Axtarış

The search found 105828 results in 0.146 seconds.

Search results

  1. Tanınmış meyxanaçı QUMARDA 144 min manat UDDU - FOTO

    Dünən "Çempionlar liqası"nın qrup mərhələsində "Real Madrid" və "Qalatasaray" komandalarının oyunu baş tutub. Muxalifet.az adalet.az-a istinadən xəbər verir ki, tanınmış meyxanaçı Vüqar oyundan əvvəl Topazda İspaniya komandasının 6:0 hesabı ilə qələbə qazanmağına 3000 manat pul qoyub. Əmsalı 48 olan bu təxminin doğru çıxdığına görə, tanınmış meyxanaçı 144000 manat pul qazanıb.

    Muxalifet - 7-11-2019

  2. Yevlaxda AĞIR QƏZA: Xəsarət alanlar var

    Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə zamanı Yevlax rayon sakini, 1958-ci il təvəllüdlü Almaz Xəlilova və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü Sadiq Aydınov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər ikisi Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin kafi və qənaətbəxş olduğu bildirilir.

    Muxalifet - 7-11-2019

  3. Ağdamda MÖHTƏŞƏM BAYRAQ YÜRÜŞÜ - VİDEO

    Ağdam rayonunda 9 noyabr Azərbaycanın Dövlət Bayrağı Günü münasibəti ilə "Bayraq yürüşü" keçirilir.
    Aksiya Təhsil və Müdafiə Nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.
    Yürüş Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Təhsil Şöbəsinin önündən başlayıb və Bayraq meydanına qədər davam edəcək.
    Aksiyanın keçirilməsində əsas məqsəd milli atributların təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

    Muxalifet - 7-11-2019

  4. “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir” – Ərdoğan

    “İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadinin həyat yoldaşı 1 ildən çoxdur ki, həbs olunub”.

    APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfərindən öncə keçirdiyi mətbuat konfransında deyib.

    “Əbubəkr əl-Bağdadinin həyat yoldaşının yanında, DNT analizi təsdiqlənmiş övladı da var”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

    Muxalifet - 7-11-2019

  5. Sabiq icra başçısı korrupsiya ittihamına CAVAB VERDİ

    Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunmuş Şəmsəddin Xanbabayevin adı korrupsiyada hallanır.

    Sosial şəbəkə istifadəçisi Ceyhun İbrahimlinin iddialarına görə, Ş.Xanbabayev başçı olduğu dövrdə hər ay vətəndaşlara məxsus 125 min manat vəsaiti mənimsəyib:

    Muxalifet - 7-11-2019

  6. Təhsil naziri İSTEFA VERDİ

    Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili istefa verib.

    Bu barədə ölkənin baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

    O, M.Batiaşvilinin öz istəyi ilə vəzifəsini tərk etdiyini deyib.

    Qeyd edək ki, M.Batiaşvili 2018-ci ilin iyulundan Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsini tuturdu.//publika

    Muxalifet - 7-11-2019

  7. Telli Borçalının ailəsində AĞIR İTKİ - toyda öldü

    Tanınmış aşıq Telli Borçalı "Şou ATV" proqramında qonaq olub. BiG.AZ xəbər verir ki, ifaçı efirdə ağlr itkisindən danışıb: "Bacımın yoldaşını anası toyda dünyaya gətirib. Adını da Toyda qoyublar. İndi toyda öldü. Kənddə xeyir iş var imiş, gedib. Məclisin sonunda Toyda yıxılıb, həkim çatana kimi keçinib. İki övladı qaldı. Bacıma bəd xəbəri qaynı verib. Həmin gün ATV-də çəkilişdə idim. Telefonum da sönmüşdü. Getdim evə açdım ki, nə qədər zəng gəlib. Zəng vuranda artıq bəd xəbəri dedilər".

    Muxalifet - 7-11-2019

  8. “Azərsu” sədri: “Qazdığımız yolları biz təmir etməməliyik”

    “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov rəhbərlik etdiyi qurumun yolları qazdıqdan sonra təmir etməməsi ilə bağlı ittihamlara münasibət bildirib.

    Muxalifet.az-ın məlumatına görə, sədr bu barədə Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında danışıb.

    Muxalifet - 7-11-2019

  9. Osman Gündüz naziri müavinini yalan danışmaqda İTTİHAM ETDİ

    “Dövlət məmuru bilərəkdən “yuxarıları” aldatmaq üçün yalan danışır”

    Muxalifet - 7-11-2019

  10. SON DƏQİQƏ: Tanınmış azərbaycanlı pedaqoq vəfat etdi - FOTO

    Tanınmış pedaqoq Səhrad Bədəlov vəfat edib.
    Publika.az xəbər verir ki, uzun illər Şuşa Mədəni Maarif Texnikumunun direktoru kimi çalışmış S.Bədəlov xəstəlik səbəbindən dünyasını dəyişib.
    Qeyd edək ki, Səhrad müəllim Azərbaycan Respublikası Müəllimləri Təkmilləşdirilmə İnstitutunda yüzlərlə pedaqoqun hazırlanmasında iştirak edib.
    Allah rehmet eləsin!

    Muxalifet - 7-11-2019

  11. Fədayə Laçın danışdı - Bu kişi oğlu kişi mənim ən böyük... - VİDEO

    Müğənni Fədayə Laçın həbsdə olarkən ona ən böyük dəstəyi Manaf Ağayevdən gördüyünü bildirib. “Ölkə.Az” xəbər verir ki, o, bu barədə özü açıqlama verib. “Baxın bu kişi oğlu kişi mənim ən böyük dəstəkçim olub. Həbs xəbərimi eşidən kimi bizə ilk gələn Manaf olub. Həmin gündən mən azadlığa çıxana qədər, hər zaman ailəmin yanında olub, onlara dəstək olub. Bu insan dar günün dostudur ”. F.Laçın neçə illər sənətdə olduqlarına baxmayaraq, heç vaxt Manafla yaxın dost olmadıqlarını da bildirib. “Heç vaxt Manafdan bu qədər isti münasibəti gözləmirdim. Biz heç vaxt yaxın dost olmamışıq.

    Muxalifet - 7-11-2019

  12. BDU-nun müəllimi Rafael Cəbrayılovu məhkəməyə verdi

    Bakı Dövlət Universitetinin (BDU) müəllimi Xatirə Nəcəfova sabiq deputat Rafael Cəbrayılovu məhkəməyə verib.
    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, mülki iddiaya Abşeron Rayon Məhkəməsində baxılacaq.
    Maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia hakim Habil Məmədovun icraatına verilib. İş üzrə hazırlıq iclası növbəti həftə keçiriləcək.
    Qeyd edək ki, X.Nəcəfova 1994-cü ildən BDU-nun Ingilis dili (humanitar fakultələr üzrə) kafedrasında çalışır və baş müəllimdir. R.Cəbrayılovun Xatirə Nəcəfovadan külli-miqdarda borc alaraq qaytarmadığı bildirilir.

    Muxalifet - 7-11-2019

  13. Ermənistanın məhvi planı işə düşdü - Prezidentin keçmiş köməkçisi 10 il öncə hazırlanan PLANI AÇDI

    “Vaxtilə SSRİ-də gedən dağıdıcı proseslər bu gün Ermənistanda gedir”.
    Publika.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri, “Milli təhlükəsizlik partiyasının” rəhbəri Qarnik İsaqulyan deyib.

    Muxalifet - 7-11-2019

  14. Baş Nazir özünə yeni köməkçi təyin edib

    Yeni Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetində kadr islahatları davam edir.

    "Report" xəbər verir ki, Ə.Əsədovun sərəncamı ilə Zakir Paşayev Baş Nazirin köməkçisi vəzifəsinə təyin edilib.

    Bununla da Baş Nazirin köməkçilərinin sayı üçə çatıb.

    Muxalifet - 7-11-2019

  15. Azərbaycanda satışda olan ən bahalı 10 avtomobil - FOTOLAR

    Azərbaycanda əksər sürücülər avtomobil alarkən ucuz və qənaətli olanlarına üstünlük verirlər. Ölkədə əsasən Almaniya, Yaponiya, Koreya və Rusiya istehsalı olan avtomobillərə daha çox rast gəlinir. Lakin paytaxt Bakıda təkcə qənaətli deyil, bahalı avtomobillərə də rast gəlmək mümkündür. Qayanrinfo xəbər verir ki, baku.ws Azərbaycanda mövcud olan ən bahalı avtomobillərin TOP-10-nu (Turbo.az saytından istifadə olunub) müəyyənləşdirib. Reytinqə "Rolls-Royce"dən 4, "Bentley"dən 3, "Mercedes" və "Land Rover"dən hərəsinə bir model daxil olub. 1.

    Muxalifet - 7-11-2019

  16. Sabiq Baş prokurorun bacısı oğluna 12 il iş verildi - MƏHKƏMƏ “GENERAL”A HÖKM OXUDU

    Elxan Hümbətov hədə-qorxu ilə pul tələb edən dəstəyə başçılıq edirmiş

    Özlərini DTX polkovniki, general kimi təqdim edərək, Qusar Rayon Xəstəxanasının baş həkimindən və digər şəxslərdən külli miqdarda pul alan 3 nəfərdən ibarət dəstənin işi üzrə məhkəmə prosesi başa çatıb.

    Muxalifet - 7-11-2019

  17. Vatsapdan mühüm YENİLİK

    Vatsap mesencerində qruplar üçün gizlilik parametrləri yeniləndirilib.

    Bundan belə istifadəçilərin qruplara yeni üzvlərin dəvətinə nəzarət imkanları genişlənir.

    Belə ki, yeni iştirakçı yalnız bütün istifadəçilərin razılığı ilə çata dəvət oluna bilər. Razılıq vermək üçün “Gizlilik”, daha sonra “Qruplar” bölməsinə daxil olaraq qruplara dəvətin bir neçə variantından birini seçmək lazım gəlir.

    Başqa bir funksiya vasitəsilə istifadəçi onu çata dəvət edəcək müsahibini seçmək imkanı əldə edir. //report

    Muxalifet - 7-11-2019

  18. “Heç kim zəmanət vermir ki, onları vurub öldürməyəcəklər”

    Türkiyənin İstanbul şəhərində elektron skuter xidməti istifadəyə verilib. Sakinlər bununla tıxaca düşmədən lazımı yerə vaxtından da tez çatırlar və məsafəni qısaldırlar. İstifadəçilərin sözlərinə görə, skuterlə yarım saatlıq yolu 8 dəqiqəyə gedirlər və bu avtomobildən, motosikletdən, velosipeddən daha təhlükəsiz nəqliyyat vasitəsidir. Bildirilir ki, 10 dəqiqəlik bir səyanət təxminən bir fincan kofe qiymətinə başa gəlir.

    Muxalifet - 7-11-2019

  19. “Azərbaycanla birgə 13 terror yuvasını aşkar etmişik” - FTX RƏHBƏRİ AÇIQLADI

    MDB ölkələrinin cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək xüsusi xidmət orqanlarının əsas vəzifələrindən biridir. Virtualaz.org Rusiya mətbuatına istinadən bildirir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB dövlətlərinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Daşkənddə keçirilən 47-ci iclasında deyib. Onun sözlərinə görə, Əfqanıstanda möhkəmlənmiş İŞİD terror qruplaşması və "əl-Qaidə" tərəfindən təhdidləri zərərsizləşdirmək üçün birgə fəaliyyətin intensivliyini artırmaq vacibdir.

    Muxalifet - 7-11-2019

  20. Xərçəng olduğunu bilən azərbaycanlı məşhur: "Oğlumun toyuna 2 ay qalmışdı" - VİDEO

    Bu gün "Şou Atv" proqramının qonağı tanınmış gitara ifaçısı Rəhman Məmmədlidir. BiG.AZ xəbər verir ki, efirdə ifaçı haqqında acı xəbər verilib. Bildirilib ki, sənətçi böyrəküstü vəzi xərçəngindən əziyyət çəkir. Lakin, ifaçı daha sonra bildirib ki, xərçəng metostaz vermədiyi üçün xəstəlikdən xilas ola bilib. Daha ətraflı videonu təqdim edirik:

    Muxalifet - 7-11-2019

Pages