Axtarış

The search found 105828 results in 0.122 seconds.

Search results

  1. Belorusiya prezidenti BƏƏ-yə müalicəyə gedib. Diaqnozu...

    Belorusiya prezidenti Aleksandr Lukaşenko 4 gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinə gizli şəkildə müalicəyə gedib. Bu barədə NEXTA teleqram – kanalına Belorusiyanın BƏR-dəki nümayəndə heyətinin adının anonim saxlanmasını istəyən üzvü xəbər verib.
    Yüksək çinli məmurun sözlərinə görə, Lukaşenko hava limanından birbaşa Abu-Dabidəki yerli klinikalardan birinə gedib. Klinikanın VİP-bölməsinə yalnız yerli həkimlər buraxılır, Belorusiya liderinin diaqnozu gizli saxlanılır. Lukaşenkonun mətbuat xidməti vəziyəti elə idarə edir ki, guya o , öllkədədir.

    Muxalifet3 - 6-11-2019

  2. Bu gün 40 ailəyə mənzil verildi

    Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsindəki yeni yaşayış binalarından alınmış daha 40 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsindəki yeni yaşayış binalarından alınmış daha 40 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.

    Muxalifet3 - 6-11-2019

  3. “Dağlıq Qarabağın erməni icması adlı məfhum yoxdur. Çünki həmin ərazilər Ermənistan tərəfindən işğal olunmuş ərazilərdir” – Tofiq Zülfüqarov

    “Dağlıq Qarabağın erməni icması adlı məfhum çoxdandır yoxdur. Əslinə qalsa, bu adamlar işğalçı administrasiyanı təmsil edirlər. Çünki həmin ərazilər Ermənistan tərəfindən işğal olunmuş ərazilərdir”.

    Bu barədə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Amerikanın səsi”nə müsahibəsində işğal olunmuş ərazilərdə yaradılmış qanunsuz rejimin nümayəndəsi Masis Mailyanın ABŞ Konqresində tədbirdə iştirakını şərh edərkən deyib.

    Muxalifet3 - 6-11-2019

  4. Eldar Camalova vəzifə verildi

    Baş Prokurorluqda kadr dəyişikliyi olub.

    Baş prokuror Zakir Qaralov bununla bağlı əmr imzalayıb.

    Əmrə əsasən, Şəki rayon prokuroru vəzifəsini icra edən Elmar Camalov Mingəçevir şəhər prokuroru təyin edilib.

    Muxalifet3 - 6-11-2019

  5. Pensiyaçılara şad xəbər - Gələn il ciddi artım olacaq

    Azərbaycanda gələn il üçün orta aylıq pensiya məbləği açıqlanıb. Muxalifet.az xəbər verir ki, bu, Hesablama Palatasının “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb. Sənəddə qeyd edilib ki, müvafiq məlumatlara əsasən orta aylıq pensiya məbləğinin 2020-ci ildə 293 manat olacağı nəzərdə tutulub. Bu da 2018-ci il üzrə müvafiq göstəricidən 85 manat və ya 40,9%, 2019-cu ilin müvafiq proqnoz göstəricisindən isə 43 manat və ya 17,2% çoxdur. /APA

    Muxalifet - 6-11-2019

  6. Tramp orduya icazə verdi

    ABŞ Prezidenti Donald Tramp Suriyadakı neftin təhlükəsizliyini təmin etmək məqsədilə hərbi əməliyyatlara başlamaq üçün icazə verib. Nəticədə, Tramp terror təşkilatı olan PKK/YPG-nin idarəsində olan bölgəyə də əsgər göndərə biləcək.

    Trampın qərarı İŞİD-lə mübarizəyə davam etmək, İranın bölgədəki nüfuzuna qarşı çıxmaq və PKK/YPG ilə ortaqlığa davam etmək üçün Suriyada qalmağın tərəfdarı olan komandirlər tərəfindən zəfər kimi dəyərləndirilir

    Bölgədə nə qədər əsgər qalacağı deyilməsə də, məlumata görə, bu rəqəm 800-dən çox olacaq.

    Muxalifet - 6-11-2019

  7. Prezident İlham Əliyev sərəncam verdi

    Prezident İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
    Muxalifet.az-ın məlumatına görə sərəncamda qeyd edilir ki, Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar və neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
     
    Əliyev Ağasəf Dünyamalı oğlu
     
    Qurbanov Rəhman Əlisgəndər oğlu
     
    Məmmədov Aqil Nəcəfəli oğlu.
     

    Muxalifet3 - 6-11-2019

  8. Azərbaycanlı Rusiyada YÜKSƏK VƏZİFƏYƏ SEÇİLDİ

    Rusiyanın Kirov vilayətində ilk iclası keçirilən 5-ci çağırış İctimai Müşahidə Komissiyasının sədr müavini vəzifəsinə bölgədə fəaliyyət göstərən “Azərbaycan” Xeyriyyə Fondunun prezidenti Elnur Hüseynov seçilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə report-un Rusiya bürosuna bildirən E.Hüseynov komissiyanın heyətinə ardıcıl olaraq üçüncü dəfədir seçildiyini qeyd edib: "İmkan daxilində və müraciətlər gəlincə həmvətənlərimizə pozulmuş hüquq və azadlıqlarını təmin etməkdə kömək etməyə çalışacağam".

    Muxalifet - 6-11-2019

  9. SOK XƏBƏR: Suriyada İsrailin GİZLİ SİLAHI tapıldı

    Rusiya Suriyada “David Sapandı”raket sistemidən buraxılmış təkmilləşdirilmiş “yer-hava”tipli İsrail raketini ələl keçirib. Məlumata görə raket yerə enən zaman partlamayıb. Raketin 23 iyul 2018-ci ildə atıldığı iddia edilir.
    Muxalifet.az bu barədə vz.ru-ya istinadla xəbər verir. 

    Muxalifet3 - 6-11-2019

  10. Rusiya prezidenti Putin Yeni Silahlardan danışdı

    Yüksək çinli zabit və prokurorların təltif edilmə mərasimində çıxış edən Rusiya prezidenti Vladimir Putin, “Səsdən sürətli, lazer və müasir silahları ordumuzun xidmətinə verəcəyik”, deyə bildirdi.

    Muxalifet3 - 6-11-2019

  11. İstanbulda tutulan azərbaycanlı oğrunun şəkilləri yayıldı / Fotolar

    İstanbulda tekstil və yük şirkətindən 250 min dollar dəyərində oğurluq edən dəstənin azərbaycanlı üzvü yaxalanıb.
    Muxalifet.az məlumat verir ki, onun oğurluq etmək məqsədilə Bakıdan İstanbula gəldiyi və dəstənin digər üzvlərinin köməyilə əməlini həyata keçirdiyi bildirilir.
    Vəli adlı şəxİsin həbs olunması anı lentə alınıb.
    Muxalifet.az

    Muxalifet3 - 6-11-2019

  12. Türkiyə müdafiə nazirindən SON DƏQİQƏ MESAJI

    Türkiyə müdafiə naziri Hulusi Akar Bağdadinin xanımının ələ keçirilməsi ilə bağlı "tezliklə yeni məlumatlar açıqlayacağıq", deyə bildirdi.
    Müdafiə naziri "Avropa vətəndaşlrı olan “İŞİD”-çilər Avropaya qaytarılacaq" deyib.
    Muxalifet.az

    Muxalifet3 - 6-11-2019

  13. Bakı sakinlərinə MÜRACİƏT...

    Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə ictimaiyyətə müraciət ünvanlayıb.

    Muxalifet3 - 6-11-2019

  14. İnsan həyatı üçün təhlükəli olan top mərmiləri tapıldı - Bakıda

    Bakı şəhərinin Xətai rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub.

    Muxalifet3 - 6-11-2019

  15. 8 azərbaycanlının xəsarət aldığı qəza / Foto

    Rostov-Bakı marşrutu üzrə baş verən avtobus qəzasının görüntüləri yayılıb.

    Muxalifet.az bildirir ki, "Ford" markalı mikroavtobusun qəzaya düşməsi nəticəsində 8 nəfər xəsarət alıb. Yaralıların hamısı azərbaycanlılardır.

     

    Muxalifet3 - 6-11-2019

  16. İraqda ölənlərin sayı 300-ə çatdı

    İraqın paytaxtı Bağdadda baş verən nümayişlər daha da şiddətlənib.

    Muxalifet.az xəbər verir ki, dünən axşam əvvəlcə güclü partlayış səsi eşidilib, sonra isə nümayişçilərin irəlilədiyi Şühəda körpüsü yaxınlığında silahlardan atəş açılıb.

    Hökumət binaları və xarici nümayəndəliklərin olduğu Yaşıl Bölgəyə getmək istəyənlər Dəclə çayının üzərindəki körpülərdən keçməyə cəhd edirlər.

    Muxalifet3 - 6-11-2019

  17. ABŞ-dan TÜRKİYƏYƏ SÜRPRİZ ZİYARƏT

    Muxalifet.az xəbər verir ki, noyabrın 8-də  ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi James Jeffrey cümə günü Ankaraya gələcək.
    James Jeffry XİN və Müdafiə Nazirliklərində görüşlər keçirəcək.
    Yenilənir...

    Muxalifet3 - 6-11-2019

  18. Tramp üçün "İMPİÇMENT ZƏNGİ" çalınır

     
    ABŞ prezidenti Donald Trump-a qarşı açılmış impiçment prosesinin ictimai dinləmələrinin gələn həftə başlayacağı bildirilib.

    Muxalifet3 - 6-11-2019

  19. Rusiyada erməniyə yüksək vəzifə verildi - Putindən sərəncam

    Rusiya prezidenti Vladimir Putin Sergey Karapetyanın Smolensk vilayətinin baş prokuroru təyin olunması haqda sərəncam imzalayıb.

    “Yeni Sabah” xəbər verir ki, 41 yaşlı S.Karapetyan bundan öncə Krasnoyarsk diyarının baş prokuror müavini işləyib.

    Qeyd edək ki, Smolensk – Rusiya Federasiyasının mərkəzi və strateji vilayətlərindən biridir. Əhalisi 1 milyona yaxın, ərazisi isə 49779 kvadrat kilometrdir.

    Muxalifet - 7-11-2019

  20. “Qalatasaray”dan biabırçı məğlubiyyət – NƏTİCƏLƏR

    UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.

    “Report”un məlumatına görə, turun ikinci oyun günündə 3 komanda 1/8 finala vəsiqəni təmin edib. Bunlar Fransa PSJ-si, Almaniya “Bavariya”sı və İtaliya “Yuventus”udur.

    Muxalifet - 7-11-2019

Pages