Axtarış

The search found 105828 results in 0.084 seconds.

Search results

  1. Gürcüstan prezidenti Salome Zurabişvilidən BƏYANAT: RUSİYANI İNANDIRMALIYIQ Kİ,...

    “Bu işğal Rusiya ilə münasibətlərdə davamlı gərginlik, davamlı neqativ insidentlərə gətirib çıxarır və nəticədə vəziyyət daha təhlükəli mərhələyə keçə bilər.

    Muxalifet3 - 8-11-2019

  2. Gürcüstan müdafiə naziri Qaribaşvili: BİZ FƏXR EDİRİK Kİ, NATO ilə...

    Biz çox əhəmiyyətli olan NATO-Gürcüstan paketini uğurla həyata keçirdiyimiz üçün qürur duyuruq və son 5 ildə ciddi irəliləyişlər əldə olunub", deyə Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Batumidə keçirilən Müdafiə və Təhlükəsizlik konfransında bildirib. Muxalifet.az bu barədə saqinform.ge-saytına istinadla xəbər verir. Garibaşvili qeyd edib ki, Gürcüstan AB və NATO missiyaları kontekstində qlobal sülhün və təhlükəsizliyin gücləndirilməsi səylərinə sadiqdir.

    Muxalifet3 - 8-11-2019

  3. Gürcüstan mütləq NATO-ya üzv olacaq!" - Getemüller

    NATO ilə Gürcüstan arasındakı əməkdaşlığın ən vacib əsası Gürcüstanın NATO-ya üzv olmaq istəyidir - bu qərar 2008-ci ildə Buxarest Sammitində verilmiş bir qərardır və bu qərar qüvvədədir - Gürcüstan NATO-ya üzv olacaqdır!".
    Bunu NATO baş katibinin keçmiş müavini Rose Getemüller Batumidəki müdafiə və təhlükəsizlik konfransına video müraciətlə bağlanarkən söyləyib.

    Muxalifet3 - 8-11-2019

  4. Türkiyədən "Yunanıstan" BƏYANATI: "Türklərə etdikləri zülmü...

    Türkiyə XİN rəsmisi Hami Aksoy Yunanıstan Prezidenti Prokopis Pavlopoulosun 1915-ci il hadisələri ilə əlaqədar Ermənistana etdiyi səfərdə verdiyi açıqlamalara cavab olaraq açıqlama verdi. Muxalifet.az bu barədə "Milliyet"ə istinadla məlumat verir. O, "Yunanistanın Osmanlı İmperiyasının parçalandığı dövrdə müstəqillik qazandığı dönəmdə və daha sonra bölgədəki türkləri və müsəlmanları sistematik şəkildə məhv etməsi tarixi həqiqətdir və bu zülmü unutmamışıq", deyərək ona cavab verib.

    Muxalifet3 - 8-11-2019

  5. Qurban Qurbanov: "Hələ heç nə bitməyib"

    “Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz üçün məğlub olduq”.

    Bunu futbolu üzrə Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

    47 yaşlı mütəxəssis Avropa Liqasının IV turunun APOEL-lə səfər oyunu (1:2) barədə fikirlərini açıqlayıb. Q.Qurbanov uğursuzluğa belə şərh verib: “Futbol belə bir fərqli oyundur. Həm Bakıdakı, həm də bu gün rəqibdən çox qol epizodlarımız olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik".

    Muxalifet - 8-11-2019

  6. Trampdan Ərdoğana qarşı ŞOK HƏRƏKƏT: Vaşinqtona gedəcəyi gün Pentaqon...

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 13 noyabrda ABŞ-a səfərinin dəqiqləşməsi bu ölkədə yeni bir Türkiyə qarşıdurması yaradıb.
    Publika.az xəbər verir ki, Konqresin bəzi senatorları Türkiyəyə qarşı sanksiya layihəsinin Ərdoğan Vaşiqntonda ikən mütləq gündəmə gətirilməsini istəyib.
    ABŞ prezidenti Donald Trampın Administrasiyası isə təklifə müsbət yanaşmayıb.

    Zaman mübahisəsi

    Muxalifet - 8-11-2019

  7. Ermənilər bu rayonlarımızı atəşə tutdu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

    Muxalifet - 8-11-2019

  8. ƏN ÇOX “AXSAYAN” BANKLAR KİMLƏRƏ MƏXSUSDUR? – 10-nunun vəziyyəti ürəkaçan deyil

    Azərbaycanın bank sektorunun ciddi islahatlara ehtiyac duyulan əsas sahələrdən biri olduğu şübhəsizdir. Bu sektorda əsas söz sahiblərinin məmur-oliqarxlar olduğu isə heç kimə sirr deyil.

    Ölkə banklarının cari ilin ilk 9 ayının nəticələrinə dair maliyyə hesabatları bir daha göstərir ki, Azərbaycanda fəaliyyət göstərən 30 bankın təxminən 10-nun vəziyyəti qətiyyən ürəkaçan deyil. 

    Muxalifet - 8-11-2019

  9. İrəvanın Moskvaya silah şantajı - cavab gecikmədi: “Bakıdan imtina edilməyəcək...”

    Silahlanma yarışında uduzan işğalçı ölkə təlaşda; rusiyalı tanınmış hərbi ekspert: “Azərbaycana amerikalılar da məmnuniyyətlə silah satar, çünki...”; Ermənistan Rusiya ilə vassallıq müqaviləsini daha 10 il uzatmağa hazırlaşır...

    Muxalifet - 8-11-2019

  10. Prezident Bayraq Günü münasibətilə paylaşım etdi - Video

    Prezident İlham Əliyev özünün rəsmi "Facebook" səhifəsində 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə videoçarx paylaşıb.

    Muxalifet.az-ın xəbərinə görə, videoçarx “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!” cümləsi ilə təqdim olunub.

    Videonu təqdim edirik:

    Muxalifet - 8-11-2019

  11. Ad günü şənliyində qayçı ilə öldürdülər - AZƏRBAYCANDA DƏHŞƏTLİ QƏTL - TƏFƏRRÜAT

    Ağcabədi rayonunda qətl hadisəsinin təfərrüatı məlum olub. Hadisə noyabrın 7-də saat 17 radələrində rayonun Kamil Nəsibov küçəsində baş verib. Belə ki, Ağcabədi rayon sakini, 1988-ci il təvəllüdlü Cavid Quliyev tanışı, 1974-cü il təvəllüdlü Kərim Sultanovun doğum gününü qeyd etmək üçün onun evinə gedib. Evinin həyətində təşkil edilən ziyafət zamanı K.Sultanovla C.Quliyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Daha sonra K.Sultanov C.Quliyevi ağır formada söyüşlə təhqir edib. C.Quliyev isə ziyafət mərasimindən çıxaraq evlərinə gedib.

    Muxalifet - 8-11-2019

  12. Türkiyəli məşhur Bakıda azərbaycanlı xanımla evləndi – Cütlüyü “ata-bala” adlandırdılar - Video

    Türkiyəli tanınmış jurnalist Kərim Akbaş Bakıda dəbdəbəli toy edib. “Yeni Sabah” xəbər verir ki, o, Əminə adlı azərbaycanlı gənc xanımla ailə qurub. Cütlüyün toyu paytaxt restoranlarının birində baş tutub. Məclisdə yerli şou-biznes nümayəndələri də iştirak edib. Aparıcı Vüsalə Kərimova, müğənni Yaşar Cəlilov toydan görüntüləri paylaşaraq cütlüyü təbrik edib. Bu evlilik sosial şəbəkədə müzakirələrə səbəb olub. İzləyicilər bəyin yaşının çox olduğunu yazaraq cütlüyü “ata-bala” adlandırıblar. Toydan görüntüləri təqdim edirik:

    Muxalifet - 8-11-2019

  13. Özəl klinika rəhbərinin azərbaycanlı sevgilisini güllələmədən bir neçə saniyə öncə - VİDEO

    İstanbulda özəl klinikanada birlikdə yaşadığı qadını güllələyən şəxsin videosu ortaya çıxıb.
    BAKU.WS Türkiyə mətbuatına istinadla xəbər verir ki, Celal adlı həkim onunla birlikdə işləyən və 3 yaşlı uşağının anası olan azərbaycanlı qadını tapança ilə güllələyib.
    Hadisə Yeşilkent məhəlləsində yerləşən tibb mərkəzində, yerli vaxtla 01:00-da baş verib. Hadisədən bir neçə saniyə öncə baş verənlər kameraya düşüb. Əlində silahla sevgilisini axtaran şəxs bir-bir qapıları açır.

    Muxalifet - 8-11-2019

  14. Generallar Ermənistanla SƏRHƏDƏ GETDİ VƏ... - Zəruri tapşırıq/FOTO

    Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev və Baş prokurorun müavini – Hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sər­hə­dinin mühafizə və müda­fiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələ­rinə səfər ediblər.

    Muxalifet - 8-11-2019

  15. “Bakı kinoteatrlarında uşaqlara erotika göstərilir” iddiası

    Rəsmi açıqlama gəldi; mütəxəssislər və psixoloq isə çıxış yolu göstərdilər...

    “Park Cinema” (18+) filmləri uşaqlara nümayiş etdirir. Bu barədə minval.info saytı məlumat yayıb. Məlumatda bildirilir ki, sosial şəbəkə istifadəçisi Nigar Nazim adlı xanım bildirib ki, “Metro Park” TM-də yerləşən “Park Cinema” kinoteatrında ağır psixoloji yükü olan “Joker” filminə baxıb.

    Muxalifet - 8-11-2019

  16. Azərbaycan niyə müharibəyə başlamır? – Bəyanat

    “Ermənistanın danışıqların formatını dəyişmək cəhdi sülh prosesinə açıq-aşkar təhlükədir. Bu cəhdlər 2019-cu ilin martın 9-da həmsədrləri bəyanat verməyə vadar etdi. Bu bəyanatda onlar münaqişə tərəflərini digər tərəfin razılığı olmadan danışıqların formatında birtərəfli dəyişikliklərin edilməsi tələbindən çəkinməyə çağırdılar”.

    Muxalifet - 8-11-2019

  17. Canlı efirdə ŞOK: Diz çökdürdüyü oğlanın atası ilə... - VİDEO

    Evdə qonşusu tərəfindən diz çökdürülən 16 yaşlı Arif Qəhrəmanlının atası ilə qarşı tərəf arasında qarşıdurma yaşanıb. ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələn yeniyetmənin atası oğlunu təhqir edən şəxsdən üzr istəməsini tələb edib. Bunu eşidən şəxs əsbiləşib və kəskin iradını bildirib. Nəticədə tərəflər arasında əlbəyaxa mübahisə baş verib. Daha sonra aparıcı Zaur Baxşəliyev araya girərək mübahisəyə son qoyub. Efirdə baş verən həmin hadisənin görüntüsünü təqdim edirik:

    Muxalifet - 8-11-2019

  18. Zakir Qaralov bu rayonların sakinlərini qəbul edəcək

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il noyabrın 15-də saat 10:00-da Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron, Zəngilan və Şuşa rayon sakinlərinin qəbulunu keçirəcək. Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Abşeron rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

    Muxalifet - 8-11-2019

  19. Azərbaycanda ailə dramı – Şəhidin qardaşı faciəvi şəkildə öldü

    Noyabrın 6-da Xızı rayonu ərazisində baş vermiş ağır yol qəzası nəticəsində vəfat edən 48 yaşlı Ceyhun Abbasovla bağlı bəzi məqamlar üzə çıxıb. Bakı-Quba avtomobil yolunun Xızı rayonunun Giləzi kəndindən keçən hissəsində “Hyundai” markalı maşının vurub öldürdüyü 1971-ci il təvəllüdlü Abbasov Ceyhun Ülfət oğlu şəhid qardaşı olub. Belə ki, mərhumun kiçik qardaşı Zaur Abbasov 1993-cü ildə Goranboy istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Hər iki qardaş doğulub böyüdükləri Xızının Baxşılı kəndində dəfn ediliblər.

    Muxalifet - 8-11-2019

  20. Enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minir! - Yanvarın 1-dən...

    Yanvarın 1-dən enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək. Tərkibində karbohidratların kütlə payı isə 11%-dən artıq olmayacaq. AQTA tərəfindən hazırlanan “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, enerji içkilərinin etiketlərində "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” sözləri qeyd edilməlidir.

    Muxalifet - 8-11-2019

Pages