Axtarış

The search found 105828 results in 0.087 seconds.

Search results

  1. Aşıq Samirədən Bayraq Günü ilə bağlı MÖHTƏŞƏM LAYİHƏ - VİDEO

    Aşıq Samirə Əliyeva Bayrağ günü üçün hazırladığı layihəsini təqdim edib.
    Muxalifet.az-ın xəbərinə görə, sənətçi himnimizi sazda ifa edib.
    Həmin videonu təqdim edirik:

    Muxalifet - 9-11-2019

  2. 30 gün təcavüz edilir, qaçmaq istəyənlər edam olunur - Terrorçulardan dəhşətli əməl

    Son üç ildə PKK-YPG-PYD terror təşkilatının qaçırdığı qadınlardan 1150-si qaçmağa nail olub.
    Bununla bağlı “Yeni Şafak” qəzeti məlumat yayıb.
    Terror təşkilatından xilas olan qadınlar başlarına açılan oyunları danışıblar. Onların sözlərinə görə, qaçırılan qız uşaqları və qadınlara qarşı insanlıqdan kənar hərəkətlər edilir.
    Məlumatlara görə, bu günə qədər terrorçular tərəfindən qaçırılan qadınların 79 faizi 15-22 yaş arasında olub.

    Muxalifet - 9-11-2019

  3. NATO-nun taleyi ilə bağlı ŞOK PROQNOZ: öləcək və...

    Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) dəyişməli və təkmilləşməlidir. Bu sözləri ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo deyib. Dövlət katibi bildirib ki, alyansın gücsüz birliyə çevrilməsi və hökmsüz olması riskinə qarşı yeni addımlar atılmalıdır: “Qurulmasından 70 il sonra NATO-nun təkmilləşməsi və yenilənməsi dövrümüzün şərtləri, gerçəklikləri və çətinlikləri ilə qarşı-qarşıya gəlməsi lazımdır. Əgər ölkələr NATO-ya lazımi mənbələri təmine tmədən təhlükəsiz olacaqlarını düşünürsə, vədlərini yerinə yetirə bilməyəcəklər.

    Muxalifet - 9-11-2019

  4. “Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” - Deputat

    “Parlament  bayrağın şaquli vəziyyətdə necə asılmalı olduğu haqda qanun qəbul edib. Nazirlər Kabineti isə bununla bağlı qərar verib. Keçmiş baş nazir Novruz Məmmədov vəzifədə olanda bayrağın hansı formada asılmalı olduğu haqda sözümü demişəm”.

    Muxalifet.az xəbər verir ki, bu barədə Modern.az-a Milli Məclisin deputatı Aqil Abbas danışıb. O, Novruz Məmmədov işdən çıxdığına görə yenidən danışmağı düzgün hesab etmir:

    Muxalifet - 9-11-2019

  5. ABŞ əsgərlərinə 17 raket atan İŞİD-çilər tapıldı və... - Ordudan açıqlama

    İraq ordusu Mosulda yerləşən ABŞ-ın Kayyara bazasına raket atan İŞİD terror qruplaşmasının 3 üzvünü zərərsizləşdirib. Publika.az xəbər verir ki, bu barədə İraq ordusunun Mosul Mütəşəkkil Əməliyyatlar Komandanlığı məlumat yayıb. Bildirilib ki, terrorçularla yanaşı, onların 3 avtombili də sıradan çıxıb.

    Muxalifet - 9-11-2019

  6. Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyüldü

    Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

    Hadisə Suluçeşmə kəndində qeydə alınıb. Belə ki, kənddə bir neçə nəfər arasında yaranan mübahisə dava ilə nəticələnib. Dava zamanı kənd sakini, 1985-ci il təvəllüdlü Mirzəyev Tural Natiq oğlu döyülüb.

    Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır. (report)

    Muxalifet - 9-11-2019

  7. Aktyor dəhşətli qəzada öldü - VİDEO

    Rusiyanın Krasnoyarsk vilayətindən olan aktyor Viktor Bubenkov dəhşətli qəza nəticəsində ölüb. Hadisənin baş vermə anı aktyorun avtomobilindəki təhlükəsizlik kamerasına əks olunub və görüntülər “YouTube” video portalında yerləşdirilib. Görüntülərdən məlum olur ki, 64 yaşlı aktyor buzlu yolda sürət həddini düzgün seçməyib və nəticədə idarəetməni itirib. Avtomobil qəza zamanı yol kənarındakı ağaclara çırpılıb. Aktyor hadisə yerində dünyasını dəyişib. //oxu

    Muxalifet - 9-11-2019

  8. SON DƏQİQƏ: Ərdoğan Putinlə telefonda danışdı

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
    Liderlər Suriya probleminə dair prosesləri müzakirə edib və 22 oktyabrda imzalanan Soçi memorandumuna sadiqliyi dilə gətiriblər.
    Görüşdə, həmçinin, ikili münasibətlərin inkişafı və ticarət həcminin artırılmasına dair atılacaq addımlar müzakirə olunub.
    Qeyd edək ki, Ərdoğan 13 noyabrda Vaşinqtona səfər edəcək.

    Muxalifet - 9-11-2019

  9. Gürcüstanda azərbaycanlı gənc özünü asdı – Qumara görə

    Gürcüstanın Bolnisi rayonunda 24 yaşlı azərbaycanlı gənc intihar edib.

    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, onun özünə sui-qəsd etməsinə qumar oyunlarına aludəçiliyi səbəb olub.

    Azərbaycanlı gənc bundan öncə də intihara bir neçə dəfə cəhd edib. Yaxınlarının müdaxiləsi nəticəsində onun bu cəhdlərinin qarşısı alınıb.

    İntihar edən gəncin qumar oyunlarında külli miqdarda pul uduzduğu və həmin məbləği qaytarmaq üçün borc aldığı bildirilir.

    Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı istintaq aparılır.

    Muxalifet - 9-11-2019

  10. Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - MİT-İN MƏXFİ SƏNƏDİ - FOTO

    Rusiyanın Suriya rejimi ilə birlikdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sarayına Su-34 və ya Su-22 təyyarələri ilə bomba zərbələrinin endirilməsini müzakirə etdiyi məlum olub. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumat Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) məxfi sənədində yer alır. Həmin sənədi “Nordic Monitor” nəşri dərc edib.

    Muxalifet - 9-11-2019

  11. Baş nazir mağazada döşəmə sildi - FOTO

    İngiltərənin mərkəz və cənub bölgələri güclü leysan yağışları və sel fəlakəti ilə üz-üzə qalıb. 
    Xarici mətbuatın məlumatına görə, ölkədə bir çox ev, iş yeri və təsərrüfat sahələri su altında qalıb. 
    Selin ən çox ziyan vurduğu Derbişayr əyalətində bir qadının öldüyü bildirilib. 
    Basqından sonra sözügedən əyalətə gedən Baş nazir Boris Conson yerli polisdən cari vəziyyət haqqında məlumat alıb. 
    Daha sonra ərazini gəzən Baş nazir bir gözlük dükanında işçilərin təmizlik işlərinə kömək edib və döşəmə silib. 

    Muxalifet4 - 10-11-2019

  12. "Qalatasaray" səfərdə iki top fərqi ilə qalib gəldi

    Noyabrın 9-da futbol üzrə Türkiyə Superliqasının XI turu çərçivəsində keçirilən qarşılaşmada "Qalatasaray" səfərdə "Qaziantep"in qonağı olub.

    "Qaziantep" stadionunda keçirilən görüşdə hesabı 22-ci dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Ömər Bayram açıb. "Qalatasaray" 43-cü dəqiqədə yenidən Sofian Fequlinin vurduğu qol sayəsində hesab arasındakı fərqi ikiyə çatdırıb. Birinci hissə elə bu hesabla başa çatıb – 0:2.

    Beləliklə, "Fənərbağça" səfərdə 0:1 hesabı ilə "Kayserispor"a məğlub olub.

    Muxalifet4 - 10-11-2019

  13. Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...

    Ümumdünya Qızıl Şurası (WGC) ilin 3-cü rübündə ən çox qızıl alan ölkələrin siyahısını hazırlayıb. Publika.az xəbər verir ki, siyahıya Türkiyə başçılıq edir. Avqust ayında 41,8 tonla ölkə tarixinin ən yüksək qızıl alışını həyata keçirən Türkiyə Mərkəzi Bankı 3-cü rübdə 71,4 tonla dünya miqyasında ən çox qızıl alan bank olub. Beləliklə, Mərkəzi Bankın qızıl ehtiyatı 385,5 tona çıxıb. Rusiya da eyni dövrdə qızıl ehtiyatını artıran ölkələr arasında ön sıralarda yer alıb. Bu ölkə, ümumilikdə, qızıl ehtiyatını 34,9 ton artıraraq 241,9 tona çıxarıb.

    Muxalifet - 10-11-2019

  14. Boliviya müxalifəti “poçtu və teleqrafı” ələ keçirdi - ORDU VƏ POLİS ETİRAZÇILARIN TƏRƏFİNƏ KEÇİR

    Boliviyada prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifət tərəfdarları dövlət radiosunun və televiziyasının yerləşdiyi binanı tutub.

    Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, prezident Evo Moralesin 47 faiz səslə birinci elan edildyi, oktyabrın 20-də keçirilmiş seçkilərdən sonra küçələrə çıxan müxalifət tərəfdarları bununla da lap leninsayağı hərəkət ediblər.

    Muxalifet4 - 10-11-2019

  15. Tramp prezidentlikdən sonra televiziyaya qayıdacaq?

    ABŞ prezidenti Donald Tramp dövlət başçısı postundan getdikdən sonra televiziya sahəsində çalışacağı barədə xəbərlərə münasibət bildirib.

    Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

    Ağ Ev rəhbəri qeyd edib ki, ölkə başçısı postundan getdikdən sonra bu sahəyə qayıtmayacaq.

    Tramp amerikalı prodüsserlə ABŞ prezidenti vəzifəsini tərk etdikdən sonra televiziyaya qayıdacağı barədə müzakirələr aparması xəbərlərini təkzib edib. "Bu yalandır, heç vaxt belə danışıq olmayıb", - deyə Tramp qeyd edib.

    Muxalifet4 - 10-11-2019

  16. Ermənilər cəbhədə yenə təxribat törətdi

    Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub.

    Muxalifet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet4 - 10-11-2019

  17. Gəncədə Mustafa Kamal Atatürk anıldı - FOTO

    Türkiyənin Gəncədəki Baş Konsulluğunda Mustafa Kamal Atatürkün vəfatının 81 il dönümü ilə bağlı anım tədbiri keçirilib.
    APA-nın yerli bürosunun məlumatına görə tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, türkiyəli iş adamları, ziyalılar, tələbələr və məktəblilər iştirak ediblər.

    Muxalifet4 - 10-11-2019

  18. Azərbaycanın döyüş gəmiləri suya buraxıldı - 16 ÖLKƏDƏN 48 GƏMİ...

    NATO çərçivəsində Rodos-Kipr adaları arasında Türkiyənin ev sahibliyi etdiyi “Şərqi Aralıq dənizi-2019” Dəvət Təlimi 16 ölkədən 48 gəminin iştirakı ilə başlanıb. Təlimlərdə İtaliya, İspaniya, Kanada, ABŞ və Yunanıstanla yanaşı, Bolqarıstan, Rumıniya, Pakistan, Azərbaycan, Banqladeş, Vraziliya, Meksika, Gürcüstan, Qətər və İordaniyanın döyüş gəmiləri, sualtı gəmiləri və xüsusi təyinatlı xilasedici gəmiləri də iştirak edir. Türkiyə Silahlı Qüvvələri isə 4 min 700 əsgərin iştirak etdiyi təlimlərə müxtəlif tipdə 31 döyüş gəmisi ilə qatılıb. Bu, Yunanıstanı dərindən narahat edir.

    Muxalifet4 - 10-11-2019

  19. Köhnə maşınların yenilənməsi üçün güzəştlər olacaq - RƏSMİ

    Köhnə, yararsız avtomobillərin dövriyyədən çıxarılması üçün İqtisadiyyat Nazirliyi tərəfindən utilizasiya proqramı hazırlanır.

    Bu sözləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev keçirdiyi mətbuat konfransında deyib. Nazir proqramın məqsədinin ekologiyanın yaxşılaşdırılması və yerli avtomobil istehsalını stimullaşdırmaq olduğunu bildirib. Əvvəlki illərə nisbətən avtomobil idxalının artdığını vurğulayan Muxtar Babayev, avtomobil parkının yenilənməsi üçün vergi, gömrük güzəştləri və subsidiyaların səmərəli ola biləcəyini qeyd edib.

    Muxalifet4 - 10-11-2019

  20. Azərbaycanlı ifaçı “O səs Türkiyə”də hamını heyran etdi - VİDEO

    Türkiyənin TV8 telekanalında yayımlanan "O səs Türkiyə" mahnı müsabiqəsində daha bir azərbaycanlı iştirak edib. "Yeni Sabah" xəbər verir ki, bu, Urmiyə şəhərindən olan İbrahim İsmailidir. Gənc ifaçı türkəli məşhur müğənni İbrahim Tatlısəsin "Haydi söylə" mahnısını oxuyub. İ.İsmaili üçün münsiflər heyətinin dördü də dönüb və onun ifasına heyran olduqlarını dilə gətiriblər. Münsiflərin və tamaşaçıların israrından sonra İbrahim eyni mahnını yenidən ifa edib. Sonda seçim qarşısında qalan cənubi azərbaycanlı soydaşımız Seda Sayanla yoluna davam edəcəyini açıqlayıb.

    Muxalifet4 - 10-11-2019

Pages