Axtarış
The search found 105828 results in 0.025 seconds.
Search results
“Məzlum Kobaninin Bağdadidən fərqi yoxdur” - ƏRDOĞAN
Türkiyə prezidenti R.T.Ərdoğan 13 noyabr tarixinə planlaşdırılan ABŞ səfəri ərəfəində kritik açıqlamalar verib.
Muxalifet4 - 8-11-2019
Lavrov Ermənistanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrının 10-11-də Ermənistanda səfərdə olacaq.
“Report”un Rusiya burosunun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə məlumata verib.
“S.Lavrov səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Tərəflər ikitərəfli münasibətləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər”, – deyə o qeyd edib.
Muxalifet - 8-11-2019
74 yaşlı Yaqub Eyyubov “yoxa çıxıb” - ŞAHİN MUSTAFAYEV BİRİNCİ MÜAVİN GƏTİRİLİR
Prezidentin Əli Əsədovu baş nazir təyin etməsinin ardınca baş nazir müavinlərindən Əli Həsənov və Hacıbala Abutalıbovun təqaüd yaşlarının keçməsi ilə əlaqədar istefa ərizəsi yazmaları Nazirlər Kabinetini xüsusi diqqət mərkəzinə gətirib.
Muxalifet4 - 8-11-2019
Allahverən Əliyev Ukraynadakı biznesini genişləndirir - “BASA CİTY” KOMPLEKSİ TİKİLƏCƏK, “KOMFORT+” SİNİFLİ...
Azərbaycanın “Caspian Service” tikinti şirkəti Ukraynada biznesini genişləndirir və bu ölkədə özünün ilk developer layihəsini-“BASA City” yaşayış kompleksinin tikintisini həyata keçirməyə hazırlaşır.
Virtualaz.org “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, şirkət “komfort+” sinifli bu yaşayış kompleksinin tikintisinə 7 milyon dollar yatırmaq niyyətindədir.
Muxalifet - 8-11-2019
Dünyanın gözlədiyi görüşün tarixi BƏLLİ OLDU
Türkiyə, Almaniya, Fransa və İngiltərə Suriya münaqişəsi ilə bağlı zirvə görüşü keçirəcək. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sözçüsü İbrahim Kalın zivə görüşünün 3-4 dekabr tarixində Londonda keçiriləcək NATO toplantısında baş tutacağını açıqlayıb. Dünyanın diqqətlə gözlədiyi zirvə görüşündə Türkiyənin Suriyadakı əməliyyatları və münaqişənin həlli məsələsi müzakirə olunacaq.//Publika.
Muxalifet - 8-11-2019
“Gərək hər diktator xəlvəti aerodromda çəni yanacaqla dolu təyyarəni hazır saxlasın...” - QORBAÇOV KİMƏ EYHAM VURUR, PUTİNƏ, YOXSA...
Noyabrın 4-də Almaniyanın paytaxtında Berlin divarının yıxılmasının 30 illiyinə həsr edilmiş rəsmi tədbirlər başlayıb. Bayram tədbirləri noyabrın 10-na qədər davam edəcək.
Bu münasibətlə “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovdan müsahibə götürüb. Həmin müsahibəni oxuculara təqdim edirik:
-Siz divarın yıxıldığını nə zaman öyrəndiniz?
-Səhər tzdən.
-Və bu xəbər sizə necə təsir etdi?
-Bilirsiniz, biz bunun baş verəcəyini gözləyirdik.
Muxalifet4 - 8-11-2019
Eldar Həsənovun bacısı oğluna 12 İL HÖKM OXUNDU
Özlərini DTX polkovniki, general kimi təqdim edərək, Qusar Rayon Xəstəxanasının baş həkimindən və digər şəxslərdən külli miqdarda pul alan 3 nəfərdən ibarət dəstənin işi üzrə məhkəmə prosesi başa çatıb. Noyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğluna, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğluna və 1978-ci il təvəllüdlü Elxan Hümbətova hökm oxunub. Rövşən Əliyev 9 il, Hətəmxan Çobanov 8 il, Elxan Hümbətov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Muxalifet - 8-11-2019
“Bakı Metropoliteni”indən qiymət artımı ilə bağlı AÇIQLAMA
"Yaxın vaxtlarda "Bakı Metropoliteni" QSC-də qiymət artımı gözlənilmir".
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov deyib.
"Hazırda Bakı metrosu MDB məkanında ən ucuz metrodur. Sərnişinlərin daşınmasından əldə olunan gəlir xərin yalnız 60%-ni qarşılayır. Bununla belə, qiymət artımı gözlənilmir", - deyə o, qeyd edib.
Muxalifet - 8-11-2019
Tanınmış aktrisa Azərbaycanda oğurluq etdiyinə görə ABŞ-a qaçıbmış
ABŞ-a köçərək özündən 48 yaş böyük kişi ilə ailə quran məşhur türk aktrisa Meltem Miraloğlu Azərbaycanda baş verən qalmaqaldan sonra ölkəsindən gedibmiş. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Miraloğlunun gizli evliliyinin üstünü açan yazar Onur Akay TV8-də yayımlanan "Gəl danışaq" verilişinə telefonla qoşularaq aktrisanın Azərbaycanda oğurluq etdiyini və buna görə Türkiyədən qaçdığını söyləyib. "Meltem ABŞ-dan əvvəl Azərbaycanda gedib və orada bir filmin təqdimatına qatılıb. Təqdimat zamanı yanındakı müğənnilərdən biri ilə böyük hadisə baş verib.
Muxalifet4 - 8-11-2019
Azərbaycanda 2 min canavar varmış... - NAZİRLİK AÇIQLADI
"Payız və qış fəslində canavar və digər yırtıcı heyvanların kəndlərə hücumu artır. Bunun səbəbi heyvanların yem bazasının azalması, qida ilə bağlı axtarışa çıxmağa və daha çox qida əldə etməyə çalışmasıdır".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə keçirilən mətbuat konfransında deyib.
Muxalifet4 - 8-11-2019
Ərdoğan xəbərdarlıq etdi: Suriyadan başqa dövlətlər çıxmayana qədər...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstan səfərindən qayıdarkən hava limanında mətbuat konfransı keçirib. Sülh Çeşməsi əməliyyatından sonrakı vəziyəti dəyərləndirən prezident bunları deyib:
Muxalifet3 - 8-11-2019
Badamdar sürüşmə zonasında SON VƏZİYYƏT: Evlər sökülür? - RƏSMİ
Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında evlərin söküntüsünə başlanılması ilə bağlı saytımıza məlumat daxil olub. Mövzu ilə əlaqədar Lent.az -a açıqlama verən Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Natiq Abbasov bildirib ki, sözügedən ərazidə səlahiyyətli orqanlar tərəfindən torpaq qatının yüngülləşdirilməsi prosesi gedir: “Orada olan evlər sökülmür. Sürüşmə zonasına düşən evlərin hasarları isə ola bilər ki, sökülsün. Hazırda bununla bağlı işlər gedir”.
Muxalifet - 8-11-2019
Şəhid hərbçimizin qardaşı HƏR ŞEYİ AÇDI: bütün iddialar YALAN İMİŞ
Noyabrın 6-dan 7-nə keçən gecə Qazaxda şəhid olmuş sərhəd qoşunlarının kiçik giziri Babək Aslanovun qardaşı Nurlan Aslanov sosial şəbəkədə qardaşının adından istifadə edən müxalifət nümayəndələrinə müraciət edib. Muxalifet.az xəbər verir ki, bu barədə Nurlan Abbasov RePost.az-a açıqlamasında bəzi şəxslərin soial şəbəkədə şəhid qardaşı ilə bağlı yalan məlumat yaydıqlarını bildirib. Qeyd edib ki, bəzi saitlərin yazdığı kimi qardaşı evin tək övladı deyil. Ailədə dörd qardaş, bir bacıdırlar. Babək isə evin 4-cü övladıdır. Həm də iddia edildiyi kimi 18 yaşlı əsgər yox, kiçik gizirdir.
Muxalifet - 8-11-2019
Türkiyə DİN naziri Süleyman Soylu BƏYANAT verdi:"Avropa, ABŞ, Rusiya nə deyir desin...
Türkiyə DİN naziri Süleyman Soylu İnterpolda axtarışda olan iki kürd terrorçunun öldürülməsi ilə bağlı, “ Qarailan məyus olub. Buradan millətimizə söz veririk, Qarailanı olü ilana çevirəcəyik”, dedi.O, başqa dövlətlərin vətəndaşı olan “İŞİD”-çilərə gəldikdə isə onları öz ölkələrinə geri qaytaracaqlarını dedi. Avropa, ABŞ, Rusiya nə deyir desin, biz bu ölkəyə asayiş və sabitlik gətirəcəyik”, deyə bildirib.
Muxalifet.azMuxalifet3 - 8-11-2019
Bakıda DƏHŞƏT: Qız oğlanlara cinsi əlaqə təklif edən rəfiqəsini öldürdü
Bakıda rəfiqəsini qətlə yetirməkdə ittiham olunan 1998-ci il təvəllüdlü Samirə Məmmədovanın (ad və soyadlar şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, qətl Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində olan evdə baş verib.Muxalifet - 8-11-2019
Bu rayonun sakinlərinə ŞAD XƏBƏR - İlham Əliyev 19 430 000 manat ayırdı
Prezident İlham Əliyev Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Muxalifet - 8-11-2019
“Rusiya ilə Azərbaycan arasındakı əlaqələrin böyük perspektivi var” – Mariya Zaxarova
“Moskva ilə Bakı arasındakı münasibətlər tədricən, dinamik şəkildə inkişaf edir”.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Bizi ortaq tarix, müasirlik və təbii ki, gələcək bağlayır. Buna görə də bu əlaqələrin inkişafı gələcəyə yönəlib və böyük perspektivə malikdir”, – M.Zaxarova bildirib.
Muxalifet - 8-11-2019
4G “Nar” şəbəkəsi artıq Zərdabda!
Abunəçilərini yüksəkkeyfiyyətli 4G şəbəkəsi ilə təmin edən “Nar” bütün ölkə ərazisində əhatə dairəsini genişləndirməyə davam edir. Mobil operator daha bir rayonda –Zərdabda ilk dördüncü nəsil LTE texnologiyasına əsaslanan baza stansiyasını quraşdırıb. Bununla da, “Nar” 4G texnologiyalı baza stansiyalarını Azərbaycanın 54 regionunda quraşdırmağa nail olub. Hazırda mobil operatorun regionlarda quraşdırdığı 4G baza stansiyalarınını sayı 1400-dən çoxdur.
Muxalifet4 - 8-11-2019
Məşhur türkiyəli sənətçi Azərbaycanda oğurluq edib - ŞOK İDDİA
Bir müddət əvvəl ABŞ-da 80 yaşlı kişi ilə evlənən məşhur türkiyəli aktirsa Məltəm Miraloğlu barəsində yeni iddia ortaya çıxıb. Muxalifet.az xəbər verir ki, bu barədə “TV 8”də yayımlanan “Gel konuşalım” proqramına telefonla bağlanan musiqiçi Onur Akay məlumat verib. Məltəm Miraloğlunun ABŞ-a getmə səbəblərindən birinin də Azərbaycanda oğurluq etməsi olduğunu vurğulayan O. Akay deyib: “M. Miraloğlu ilə bağlı Azərbaycanda araşdırma apardım. O, ABŞ-a getməmişdən əvvəl Azərbaycanda filmlərdən birinin qala gecəsində iştirak edib.
Muxalifet - 8-11-2019
Famil Məmmədova qarşı 130 min dollarlıq DƏLƏDUZLUQ
Bakı sakininə qarşı 130 min dollarlıq dələduzluq edilib.
Muxalifet.az-ın xəbərinə görə, 43 yaşlı Famil Məmmədov polisə müraciət edərək Əflatun Rəhmanov adlı şəxs tərəfindən aldadılaraq 130 min dollar pulunun biznes qurmaq adı ilə alındığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 8-11-2019