Axtarış
The search found 105828 results in 0.093 seconds.
Search results
Qurumların birləşdirilməsi təhsilə nə verəcək? - "Ciddi problemlər var"
Baş nazir Əli Əsədovun qərarı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi, Respublika Elmi-Pedaqoji Kitabxanası Təhsil İnstitutuna birləşdirildi. Qeyd edək ki, əslində bu Azərbaycan Prezidenti İlham Əliyevin bu il yanvarın 17-də imzaladığı fərmanla həyata keçirilib. Həmin fərmanla Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsi ləğv edilib.
Muxalifet4 - 10-11-2019
PKK terrorçuları "Təhlükəsiz Bölgə"yə HÜCUMLARI DAVAM ETDİRİR
ABŞ-ın xüsusi Suriya nümayəndəsi James Jeffrey İstanbul və Ankarada görüşlər keçirərkən, terrorçu PKK/YPG-nin “Sülh mənbəyi” əməliyyat bölgəsinə yönəlmiş hücumları davam edir.
Muxalifet3 - 10-11-2019
Naxçıvanda Bayraq Günü ilə əlaqədar tədbirlər keçirilib - VİDEO
Naxçıvan Qarnizonu qoşunlarında 9 Noyabr Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib. Müdafiə Nazirliyindən bildirilib ki, “Bayrağımız qürurumuzdur” mövzusunda keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olan bayrağımızın 70 ildən sonra ilk dəfə eks-prezident Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırıldığını qeyd edib. Vurğulanıb ki, bu gün 3 rəngli, ay-ulduzlu bayrağımız Azərbaycan səmasında əbədi olaraq qürurla dalğalanır.
Muxalifet4 - 10-11-2019
Türkiyədə işləyən tanınmış azərbaycanlı alim Salyanda dünyasını dəyişdi
Azərbaycana qısa müddətli səfərə gələn İstanbul Universitetinin professoru Məhəmməd Tağıyev 68 yaşında qəfil ürək tutmasından anadan olduğu Salyan rayonunda dünyasını dəyişib. Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, məşhur riyaziyyatçı Məhəmməd Həmid oğlu Tağıyev elmi fəaliyyəti ilə bağlı 1993-cü ildən Türkiyəyə köçmüşdü və İstanbul Universitetinin professoru idi. Onun hazırlaşdırdığı və Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edən Türkiyə məktəblilərinin qalib gəlməsi məşhur riyaziyyatçı müəllimə yaşadığı qardaş ölkədə çox böyük nüfuz qazandırmışdı.
Muxalifet4 - 10-11-2019
"Azərbaycanda boşanmaların əsas səbəbi budur" - TANINMIŞ VƏKİL
Tanınmış vəkil Anar Qasımlı ölkədə qeydə alınan boşanmaların səbəbləri arasında qadınlar arasındakı münasibətlərin düzgün qurulmamasının hələ də əsas faktorlardan biri olduğunu deyib. Publika.az xəbər verir ki, Anar Qasımlının sözlərinə görə, ailələrdə qaynana və baldız faktoru və onların təsirləri hələ də güclüdür: “ Ailələr niyə dağılır? Məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, ailələrin dağılmasında qayınana və baldız faktoru hələ də üstün mövqedədir. Bəli, məhz qaynana və baldız. Yəni, qadınlar, qadınların qadınlara qarşı zorakılığı.
Muxalifet4 - 10-11-2019
ABŞ dövlət katibi Pompeodan BƏYANAT: "Ukrayna ABŞ-ın layihəsidir və... "
ABŞ dövlət katibi Mayk Pompeo Berlində keçirilən mətbuat konfransında bəyan edib ki, “Ukrayna ABŞ layihəsidir”. O, ABŞ-Ukrayna münasibətləri haqda suala belə cavab verib: “Bu bizim layihədir və onun üzərində işləyirik”.
Muxalifet3 - 10-11-2019
Türk ordusu kürd terrorçularına hava zərbələri endirib
Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın Haseke əyalətindəki Tel Tamr qəsəbəsi ərazisindəki kürd yaraqlılarının mövqelərinə hava zərbələri endirib. Muxalifet.az bu barədə nation.news -saytına istinadla məlumat verir. Hava zərbələri Kaban qəsəbəsi və Latakiyanın şimalındakı Jebel al-Akrad dağ silsiləsi ərazisində yerləşən İŞİD terrorçularına endirilib. Suriya hökümət qüvvələrinin 4-cü zirehli bölməsi “Həyat Təhrir əş-Şam və Türküstan İslam Partiyasından” olan yaraqlılara hücum edib.
Muxalifet3 - 10-11-2019
Avropa İttifaqı bu sahəyə 1 trilyon avro ayırır
Avropa İttifaqı iqlimin qorunması üçün 1 trilyon avro ayıracaq.
Trend-in məlumatına görə, bu açıqlamanı Berlində Avropa Komissiyasının yeni rəhbəri, Almaniyanın keçmiş müdafiə naziri Ursula von der Leyen söyləyib.
Leyen bildirib ki, bu məbləğ 2050-ci ilə qədər iqlim dəyişiklərini zəiflətmək üçün növbəti 10 il ərzində ayrılacaq.
Qeyd edək ki, Avropa Komissiyası 2018-ci ilin noyabr ayında tullantıların azaldılması üçün uzunmüddətli strateji konsepsiya təqdim edib.
Muxalifet4 - 10-11-2019
Əfqan ordusu Taliban komandirini məhv etdi
Əfqanıstanın Hərbi Hava Qüvvələri terrorçuların mövqelərinə aviazərbələr endirərək Loqar əyalətində hakimləri öldürən Taliban komandirini zərərsizləşdiriblər.
Bu barədə Əfqanıstan Müdafiə Nazirliyi informasiya yayıb.
Məlumata görə, əməliyyat zamanı Vaisuddin adlı Taliban komandiri ilə birlikdə daha 3 terrorçu öldürülüb.
Muxalifet4 - 10-11-2019
Ərdoğan Trampdan Gülənlə Kobanini istəyəcək - Şok detallar
Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının üzvü, hakim Ədalət İnkişaf Partiyasının (AKP) İstanbuldan seçilən deputatı Əhməd Berat Çonkar ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın ABŞ-a planlaşdırılan səfəri barədə sensasion fakt açıqlayıb.
Muxalifet4 - 10-11-2019
Cənubi koreyalı jurnalistdən Atatürkə ehtiram
Cənubi Koreyanın xəbərlər proqramının aparıcı Türkiyənin qurucusu Mustafa Kamal Atatürkə ehtiram göstərməsi maraqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, o, Atatürkü anaraq verilişi ayaqüstə təqdim edib.
"Bu gün İstanbulda Dolmabaxça sarayında bir ölüm bütün türk xalqını yasa boğdu. Saat 09:05-də Türkiyənin qurucusu gözlərini əbədi yumdu.
Məhz bu saatda türk xalqı onlara müstəqillik bəxs edən liderləri Atatürkü ayaq üstə anırlar.Muxalifet4 - 10-11-2019
Suriya Müharibəsinin DƏRSLƏRİ - Kim UDUZDU, Kim UDDU...- Təhlil
https://inosmi.ru/ Bildiyimiz kimi, oktyabrın əvvəlində Türkiyə Suriyanın şimalında hərbi əməliyyat keçirdi, məqsəd "təhlükəsizlik zonası" yaratmaq idi. Bu yolla Türkiyə ölkəni kürd terrorçularından müdafiə etmək istəyir. Suriya münaqişəsində iştirakçısı digər dövlətlərdən də bu hərbi əməliyyata çox reaksiya gəldi. Tükiyə ilə ABŞ, ilk növbədə isə Rusiya danışıqlara başladı və “Qərb analitiklərinin fikrincə - vəziyyətin Qərb üçün təhlükəli inkişafının və münaqişənin kəskinləşmə riskinin qarşısı alındı.
Muxalifet3 - 10-11-2019
İrandan Səudiyyəyə sülh təklifi gəldi
İran regional təhlükəsizlik sahəsində əməkdaşlığa həsr olunmuş “Hörmüz sülh təşəbbüsü”nün detallarını Bəhreyn və Səudiyyə Ərəbistanına göndərib.
Muxalifet.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi danışıb.
"Daha əvvəl İran Prezidenti Həsən Ruhani tərəfindən BMT-yə təqdim olunan “Hörmüz sülh təşəbbüsü” planı detallarla birlikdə əlaqədar dövlətlərə, o cümlədən Bəhreyn və Səudiyyə Ərəbistanına göndərilib”, - Musəvi bildirib.
Onun sözlərinə görə, rəsmi Tehran cavab olaraq müsbət reaksiya alıb.Muxalifet3 - 10-11-2019
Merkeldən ÇAĞIRIŞ: Yeni silahlar...
Almaniya kansleri Angela Merkel Avropanı yeni silah sistemləri yaratmağa çağırıb.
Muxalifet.az bu barədə RİA Novostiyə istinadla xəbər verir.
"Gələcəkdə biz yeni silah sistemlərini, o cümlədən hərbi təyyarə və tank layihələrini birlikdə inkişaf etdirəcəyik. Almaniya və Fransa bu sahədə ciddi inkişafdadır", - Merkel bildirib.
Muxalifet.azMuxalifet3 - 10-11-2019
Bəşər Əsəd Qərbə BƏYANAT verdi
Suriya prezidenti Bəşər Əsəd RT-yə verdiyi müsahibədə Qərb ölkələrinin Suriya vətəndaşlarını hökumət əleyhinə yönəltməyə çalışdıqlarını söylədi.
Muxalifet3 - 10-11-2019
İranda "Buşer" AES-in ikinci bloku tikilir
İranda Rusiya mütəxəssislərinin iştirakı ilə Buşəhr AES-nin ikinci enerji qurğusunun inşasının başlanğıc mərasimi keçirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat verib.Muxalifet3 - 10-11-2019
Ukraynada "Xalqın xidmətçisi" partiyasına yeni sədr seçildi
Ukraynada “Xalqın xidmətçisi” Partiyasının parlament fraksiyası sədrinin müavini Aleksandr Korniyenko partiyanın yeni sədri seçilib.
Muxalifet.az xəbər verir ki, sözügedən qərar partiya qurultayında qəbul edilib.
Xatırladaq ki, Korniyenko Zelenskinin seçki qərargahının rəhbəri olub.
Muxalifet.azMuxalifet3 - 10-11-2019
Suriyanın Tel Abyad şəhərində terror aktı törədildi
Şanlıurfanın Akcakale yaşayış məntəqəsi ilə üzbəüz yerləşən Suriyanın Tel Abyad şəhərinin Suluk qəsəbəsində PKK/PYD terrorçu qrup terror aktı təşkil edib.
Türk ordusunun “Sülh mənbəyi” əməliyyatı nəticəsində terrorçulardan təmizlənmiş Tel Abyad şəhərinin Suluk qəsəbəsində terror aktı baş verib. Hücum nəticəsində 8 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Terror aktı partlayıcı yüklənmiş maşının partlaması nəticəsində baş verib.
Muxalifet.azMuxalifet3 - 10-11-2019
Muniba Mazari Bakıya gəldi
Pakistanın BMT-dəki xoşməramlı səfiri Muniba Mazari Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Milli paralimpiya Komitəsinin dəvəti ilə Bakıda səfərdədir. Muxalifet.az xəbər verir ki, o, Heydər Əliyev fondu və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin birgə təşkil etdiyi “Yenilməzlər” Beynəlxalq Qala Təqdimatına və V Uşaq Paralimpiya Oyunlarına qatılmaq üçün şəhərimizin qonağıdır. Bir neçə gün Bakıda olacaq Muniba Mazari noyabr ayının 13-də Gənc Tamaşaçılar Teatrında baş tutacaq “Yenilməzlər” tədbirində təqdimatla çıxış edəcək.
Muxalifet3 - 10-11-2019
Boliviyada təkrar seçkilər keçiriləcək
Boliviya Prezidenti Evo Morales ölkədə baş verən kəskin etiraz aksiyalarından sonra geri addım atıb.
Muxalifet.az xəbər verir ki, ölkə başçısı Boliviyada yeni prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.Muxalifet3 - 10-11-2019