Axtarış
The search found 105828 results in 0.027 seconds.
Search results
Sumqayıtda minik avtomobili qəzaya uğradı - Ölən və yaralananlar var
Bakı-Quba yolunun 47-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, qəza Sumqayıt şəhərinin "Yaşma bağları" yaşayış massivi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, "Opel Zafira" markalı minik avtomobili yoldan çıxaraq qəzaya uğrayıb. Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Dilbiləyev Məhəmməd Ənvər oğlu ağır bədən xəsarətləri alaraq dünyasını dəyişib. Avtomobildə olan 5 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 9-11-2019
Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı düşmənə cavab olaraq səsləndirdiyi "Qarabağ Azərbaycandır!" cümləsinin həkk olunduğu lövhə hazırlayıb.
Muxalifet.az trend-ə istinadən bildirir ki, Aİİ heyəti həmin lövhəni 9 noyabr 2019-cu il tarixdə Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər zamanı Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidinin önündə açıblar.
Muxalifet4 - 9-11-2019
“Keşlə” - “Neftçi” oyununda dava düşdü - Məşqçilər bir-birinə hücum çəkdi / VİDEO
Topaz Premyer Liqasının 11-ci turunda keçirilən “Keşlə” - “Neftçi” oyununda ara qarışıb.
“Qafqazinfo” xəbər verir ki, matçın 86-cı dəqiqəsində qonaqların kapitanı Emin Mahmudov rəqib oyunçu Con Kamaraya qarşı kobud oynayıb.
“Keşlə”nin futbolçusu Vüsal İsgəndərli rəqib oyunçulara kobudluğa görə hücum çəkib. Daha sonra məşqçilər arasında qalmaqal yaşanıb. Tərlan Əhmədovla “Neftçi”nin köməkçisi məşqçisi Fizuli Məmmədov bir-birinin üzərinə gedib. Daha sonra futbolçulara araya girərək məşçiləri sakitləşdirib.
Muxalifet4 - 9-11-2019
Göyçayda 16-cı Nar Festivalı keçirilib - VİDEO
Göyçay rayonunda təşkil olunan 14-cü nar bayramı yenə rəngarəng görüntülər ilə yadda qalıb. Müxtəlif çeşiddə nar sortları və bu narlardan hazırlanan çeşidli təamlar festival iştirakçılarının diqqətini çəkib.
Nar bayramının iştirakçıları musiqi sədaları altında qarşılanıb. Qonaqlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanıb. Festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi meydana daxil olaraq, qonaqları salamlayıb, insanlara əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıb.
Muxalifet4 - 9-11-2019
"Bütün silahlılar Suriyanı tərk etməyənə qədər Türkiyə hücumu davam etdirəcək" - ƏRDOĞAN
Türkiyə kürd YPG döyüşçülərini sərhədlərindən qovmaq və 2 milyon suriyalı qaçqını yerləşdirmək məqsədilə "təhlükəsizlik zonası" yaratmaq üçün ötən ay Suriyanın şimal-şərqinə üçüncü dəfə hücum edib.
Bizimyol.info xəbər verir ki, sərhəd boyunca 120 kilometr ərazini ələ keçirdikdən sonra Türkiyə kürd döyüşçülərini həmin ərazidən uzaqda saxlamaq üçün Birləşmiş Ştatlar və Rusiya ilə razılıq əldə edib.Muxalifet4 - 9-11-2019
Zakir Həsənovdan vəzifəli şəxslərə VACİB GÖSTƏRİŞ
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun hərbi hissələrindən birində əsgər valideynlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Dövlət Bayrağı Günü münasibətilə keçirilən andiçmə mərasimində və “Açıq qapı günü” ilə əlaqədar tədbirdə iştirak ediblər.
Muxalifet - 9-11-2019
Танцуют все: танго в бакинском метро как «препати» предстоящего фестиваля
Необычное шоу состоялось в бакинском метро: на одной из центральных станций – «Ичеришехер» молодые пары танцевали танго, завораживая прохожих чувственностью и страстью покорившего весь мир аргентинского танца. Мероприятие имело цель привлечь внимание бакинцев и гостей столицы к Международному фестивалю танго, организованному посольством Аргентины в Азербайджане при содействии United Cultures, The Landmark, Бакинского метрополитена и Киноцентра «Низами». Как сообщает #, в этом году фестиваль пройдет в Баку уже в третий раз, с 29 ноября по 1 декабря.
Muxalifet4 - 9-11-2019
“TER-PETROSYAN AZƏRBAYCANLA BARIŞIĞA HAZIR İDİ” –Sabiq İran prezidentinin xatirələrindən maraqlı detallar
İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin bu qeydləri başqa bir dövrü əhatə edir. Keçmiş sovet respublikaları, o cümlədən Azərbaycanla, habelə Türkiyə və Pakistanla münasibətlər onun xatirələrinin bu qismində vurğulanan əsas məqamlardır.
23 ordobehişt 1375-ci il / 12 may 1996-cı il
Muxalifet4 - 9-11-2019
8 TRİLYONLUQ SƏRVƏT UĞRUNDA BAŞLAYAN SAVAŞ… –ABŞ-Rusiya tandeminin, yoxsa Avropanın yanında yer almalı? - ARAŞDIRMA
Ergün Diler “Takvim”, Türkiyə, 08 noyabr 2019-cu il Neçə gündür yazdıqlarımı Fransa Prezidenti Makron dünən sanki təsdiq etdi. Altına imza atdı. Makron, Yelisey sarayında “The Economist”ə verdiyi müsahibədə təxminən belə dedi: “NATO-nun gerçəkliyini, ABŞ-ın bağlılığı çərçivəsində, yenidən dəyərləndirməli olduğumuzu düşünürəm. ABŞ və NATO üzrə müttəfiqləri birlikdə strateji qərarlar ala bilmirlər. Bu anda təcrübə etdiyimiz şey NATO-nun beyin ölümü keçirməsidir. Avropa oyanmalıdır. Özünü bir geopolitik ortaq kimi düşünmədiyi müddətcə silinməyə məhkumdur.
Muxalifet4 - 9-11-2019
“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA
“Parlament bayrağın şaquli vəziyyətdə necə asılmalı olduğu haqda qanun qəbul edib. Nazirlər Kabineti isə bununla bağlı qərar verib. Keçmiş baş nazir Novruz Məmmədov vəzifədə olanda bayrağın hansı formada asılmalı olduğu haqda sözümü demişəm”.
Muxalifet.az xəbər verir ki, bu barədə Modern.az-a Milli Məclisin deputatı Aqil Abbas danışıb. O, Novruz Məmmədov işdən çıxdığına görə yenidən danışmağı düzgün hesab etmir:
Muxalifet4 - 9-11-2019
Sumqayıtda müəllim şagirdi əsəbiləşdirdi, uşağın ağzı əyildi - VİDEO
Sosial şəbəkələrdə Sumqayıtdakı İnteqrasiya internat tipli gimnaziyada yeddinci sinif şagirdinin sinif yoldaşları tərəfindən döyülərək, sol gözünün çıxarıldığı barədə məlumat yayılıb.Bildirilir ki, hadisə zamanı gimnaziyanın 7 a sinif şagirdi Nuriyeva Rəfiqə Elbrus qızının ağız nahiyəsi də əyilib və Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilib.
Muxalifet.az xəbər verir ki, APA TV hadisə ilə bağlı araşdırma aparıb. 13 yaşlı Rəfiqə Nuriyeva bildirib ki, hadisə birinci saat tarix dərsində baş verib:
Muxalifet4 - 9-11-2019
Nusret Bakıya gələcəyini dedi - VİDEO
Duztökmə hərəkəti ilə dünyaya səs salan türkiyəli məşhur aşpaz Nusret Gökçe Azərbaycana gəəcək. "Yeni Sabah" xəbər verir ki, o bu haqda Dubaydakı restoranında azərbaycanlı ifaçı Afaq Aslanla bir arada olarkən deyib. Yayılan videoda Nusretin “ən qısa zamanda Bakıda görüşərik” – deyə azərbaycanlılara səsləndiyi görünür. Afaq ondan bir daha soruşur. Sadəcə “Bakıya gedəcəyik” deyən Nusret səfərlə bağlı ətraflı məlumat vermir.
Muxalifet4 - 9-11-2019
"Bakıda şəffaf və hesabatlı idarəetmə yoxdur" - EKSPERT
İqtisadçı Rövşən Ağayev "Amerikanın Səsi"nə müsahibəsində Bakı şəhərinin inzibati idarəçiliyi və əhali sıxlığından danışıb.
- Üç milyondan çox əhalisi olan Bakının inzibati idarə edilməsini qənaətbəxş hesab etmək olarmı? Paytaxtın əsas problemləri kimi nəyi göstərərdiniz?
Muxalifet4 - 9-11-2019
Şəki sakinini çaqqal dişləyib
Şəkidə 43 yaşlı kişini çaqqal dişləyib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Köndələn kəndində baş verib.
Kənd sakini, 1976-cı il təvəllüdlü Arif Hacı oğlu Mustafayev yaşadığı evin həyət qapısından küçəyə çıxmaq istəyən zaman çaqqalın hücumuna məruz qalıb. Çaqqal A. Mustafayevin sol ayağından dişləyib.A. Mustafayevə Şəki Rayon Mərkəzi Xəstəxanasında lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra xəsarəti yüngül olduğundan evə buraxılıb.
Muxalifet - 9-11-2019
“Şəhid olmasından saat yarım öncə danışanda Babək dedi ki,…” — Evin tək oğlu olduğu deyilən ŞƏHİDİMİZİN ANASI VƏ QARDAŞLARI DANIŞDI - VİDEO
Bu, mənim şəhid evindən hazırladığı sayca ikinci reportajdır. Yadımdadır, ilk reportajım Saatlıda Cabbar adlı şəhidin evindən olmuşdu. Bu dəfə isə Dövlət Sərhəd Xidmətinin MAXE-si, şəhid Babək Aslanovun ailəsiylə görüşmək üçün Xaçmazın Mollübarhan kəndinə yollanıram. Nə yalan deyim, belə reportajlar ən sevmədiyim reportajlardır.
Muxalifet4 - 9-11-2019
Gürcüstanda gey sevgidən bəhs edən filmin nümayişi etirazlara səbəb olub
Gürcüstanın ilk LGBTQ filmi - "Sonra biz rəqs etdik" (And Then We Danced) premyerası Gürcüstanda etirazlara səbəb olub.
"BBC News Rusca" müxbiri Nina Axmetelinin verdiyi məlumata görə Tbilisi və Batumidə keçirilmiş etirazlarda onlarla insan saxlanılıb.
Levan Akinin çəkdiyi film gürcü rəqslərinin ifaçısı Merabın Gürcüstan Milli Rəqs Ansamblında məşq edərkən öz cinsi orientasiyasını öyrənməsindən bəhs edir.
Muxalifet4 - 9-11-2019
Çavuşoğlu Xocalı soyqırımından sual verən jurnalisti YERİNDƏ OTURTDU: Bir soyqırım varsa...
Bir soyqırımı varsa, onu da Xocalıda ermənilər törədib”. Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Antalyada İqtisadi Əməkdaşlıq Təşkilatının 24-cü nazirlər şurasının toplantısında ABŞ Konqresi Nümayəndələr Palatası tərəfindən 1915-ci il hadisələrinin erməni soyqırımı kimi tanınmasına dair nazirə sual ünvanlayan jurnalist bu cavabı alıb: “Burada ikili standart var. İkiüzlülük edilir. ABŞ ona görə narahatdır ki, “Barış Pınarı” hərəkatı ilə onların planları pozulub. Suriyanın şimalında terror dövləti qurmaq istəyirdilər. Biz buna mane olduq.
Muxalifet - 9-11-2019
LONDONDA ƏN BAHALI BOŞANMA, İDDİA TƏMİN EDİLMƏDİ - “Əgər bu iddianı təmin etsək...”
London məhkəməsi rusiyalı milyarder-oliqarx Vladimir Potaninin keçmiş arvadı Natalya Potaninanın əmlakın bölgüsünə dair iddiasını təmin etməyib.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, beləliklə, məhkəmə oliqarxın sərvətinin üçdə birini-6 milyard dolları onun keçmiş arvadına verməyib.
Muxalifet4 - 9-11-2019
Rusiya Türkiyə və Ermənistanın barışması üçün hərəkətə keçir - FOTO
“Ümid edirik ki, rəsmi İrəvan və Ankara aralarındakı münasibətləri yaxşılaşdırmağa davam edəcək”. Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. İrəvanın “Mediamax” xəbər agentliyinə açıqlama verən nazir bildirib ki, Rusiya iki ölkə arasındakı münasibətlərin düzəlməsi üçün hər cür yardım etməyə hazırdır. “Bu istiqamətdə imkanların qorunub saxlandığına inanırıq. Biz də tərəflərə lazımi yardımı göstərməyə hazırıq.
Muxalifet - 9-11-2019
Rəqqasə Aygündən yaşlı qadına hörmətsizlik - VİDEO
Rəqqasə Aygünün şəxsi “Instagram” hesabında paylaşdığı video qalmaqala səbəb olub.
El məclislərinin birində lentə alınan görüntülər müzakirə predmetinə çevrilib.
Rəqqasə açıq-saçıq libasda ağbirçək xanımın önündə oriental rəqs edib.
Daha sonra Aygün yaşlı qadını ayağa qaldırıb və oturacağın üstünə çıxaraq rəqsini davam etdirib.
Muxalifet - 9-11-2019