Axtarış

The search found 105828 results in 0.094 seconds.

Search results

  1. Ermənistan Gürcüstanın işğal olunmuş bölgəsindən Azərbaycan hərbçilərini atəşə tutmağa hazırlaşır

    Ermənistan Gürcüstanın işğal olunmuş bölgəsindən Azərbaycan hərbçilərini atəşə tutmağa hazırlaşır
    Artıq otuz ildir ki, Ermənistan qanunsuz olaraq Gürcüstan ərazisini zəbt edərək, bu əraziləri öz hərbi hissəsinə çevirib. Öz cinayətkar işğalçılıq fəaliyyətini dünya ictimaiyyətindən gizlətməyə çalışan Yerevan, KİV-ə dezinformasiya verərək Bakı və Tiflisi bir-birinə qarşı qoymağa çalışır.

    Muxalifet - 8-11-2019

  2. DSX-dən sosial şəbəkələrdə videosu yayılan zabitlə bağlı AÇIQLAMA

    Son günlərdə bəzi sosial mediada və “youtube” kanalında Dövlət Sərhəd Xidmətinin zabiti leytenant Əzizli Fərid Ceyhun oğlunun Dövlət Sərhəd Xidmətinin bir sıra vəzifəli şəxslərini hüquqa zidd əməllərdə ittiham etməsi barədə video yazısı yayılmaqdadır. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, bununla əlaqədar olaraq bildirilir ki, leytenant F.Əzizlinin ictimailəşdirdiyi məsələlər ilə əlaqədar DSX-də araşdırma aparılmış, aidiyyəti hərbi qulluqçuların izahatları alınmış, guya qeyri-etik davranışa məruz qalması bildirilən vətəndaş dinlənilmişdir.

    Muxalifet - 8-11-2019

  3. Qarabağ separatçıları Ermənistan baş nazirinə qarşı çıxdı: Paşinyanı həbs gözləyir

    Qarabağdakı separatçı rejimin sabiq “təhlükəsizlik şurasının katibi” və Qarabağ separatçıları lideri “adını” qazanmağa namizəd olan Vitali Balasanyan “Şeym.am” saytına müsahibə verib.

    V.Balasanyan əmin olduğunu bildirib ki, növbəti ilin mayında Ermənistan Baş naziri Nikol Paşinyan ölkə rəhbərliyində olmayacaq:

    “Bir gözəl səhər bu insan (Paşinyan - red.) özünə gələcək və deyəcək:

    “Millət, mən həbsxanaya gedirəm”.

    Muxalifet - 8-11-2019

  4. Həbib Konorla revanş şərtini açıqladı

    UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı rəqibi Konor Makqreqorla ravnş etmək üçün şərtini açıqlayıb.
    Muxalifet.az
    "Qafqazinfo"ya istinadən xəbər verir ki, rusiyalı döyüşçü keçirdiyi mətbuat konfransında Konora ismarıc göndərib: "UFC-də 10 dəfə qələbə qazanarsa, revanş olacaq". Həbib Makqreqorun onun haqqında söylədiyi qərəzli fikirlərə nə üçün reaksiya göstərməməsinin səbəbini də açıqlayıb.
    O, cavabını oktaqonda verdiyini deyib.

    Muxalifet - 8-11-2019

  5. "İran Qarabağ problemini daha da dərinləşdirə bilər" - Türkiyəli politoloq

    “Azərbaycanın İran böhranında ABŞ-ı dəstəkləməsi üçün Ermənistanla bağlı mövcud vəziyyət aradan qaldırılmalıdır”.

     

    Bu fikirləri Yenicag.info-ya müsahibəsində nüvə silahını əldə etməyə can atan İranın Türkiyə və dünyaya yönəlik təhdidlərinin Güney Azərbaycanlılar üzərindəki mümkün təsirini şərh edən təhlükəsizlik məsələləri üzrə mütəxəssis Eylem Okumuş söyləyib.

    Ekspertin sözlərinə görə, Azərbaycanın İran məsələsində Amerikaya verəcəyi dəstək Türkiyə-Ermənistan münasibətlərini fərqli məcraya yönəldə bilər:

    Muxalifet - 8-11-2019

  6. Paytaxtda yük maşınından 39 meyit tapıldı: azyaşlılar və qadınlar... - ŞOK CİNAYƏT

    İngiltərənin paytaxtı Londonun Essex bölgəsində yük maşınının arxasında tapılan 39 meyitlə bağlı detallar məlum olub.
    Publika.az xəbər verir ki, Essex polisi ölənlərin hamısının Vytenam vətəndaşı olduğunu açıqlayıb.
    Onlardan ikisi 15, ən böyüyü isə 44 yaşındadır.
    10-u 20 yaşdan kişik olan cinayət qurbanları arasında nəfəs ala bilmədiyi və ölmək üzrə olduğuna dair ailəsinə mesaj yollayan Pam Ti Tra Mi adlı 26 yaşlı qadın da var.

    Muxalifet - 8-11-2019

  7. Mədət Quliyev növbəti dəfə ata oldu - FOTOLAR

    Bu gün Müdafiə Sənayesi naziri, Milli qəhrəman Mədət Quliyev növbəti dəfə ata olub. "Yeni sabah"ın məlumatına görə, M. Quliyevin həyat yoldaşı Zəhra Quliyevanın övladı dünyaya gəlib. Körpənin artıq adı da məlumdur. Belə ki, uşağa Mədət Quliyevin atası Qəzənfər Quliyevin adı verilib. Qəzənfər (Qəzənfər Qulubəyli) Zəhra ilə M. Quliyevin ikinci övladıdır. Cütlüyün 1 qızı da var. Zəhranın isə ilk evliliyindən Adelya adlı qızı var. Qeyd edək ki, Mədət Quliyevin ilk həyat yoldaşı Leyla Quliyeva ilə olan nikahdan Murad adında bir oğul və Xədicə adında bir qız var.

    Muxalifet - 8-11-2019

  8. Prezident seçkillərində Trampa ŞOK RƏQİB: Dünyanın ən varlı şəxslərindədir

    2020-ci ildə ABŞ-da keçiriləcək preziden seçkiləri yarışına yeni namizəd daxil olur. Nyu Yorkun sabiq bələdiyyə sədri, “Blumberq”in sahibi Maykl Blumberq Demokratlar Partiyasının prezidentliyə namizədi ola biləcəyini açıqlayıb. Dünyanın ən varlı şəxsləri siyahısında yer alan milyarder düşünür ki, Demokratlar Partiyasının hazırkı namizədi Donald Trampa qalib gələ bilməyəcək. Onun prezidentlik uğrunda yarışa girə bilmək üçün Alabama ştatında müraciət etməsi gözlənilir.

    Muxalifet - 8-11-2019

  9. Gürcüstanda geylər haqda film etirazlara səbəb oldu - VİDEO

    Tbilisinin mərkəzində “Amirani” kinoteatrının qarşısında İsveç-Gürcüstan istehsalı olan “Daha sonra biz rəqs etdik” filmi əleyhinə etiraz aksiyası keçirilir.

    Muxalifet - 8-11-2019

  10. Könül Kərimova niyə parikdə gəzir?

    Əməkdar artist Könül Kərimova son günlər sarı qısa saçları ilə diqqət mərkəzindədir.
    Muxalifet.az
    axşam.az-a istinadən xəbər verir ki, sənətçi verilişlərdə, İnstaqramda yayımladığı fotoların bəzilərində obyektiv qarşısına sarı saçları ilə keçir.
    Amma məlum olub ki, Kərimovanın başındakı öz saçları yox, parik imiş. Sənətçi hətta bu yaxınlarda tədbirlərin birinə öz uzun və tünd saçları ilə qatılıb.
    Görünüşündə yenilik etmək istəyən, amma saçlarını kəsməyə risk etməyən müğənni çarəni parik taxmaqda görüb. 

    Muxalifet - 8-11-2019

  11. İslahat etmək istəyən ölkə Mixail Saakaşvilini çağırır... - Növbə hansı paytaxtındır?

    Muxalifet.az Ria.ru-ya istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Kişinyova gəlib. Moldovanın Baş naziri Maya Sandu, bu ilin iyul ayında ölkənin ədliyyə sistemində islahat aparmaq üçün Saakaşvilidən kömək almaq istədiyini söyləyib. Saakaşvili Ukraynadakı seçki kampaniyasında iştirak etdiyinə görə , baş nazir onun komandasındakı mütəxəssisləri dəvət etmək istəyib. Moldovanın baş naziri ümid edir ki, beynəlxalq tərəfdaşlar Moldova ədliyyə sistemində və prokurorluqda islahatlar aparılması üçün ixtisaslı məsləhət verə biləcəklər. Mixail Saakaşvili Moldovaya gəlib.

    Muxalifet - 8-11-2019

  12. Hafiz Hacıyev: "32 manata yaxşı kostyumlar var, yerini göstərə bilərəm" - MÜSAHİBƏ

    Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Oxu.Az-a müsahibəsi:

    - Hafiz müəllim, “Space” TV-də yayımlanan “Sadə həqiqətlər” verilişində ayaqqabınızı soyunmusunuz, ona tikiş vurulduğunu demişiniz. Bir sözlə, yenə də maddi durumunuzdan şikayətlənmisiniz. Ancaq belə düşünənlər də var ki, sizin maddi imkanınız heç də pis deyil.

    Muxalifet - 8-11-2019

  13. Türkiyə həbsxanalarında 40 ölkədən əcnəbi "İŞİD" üzvü var

    Türkiyə əcnəbi İŞİD terrorçularını ölkələrinə göndərmək məsələsini qaldırır və bu, avropalıları narahat edir. Türkiyə həbsxanalarındakı 1172 İŞİD-çidən 750-si əcnəbidir. Bunlar Böyük Britaniya, Fransa, Almaniya, İsveç, İsveçrə, Belçika, ABŞ və Rusiya da daxil olmaqla 40 dövlətin vətəndaşlarıdır. Muxalifet.az bu barədə "Yeni Akit" nəşrinə istinadla xəbər verir. Suriyanın şimalını terrorçulardan təmizləmək üçün Türkiyənin "Sülh mənbəyi" əməliyyatının başlaması ilə terrorçuların vəziyyəti də gündəmə gəldi.

    Muxalifet3 - 9-11-2019

  14. Ermənistanın Rusiya QORXUSU - "ODLA SU ARASINDA"... - Təhlil

    Ermənistanda rusyönümlü çıxışlar, Ukraynada köklü siyasi dəyişikliklər başlayan ilk günlərdən Ermənistanda müzakirə mövzusuna çevrildi. Artıq istefa vermiş erməni rəhbərliyi Krımın ilhaqını öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi üçün ideal şans kimi qiymətləndirən zaman bu siyasətin tənqidi öz pik nöqtəsinə çatdı.
    Muxalifet.az
    inosmi.ru-ya istinadla təqdim edir.

    Muxalifet3 - 9-11-2019

  15. ŞOK: ABŞ-da DÖVLƏT ÇEVRİLİŞİ başlandı - Əslində 2017-ci ildən bəri...

    ABŞ prezident Donald Trampın imppiçment məsələsində açar rol alan agentin vəkili Mark Zaiddən danışır. “Fox News” kanalı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşünə dair yazdığı məktubla Donald Trampa qarşı impiçment işinin kibritini yandıran və şəxsiyyəti gizli saxlanılan agenti müdafiə edən vəkil Mark Zaidi gündəmə gətirib.

    Muxalifet - 9-11-2019

  16. Dünyanın ən xoşbəxt xalqı məlum oldu

    Eurostat”ın 25 Avropa ölkəsində keçirdiyi sorğulara əsasən özünü ən az xoşbəxt hiss edənlər latviyalılardır.
    Muxalifet.az xəbər verir ki, aparılan sorğularda məlum olub ki, Latviya əhalisinin yalnız 31 faizi özünü xoşbəxt hiss etdiyini bildirib. Özlərini ən xoşbəxt hiss edənlər Belçikada (76 faiz) yaşayır.

    Muxalifet - 9-11-2019

  17. Sergey Lavrovdan NÜVƏ XƏBƏRDARLIĞI: "Rusiya heç vaxt..."

    "Nüvə silahlarının tamamilə aradan qaldırılması hər kəs üçün bərabər və bölünməz təhlükəsizlik şərtlərinin yaradılması təqdirində mümkün olacaq”. Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. Paytaxt Moskvada təşkil edilən Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması konfransında danışan nazir dünyanın nüvə silahından təmizlənmsinin tələ olduğunu bildirib. Rusiyanın Nüvə Silahlarının Qadağası Razılaşmasına daxil olmayacağını vurğulayan Lavrov ölkələrə nüvə silahlarından imtina etmələri təzyiqini göstərməyin təhlükəli olduğunu vurğulayıb.

    Muxalifet - 9-11-2019

  18. Restoranda silahlı dava - İki nəfər yaralandı

    İstanbulda davaya çevrilən bir mübahisədə iki nəfər yaralanıb.
    Muxalifet.az-ın Türkiyə KİV-ə məlumatına görə, hadisə Büyükçekmece rayonunda yerləşən restoranların birində baş verib.
    Dava zamanı onlardan biri silahla, digəri isə bıçaqla yaralanıb.

    Muxalifet - 9-11-2019

  19. Cəbhədən son məlumat: Nazirlik açıqlama yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əsrik Cırdaxan kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet - 9-11-2019

  20. PSJ-yə ŞOK: Mbappe gedir

    Kilian Mbappe“Paris Sen Jermen”lə müqaviləsini yeniləmək niyyətində deyil.
    Muxalifet.az xəbər verir ki, bu barədə Fransanın “L'Equipe” nəşri məlumat yayıb.
    Nəşr bildirib ki, 20 yaşlı futbolçu üçün klubla yeni müqavilə imzalamaq prioritet deyil. Bununla belə, Paris klubu Mbappeyə Neymarın maaşına bənzər vəsait də təklif edə bilmir. Belə ki, braziliyalı futbolçu ildə 33 milyon dollardan çox maaş alır.
    Qeyd edək ki, Kilian Mbappenin “Paris Sen Jermen” komandası ilə müqaviləsinin müddəti gələn il bitir. Son 15 oyun ərzində 11 qol vuran futbolçu 4 məhsuldar ötürmə edib.

    Muxalifet - 9-11-2019

Pages