Axtarış
The search found 105823 results in 0.029 seconds.
Search results
Paşinyan "danışıqlarda dinamika olması iddiası ilə" kimi aldadır? Bakını ya özünü?
Qeyd edilib ki, rəsmi Bakı bu məsələni Ermənistanın onun ərazilərini işğal etməsi kontekstində nəzərdən keçirərkən, Ermənistanın, “DQ” və Azərbaycan xalqları arasında qarşılıqlı razılıq əldə edilməsi barədə danışıqları riyakarlıq kimi qəbul ediləcək.
Muxalifet.az Tert.am saytına istinadla Nikol Paşinyanın "DQ" münaqişəsində dinamikanın müşahidə olunduğunu, bu məsələdə Ermənistan və “qondarma DQR”in mövqelərinin eyni olduğunu bildirdiyi barədə yazını təqdim edir.Muxalifet3 - 6-11-2019
SON DƏQİQƏ: BŞİH Müsavat Partiyasının mitinqlə bağlı müraciətinə CAVAB VERDİ
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb. BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.
Muxalifet - 6-11-2019
Almaniyada “Naxçıvan” adlı klub yaradıldı – Rəsmi qeydiyyata alındı
Dünya Azərbaycanlıları Assambleyasının futbol klubu olan “AZE Nakhchivan SK” (Köln) futbol klubu Almaniya Məhkəmə orqanı tərəfindən rəsmi qeydiyyata alınıb. Bu barədə “Report”a Alman-Azərbaycan Mədeniyyet Evinin icraçı direktoru, Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev Rəşad Quliyev məlumat verib. O, əsas məqsədin peşəkar futbol klubu yaradaraq, Avropada Azərbaycanı layiqincə təmsil etməkdən ibarət olduğunu bildirib.
Muxalifet - 6-11-2019
Bunları teatrın hesabına ödəyibmiş - Azərpaşa Nemətovla bağlı korrupsiya faktı
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətovla bağlı arxiv sənədlər ortaya çıxıb.
Muxalifet.az Ölkə.az-a istinadən xəbər verir ki, sənəddə Nemətovun qanunsuz olaraq öz qohumlarının təyyarə ilə gediş haqqını Teatr cəmiyyətinin hesabına ödədiyi qeyd edilir.Muxalifet - 6-11-2019
Zaur Kamala ATV-dən GÖZLƏNİLMƏZ TƏKLİF - Kanalı DƏYİŞİR?
Aparıcı Zaur Kamal qonağı olduğu "Hər şey daxil"in efirində gözlənilməz açıqlması ilə diqqət mərkəzinə düşüb. Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, aparıcı ATV telekanalından daha yüksək maaşla iş təklifi aldığını bildirib. Zaur yüksək maaşlı təklifdən imtina etməyinin səbəbini də açıqlayıb: "Mən 21 ildir ki, bu kanaldan uzağa getmədim. Məni ATV-yə transfer etmək də istədilər. Maaşımı da çox verəcəkdilər, mən getmədim. Ad-sana, şan-şöhrətə mən burada mindim, burada tanındım. Rəhbərlik tərəfindən diqqət varsa, bizdə də stimul yaranır, daha da qəşəng proqram aparırıq".
Muxalifet - 6-11-2019
28 Mayda avtobus sürücüsünün törətdiyi qəzanın VİDEOSU
Bakıda qayda pozaraq qəza törədən avtobus sürücüsünün görüntüsü təhlükəsiz şəhər kamerasına düşüb.
Muxalifet.az avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın 28 May küçəsinin sağ zolağında yüksək sürətlə hərəkət edən 46 saylı marşrut avtobusunun sürücüsü qəfildən sol zolağa keçərək qarşıda dayanmış "Mitsubishi" markalı avtomobillə toqquşub.
Yol-nəqliyyat hadisəsinə səbəb olan avtobusun sürücüsü həm hərəkət sürətinə riayət etməyib, həm də manevr qaydasının tələblərini kobud şəkildə pozub.Muxalifet - 6-11-2019
Zakir Fərəcov müavinini vəzifəsindən azad etdi
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müavinlərindən birini vəzifəsindən azad edib.
Muxalifet.az Unikal.org-a istinadən xəbər verir ki, Z.Fərəcov müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseynov Fəzail Ağar oğlunu vəzifəsindən azad olunması barədə əmr imzalayıb.İcra başçısının bu qərarı vermsinə səbəb isə, Fəzail Hüseynovun şəhərdə sahibkarlara problemlər yaratmasıdır.
Muxalifet - 6-11-2019
ŞOK: Administrasiya rəhbərinə CİNAYƏT İŞİ AÇILDI - KORRUPSİYA
Ukraynanın Milli Antikorrupsiya Bürosu Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçkoya qarşı dövlətə xəyanət və büdcə vəsaitlərinin oğurlanması iddiası ilə cinayət işi açıb.
Bu barədə "Ukrainskie novosti" nəşri məlumat yayıb.
Qeyd olunur ki, Antikorrupsiya Məhkəməsinin qərarı ilə açılan iş üzrə V.Kliçkonun iki müavini də ittiham olunur.
Daha əvvəl V.Kliçkonun səlahiyyətlərindən sui-istifadə etməkdə və Kiyevdəki Şulyavski körpüsündə təmir işləri zamanı vəsait oğurlamaqda şübhəli bilindiyi açıqlanmışdı. (report)Muxalifet - 6-11-2019
Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ
1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın (bundan sonra İTS) bütün ölkə üzrə tətbiqi məqsədilə keçən ilin sonlarında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra Qanun) dəyişiklik edilib və ölkə başçısı tərəfindən “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalanıb. Fərmana uyğun olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (bundan sonra TƏBİB) publik hüquqi şəxs yaradılıb və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edilib.
Muxalifet - 6-11-2019
Əl-Bağdadinin arvadı yaxalandı
Terrorçu İŞİD qruplaşmasının ötən ay öldürülən lideri Əbubəkr əl-Bağdadinin arvadı həbs olunub.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, deyib ki, ABŞ Əbubəkr əl-Bağdadini tuneldə məhv edib: "İlk dəfədir açıqlayıram: biz də onun xanımını, bacısını tutduq. Ancaq belə hay-küy salmadıq".Muxalifet - 6-11-2019
İlham Əliyevdən Naxçıvanla bağlı MÜHÜM SƏRƏNCAM
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Muxalifet - 6-11-2019
Avstraliyadan Azərbaycan- Gürcüstan sərhədinə uzanan erməni barmağı - MASİS İNGİLİSYANIN TƏXRİBATI BOŞA ÇIXDI
Tanınmış qərb informasiya resursu Bellingcat Azərbaycanla Gürcüstan arasında münasibətləri zədələməyə hesablanmış təxribata əl atıb. Virtualaz.org xəbər verir ki, bu saytın Avstraliyada mənzillənmiş araşdırmaçısı Masis İngilisyan Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin Ermənistanla sərhəddə mövqelərini irəli çəkərkən Babakər dağı tərəfdə Gürcüstan ərazisinə keçib orada post qurduqlarını iddia edib. Və öz iddiasını peyk fotoları ilə möhkəmləndirməyə çalışıb.
Muxalifet - 6-11-2019
"Arvadım məni döyür, evdən qovur" - Bakıda - VİDEO
Space Tv-də Amil Xəlilin «Gəl dərdini danış» layihəsində ötən gün müəmmalı ölüm hadisəsindən və kişi şiddətindən danışılıb.
İlk olaraq Arifə adlı xanım çıxış edərək yoldaşının Suraxanı rayonu Zabrat qəsəbəsində avtobusla vurularaq öldürüldüyünü bildirib. O, həmin anların kamera görüntüsünün ona təqdim edilmədiyini bildirib. «Həmin ərazidə kamera var. Amma mənə həmin anı göstərmirlər.»
Muxalifet - 6-11-2019
SON DƏQİQƏ: Ceyhun Məmmədov yüksək vəzifəyə təyin edildi
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinat olub.
Baş prokuror Zakir Qaralov bu barədə əmr imzalayıb.
Əmrə əsasən Məmmədov Ceyhun Fəxrəddin oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarə rəisi təyin edilib.
Xatırladaq ki, Əməliyyat İdarəsinin rəisi Mürsəliyev Emin Ramiz oğlu bir neçə gün öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.(Trend)Muxalifet - 6-11-2019
Azərbaycan Rusiyaya nota verib
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.
Bu barədə XİN-dən məlumat verilib.
Görüş zamanı Rusiyanın ölkəmizdəki səfirinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın RF-yə səfər etməsi ilə əlaqədar XİN-in etiraz notası təqdim edilib.
Muxalifet - 6-11-2019
Bakıda ŞOK ƏMƏLİYYAT: Milyonlarla manat dövriyyəsi olan cinayətkar şəbəkə ələ keçdi
Baş Prokurorluq tərəfindən digər hüquqi mühafizə orqanları və müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə iqtisadiyyatın inkişafına başlıca əngəl hesab edilən hallara qarşı mübarizə tədbirləri daim diqqət mərkəzində saxlanılır və onları törətmiş şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir.
Muxalifet - 6-11-2019
Yaqub Eyyubov niyə yoxa çıxıb?
Novruz Məmmədov Baş nazir vəzifəsindən azd ediləndən sonra onun müavinləri Əli Həsənovla Hacıbala Abutalıbov istefaya getdi. Bundan sonra belə məlumat yayıldı ki, Baş nazirin birinci müavini Yaqub Eyyubov da tutduğu vəzifədən azad ediləcək.
Bu məlumatın ictimai rəydə özünə yer eləməsinin səbəbi Yaqub Eyyubovun da təqaüd yaşını ötməsi, eyni zamanda uzun müddətli məmur karyerası ilə bağlı idi.Muxalifet - 6-11-2019
Suriyada QALİB RUSİYADIR, HƏLƏ Kİ...
Suriyadakı hazırki böhran çox sayda uduzan tərəflər və bir qalib - Rusiya ilə xarakterizə olunur. ABŞ Prezidenti Donald Tramp Suriyadan əsgərləri tələsik çıxardığı üçün istər öz ölkəsində, istərsə də ölkə xaricində tənqidlərə tuş gəldiyi vaxtda, Türkiyə qoşunlarını Suriyaya yeritdi. Bununla yanaşı, Rusiya özünü "padşah təyin edən güc" rolunda təqdim edərək Ankara və Şama təsirini artırdı.
Muxalifet3 - 6-11-2019
Bakıda qadın meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Muxalifet.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Əhmədova Dilşad Batixan qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.Muxalifet - 6-11-2019
“Təhsilə rüşvəti, qohumbazlığı, yerlibazlığı Misir Mərdanov gətirib”
“Misir Mərdanov heç zaman müəllimlərin əmək haqqının qaldırılmasını düşünmədi. Mən onunla işləmişəm. O, nazirlikdən ancaq gəlir mənbəyi kimi istifadə edirdi”.
Bunu “Yeni Sabah”a açıqlamasında təhsil üzrə ekspert Etibar Əliyev deyib. O, sabiq təhsil naziri Misir Mərdanovun İctimai Televiziyada qonaq olduğu “3D” verilişində səsləndirdiyi “müəllimlərin maaşı 2000 manat olmalıdır” fikrinə münasibət bildirərkən deyib. Ekspert M. Mərdanovun təhsil naziri olduğu dönəmdə təhsilin bütün sahələrində rüşvətxorluğun hökm sürdüyünü bildirib:Muxalifet - 6-11-2019