Axtarış
The search found 105828 results in 0.029 seconds.
Search results
Oqtay Şirəliyevdən yeni təyinat
Bərdə rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb. Əmrə əsasən, Nizami Mehdizadə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib.
Bundan əvvəl N. Mehdizadə Biləsuvar rayon Mərkəzi Xəstəxanasında baş həkim işləyib.
Qeyd edək ki, əvvəlki baş həkim Rəna Mustafayeva bir müddət əvvəl tutduğu vəzifəsində azad olunub.Muxalifet - 8-11-2019
DYP-dən MÜRACİƏT - Əks halda cinayət məsuliyyətinə cəlb olunacaqlar
İlin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrində təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 52 faizini təşkil edir. Bunu Muxalifet.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, bu hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir: "Odur ki, bir daha piyadalara müraciət etmək istəyirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir.
Muxalifet - 8-11-2019
Erməni deputatdan ŞOK AÇIQLAMA: Slavyan - türk birliyi bizə düşməndir
Əslində KTMT- slavyan-türk birliyidir və bizə düşməndir. Ayrıca, onlar - Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus - istər strateji, istərsə də adi, konfessional müstəvidə düşmənimizin müttəfiqləridir.
Muxalifet.az lragir.am-saytına istinadla bildirir ki, keçmiş deputatı Azat Arşakyan KTMT-dən şikayətlənib.Muxalifet3 - 8-11-2019
Rusiyaya kim daha çox səfər edir: Ermənistan, yoxsa Azərbaycan rəhbərləri? - MARAQLI STATİSTİKA
Gələn ay Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
Muxalifet.az xəbər verir ki, bu, Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra Rusiyaya edəcəyi sayca 10-cu səfəri olacaq.
Məlumat üçün bildirək ki, Nikol Paşinyan ötən ilin may ayının 8-dən etibarən Ermənistan hökumətinə rəhbərlik edir. Paşinyan baş nazir olduqdan cəmi 5 gün sonra - 13 may tarixində Rusiyaya səfər edib.
Müqayisə üçün bildirək ki, ötən ilin may ayəndan bugünə kimi Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya cəmi 3 dəfə səfər edib.Muxalifet - 8-11-2019
İcra başçısından şəhidimizlə bağlı göstəriş
Xaçmazın yeni icra başçısı Elnur Rzayev şəhid Babək Aslanovla bağlı göstəriş verib.
Yenisabah.az-a daxil olan məlumata görə, göstərişə əsasən şəhidimizlə bağlı keçiriləcək bütün mərasimlərin maliyyə tərəfi icra hakimiyyəti tərəfindən həll ediləcək. Məlumatda bildirilir ki, icra başçısı bu işi şəxsi nəzarətində saxlayır.
Yeri gəlmişkən, Elnur Rzayev Babək Aslanovun dəfn mərasiminə də qatılmışdı.
Dövlət Sərhəd Xidmətinin əsgəri Babək Aslanov noyabrın 6-da gecə saatlarında cəbhə bölgəsinin Qazax istiqamətində şəhid olub.Muxalifet - 8-11-2019
85 illik gizli PLAN ORTAYA ÇIXDI: ABŞ-ın Suriya oyununun gerçəkləri və İsrailə daşınan MİLYARDLAR
Kərkük və Suriya neftinin İsrailin Hayfa limanına daşınmasını təmin edəcək 85 illik plan işə düşüb.
Muxalifet.az xəbər verir ki, Suriyadan çıxdığını bəyan edən ABŞ-ın daha sonra neftlə zəngin olan Deyrizor və Haseke arasındakı 1850 kilometrlik bölgəyə 800 əsgər yerləşdirməsi bu planın bir hissəsidir. Hazırda Deyrizorda 2 hərbi baza yaradılıb. Bu məqsədlə İraq-Suriya arasındakı Əbu Kamal sərhəd qapısı açılıb. Sərhəd qapısının Əsəd rejiminin nəzarətində olması Rusiyanın da bu plana daxil olduğu ehtimalını artırır.Muxalifet - 8-11-2019
Universitetlərin kafedra müdiri olan məmur və deputatlar… - SİYAHI
Dövlət strukturlarında çalışan bir sıra yüksək çinli məmurlar, eləcə də bəzi deputatlar paralel olaraq elm və təhsil sahəsində də işləyirlər. Universitetlərdə işləyən məmur və deputatların bir çoxu kafedra müdiri kimi fəaliyyət göstərirlər.
Onların buna necə vaxt çatdırdığı başqa yazının mövzusudur.
Muxalifet.az bildirir ki, Modern.az universitetlərdə kafedra müdiri vəzufəsini tutan məmur və deputatların kimlər olduğunu araşdırmağa çalışıb.
Muxalifet - 8-11-2019
Cənubi Osetiyaya Cenevrədən ÇAĞIRIŞ: SƏRHƏDLƏRİ AÇIN
Cenevrə müzakirəsinin həmsədrləri Cənubi Osetiyanı inzibati sərhəd boyu bölgədə bütün keçid məntəqələrini açmağa çağırır.
Muxalifet.az bu barədə saqinform.ge-saytına istinadla xəbər verir.Muxalifet3 - 8-11-2019
Koçaryandan ŞOK AÇIQLAMA: Paşinyan bununla Bakıya müharibə hüququnu verdi
“Ermənistan hakimiyyətinin göz qabağında olan səhvləri Dağlıq Qarabağ məsələsində mövqelərimizi zəiflətdi. Baş nazirin “Qarabağ Ermənistanındır və nöqtə” öz müqəddəratını təyin etmə prinsipini sıradan çıxardı, ərazi bütövlüyü prinsipini önə çıxardı. Beləliklə, Azərbaycanın əli gücləndi”.
Bu barədə hazırda həbsdə olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Sputnik Ermənistan”a müsahibəsində deyib.Muxalifet - 8-11-2019
Namiq Qaraçuxurlu ilk dəfə övladından danışdı: "İstəmirəm mənə oxşasın" - VİDEO
Bu gün tanınmış meyxanaçı Namiq Qaraçuxurlunun 41 yaşı tamam olur.
BiG.AZ xəbər verir ki, ifaçı doğum gününü "Şou Atv" proqramında qeyd edib. Verilişdə meyxanaçı ilə bağlı sujetlər yayımlanıb. O ilk dəfə olaraq ailəsi və övladından da söz açıb. Daha çox xəyanətdən gileylənən Namiq övladının ona oxşamamasını arzulayıb:
"Heç vaxt dostlarınıza 10 faiz canınızı verməyin. 70-80 faiz can qoyduz bəsdir. İndi zəmanə pisləşib. Heç istəmərəm ki, övladım mənə oxşasın, mənim səhvlərimi təkrar etsin".Muxalifet - 8-11-2019
HƏBSDƏKİ GENERALLARIN “ŞİKAYƏT OYUNU” – Çovdarovun bu dəfə planı nə?
Akif Çovdarov milyonluq əmlaklarını geri qaytarmaq istəyir, yoxsa…
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları – Akif Çovdarov, Teymur Quliyev, Elçin Quliyev və Sübahir Qurbanov yenidən Ali Məhkəməyə müraciət ediblər. Generallar ayrı-ayrılıqda kasasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Muxalifet - 8-11-2019
Bakı sakinlərinə ŞAD XƏBƏR: sabahdan etibarən başlayır
09.11.2019 tarixində səhər saatlarından "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Bakı Nəliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, ətraf kənd və qəsəbələr eləcə də, digər müvafiq istiqamətlər üzrə matşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.Muxalifet - 8-11-2019
SON DƏQİQƏ: Yeni icra başçısı məsləhətçiyə yüksək VƏZİFƏ VERDİ - FOTO
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev yeni şöbə müdiri təyin edib.
Məlumata görə, Anar Tağıyevin əmri ilə Həsənov Ayaz Əvəz oğlu Yevlax ŞİH Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib. O, bu təyinata qədər həmin şöbənin Məsləhətçisi (dəftərxana işinin aparıcısı) vəzifəsində çalışıb.
Xəbəri Yevlax Şəhər İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.Muxalifet - 8-11-2019
"GİROVLARI AZAD EDİN, XALQLARI SÜLHƏ HAZIRLAYIN..." - ABŞ Qarabağda status-kvonu dəyişməyə çağırdı
"ABŞ ATƏT-in Minsk Qrupu həmsədrlərinin işinə çox böyük əhəmiyyət verir və digər həmkarlarımız kimi, münaqişə tərəfləri ilə birlikdə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün səylərimizi davam etdirməyə sadiqliyimizi bəyan edirik”.
Bunu ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor ATƏT Daimi Şurasının noyabrın 7-də keçirilən iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələrdə çıxışı zamanı deyib.
Muxalifet - 8-11-2019
Prezident Bayraq günü ilə əlaqədar VİDEOÇARX PAYLAŞDI
Muxalifet.az xəbər verir ki, 9 noyabrla əlaqədar videoçarx paylaşan dövlət başçısı paylaşıma “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!” şərhini yazıb.
Sözügedən videonu təqdim edirik:
Muxalifet4 - 8-11-2019
Millət vəkili, yoxsa biznesmen polkovnik? - VƏ YAXUD "LAL DEPUTAT"IN TÜKÜRPƏDƏN BİZNES ŞƏBƏKƏSİ
Hacı Salayevin adı da parlamentin “lal deputatları” siyahısındadır. Jurnalistlərin belə üzünü görüb, səsini eşitmədikləri deputatlardan biri də Sumqayıt-Abşeron seçki dairəsindən mandat almış Hacı Salayevdir. Yenə, Qoqolun “Ölü Canlar” əsəri yadımıza düşdü. Deputatın nə dərəcədə tanınması haqda jurnalistlər sorğu da aparıblar. Məlum olub ki, onu kimsə tanımır, hətta hakim partiyanın qəzetlərini təmsil edən yazarlar belə. “Deputat Hacı Salayevin Milli Məclisin iclaslarında çıxışının şahidi olmamışam. Amma komitə iclaslarında müzakirə olunan məsələlərə münasibətini bildirir.
Muxalifet4 - 8-11-2019
İrəvandan HƏYƏCAN SİQNALI: QARABAĞI İTİRİRİK
Biz dünya siyasətində köklü dəyişikliklərin şahidi oluruq, belə ki, ABŞ-ın hamı tərəfindən indiyə kimi dünyanın siyasi lideri olması yeni qlobal liderliyə iddia edən qüvvələr tərəfindən şübhə altına qoyulur. Dünya lideri indiyə kimi qazandığı mövqeləri itirmək istəmir, yeni çıxan güclərə qarşı var-gücü ilə müqavimət göstərir. Muxalifet.az bu barədə tert.am saytına istinadla xəbər verir. Ermənistanın eks-prezidenti R.Koçaryan həbsxanadan geniş məqalə paylaşıb.
Muxalifet3 - 8-11-2019
DƏHŞƏT: Bakıda hamilə qalan 8-ci sinif şagirdinin başı kəsilib? – Rəsmi açıqlama
Bakı şəhərində azyaşlının qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib.
İdarədən qeyd edilib ki, nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb.
Muxalifet - 8-11-2019
Vilayət Eyvazov polkovniki VƏZİFƏSİNDƏN AZAD ETDİ
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin (DİN) daha bir əməkdaşını təqaüdə göndərib.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini, polis polkovniki Əkbər Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.
V. Eyvazovun əmrinə əsasən, Ə.Əkbərov təqaüdə göndərilib.
Muxalifet - 8-11-2019
Berlin Divarının süqutundan sonra millətçiliyin yüksəlişi - Corc Sorosun məqaləsi
8 Noyabr 1989-cu il tarixdə Berlin Divarının yıxılması Avropada kommunizmin dağılmasını qəfildən və kəskin şəkildə sürətləndirdi. Şərqi və Qərbi Almaniya arasında səyahət məhdudiyyətlərinin sonu Sovet İttifaqının qapalı cəmiyyətinə ölümcül zərbə vurdu. Eyni zamanda, bu, açıq cəmiyyətlərin yüksəlişi üçün xüsusi məqam oldu.
Muxalifet4 - 8-11-2019