Axtarış
The search found 105828 results in 0.108 seconds.
Search results
ABŞ Paşinyana əvəz axtarır - Qarabağ da gündəmdə
Qərb qarşısında vədlərini tutmayan, Pentaqonun pulu ilə İrəvanda yaradılan biolaboratoriyaya rusları buraxmağa hazırlaşan inqilabçı baş nazirə bəd xəbər: Amerika səfiri “məxməri inqilab”dan sonra ilk dəfə devrilmiş prezident Sərkisyanla görüşdü...
Muxalifet - 7-11-2019
Milli Məclisin komitə sədrinə AĞIR İTKİ
Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlıya ağır itki üz verib. Publika.az xəbər verir ki, millət vəkilinin anası Səriyyə xanım ötən gün dünyasını dəyişib. Allah rəhmət eləsin.
Muxalifet - 7-11-2019
Nəcati Şaşmazın qardaşı barədə ŞOK İDDİA
“Kurtlar vadisi” serialında Polat Alemdar rolunu canlandıran Necati Şaşmazın qardaşı Raci Şaşmaz fırıldaqçılıqda təqsirləndirilir.
İstanbulun Fikirtəpə ərazisində başlamadan bitən “Brooklyn” inşaat layihəsi zamanı zərər çəkən 131 nəfərin şikayəti üzrə İstanbul Anadolu Cümhuriyyət Prokurorluğuna şikayət ərizəsi təqdim olunub. Pul ödədikləri halda mənzillərini ala bilməyən şikayətçilərin ərizəsi əsasında cinayət işi başlanılıb.Muxalifet - 7-11-2019
Azər Qasımlının xanımından İlqar Məmmədova məktub
REAL Partiyası Məclisinin keçmiş başqanı Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı partiyaya və partiya sədri İlqar Məmmədova açıq məktub ünvanlayıb. “Qafqazinfo”nun məlumatına görə, məktubun mətnini o, Feysbuk hesabında paylaşıb.
Məktubu olduğu kimi təqdim edirik:
Muxalifet - 7-11-2019
Gəncə sakini kanalizasiya quyusuna düşdü
Gəncədə bədbəxt hadisə baş verib. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Krılov küçəsində qeydə alınıb. Şəhər sakini, 1988-ci il təvəllüdlü Natiq Əliyev sözügedən küçədə yıxılaraq kanalizasiya quyusuna düşüb və xəsarət alıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, N.Əliyevin vəziyyəti orta ağır olaraq.qalır. Qeyd edək ķi, hadisə baş verən ərazidə su-kanalizasiya xətlərinin çəkilişi ilə bağlı bir müddətdir təmir-tikinti işləri gedir.
Muxalifet - 7-11-2019
Baş nazirdən NÖVBƏTİ QƏRAR - Ali məktəblərdəki bu...
Baş nazir Əli Əsədov “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar verib.
Muxalifet.az xəbər verir ki, baş nazirin imzaladığı qərarla “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın 86-cı hissəsində “Geofizika mühəndisliyi” sözləri “Geologiya və geofizika mühəndisliyi” sözləri ilə əvəz edilib.Muxalifet - 7-11-2019
Rusiya Suriyaya hansısa məxfi silah apardı - ƏSƏD ORDUSU İDLİBDƏ “TOÇKA-U” TƏTBİQ ETDİ...
Rusiyanın Suriyaya naməlum xarakterli hansısa ağır silah çatdırdığı məlum olub.
Virtualaz.org avia.pro portalına istinadən xəbər verir ki, hökumət qüvvələrinə yaxın olan Suriya mənbələrri silahların bir neçə hərbi gəmi ilə daşındığını bildiriblər. Gəmilərdən biri Bosfor boğazından keçərkən görüntülənib, amma onun yükünün nədən ibarət olduğunu müəyyən etmək mümkün olmayıb.
Muxalifet - 7-11-2019
SİYAHIYAALMA BİTİB, YA DAVAM EDİR? – Komitə sədrindən qeyri-müəyyən açıqlama
Statistika Komitəsinin sədri Tahir Budaqov bəzi vətəndaşların siyahıyaalınmadan kənarda qalması ilə bağlı iddialara münasibət bildirib.
APA-nın xəbərinə görə, Tahir Budaqov qeyd edib ki, Azərbaycan Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanına uyğun olaraq 2019-cu ilin 1-10 oktyabr tarixlərində Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması əsasən başa çatdırılıb.
Muxalifet - 7-11-2019
Bir evdə ölü tapılan 4 bacı-qardaşla bağlı QANDONDURAN FAKTLAR
İstanbulun Fatih rayonunda bir evdə ölü halda tapılan Cüneyt (48 yaş), Oya (54 yaş), Yaşar (56 yaş) və Kamuran Yetişkin (60 yaş) adlı 4 bacı-qardaş haqqında maraqlı faktlar ortaya çıxıb.
.Qanlarında siyanür adlı kimyəvi maddə tapılan bacı-qardaşlardan ən son Oya Yetişkinin öldüyü aparılan araşdırma zamanı məlum olub.
Bu səbəbdən onun daha əvvəl bacı-qardaşına meyvə suyuna siyanür qarışdıraraq verdiyi, daha sonra özünün içdiyi iddia edilir. Qapıdan “Diqqət. Siyanür var. Polisə zəng edin. İçəri girməyin” xəbərdarlığını da onun yazdığı düşünülür.Muxalifet - 7-11-2019
The Jerusalem Post: “Keçmiş İsrail nazirləri erməni soyqırımını tanımağa çağırır”
"Təəssüflər olsun ki, İsrail bir vaxtlar ABŞ Nümayəndələr Palatasının indi davrandığı kimi davranmadı və bir vaxtlar Türkiyə ilə münasibətləri səbəbindən erməni soyqırımını tanımadı". Bu haqda The Jerusalem Post jurnalı öz məqaləsində yazıb: «Əgər bir dövlət bu soqırımı görüb-yaşayan insanıar tərəfindən yaradılırsa, eyni şeyi yaşayan azlığın vəziyyətini başa düşməli idi”, deyərək "The Jerusalem Post" jurnalı yazıb. Muxalifet.az bu barədə az.armradio.am-səhifəsinə isinadla məlumat verir. İsrail indi səhvlərini düzəltmək üçün real imkanlara malikdir.
Muxalifet3 - 7-11-2019
“Türkiyə öz tarixini qəbul etməli və Ermənistandan üzr istəməlidir” - Yunanıstan Prezidentindən ŞOK AÇIQLAMA
İşgüzar səfərlə Ermənistanda olan Yunanıstan Respublikasının Prezidenti Prokopios Pavlopulos Ermənistandan Türkiyəyə mesaj göndərdi. “Armenpres”-ə əsasən, Yunanıstan Prezidenti ER Prezidenti Armen Sarkisyan ilə birgə söhbətdə Erməni Soyqırımına və Pont Yunan Soyqırımına toxunaraq, bəyan edib ki, Türkiyə öz tarixini qəbul etməli və cavab verməlidir.
Muxalifet3 - 7-11-2019
Prezident Musa Yaquba ev verdi
Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib. Muxalifet.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şairin özü məlumat verib. O qeyd edib ki, mənzil Bakı şəhərindədir və 3 otaqlıdır. Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib: “Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”.
Muxalifet - 7-11-2019
Zohrab Mnatsakanyandan SƏRSƏM AÇIQLAMA...
Ermənsitanın Baş naziri Nikol Paşinyanın Ermənistan, qondarma "DQR" və Azərbaycan xalqları üçün sülh olmasına dair mesajı qarşılıqlı olmaya dəyər․ Bu barədə noyabrın 6-da Zohrab Mnatsakanyan Ukrayna xarici işlər naziri Vladimir Prisayko ilə İsveç Beynəlxalq Əlaqələr İnstitutunda Şərq Tərəfdaşlığının 10-cu illiyinə həsr olunmuş “Ermənistan və Ukrayna XİN başçıları ilə söhbət” tədbirində mühazirədə bildirib.
Muxalifet3 - 7-11-2019
Erməni nazir Azərbaycanlı deputata söz hücumu etdi
İsveç Beynəlxalq Əlaqələr İnstitutunda Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş “Ermənistan və Ukrayna nazirləri ilə söhbət” mühazirədən sonra Ermənsitan XİN başçısı sualları cavablandırıb. XİN başçısı azərbaycanlı deputatın “Ermənistan ermənilərin törətdikləri hərbi cinayətləri, etnik təmizlənmələri araşdırmaq üçün Azərbaycanla beynəlxalq məhkəməyə getməyə hazırdırmı?” sualını cavablandırarkən ona sözlə hücum edib.
Muxalifet.az bu barədə az.armradio-ya istinadla xəbər verir.Muxalifet3 - 7-11-2019
26 yaşlı gənc narkotikdən öldü
Bakıda ölüm hadisəsi baş verib.
Unikal.org-un məlumatına görə, Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Məmmədov İzi Barat oğlunun meyiti yaşadığı ünvanda aşkar edilib. İlkin müayinə zamanı onun naməlum narkotik maddədən zəhərləndiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 7-11-2019
“Vinçester”lə adam güllələyən keçmiş məhkum tutuldu
Bakıda odlu silahdan istifadə etməklə xuliqanlıq edən keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Yeni" Sabah"a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silahdan istifadə edilməklə ictimai qaydanı kobud sürətdə pozaraq xuliqanlıq cinayəti törədən və bununla da qəsdən sağlamlığa ağır zərər vuran Salyan rayon sakini əvvəllər məhkum olunmuş Azər Orucov tutulub.Muxalifet - 7-11-2019
SON DƏQİQƏ: Rusiya təyyarəsi HAVAYA QALXDI: Türkiyə yaxınlığında...- FOTO
Rusiyaya aid hərbi təyyarə Suriyanın Qamışlı şəhərinə doğru hərəkət edib. Təyyarənin enişi Türkiyənin Mardin şəhərindən görüntülənib. Yük daşıdığı bildirilən təyyarə Əsəd rejiminin nəzarətindəki hava limanında eniş edib və daha sonra yenidən havaya qalxıb. Qeyd edək ki, daha əvvəl Rusiyadan həmin hava limanına 50 nəfərdən ibarət hərbi heyət göndərilmişdi.//Publika
Muxalifet - 7-11-2019
“Oğru dünyası”nda istifadə olunan sözlərin İNANILMAZ MƏNALARI - FOTO
Həbsxana həyatının bir-birindən maraqlı qanunları var. Lakin bu dəfə biz o qanunlardan deyil, həbsxanada işlədilən sözlərin inanılmaz mənalarından söz açacağıq. Məsələn, xoruz. Biz bu sözü normal qarşılasaq da, cinayət aləminin jarqonunda xoruz ifadəsi o qədər də yaxşı səslənmir. “Petux”: rus dilində bu, Xoruz deməkdir. Amma cinayət aləmində, xüsusilə post-sovet məkanındakı həbsxanalarda bu ifadə ən alçaq söz olaraq qəbul olunur.
Muxalifet - 7-11-2019
Fatih Terim biabırçı məğlubiyyətdən danışdı: "Deyəcək bir sözüm var..."
"Doğrusu, oyunla və məğlubiyyətlə bağlı deyəcək bir sözüm var: yazıq. Bu nəticəyə görə təkcə üzülmədik, həm də utandıq. İlk 10 dəqiqədə hesabda 0:3 geriyə düşmək çox çətindir. Məğlubiyyət ola bilər, amma bu gün mübarizə görmədim".
Muxalifet.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə "Real"a 0:6 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.Muxalifet - 7-11-2019
“GECƏ REANİMASİYAYA KEÇMƏYƏ ÇALIŞIBLAR…” - Bakıda xəstə yaxınları həkimlərə hücum çəkdi, təhqir etdi
Bakıdakı Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimləri ağır vəziyyətdə xəstəxanaya çatdırılan xəstənin yaxınları tərəfindən təhqir və şantaj ediliblər. Hadisə dünən gecə saat 23:30- da baş verib. Muxalifet.az xəbər verir ki, bu barədə virtualaz.org-a xəstəxananın baş həkimi Bəyalı Məmmədov məlumat verib. Onun sözlərinə görə, 1998-ci il təvəllüdlü Esmira Asif qızı Yusifova təcili tibbi yardımla ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstə anadangəlmə I tip şəkər xəstəsi olub.
Muxalifet - 7-11-2019