çaparidze ilə fotosunu sosial şəbəkədə paylaşıb.
Muxalifet.az “Yeni Sabah”a istinadən xəbər verir ki, N.Qafarzadənin fotoya yazdığı şərh izləyiciləri tərəfindən heç də xoş qarşılanmayıb.
Belə ki, ifaçı “Kübarlıq başqa şeydir. Bəzi müsəlman adını daşıyan müğənnilərimiz, xristian qadından öyrənin qadınlığı” – deyə fotoya şərh verib.
Onun bu paylaşımı tənqidlə qarşılanıb və müzakirələrə səbəb olub.Muxalifet - 4-11-2019
SON DƏQİQƏ: Bakıda ağır qəza: yaralılar var
Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az məlumat verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb.
Belə ki, 57 saylı marşrutla "Bakubus" MMC-yə məxsus 7A avtobusu toqquşub. Qəza nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.Muxalifet - 5-11-2019
Bakıda ŞOK OLAY: qumbara ilə dövlət idarəsinin işçilərini partlatmaq istədi
Bakı sakini Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçilərini qumbara ilə partlatmaqla hədələyib.
Hadisə ötən şənbə saat 15:30 radələrində Bakının Xətai rayonunda baş verib.
Bu barədə məlumatlı hüquq mühafizə mənbələri məlumat verib.
Prokuroturanın işçiləri Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Əfsun Rəcəbovun mənzilinə basqın edib.
Muxalifet - 5-11-2019
Azərbaycanda MÜHÜM YENİLİK: gələn ildən etibarən...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkimlərin işə qəbulu üçün yeni qaydalar hazırlayır.
Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlikdən məlumat verilib ki, hazırda qaydalar layihəsi üzərində iş aparılır. Sənəd təsdiq edildikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, hazırda həkimlərin mərkəzləşdirilmiş şəkildə işə qəbulu Səhiyyə Nazirliyi tərəfindən aparılır.
Gələn il yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi nəzərdə tutulub.Muxalifet - 5-11-2019
"Bəs, belə qadını boşamazlar?” – Hüseynbala Mirələmov
“Boşanmalar həmişə olub və bunun obyektiv, subyektiv səbəbləri var. Ancaq indi vurğuladığınız kimi, boşanmalar kütləvi hal alıb və bu, məni çox narahat edir. Bununla bağlı öz subyektiv fikrimi açıqlamaq istəyirəm”.
Muxalifet - 5-11-2019
PUTİN 11 GENERALI İŞDƏN QOVDU - Rusiya hüquq-mühafizə orqanlarında zəlzələ
Rusiyanın İstintaq komitəsi, Daxili işlər nazirliyi və Fövqaladə Hallar Nazirliyinin 11 yüksək rütbəli məmuru prezidentin əmri ilə işdən çıxarılıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onların arasında DİN İctimai asayişi mühafizə idarəsinin rəis müavini general Aleksandr Melnkiov da var. General Melnikov 100 milyon rubl məblğində dələduzluq cinayətində günahlandırılır.
Muxalifet - 5-11-2019
Əli Əsədov Baş Nazir kimi İLK QƏRARINI İMZALADI
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının yeni tərkibi təsdiqlənib.
Muxalifet.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi haqqında” 2009-cu il 19 may tarixli qərarında dəyişiklik edib.
Muxalifet - 5-11-2019
Göygöldə 39 yaşlı kişi bıçaqlandı
Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.
Rayon sakini, 1980-ci il təvəllüdlü Anar Bayramov kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. A.Bayramov ilkin dindirilmə zamanı yıxılaraq xəsarət aldığını deyib. Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.Muxalifet - 5-11-2019
Ermənistanın demokratiya oyunu iflas olur
Moskvanın qucağında ABŞ-ın dostu olmaq mümkünmü? Rusiya Paşinyanı Qərblə imtahana çəkir; inqilabçı baş nazirin başı dərddə...
Dünən - noyabrın 4-də Rusiya Dövlət Dumasının bir qrup deputatından ibarət nümayəndə heyətinin İrəvana səfəri gözlənilirdi. İki gün çəkəcək səfərin işğalçı ölkə ilə bağlı ən maraqlı, eyni zamanda qalmaqallı məqamı odur ki, nümayəndə heyətinin tərkibində Rusiyanın Krımdan seçilmiş deputatı, Krımın sabiq prokuroru Natalya Poklonskaya da var.
Muxalifet - 5-11-2019
Bakı, Abşeron və Sumqayıtda yaşayanlara ŞAD XƏBƏR - VİDEO
Bakıdan-Sumqayıta sərnişin daşıyan bəzi marşrut xətlərindəki avtobuslar yenilənəcək. Bu istiqamətdə gedən sərnişinlərə daha müasir və konfortlu avtobuslar xidmət edəcək.
Bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı şirkətlər qarşısında konkret tələblər qoyub.
Xidmətin sektor müdiri Nuridə Allahyarovanın sözlərinə görə, qurumun məqsədi bu marşrut istiqamətində sərnişinlərin tələbini ən yüksək səviyyədə qarşılamaqdır.Muxalifet - 5-11-2019