Axtarış
The search found 105823 results in 0.043 seconds.
Search results
Oqtay Gülalıyev xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılır - MEHRİBAN ƏLİYEVA GÖSTƏRİŞ VERDİ
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun əməkdaşları hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunan Oqtay Gülalıyevin səhhəti ilə bağlı məsələləri nəzarətə götürüb və onun müalicəsi üçün lazımı dəstəyin göstəriləcəyi bildirilib.
Muxalifet4 - 5-11-2019
FƏTÖ liderinin erməni keşişə yazdığı məktubu tapıldı - FƏTULLAH GÜLƏN QONDARMA "SOYQIRIMI" TANIYIB? / Foto
Türkiyənin Adana şəhərində FETÖ/PYD əleyhinə keçirilən əməliyyat zamanı 33 nəfər saxlanılıb.
Türkiyə mediası xəbər verir ki, şübhəlilərdən biri olan N.G.-nın evində ələ keçirilən rəqəmsal materiallar arasında FETÖ lideri Fətullah Gülənin 1965-ci ildə Kırıklarelidə keşişlik edən erməni Şinork Kalustyana yazdığı məktub üzə çıxıb. Gülən erməni keşişə yazdığı məktubda qondarma “erməni soyqırımı”nı tanıdığını bildirib.
Qeyd edək ki, ələ keçirilən 33 şübhəlidən 5-i həbs edilib, 28-i isə şərti azadlığa buraxılıb./qafqazinfo
Muxalifet4 - 5-11-2019
ŞOK QALMAQAL: Rusiya Breksit referendumuna MÜDAXİLƏ EDİB
İngiltərədə müxalifət, Boris Conson hökumətinin Rusiyanın Breksit referendumuna müdaxilə etdiyinə dair məruzənin yayımlanmasının qarşısını alaraq, faktları gizlətdiyini iddia etdi.
Muxalifet.az bu barədə "Hürriyet"ə istinadla xəbər verir.Muxalifet3 - 5-11-2019
"Milli Şura həbsxanaya getməyə hazır olan 100 min adamı yetişdirməyə imkan vermir"
"Demokratik dəyişikliklərə nail olmaq üçün mütləq xalqın böyük əksəriyyəti küçələrə çıxmalıdır"
"Əgər xalqın iştirakı yoxdursa, o zaman xalqın maraqları uğrunda aparılan istənilən mübarizə demoqogiyadır"Muxalifet4 - 5-11-2019
Bakıda AĞIR QƏZA: xəsarət alanlar var
Bakıda iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə Səbail rayonu Bibiheybət qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, qəza nəticəsində 1986-cı il təvəllüdlü Mustafayev Elşən Hüseynağa oğlu, 1937- ci il təvəllüdlü Abdulova Səkinə Kamal qızı və 1989-cu il təvəllüdlü Əliyeva Gülnarə Elman qızı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.Muxalifet - 5-11-2019
Mütəxəssislər AÇIQLADI: Selfi çəkmək XƏSTƏLİKDİR
Selfi çəkməyən insan varmı? Bu, ən məşhur foto çəkmə üsuludur. Lakin bilməliyik ki, selfi çəkmək psixoloji pozğunluğa yol açır.
“Selfitis” adlandırılan bu xəstəlik zarafat kimi meydana çıxıb, sonar Amerika Psixiatrik Assosiasiyası və bir sıra digər səlahiyyətli qurum bunu ciddi araşdırmağa başlayıb.
Selfi asılılığı 3 qrupa bölünür və “selfitist davranış şkalası”na uyğun incələnir.
Sərhəd mərhələsi: gündə azı 3 selfi çəkən, lakin sosial mediada paylaşmayanlar.
Kəskin: gündə 3 selfi çəkib sosial mediaya yerləşdirənlər.Muxalifet - 6-11-2019
Slovakiya millimizlə oyun üçün heyətini açıqladı
AVRO-2020-nin seçmə mərhələsində noyabrın 19-da, saat 23:45-də, Anton Malatinskiy stadionunda Azərbaycan millisi ilə qarşılaşacaq Slovakiya yığmasının heyəti açıqlanıb. Rəqibimiz yığmamıza qarşı aşağıdakı oyunçuların xidmətindən istifadə edəcək.
Muxalifet - 6-11-2019
SON DƏQİQƏ: NATO-dan Rusiyaya zərbə
NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın təşkilata üzv ola biləcəyini bəyan edib. Stoltenberq müttəfiqlərin hamısının Ukraynanın NATO-ya üzv olması qərarını verdiyini açıqlayıb. "Ukraynanın NATO-ya qoşulması üçün lazımı islahatları həyata keçirməsi üçün yardım edəcəyik", - deyə NATObaş katibi vurğulayıb.
Muxalifet - 6-11-2019
Rusiyada azərbaycanlını təyyarədən belə düşürdülər - VİDEO
Rusiyada xuliqanlıq zəminində həbs olunan və haqqında həbs qərarı çıxarılan azərbaycanlının görüntüləri yayılıb.
Virtualaz.org yerli mətbuata istinadən bildirir ki, təyyarədə sərnişinlərə və ekipaja qarşı kobudluq və aqressivlik edən həmyerlimiz uçuşun təxirə salınmasına səbəb olub.
Məlumata görə, o, hava limanı polisi tərəfindən saxlanılıb. Onun avialaynerdən endirilməsinin videogörüntüləri yayılıb.Muxalifet - 6-11-2019
Bakıda tıxac xəbərdarlığı
Noyabrın 10-dan Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində aparılan yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin yenilənməsi işlərinə başlanılır.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, kommunikasiya xətlərini yenilənməsi aidiyyəti qurumlar tərəfindən sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq.Muxalifet - 6-11-2019
Kərəm Həsənov vəzifəsində qalacaqmı...
Vətəndaşlar daşınmaz əmlakın dövlət qeydiyyatı prosesi ilə maraqlanır
Muxalifet - 6-11-2019
Ancelina Coli lüt fotolar çəkdirdi
Məşhur Hollivud ulduzu Ancelina Coli “Harper's Bazaar” jurnalının növbəti buraxılışı üçün toples çəkilib və müsahibə verib. “Yeni Sabah” xəbər verir ki, jurnalın baş səhifəsində Colinin ağ tülə bürünmüş lüt şəkli yerləşdirilib. Jurnaldakı digər şəkillərdə də ulduz yarı çılpaq çəkilib. Fotosessiyanın müəllifi Norveç fotoqrafı Selve Sundbe olub. Nəşrə müsahibəsində aktrisa özünün daxili gücü, tatuları, uşaqları və keçmiş əri Bred Pittlə münasibətləri haqqında danışıb, eləcə də qadın və qaçqın problemlərinə toxunub.
Muxalifet - 6-11-2019
Əzgilin faydaları: arıqladır, bel ağrılarını aradan qaldırır...
Payız-qış fəslinin ən sevilən meyvələrindən biri də əzgildir. Kimisi bərk, kimisi də bir az yumşalmış formada xoşlayır əzgilin dadını. Amma dadı ilə yanaşı insan orqanizmi üçün faydaları da saymaqla bitmir.
Publika.az sizə əzgilin inanılmaz faydalarını təqdim edir.
Əzgil kalsium, dəmir, fosfor, potasium tərkibi ilə yanaşı askorbin turşusu ilə zəngin olması baxımından orqanizm üçün çox faydalıdır. O sərinlədici təsiri ilə bədənə təravət bəxş edir. Antioksidant xüsusiyyəti sayəsində zərərli toksinləri yox edir.Muxalifet - 6-11-2019
"Qalatasaray" Çempionlar Liqasında ölüm-dirim mübarizəsinə çıxır
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 8 görüşü keçiriləcək.
Muxalifet.az-ın məlumatına görə, ikinci oyun günündə A, B, C və D qruplarında yer alan komandalar qarşılaşacaqlar.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniyada "Real Madrid"lə üz-üzə gələcək. Fatih Terimin baş məşqçisi olduğu komanda bu turda məğlub olacağı təqdirdə, növbəti mərhələ şanslarını itirəcək.Muxalifet - 6-11-2019
“Son 3-4 ildə terrorçular Azərbaycanda...” – İŞİD məhv oldu, ya yenisi ilə əvəzlənir?
Xəbər verdiyimiz kimi, terror təşkilatı olan İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadi bir neçə gün əvvəl öldürülüb. Onun Amerika qoşunlarının Suriyanı tərk etdiyi və Rusiya qoşunlarının adı çəkilən əraziyə daxil olduğu zamanda öldürülməsi insanlarda təəccüb yaradıb. Onun illərdir öldürülə bilinməməsi və məhz həmin vaxt məhv edilməsi müzakirələrə səbəb olub. ABŞ Prezidenti Donald Tramp İŞİD lideri Əbubəkr Bağdadinin yerinə keçəcək şəxsin (Hacı Abdullah əl-Afari ləqəbli terrorçu Abdullah Qardaşı) də zərərsizləşdirildiyini açıqlayıb.
Muxalifet - 6-11-2019
Moskva “qaz”a basır - Kreml İrəvana Yeni il sürprizi hazırlayır
Moldovaya satdığı mavi yanacağı ucuzlaşdıran Rusiya forpost Ermənistana eyni lütfü göstərməyə tələsmir - səbəb; Paşinyan çəkiclə zindan arasında qalıb...
Muxalifet - 6-11-2019
Eldar Əzizovdan icra başçılarına CİDDİ XƏBƏRDARLIQ
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul etdiyi zaman verdiyi tapşırıqların icrası, Bakı şəhərində görülən abadlıq-quruculuq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
BŞİH-in Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxt rayonlarının icra hakimiyyətlərinin başçıları, şəhərin təsərrüfat xidmətlərinin rəhbərləri iştirak ediblər.Muxalifet - 6-11-2019
İki uşağı ilə "Megafun"a gedən ana itkin düşüb
Bakıda ana iki uşağı ilə birgə itkin düşüb.
"Report"un xəbərinə görə, hadisə oktyabrın 24-də Nərimanov rayon ərazisində baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü Lamiya Əlizadə oğlu - 2010-cu il təvəllüdlü Emil Məmişov və qızı - 2013-cü il təvəllüdlü Günay Məmişova ilə birgə Xətai rayon ərazisində yerləşən "Megafun" əyləncə mərkəzinə gedib. O, bir müddət sonra həyat yoldaşı ilə əlaqə saxlayıb və Ə.Rəcəbli küçəsi-3 ünvanında yaşayan bacısının evinə gedəcəyini deyib və bir daha geri qayıtmayıb.Muxalifet - 6-11-2019
Türkiyədə azərbaycanlı qadın iki mobil telefon oğurladı - ANBAAN VİDEO
İstanbulda iki ədəd mobil telefonu oğurlayan azərbaycanlı qadın saxlanılıb.
Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, hadisə İstanbulun Arnavutköy səmtində baş verib. Belə ki, 37 yaşlı Zoya K. adlı qadın bir iş yerində iki ədəd mobil telefonu oğurlayıb və ərazidən uzaqlaşıb. Onun bu əməli kameralarda qeydə alınıb.
Muxalifet - 6-11-2019
“Poroşenko Andrey Boqdanı sevmirdi və onu izləyirdi” – Baş prokuror
Ukrayna Baş prokuroru Ruslan Ryaboşapka bildirib ki, keçmiş prezident Petro Poroşenko hazırda Ukrayna prezident administrasiyasının rəhbəri vəzifəsini icra edən Andrey Boqdanı izləyirmiş.
“Report” un məlumatına görə, bu barədə “Sol sahil” nəşri məlumat yayıb.
Onun sözlərinə görə, Poroşenko həqiqətən Boqdanı sevmirdi:
“Hətta müəyyən bir müddət onu izləyib. Bu, Boqdanın vəkil olaraq “UKROP” siyasi partiyasının keçmiş rəhbəri Gennadiy Korbanı və oliqarx İqor Kolomoyskini müdafiə edən zaman olub”.
Muxalifet - 6-11-2019