Axtarış
The search found 105828 results in 0.061 seconds.
Search results
Avropanın ən təhlükəli və təhlükəsiz ölkələrinin adı açıqlandı
Avropanın Statistika Agentliyi Avropanın ən təhlükəli və təhlükəsiz ölkələrinin siyahısını tərtib edib.
Agentliyin məlumatına əsasən, Avropanın ən təhlükəli ölkəsi Belçikadır. Beləki 2017-ci ildə ölkədə 100 min nəfərə qarşı törədilən cinayətlərin sayına görə göstərici (167) bütün üzv ölkələrindən çoxdur. İkinci yerdə Fransa (150) və İspaniya (144) yerləşir. Böyük Britaniya (132) və Portuqaliya (115 cinayət) da bu siyahıda yer alır.
Muxalifet - 8-11-2019
Bakı metrosunda gediş haqqı artacaq? - AÇIQLAMA
Yaxın vaxtlarda Bakı metrosunda qiymət artımı gözlənilmir.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov açıqlama verib.
Qurum rəsmisi bildirib ki, hazırda Bakı metrosu MDB-də ən ucuz metrodur: "Sərnişinlərin daşınmasından əldə olunan gəlir xərcin yalnız 60%-ni qarşılayır. Bununla belə, qiymət artımı gözlənilmir".Muxalifet - 8-11-2019
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trampın məşhur məktubunu onun özünə qaytaracaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ,“Biz əvvəllər də cənab Trampa xəbər vermişdik ki, əsl adı Fərhad Abdi Şahin olan terrorçu Məzlum Kobani, terrorçu Kürd Fəhlə Partiyasının başçılarından biridir".
"Trampla görüş əsnasında biz onun belə bir adamla əlaqələrinin qınadığımızı dedik. Onun məəşhur məktubunu is özünə qaytaracağam”, deyə bildirdi.
Xatırladaq ki, Tramp bu məktubda Ərdoğanı türk ordusunun Suriyaya girdiyinə görə qınamışdı.
Muxalifet.azMuxalifet3 - 8-11-2019
Azərbaycanda ƏRƏBLƏR SAXLANILDI - Buna görə
İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki ərəb ölkəsi vətəndaşı ov qaydalarının pozulmasına görə saxlanılıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Departament direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, ərəblərin hər biri qanunvericiliyə uyğun olaraq, 2000 manat cərimələnib. Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib.
H.Əlizadə əlavə edib ki, qanunsuz ov faktları payız-qış aylarında daha çox olur.
Muxalifet - 8-11-2019
SON DƏQİQƏ: Azərbaycanda yanacağın qiyməti kəskin bahalaşdı - FOTO
"Azpetrol" LPG (maye qaz) yanacağın satış qiymətini qaldırıb. Muxalifet.az xəbər verir ki, əvvəl 1 l. 45 qəpiyə olan maye qaz hazırda 65 qəpiyə satılır. "Azpetrol"dan qiymət artımı ilə bağlı məlumatı təsdiq ediblər. Qeyd edək ki, son bir ayda avtomobillərin işlətdiyi LPG (maye qaz) təchizatında qıtlıq kəskinləşib. Bildirilir ki, bu da bir tərəfdan tələbatın artımı, digər tərəfdən isə Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan dövri təmir işləri ilə bağlı olub. Xeyli müddətdirki ölkəmizdə bir çox yanacaq doldurma məntəqələrində LPG-nin satışı həyata keçirilmir./ Baku.ws
Muxalifet - 8-11-2019
Azərbaycan vətəndaşı Rusiyada polisə silahlı hücum etdi
Rusiyanın Voloqda şəhərində azərbaycanlı onun sənədlərini yoxlayan polisə silahla hücum edib.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, polis Voloqda şəhərində yataqxanada qeydiyyatsız yaşayanların siyahısını nəzərdən keçirən zaman azərbaycanlı qaçmağa çalışıb.
Bu zaman polis onun qaçmasına mane olub.
Cinayətkar polisə başı ilə güclü zərbə endirib və bıçaq çıxararaq onu hədələyib.
Xəstəxanaya çatdırılan polisə kəllə-beyin travması diaqnozu qoyulub.
Muxalifet4 - 8-11-2019
Oqtay Gülalıyevin SON DURUMU AÇIQLANDI - Süni nəfəs aparatından ayrılıb... - FOTO
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin son durumu açıqlanıb.
Hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib ki, atasının durumu hələ də ağırdır: “Süni nəfəs aparatından ayrılmasına baxmayaraq, koma vəziyyətindədir. Həkimlər tezliklə ayılacağına dair söz deməyiblər. Daxili orqanlarında heç bir zərər olmadığı üçün özünün nəfəs alması normaldır. Əsas baş nahiyəsində olan ağır zədələrdir. Bununla bağlı heç bir irəliləyiş yoxdur”.
Muxalifet4 - 8-11-2019
SON DƏQİQƏ: xüsusi əməliyyat keçirildi, vəzifəli ŞƏXSLƏR HƏBS EDİLDİ
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Poti şəhərində xüsusi əməliyyat keçiriblər.
Muxalifet.az Report”a istinadən xəbər verir ki, əməliyyat zamanı Poti Şəhər Şurasının sədri və daha dörd şəxs dələduzluq yolu ilə xüsusilə böyük həcmdə əmlakın mənimsənilməsində şübhəli bilinirlər.
Saxlanılan şəxslərin üçü vəzifəli şəxs, digəri isə Potinin keçmiş meridir.
Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 11 ildən 15 ilədək həbs cəzası gözləyir.Muxalifet - 8-11-2019
“Bir azərbaycanlı ilə görüşdüm, hönkür-hönkür ağlayırdı” - "“Erməni soyqırımı” yoxdur" deyən FRANSIZ YAZAR
“Soyqırım yoxdur, hər iki tərəfdə qətl edilənlər var. Türklərin ermənilərdən daha çox qətliam qurbanı olduğuna əmin oldum.” Bu sözləri fransız yazıçı Ayves Benard deyib. O, araşdırdığı bütün məlumatların “erməni soyqırımı” iddialarını təkzib etdiyini söyləyib. Fransada “Pantheon” nəşriyyatı bu yaxınlarda müəllif Ayves Bernardın araşdırmalarından tərtib edilmiş 165 səhifəlik “Divergences turco-armeniennes” adlı kitab nəşr edib. Kitabın yazarı Benard, Türkiyəni qarış-qarış gəzərək, dərin bir araşdırma aparıb. O, türk cəmiyyəti haqqında ədalətin yerini tapmasını istədiyini deyib.
Muxalifet4 - 8-11-2019
Salyanda avtomobil aşıb, ölən və yaralananlar var
Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.
Muxalifet.az-ın apa-ya istinadən məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 45 yaşlı Vüqar Özxan oğlu Musayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin - 58 yaşlı Musa Rəşid oğlu Musayev hadisə yerində ölüb.
Avtomobilin sürücüsü və sərnişin, Salyan sakini Vəlixan Rəşid oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.Muxalifet - 8-11-2019
Pompeo: NATO-nu dəyişdirməsək...
ABŞ XİN naziri Mayk Pompeo, Almaniyada Berlin divarının sökülməsnin 30-cu il dönümündə etdiyi çıxışında Şimali Atlantika Alyansının təsirsiz bir təşkilata çevrilməsinin qarşısını almaq və təşkilatı dəyişdirməyin zəruri olduğu xəbərdarlığını etdi.
Muxalifet3 - 8-11-2019
İran aviasiyası Fars körfəzində naməlum PUA-nı vurub
İran Hava Hücumundan Müdafiə Qüvvələri naməlum pilotsuz uçuş aparatını (PUA) vurub. APA-nın xəbərinə görə, bu barədə İSNA agentliyi məlumat yayıb. Bildirilib ki, hadisə İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində qeydə alınıb. Belə ki, bu gün səhər saatlarında Fars körfəzində, Mahşəhr limanı yaxınlığında naməlum PUA vurulub. Hadisə barədə hələlik başqa məlumat verilməyib.
Muxalifet - 8-11-2019
Azərbaycanda bu şəxslər adam öldürsələr də, həbs edilmir -SƏBƏB
Bit müddət öncə Bakının Nəsimi rayonunda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb. Sentyabrın sonlarında Bilgəhdə yaşlı ruhi xəstə qohumunu öldürdükdən sonra evinin yaxınlığında olan transformatora daxil olaraq intihar edib. Belə hadisələrə görə kimsə məsuliyyət daşıyırmı? Ruhi xəstələr hər hansı cinayət məsuliyyətinə cəlb oluna bilərmi?
Keçmiş inspektor-təhqiqatçı, polis baş leytnantı Amil Nəbiyev Lent.az -a açıqlamasında ruhi xəstələrin heç bir cinayət məsuliyyətinə cəlb edilmədiyini bildirib:Muxalifet - 8-11-2019
"Rusiya ilə Azərbaycanın arasını vurmaq üçün..." - Rusiyalı politoloq
“Bu səfər Rusiya rəsmi şəxsləri və ya hökumətə yaxın ictimai təşkilatlar tərəfindən himayə olunmayıb. Rusiyada rəsmi qeydiyyatdan keçmiş heç bir özünə hörmət edən təşkilat belə işlərdə iştirak etməz. Rusiya vətəndaşları hansısa şübhəli məsələlərə qarışıb sonra başına iş açmaq əvəzinə öz ölkəsinin qanunlarına əməl etməlidir”.
Muxalifet - 8-11-2019
Rusiya dünyada bərabəri olmayan silahını orduya verir - Müdafiə nazirliyi tarix açıqladı
Rusiya Hərbi Hava Qüvvələrinin beşinci nəsil “Su-57” təyyarələrinin ilk seriyasına bu il başa çatmadan sahib olacaq.
Muxalifet.az xəbər verir ki, bunu Rusiyanın Müdafiə nazirinin müavini Aleksey Krivoruçko deyib.
Jurnalistlərə açıqlama verən müavin ordunun mövcud razılaşması əsasında 2028-ci ilə qədər bu təyyarələrdən 76 ədəd alacağını söyləyib: “İlk təyyarə, demək olar ki, göndərilməyə hazırdır. Gələn il daha bir təyyarə veriləcək. Daha sonra istehsal artacaq”.
Qeyd edək ki, qərb mütəxəssisləri "Su-57"nin analoqsuz qırıcı olduğunu idda edir.Muxalifet - 8-11-2019
Acun nə qədər maaş alır?
TV8-in rəhbəri, prodüser Acun Ilıcalı "Söylemezsem olmaz" proqramına qatılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəxsi həyatı haqda səmimi açıqlamalar verən Ilıcalı maaşı və hazırkı peşəsi ilə bağlı sualı da cavablandırıb:
"Prodüserliyi çox sevirəm. Peşəyə müxbirliklə başlamışam. Sonra isə işi böyütdüm. Yaxşı qazanıram. Maaşımı hesablamağa isə 6 saata qədər vaxt lazımdır".
Uşaqları çox sevdiyini söyləyən prodüser 5-ci dəfə ata ola biləcəyini də istisna etməyib.Muxalifet - 8-11-2019
Azərbaycanlı professor elə söz dedi ki... - Rusiyada ara qarışdı
Rusiyanın Ali İqtisadiyyat Məktəbinin azərbaycanlı professoru Həsən Hüseynov "Facebook” paylaşımına görə ictimaiyyətin sərt reaksiyasına səbəb olub.
Muxalifet - 8-11-2019
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi James Jeffrey Ankaraya gəldi
Türkiyə Müdafiə Nazirinin müavini Yunus Emre Qaraosmanoğlu ilə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi James Jeffrey-nin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş baş tutub. Görüşdən sonra müdafiə naziri Hulusi Akar Jeffrey və ABŞ-ın Ankara səfiri Satterfieldi qəbul edib. Muxalifet.az
Muxalifet3 - 8-11-2019
Türkiyə yenidən hərəkətə keçdi: gələn həftədən etibarən başlayır
Türkiyə gələn həftənin bazar ertəsindən etibarən İŞİD terror təşkilatının qərb ölkələrindən gələn mənsublarını geri qaytaracaq.
Bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlayıb.
Muxalifet - 8-11-2019
Məşhur müğənninin anası azyaşlını maşınla vurub öldürdü - FOTO
Məşhur müğənni Britni Spirsin anası Linn Spirs qətldə günahlandırılır.
"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, hadisə 1975-ci ildə olub. Belə ki, Spirs avtomobili ilə 12 yaşlı oğlanı vuraraq, öldürüb. Uşağın anası baş verənləri bədbəxt hadisə adlandırsa da, Linnin indiyədək bir dəfə də olsun onlara zəng etmədiyini və üzr istəmədiyini bildirib. Spirs isə bu hadisə haqqında danışmaqdan boyun qaçırıb. /axşam.az
Muxalifet - 8-11-2019