Axtarış
The search found 105828 results in 0.095 seconds.
Search results
Xalq Türkiyənin ƏN ETİBARLI DÖVLƏT QURUMLARInı seçdi - Ərdoğanla bağlı təəccüblü nəticə
MetroPOLL Araşdırma Şirkəti “Türkiyənin Nəbzi, 19 oktyabr” anket sorğusunun nəticələrini açıqlayıb.
Publika.az xəbər verir ki, sorğu iştirakçılarına ölkənin ən etibarlı dövlət qurumlarının hansı olması barədə suallar verilib.
“Prezident Rəcəb Tayyib Ərdoğanın siyasətini bəyənirsinizmi” sualına iştirakçıların 54%-i “bəyənirəm”, 36,7%-i “bəyənmirəm” cavabını verib. Ərdoğanın ötən aykı bəyənmə səviyyəsində yüksəliş qeydə alınıb.
Türkiyənin ən etibarlı dövlət qurumlarının siyahısı belədir:Muxalifet - 9-11-2019
ÖLKƏ ŞOKDA: daha bir ailənin 4 üzvü ölü tapıldı - DƏHŞƏTLİ OLAY/VİDEO
Türkiyədə hər kəsi dəhşətə gətirən daha bir şok hadisə yaşanıb.
Antaliya şəhərində bir ailənin 4 üzvü evində ölü tapılıb. Onların sianiddən zəhərlənərək öldüyü ehtimal edilir. Evə baxış zamanı 3 polis və 3 tibb işçisi də zəhərlənərək xəstəxanaya aparılıb. Ölənlər Selim Şimşek (36), həyat yoldaşı Sultan Şimşek (38) və övladları Ceren Şimşek (9), Ali Çınar Şimşekdir (5). Evə girən polis ata və övladlarının əl-ələ tutaraq həyata gözlərini yumduğunu görüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Muxalifet - 9-11-2019
Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ: saxlanılan var
Bakıda keçmiş məhkumda heroin və saxta əsginas aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş A.Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.Muxalifet - 9-11-2019
ÇL tarixində ilk – final matçı Avropadan kənarda
2024-cü ildə Çempionlar Liqasının final matçı ABŞ-da oynanıla bilər.
Muxalifet.az xarici mətbuata isyinadən xəbər verir ki, turnirin həlledici oyunu Nyu Cersidə yerləşən “Metlayf” stadionunda keçirilə bilər. Bu barədə ilkin müzakirələrin artıq başlanıldığı bildirilir.
Bu baş verəcəyi halda, Çempionlar Liqası tarixində ilk dəfə final matçı Avropadan kənarda olacaq.
“Metlayf” stadionu 82 min 550 nəfər azarkeş tutumuna malikdir.
Muxalifet - 9-11-2019
Bakıda keçmiş məhkum iş başında tutuldu
Bakıda keçmiş məhkum narkotik və saxta əsginasla tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş A.Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.
A.Cavadovun “BMW” markalı avtomobilinə baxış zamanı isə oradan 7 ədəd 50 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.
Muxalifet - 9-11-2019
Polislərə DƏHŞƏTLİ HÜCUM: Ölənlər və yaralananlar var
Meksikanın cənubundakı Oaxaka ştatının San Visente Koatlan yaşayış məntəqəsində naməlum şəxslərin bir qrup polisə hücumu nəticəsində 5 asayiş keşiklçisi ölüb, ikisi də yaralanıb.
“Report” xəbər verir ki, bu barədə ştat prokurorluğunun “Twitter” səhifəsində bildirilir.
Hadisə yerindən uzaqlaşan cinayətkarların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.Muxalifet - 9-11-2019
SON DƏQİQƏ: Paşinyan toyda iştirak üçün AZƏRBAYCANA GƏLDİ - FOTO
Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağa səfər edib.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, barədə məlumatı o, İnstaqram səhifəsində paylaşıb. Paşinyan burada özünün kiçik qızıyla fotosunu paylaşaraq, Qarabağa gəldiklərini qeyd edib.Muxalifet - 9-11-2019
“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir” - SERGEY LAVROV
“Sərhəddə və təmas xətində nisbi sakitliyin saxlanılmasını alqışlayırıq. Hesab edirik ki, gərginliyin daha da azaldılması danışıqlar prosesinə müsbət əsir edən atmosferin yaradılmasına imkan verə bilərdi”. Virtualaz.org xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın “Mediamaks” agentliyinə müsahibəsində belə deyib. Lakin nazir əlavə edib ki, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi “ən mürəkkəb, çətin məsələdir”. “Dağlıq Qarabağın yekun hüquqi statusu məsələsinə gəldikdə isə, bu ən mürəkkəb məsələlər sırasındadır.
Muxalifet - 9-11-2019
QORXUNC ZƏLZƏLƏ: Yaralı azərbaycanlıların sayı 529-a çatdı
İranın şimal-qərbində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 529 nəfərə çatıb.
Publika.az-ın məlumatına görə, təbii fəlakət nəticəsində 5 nəfərin öldüyü, 529 nəfərin xəsarət aldığı, bunlardan da 31 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Noyabrın 8-də Təbriz şəhərindən 118 km məsafədə 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Sonradan dəqiqləşdirilmiş məlumatlara görə, təkanların gücü 5,9 bal olub.Muxalifet - 9-11-2019
Kəndlidən “su qiymətinə” alınan payızın sevimli meyvəsi “od qiymətinə” satılır
Zaqatalada yetişdirilən meyvələrdən biri də xurmadır. Burada tədarük olunan xurma yerli və xarici bazarlara çıxarılır.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda məhsulun bolluğu bazardakı qiymətə təsir etməyib.
Ağacın böyüklüyündən asılı olaraq, hər ağacdan 250 kiloqrama yaxın məhsul yığan sakinləri daha çox qiymətinin aşağı olması və alıcının yoxluğu narahat edir.
Muxalifet - 9-11-2019
Salyanda AĞIR QƏZA: ölən və yaralanan var
Salyan rayonunun Şorsulu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 8-də saat 16 radələrində Salyan rayonunun Şorsulu kəndi ərazisində rayon sakini V.Musayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin Musa Musayev hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Muxalifet - 9-11-2019
Maqsud Mahmudov ölkədən qaçdı və... - VİDEODA SÖYÜŞ VAR
Maqsud Mahmudov ölkədən qaçdı və... - VİDEODA SÖYÜŞ VAR
Muxalifet - 9-11-2019
“Paşinyanın əqli-kamalı yerində deyil, diplomatik etiketlərə yaraşmayan sözlər danışır”
Hazırda həbsdə olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Sputnik Armeniya”ya müsahibəsində maraqlı açıqlamalar verib. Baş nazir Nikol Paşiyanla bağlı tənqidi fikirlər səsləndirən eks-prezidentonun düzgün yolda olmadığını bildirib.
“Təhlükəsizlik sahəsində Ermənistan üçün Rusiya ilə əməkdaşlıq böyük əhəmiyyət daşıyır və alternativi yoxdur. Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını israr edən siyasilər ya məsuliyyətsizdirlər, ya da ələ alınıblar”, - deyən R. Koşaryan baş nazirin Qərbə yönəldiyini qeyd edib.
Muxalifet - 9-11-2019
Almaniyada təəcüblənirlər: “Azərbaycandan bizə niyə qaçqınlar gəlir?” - DEPORT OLUNAN DAVUDOVLAR AILƏSI DANIŞDI
Xəbər verildiyi kimi, Almaniya miqrasiya qanunlarını xeyli sərtləşdirib və miqrantlara sığınacaq verilməsini praktiki olaraq dayandırıb. Bununla yanaşı, ölkədə miqrantları qovmaq üçün genişmiqyaslı bir kampaniya başlanıb. Son vaxtlar Almaniyadan ən çox deportasiya olunan qaçqınlar arasında Azərbaycan vətəndaşları da yer alır. Almaniyanın miqrasiya orqanları bu ölkədəki vəziyyətin sabit olduğunu və vətəndaşların həyatı üçün heç bir təhdid olmadığını əsas gətirərək Azərbaycandan gələn qaçqınlara sığınacaq vermirlər.
Muxalifet - 9-11-2019
Azərbaycanda məhkəmə sədri vəfat etdi - FOTO
Xətai rayon məhkəməsinin sədri Nazim Tağıyev vəfat edib. "Yeni Sabah"ın məlumatına görə, o bu gün səhər saatlarında dünyasını dəyişib. O, xərçəng xəstəliyindən uzun müddət idi əziyyət çəkirdi. 1948-ci il təvəllüdlü N. Tağıyev sabah dəfn olunacaq.
Muxalifet - 9-11-2019
Ermənilər təmas xəttindən 300 metr məsafədə yeni aeroport tikir - VİDEO
Ermənistan Qafan rayonu ərazisində yeni aeroport inşa edib. “Syunik” adı verilən aeroport 2020-ci il yazında istifadəyə veriləcək. Aeroportun tikintisinə Ermənistan büdcəsindən 5 milyon dollardan artıq vəsait ayrılıb. Hava limanı Yerevandan Zəngəzura sərnişin daşımaları üçün nəzərdə tutulub. Xatırladaq ki, Qafan rayonu Azərbaycanın işğal alıtndakı Zəngilan rayonu ilə həmsərhəddir. Aeroport isə Oxçuçay sahilində, Zəngilanla sərhədin 300 metrliyində yerləşir.//modern.az
Muxalifet - 9-11-2019
Həbib Makqreqorla döyüşünün şərtini açıqlayıb
UFC kəməri üçün təkrar döyüşümü xatırlayıram. Onda artıq 9-10 döyüş keçirmişdim. Əgər Makqreqor ardıcıl 10 döyüşdə qalib gəlsə, onda onunla görüşməyim mümkündür. Həbib Nurməhəmmədov açıqlamasında Konor Makqreqorla təkrar döyüşün şərtlərini açıqlayıb. Dağıstanlı döyüşçü martda Las-Veqasda döyüş keçirmək üçün şərtinin olduğunu bildirib. O, ötən ilin oktyabrın 6-da Las Veqasda Konor Makqreqorla görüşdən sonra Nevada Ştat Atletika Komissiyasının onu cərimələməsindən narazıdır.
Muxalifet4 - 9-11-2019
Vilayət Eyvazov Bakı sakinləri ilə görüşdü
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhərində müraciət edən şəxslərin qəbulunu keçirir. Noyabrın 9-da - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü general-polkovnik V.Eyvazov Daxili İşlər Nazirliyində növbəti vətəndaş qəbulunu keçirərək müraciət etmiş 23 paytaxt sakini ilə görüşüb.
Muxalifet - 9-11-2019
PUTİNİN “BÖYÜK DONANMA” AMBİSİYASININ SONU – “Rusiya donanması Sovet donanması deyil”
Ötən il Rusiya Hərbi Dəniz Donanması “Admiral Kuznetsov” aviadaşıyanının Suriya sahillərinə gətirilməsi və Xəzər dənizində bazalaşmış gəmilərdən qanadlı raketlərin buraxılması daxil olmaqla iri miqyaslı bir sıra əməliyyatlar həyata keçirib. Soyuq müharibə dövründəki səviyyəyə çatmasa da, Rusiya sualtı qayıqlarının fəallığı da artıb.
- Müasir gəmilər
Muxalifet - 9-11-2019
Cocuq Mərcanlı kəndində “Qarabağ Azərbaycandır!” lövhəsi - FOTO
Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı düşmənə cavab olaraq səsləndirdiyi "Qarabağ Azərbaycandır!" cümləsinin həkk olunduğu lövhə hazırlayıb.
Muxalifet.az rend-ə istinadən bildirir ki, Aİİ heyəti həmin lövhəni 9 noyabr 2019-cu il tarixdə Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər zamanı Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidinin önündə açıblar.
Muxalifet4 - 9-11-2019