Axtarış

The search found 105823 results in 0.041 seconds.

Search results

  1. NAZİRDƏN GENERALLA BAĞLI BİR GÜNDƏ 2 ƏMR – Həzi Aslanovun vəzifəsi dəyişdi

    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi qurumda kadr islahatlarını davam etdirir.

    Strateq.az xəbər verir ki, bu gün nazirin əmriylə DİN-in aparıcı Baş İdarələrindən daha birinin – Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general mayor Həzi Aslanov tutduğu vəzifədən azad edilib. O, eyni zamanda DİN-in rəhbər işçilərindən ibarət məşvərətçi orqan sayılan Kollegiya üzvlüyündən də çıxarılıb.

    Muxalifet - 5-11-2019

  2. Bu görüntülər Azərbaycan həbsxanasında çəkilib - VİDEODAKI Erməni kəşfiyyatçısıdır

    Azərbaycanda həbsdə olan erməni kəşfiyyatçısı Arsen Baqdasaryan ARB TV-də yayımlanan “Rezonans” verilişinə müsahibə verib. O, böyük cinayət törətdiyini, buna görə də ədalətli cəza aldığını bildirib. Arsen Baqdasaryanın Azərbaycan dilində danışması, Səməd Vurğunun “Azərbaycan” şeirini oxuması böyük marağa səbəb olub. Qeyd edək ki, anonsu təqdim edilən veriliş həftənin bazar günü, saat 23:00-da yayımlanacaq.

    Muxalifet - 5-11-2019

  3. Türkiyə S-400 -dən sonra Rusiyadan F-35 qırıcıları da alacaq

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan qırıcı təyyarələr alacağını istisna etmir, Ankara bunun üçün heç kimdən icazə almayacaq. “Biz S-400 alan zaman kimdəncə icazə soruşmadıq, əgər biz nəyisə almağa qərar veririksə, onu alırıq”,- TASS sitat gətirib. O əlavə edib ki, əgər F-35-ləri Türkiyəyə satmamağa qərar versələr, bu ölkə eyni addımı rus qırıcılarının alınması üçün də atacaq. Baş nazirin müavini istisna etməyib ki, Türkiyə seçimini Su-35 və Su-57 üzərində də edə bilər. Türkiyə KİV-ləri isə Moskva və Ankaranın Su-35 satışı üzrə razılaşmaya yaxın olduqlarını bildiriblər.

    Muxalifet3 - 5-11-2019

  4. İlham Əlyev 2 milyon ayırdı - SƏRƏNCAM

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

    Muxalifet - 5-11-2019

  5. Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb

    Oktyabrın 29-u yolu keçən zaman avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb. Bu barədə “Report”a hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva məlumat verib. O bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Qeyd edilib ki, Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib.

    Muxalifet - 5-11-2019

  6. Məşhur aktrisanın sevgilisi həbs olunmamaq üçün ölkədən qaçdı

    Məşhur türkiyəli aktrisa Tuba Büyüküstünün reklamçı sevgilisi Umut Evirgen haqqında cinayət işi açılıb.

    Məlumatlara görə, Umut Evirgen “Gizli kalsın” adlı məkanına gələn dostu iş adamı Ali Akını döyüb.

    İki dost arasında baş verən dava zamanı Ali Akının burnu qırılıb. Zərər çəkən Ali Akın dostu haqqında İstanbul Baş Prokurorluğuna şikayət edib:

    Muxalifet - 5-11-2019

  7. ŞOK:İran kanalında azərbaycanlılar TƏHQİR OLUNDU - FOTO

    İran çempionatında "İstiqlal”la görüşdən sonra "İdman kanalı”nın radio proqramında aparıcı və verilişin qonağı olan ekspert Güney Azərbaycanın "Traxtur” klubun azarkeşlərinin davranışını müzakirə ediblər.
    Qaynarinfo GünAz TV-yə istinadən xəbər verir ki, onlar Azərbaycan komandasının tərəfdarlarını düşmənin xeyirinə işləyən qaragüruhçu dəstələr və milli təhlükəsizliyi təhdid altına alan qüvvələr adlandırıb. Verilişdə dünya üzrə məşhur olan komandanın cəzalandırılması da tələb olunub.

    Muxalifet - 5-11-2019

  8. ​ŞOK: Meyxanaçı sevgilisi ilə birgə oğurluq etdi - FOTOLAR

    Binə qəsəbəsində 10-a yaxın evdən oğurluq edən şəxslər saxlanılıblar.
    Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
    Bildirilib ki, Xəzər rayonu Binə qəsəbəsində yaşayan Rauf Abdullayevin evdə olmadığı müddətdə məzilindən televizor, elektrik avadanlıqları və digər məişət əşyalarının naməlum şəraitdə oğurlanıb.

    Muxalifet - 5-11-2019

  9. Hacı Şahin toyda OYNAYIR? - VİDEO

    Azərbaycan teleməkanının ən baxımlı, ən reytinqli dini proqramı olan SPACE-də yayımlanan "İnam" verilişinin son buraxılışında da maraqlı mövzu müzakirəyə çıxarılıb.

    İdeya müəllifi və aparıcısı Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli olan verilişdə bu dəfə müzakirə mövzusu "dində həya" olub. Hacı Şahin Həsənlinin qonaq olduğu proqramda mövzu ilə əlaqədar xeyli maraqlı fikirlər səsləndirilib.

    Muxalifet - 5-11-2019

  10. ​SON DƏQİQƏ: Daha bir ŞOK QƏRAR - General işdən çıxarıldı

    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi qurumda kadr islahatlarını davam etdirir.
    Muxalifet.az
    Strateq.az-a istinadla xəbər verir ki, bu gün nazirin əmriylə DİN-in aparıcı Baş İdarələrindən daha birinin – Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general mayor Həzi Aslanov tutduğu vəzifədən azad edilib. O, eyni zamanda işindəki nöqsanlara görə DİN-in rəhbər işçilərindən ibarət məşvərətçi orqan sayılan və təqdimatları Prezident tərəfindən təsdiqlənən Kollegiya üzvlüyündən də çıxarılıb.

    Muxalifet - 5-11-2019

  11. ABŞ Suriyadan gedənə oxşamır

    ABŞ hərbçiləri Suriyanın neftlə zəngin Deyr-əz-Zor vilayətində yeni həbi bazaların tikintisini aparır. RİA Novostinin yerli mənbələrə əsasən verdiyi məlumata görə, ABŞ Sur yaşayış məntəqəsində də baza qurmağı planlaşdırır. Bu ərazilərdə çox sayda tikinti texnikası, döyüş sursatı, ağır silahlar, zirehli maşınlar, həmçinin 250-300 hərbi qulluqçu yığılıb. ABŞ artıq “Omar”adlı iri neft yatağının yerləşdiyi ərazini hərbi baza kimi istifadə edir. Bundan başqa ABŞ-ın Deyr-əz-Zorun üç başqa rayonunda da hərbi bazaları var.

    Muxalifet3 - 5-11-2019

  12. Zaur da bu məşhur müğənniyə EFİR QADAĞASI QOYDU - FOTO

    Tarix Əliyevin (Tolik) ardınca Zaur Kamal da əməkdar artist Yusif Mustafayevə efir qadağası qoyub.
    Milli.Az xəbər verir ki, son zamanlar bütün verilişlərə dostu əməkdar artist Baloğlan Əşrəfovla dəvət edilən Yusif Mustafayev "5/5"in bu dəfəki qonaqları sırasında yer almayıb. Belə ki, telekanalın son verilişlərinə həmkarı Y.Mustafayevlə birgə təşrif buyuran Baloğlan Əşrəfov bu dəfə efirə tək çağırılıb. 

    Muxalifet - 5-11-2019

  13. Feysbukda İNANILMAZ YENİLİK: 15 il sonra...

    Dünyanın ən çox istifadə edilən sosial media proqramı Feysbuk 15 ildən sonra dəyişikliyə gedib.
    Muxalifet.az
    xəbər verir ki, platformanın loqosu dəyişib.
    Platformalara görə rəng dəyişdirəcək loqo 3 formada olacaq. Belə ki, loqo Feysbukda mavi, İnstaqramda narıncı, Vatsapda isə yaşıl rəngdə görünəcək.
    Yenilik gələn həftədən etibarən tətbiq ediləcək.

    Muxalifet - 5-11-2019

  14. Abşeronda ağır yol qəzası: ölənlər var

    Abşeron rayonunda yol qəzası baş verib. 

    Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Fatmayi-Goradil avtomobil yolunda qeydə alınıb.

    Belə ki, 1938-ci il təvəllüdlü Şamil Əliyev idarə etdiyi "Volvo" markalı avtomobil Mehman Quliyevin sükanı arxasında olduğu "Hyundai" markalı avtomobillə toqquşub. Nəticədə "Hyundai"ın sərnişinləri - 1994-cü il təvəllüdlü Türkanə Rüstəmova hadisə yerində, 2017-ci il təvəllüdlü Yusif Quliyev isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    Muxalifet - 5-11-2019

  15. Mərc edib 50 yumurta yemək istədi... - Sonrası HAMINI ŞOKA SALACAQ

    Hindistan sakini mərcə girərək 50 yumurta yemək istəyib, amma ölüb.
    42 yaşlı Subhaş Yadav bazarda tanışı ilə arasındakı mübahisəni həll etmək üçün 2000 rupi müqabilində (30 dollara yaxın) 50 yumurta yeməyə razılaşıb.
    Ancaq 41 yumurta yedikdən sonra halı pisləşib, xəstəxanaya aparılsa da həyatını xilas etmək mümükün olmayıb.
    Həkimlər onun ölümünün həddən artıq çox qidalanmadan qaynaqlandığını bildirib.

    Muxalifet - 5-11-2019

  16. ​Azərbaycanda uzun illər icra başçısı olanlar - SİYAHI

    Son günlərdə Prezident İlham Əliyev tərəfindən bir sıra sahələrdə struktur və kadr islahatları aparılır. O cümlədən rayon icra hakimiyyətlərinə də gənc kadrlar təyin edilir.
    Muxalifet.az
    Baku.ws-ə istinadən xəbər verir ki, Yevlaxa 38 yaşlı Tağıyev Anar Aqil oğlunun, Xaçmaza isə 39 yaşlı Rzayev Elnur Şahbaz oğlunun təyin edilməsi buna nümunədir.

    Muxalifet - 5-11-2019

  17. Sabiq deputat Rafael Cəbrayılov məhkəməyə məcburi gətiriləcək

    Bu gün Abşeron rayon Məhkəməsində sabiq deputat Rafael Cəbrayılovun məcburi gətirilməsi ilə bağlı icraçı İlyas Həsənovun təqdimatı üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesə nə icraçı İlyas Həsənov, nə də Rafael Cəbrayılov gəlib. Prosesdə yalnız zərərçəkən M. Qurbanovanın nümayəndəsi iştirak edib. Məhkəmə prosesi noyabrın 15-ə qədər təxirə salıb. Xatırladaq ki, R. Cəbrayılov zərərçəkən M. Qurbanovaya 370 min manat borcu var.

    Muxalifet - 5-11-2019

  18. Bakıda dörd nəfər avtobus sürücüsünü döydü

    Bakıda avtobus sürücüsü sərnişinlər tərəfindən döyülüb.

    Muxalifet.az xəbər verir ki, bununla bağlı oxu.az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib. 

    Bildirilib ki, noyabrın 4-də saat 18:20 radələrində Moskva prospekti 46-nın qarşısında "Xaliq Faiqoğlu" şirkətinə məxsus "İsuzu" markalı 61 saylı xətt avtobusunda dörd nəfər naməlum sərnişin xuliqanlıq zəminində sürücü, Bakı şəhər sakini, 1967-cı il təvəllüdlü Oktay Ərsalam oğlu Hüseynovu döyüb. 

    Muxalifet - 5-11-2019

  19. ŞOK AÇIQLAMA: Orxan Pamuk yenə "ERMƏNİ GENOSİDİNİ" TƏSDİQLƏDİ

    Nobel mükafatına görə "qondama erməni genosidini" təsdiq edən yazıçı Orxan Pamuk Türkiyəyə qarşı yenə nankorluğa davam edir . 
    Muxalifet.az 
    bu barədə tert.am saytına istinadla xəbər verir.

    Muxalifet3 - 5-11-2019

  20. Avtomobil azyaşlını belə vurdu - ANBAAN VİDEO

    Rusiyada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
    Publika.az məlumat verir ki, iki azyaşlı yolu keçən zaman onlardan birini sürətlə hərəkət edən avtomobil vurub. Nəticədə, o, ağır xəsarətlər alıb.
    Təhlükəsizlik kamerasının qeydə aldığı həmin görüntüləri təqdim edirik:

    Muxalifet - 5-11-2019

Pages