Axtarış

The search found 105828 results in 0.046 seconds.

Search results

  1. GÜCLÜ DUMAN TƏYYARƏLƏRİN BAKIYA ENİŞİNİ ƏNGƏLLƏDİ - Yenilənib

    Bakının hava limanında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən Gəncənin hava limanına eniş edən AZAL-ın Nyu-York-Bakı reysini yerinə yetirən təyyarə yerli vaxtla saat 10:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enib.

    Muxalifet4 - 10-11-2019

  2. Bu saat 52 milyona satıldı

    “Only Watch” xeyriyyə hərracında ən bahalı saat yenə də “Patek Philippe” modeli oldu. Polad korpuslu “The Grandmaster Chime Reference 6300A-010” modeli üçün rekord məbləğ - təxminən 31 mln. isveçrə frankı (52,9 mln. AZN) ödənilib. İkinci yeri müstəqil saat ustası Fransua-Pol Jurn tutub. Onun saatları üçün 1,8 mln. frank (3 mln. AZN) verilib. Üçüncü yerdə “Audemars Piguet” markası olub. Onun “Code 11.59 by Audemars Piguet Tourbillon Openworked” modeli 1 mln. franka (1,7 mln. AZN) satılıb. Ümumilikdə, tədbirdə 38,5 mln. frankdan artıq (65,7 mln. manat) toplamaq mümkün olub.

    Muxalifet4 - 10-11-2019

  3. "Serj Sarkisyanın ölümdən sonrakı əzələ spazmı var" - Sarkisyan PUSQUDA NƏYİ GÖZLƏYİR?

    Keçən ilin aprel ayında sabiq erməni pezident Serj Sarkisyan postundan gedəndə bu ifadəni işlətmişdi: “Paşinyan haqlı idi, səhv edən mən idim”. Bu onun publikaya son sözləri idi. Amma keçən həftə 2 dəfə Sarkisyan Paşinyan hökumətinin üzərinə hücumlarla özünü hamıya xatırlatdı. Onun pusqu vəziyyətində gözlədiyi əlverişli məqam nədir?  
    Muxalifet.az
    bu barədə "EurasiaNet" nəşrinə istinadla xəbər verir. 

    Muxalifet3 - 10-11-2019

  4. Övladlığa verilmə ilə bağlı müraciətlərin qəbuluna başlanıldı - QANUN DƏYİŞİR

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və DOST Mərkəzinə övladlığa uşaq götürmək üçün müraciətlər daxil olub. 

    Muxalifet.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov məlumat verib.

    Muxalifet4 - 10-11-2019

  5. Azərbaycan insan alveri ilə məşğul olan pakistanlını Kiprə təhvil verdi

    Azərbaycan insan alverində ittiham olunan Pakistan vətəndaşını Kiprə ekstradisiya edib.

    Bu barədə "Kipr Saatı" xəbər verib.

    Məlumata görə, 35 yaşlı pakistanlı 2017-ci ildə insan alveri və çirkli pulların yuyulmasında ittiham olunub. Vəsatətə əsasən, o, Azərbaycanda tutulub və noyabrın 6-da Kiprə göndərilib.

    Kipr məhkəməsinə təqdim olunan Pakistan vətəndaşı ifadə verib. Beləliklə, 2017-ci ilin may ayında 19 yaşlı Rumıniya vətəndaşını vətəndaşlıq əldə etmək üçün Banqladeş vətəndaşı ilə uydurma bir nigah bağlamağa inandırıb.

    Muxalifet4 - 10-11-2019

  6. "Qorbaçov danışmaq əvəzinə, türməyə salınmalıdır" - ZÜQANOV

    Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov SSRİ-nin keçmiş lideri Mixail Qorbaçovun yenidənqurmadan peşman olmaması barədə açıqlamasına sərt münasibət bildirib.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Züqanov Qorbaçovun ölkəni parçaladığını, ölkənin, böyük gəminin sükanını sındırdığını qeyd edib.

    O, vurğulayıb ki, SSRİ-nin keçmiş lideri, yenidənqurma ilə bağlı müqayisə aparmalı deyil, türməyə salınmalıdır.

    Muxalifet4 - 10-11-2019

  7. Göyçayda ağır qəza: maşını dirəyə vurdu, özü öldü, 2 kəndi işıqsız qoydu

    Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə ötən gecə rayonun Qarabaqqal kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü Xəlilov Anar Muxtar oğlu idarə etdiyi VAZ 2107 markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan A. Xəlilov dünyasını dəyişib. Avtomobilin çırpıldığı elektrik dirəyi aşıb, naqillər qırıldığı üçün iki kəndə elektrik verilişi dayanıb. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 10-11-2019

  8. Tramp 12 noyabrda bütün sirləri açıqlayacaq

    Ağ Ev Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında baş tutan telefon danışığının növbəti stenoqramını tezliklə dərc edəcək.

    Bu barədə məlumatı ABŞ lideri Donald Trampın özü verib. O, ukraynalı həmkarı ilə iki dəfə telefonda danışdığını etiraf edərək, yeni stenoqramın 12 noyabrda yayımlanacağını bildirib:

    "Növbəti stenoqram çıxacaq. Bu, çox vacibdir. Zelenski ilə iki dəfə telefonda danışmışam”.

    Muxalifet4 - 10-11-2019

  9. NASA mütəxəssisləri Yupiterdə nəhəng fırtına qeydə alıblar - FOTO

    “Yunana” peyki Yerə Yupiterin nadir fotosunu göndərib. Fotoda fırtına əks olunub. 

    NASA bildirir ki, fırtına planetin atmosferində yerləşir.

    Bu nadir təbiət hadisəsi Yupiterin çox qəribə adlı regionunda “şimali şimali şimali şimali mülayim zona”sında müşahidə edilib.

    Bu zona buludların özünəməxsus zolaqlar şəklində sabit toplanması ilə xarakterizə olunur.

    Fotoda çəkilən Yupiter qasırğasının eni, elm adamlarına görə, 1931 kilometrdir.

    Xatırladaq ki, “Yunana” peyki kosmik səyahətə 2011-ci ildə yollanıb.

     

    Muxalifet4 - 10-11-2019

  10. Şumaxerin həyat yoldaşı yaşadıqları faciədən sonra ilk dəfə danışdı

    Dünya şöhrətli “Formula 1” pilotu Mixael Şumaxerin həyat yoldaşı Korinna Şumaxer məlum qəzadan sonra ilk dəfə yazılı mətbuatda geniş müsahibə ilə çıxış edib. Almaniyanın “She's” jurnalına müsahibə verən Korinna müsahibə boyunca həyat yoldaşını tərifləyib. Söhbətinin əsas hissəsi atlara marağından olan Korinna qeyd edib ki, yaşadıqları faciədən sonra qızı Cina Maria və özünü ayaqda saxlayan əsas şey atlarla maraqlanmaqları olub: “Bu faciədə ayaqda qala bildiyimiz üçün Mixaelə borcluyuq.

    Muxalifet4 - 10-11-2019

  11. ABŞ-da narazı kişi “körpə-Tramp”ı bıçaqladı - FOTO

    ABŞ-ın Alabama ştatında polis “körpə-Tramp”ı təsvir edən hava balonunu bıçaqlayan naməlum şəxsi saxlayıb. Bu barədə “ABC 3340” telekanalı məlumat yayıb. Bildirilir ki, prezidentin uşaq bezi geyindirilmiş əlində cib telefonu olan pis körpə kimi təsvir edildiyi balona şənbə günü Tramp və həyat yoldaşının ziyarət etdikləri Amerika futbol matçından bir neçə saat əvvəl hücum edilmişdi. Hücum edən kişi Trampa qarşı etiraz aksiyasının təşkilatçılarından narazı idi. Telekanal qeyd edir ki, polis onu qandallanmış halda avtomobilə apararkən, o, təşkilatçılara qışqırmağa davam edib.

    Muxalifet4 - 10-11-2019

  12. Marsda yaşamaq üçün neçə il lazımdır?

    SpaceX şirkətinin CEO-su Elon Musk öz Twitter hesabında bildirib ki, Mars planetində yaşayış bazasının yaradılması üçün 1000-ə yaxın Starship kosmik gəmisi lazımdır.
    "Ölkə.Az" technote-yə istinadən xəbər verir ki, yaşayış bazasının infrastrukturunun inkişafına isə 20 il vaxt lazım olacaq.

    Muxalifet4 - 10-11-2019

  13. Cüdoçu qızlarımız Afrikadan 5 medalla gəlirlər - FOTO

    Kamerunda cüdo üzrə Afrika açıq kuboku yarışı təşkil edilib.

    Gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verən beynəlxalq turnirdə ölkəmizi 5 qadın cüdoçu təmsil edib.

    Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Leyla Əliyeva (48 kq) və Larisa Florian (57 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Digər cüdoçumuz, 52 kiloqram çəki dərəcəsində yarışan Gültac Məmmədəliyeva yalnız finalda uduzaraq ikinci yeri tutub. Aişə Qurbanlı (48 kq) və İçinxorloo Munxtsedev (57 kq) isə bürünc medala layiq görülüblər.

    Muxalifet4 - 10-11-2019

  14. Almaniyanın birləşməsindən 30 il keçir - Angela Merkel : “Dünyada elə divar yoxdur ki...”

    Almaniya kansleri Angela Merkel dünən Berlin divarının yıxılmasının 30 illiyi münasibət ilə keçirilən tədbirdə iştirak edib. Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, kansler bildirib ki, bu dünyada insan azadlıqlarını məhdudlaşdıran elə bir divar yoxdur ki, əbədi qalsın. Belə divarlar nə vaxtsa darmadağın edilir. 1989-cu ildə xalq da bu divarı dağıtdı və II Dünya Müharibəsinin son nəticəsi olan ikiyə bölünmüş Almaniya yenidən birləşdi.

    Muxalifet4 - 10-11-2019

  15. "Bu məsələdə qətiyyətliyik" - TÜRKİYƏDƏN BƏYANAT

    Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ-ın Suriya üzə xüsusi nümayəndəsi James Jeffrey və ABŞ-ın Ankara səfiri David Satterfieldlə Dolmabağça sarayında görüş keçirib.

    Muxalifet3 - 10-11-2019

  16. "Ayda 450 avro ilə yaşaya bilmirəm" deyən tələbə ÖZÜNÜ YANDIRDI

    22 yaşlı fransız tələbə Lyon şəhərindəki bir universitet restoranının qarşısında özünə od vurub. İntihara cəhddən bir neçə saat əvvəl isə o, maddi sıxıntıları barədə Facebook-da status paylaşıb. O, artıq ayda 450 avro ilə yaşamaq gücündə olmadığını bildirib. Bu xəbəri "BBC" yayıb. "Gəlin bizi ayıran faşizmə ... və bərabərsizliyi yaradan liberalizmə qarşı mübarizə aparaq", - tələbə statusunda belə yazıb. "Mən Makronu, Fransua Ollandı, Nikola Sarkozini və Avropa Birliyini məni öldürməkdə, hamının gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaratmaqda ittiham edirəm.

    Muxalifet4 - 10-11-2019

  17. NATO Baş katibi Vaşinqtona gedir - TRAMPLA GÖRÜŞƏCƏK

    ABŞ Prezidenti Donald Tramp noyabrın 14-də NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşəcək.

    Virtualaz.org bildirir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.

    Məlumata görə, görüş üçün Stoltenberq Vaşinqtona səfər edəcək.

    Tərəflər NATO üzrə müttəfiqlərin müdafiə xərclərinin artımı və ödəmələrin daha ədalətli bölgüsünü müzakirə edəcəklər.

    Görüşdə NATO-nun müdafiəsi, xarici təhdidlərə qarşı zəruri tədbirlərin görülməsi, terrorla və kibertəhlükə ilə mübarizənin diqqət mərkəzində saxlanılması haqda da fikir mübadiləsi aparılacaq.

    Muxalifet4 - 10-11-2019

  18. Britaniya rus hakerləri “zərərsizləşdirdi” – GİZLİ ƏMƏLİYYAT

    Böyük Britaniyanın Mi-5 əks-kəşfiyyat idarəsi ölkə siyasətçilərinin Rusiya hakerlərindən qorunmasını təmin etmək üçün gizli əməliyyat təşkil edib. Axar.az xəbər verir ki, bu barədə “Mirror” qəzeti yazıb. Məlumata görə, sözügedən qərar bir neçə partiyanın üzvlərinin hesablarının qırılmasından sonra qəbul edilib. Əməliyyat çərçivəsində yoxlanan telefonların sahiblərinə bütün proseslərin icrasına qədər telefonlardan istifadə etməmələri tapşırılıb. Onlara həmçinin rus hakerlərin hücumuna məruz qaldıqlarını söyləmək də qadağan edilib.

    Muxalifet4 - 10-11-2019

  19. Məşhur hip-hop ifaçısı ABŞ prezidenti olmaq istəyir

    Məşhur hip-hop ifaçısı Kanye Uest bildirib ki, 2024-cü ildə ABŞ prezidentliyi uğrunda olan seçkilərə qatılmaq istəyir. Bu barədə “Hollywood Reporter” məlumat verib.

    Nyu-Yorkdakı “ Fast Company Innovation Festival”da çıxış edən repçi namizədləyini verəcəyini bildirib. Lakin onun çıxışı gülüşlə qarşılanıb. Uest öz növbəsində tamaşaçılardan nəyə güldüklərini soruşub.

    Repçi irqçilik məsələsini qabardıb. Deyib ki, hər üçüncü afroamerikalı həbsdədir.

    Qeyd edək ki, 2018-ci ildə Uest Trampın seçkiqabağı lozunqunu afroamerikalılar üçün təhqiramiz saymışdı:

    Muxalifet4 - 10-11-2019

  20. Yevlaxda gənc qadın doğuş zamanı ölüb

    Yevlaxda doğuş zamanı ana ölümü faktı qeydə alınıb.
    APA xəbər verir ki, 23 yaşlı Tanrıqulular kənd sakini Gülanə Həmzəyeva Yevlax Rayon Mərkəzi Xəstəxanasında qız uşağı dünyaya gətirib. Ancaq ana doğuş zamanı həyatını itirib.
    Bu, G. Həmzəyevanın ikinci övladıdır. Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

    Muxalifet4 - 10-11-2019

Pages