Axtarış
The search found 105828 results in 0.088 seconds.
Search results
Gürcüstanda azərbaycanlı icra başçısına yeni vəzifə verildi
Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazov yeni vəzifəyə təyin olunub.
“Report”un yerli bürosu xəbər verir ki, o, bundan sonra Gürcüstanın Pauerliftinq Federasiyasının vitse-prezidenti vəzifəsini tutacaq.
Sabiq məmur yeni vəzifəyə federasiyanın rəhbər vəzifələrinə keçirilən seçkilərdə seçilib.Muxalifet3 - 10-11-2019
ABŞ-ın Rusiyaya VİZA MÜHARİBƏSİ
ABŞ Rusiyaya viza müharibəsi elan edib. Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin adı açıqlanmayan yüksək vəzifəli rəsmisi deyib. “Sənət, idman, mədəniyyət sahələrinin insanları da daxil olmaqla, hər kəs zərər görür. Vizalar ya verilmir, ya da tədbirlər bitəndən sonra verilir”, - deyə bildirilib. Qeyd edək ki, ABŞ səfirliyi “Spartak” klubunun oyunçularına viza verməkdən imtina edib. Muxalifet.az
Muxalifet3 - 10-11-2019
Ruhani Trampa səsləndi: İran daha bir zəngin neft yatağı kəşf elədi
İranda 53 milyard barel xam neft ilə yeni bir neft yatağı kəşf edilb. Prezident Həsən Ruhani, bu yatağın ölkənin təsdiqlənmiş 150 milyard barel ehtiyatını üçdə birə qədər artıra biləcək bir kəşf olduğunu söylədi.
Muxallifet.az bu barədə Əl-Cəzirəyə istindla xəbər verir. Dövlət televiziyasında Yəzd şəhərindən canlı yayımda çıxış edən Ruhani, yeni yatağın ölkənin ən vacib neft sənayesinə sahib olan Xuzistan əyalətində kəşf olunduğunu söylədi.Muxalifet3 - 10-11-2019
SON DƏQİQƏ: Sərhəd bölgəsində DƏHŞƏTLİ PARTLAYIŞ - ölü və yaralılar var
Türkiyə-Suriya sərhədində insident olub.
PKK/PYD terrorçuları Təl Abyad şəhərinin Suluk qəsəbəsinin mərkəzində bomba partladılıb.
İlkin məlumata görə, hücumda 9 nəfər ölüb, 30 nəfər yaralanıb.
Partlayışdan sonra xarabaya çevrilən binaların dağıntıları altında qalanları xilasetmə işləri davam edir.
Qeyd edək ki, Təl Abyad Türkiyə ilə sərhəd xəttində yerləşir və ötən ay bu bölgə "Barış pınarı" hərəkatı ilə terrorçulardan təmizlənmişdi.Muxalifet - 10-11-2019
Övladı orta məktəbdə oxuyanların nəzərinə! - Bu məlumatı mütləq oxuyun
Rəsmi məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarına nəzarət işi mütəmadi olaraq yerinə yetirilir. Məktəb bufetlərinə verilən yeməklər bütün məktəblərdə eyni deyil. Bir çox məktəblərdə şagirdlərə isti yeməklər təklif olunur.
Ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsullar isə bunlardır:
İstifadə müddəti bitmiş və aşağı kefiyyətli qida məhsulu.
Bir gün əvvəl hazırlanmış qida.
Muxalifet - 10-11-2019
RUSİYA SON İLLƏRİN ƏN TƏHLÜKƏLİ MANYAKINI AXTARIR - 32 qadın öldürüb, amma hələ də izi-tozu yoxdur...
Volqayanı və Ural Federal bölgələrində çoxsaylı qətllər törədən, 32 qadının qətlində əli olan, Rusiyanın ən qəddar qatili hələ də tapılmır. Onun başına üç milyon rubl məbləğində mükafat da təyin edilib. Lakin seriya qətllər törədən və Rusiyada son illərin ən qəddar manyakı hesab edilən naməlum qatil hələ də azadlıqda gəzir. Şəhərbəşəhər dolaşan, ordan ora, burdan bura köçən manyak tənha yaşayan qadınların mənzilinə soxularaq onlara amansızlıqla divan tutub.
Muxalifet - 10-11-2019
Türkiyəli məşhur müğənni toyda Azərbaycan mahnısı oxudu – VİDEO
Türkiyəli müğənni Ebru Gündeş ötən gün İstanbulda dəbdəbəli hotellərin birində baş tutan toy məclisində oxuduğu mahnı ilə diqqətləri öz üzərinə çəkib.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, səhnədə hit və dillər əzbəri mahnılarını səsləndirən Ebru sözləri və musiqisi Məmmədbağır Bağırzadəyə məxsus məşhur "Olmaz-olmaz” bəstəsini ifa edib.
Qeyd edək ki, sözügedən mahnı E.Gündeş və digər türk sənətçiləri arasında tez-tez verilişlərdə ifa edilir.Muxalifet - 10-11-2019
DƏHŞƏT: Toya gedən ata və oğlu GÜLLƏLƏNDİ - FOTO
Türkiyənin Pendik qəsəbəsində toyda 3 nəfər güllələnib.
Muxalifet.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, qəsəbənin Kavakpınar məhəlləsində küçədə keçirilən toy mərasimində bir qrup şəxs arasında dava düşüb. Dava zamanı tərəflərdən biri digərinə atəş açıb və 3 nəfər güllələnib.
Xəsarət alanlardan Şenol Kara xəstəxanaya aparılarkən ölüb. Onun atası və digər qohumu isə ağır vəziyyətdə Mərmərə Təhsil-Araşdırma Klinikasına yerləşdirilib.Muxalifet - 10-11-2019
Məşhur aktyora pərəstiş etdiyi üçün arvadını öldürdü, daha sonra parka gedib... - Dəhşətli olay
ABŞ-ın Nyu York şəhərində yaşayan hindistanlı Dineşvar Budhidat həyat yoldaşını qəribə səbəbdən qətlə yetirib. 33 yaşlı Budhidat 27 yaşlı həyat yoldaşı Donne Docoyu Bollivudun ulduzu Hrithik Roşana heyran olduğu üçün öldürüb. Daha sonra həyat yoldaşının bacısına zəng edib və “bacını öldürdüm. Evin açarı qapının önündəki saxsı dibçəyin içindədir” sözlərini deyib. Bundan sonra isə özünü parkdakı bir ağacdan asaraq intihar edib. Cütlük arasında avqust ayında eyni səbəbdən mübahisə yaşanıb. Docoy həyat yoldaşından boşanmaq istəsə də, alınmayıb. Polis onu qorumaya alıb.
Muxalifet - 10-11-2019
Oğlunun nikah mərasiminə gedən ana yolda ÖLDÜ
İstanbulun Arnavutköy rayonunda yol nəqliyyat hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, minik avtomobili yük maşını ilə toqquşub. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Ölən şəxs Ayşe Gülen Özkan adlı qadın olub. O, qohumları ilə birlikdə oğlunun nikah mərasiminə gedirmiş. Təcili tibbi yardım briqadaları yaralıları xəstəxanaya çatdırıb.
Muxalifet - 10-11-2019
Meyxanaçı Vüqar 144 min udmasa da, 125 min...
Meyxanaçı Vüqar Əbdülov haqqında çıxan xəbərlərə aydınlıq gətirib.
BiG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçi "Zaurla Günaydın" proqramında bir neçə gün əvvəl Topaz-da 144 min manat udması məsləsinə aydınlıq gətirib:
Bu haqda özüm də mediada eşitdim. Belə bir şey yoxdur. Topaz-da oynayıram, həvəsim var. Hərdən maraqlı oyunlar olanda, az pul qoyuram. Qoyduğum pulun üç qatını udmaq şansın olur. Amma birdəfəyə 3 min qoymaq mənim gücümdə deyil. Bilmirəm, haradan qaynaqlandı".
Vüqar dostu tərəfindən aldadılıb, 125 min manata ev aldığını etiraf edib:Muxalifet - 10-11-2019
Ərdoğanın xəbərdarlığı İranı ayağa qaldırdı: gizli düşmənlər ifşa olundu və...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqdakı etiraz aksiyalarının İrana sıçraması ilə bağlı verdiyi açıqlama böyük əks-səda doğurub. Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi danışıb. İranlı Tələbələr Xəbər Agentliyinin (ISNA) xəbərinə görə, mətbuat konfransında çıxış edən Musəvi Ərdoğanın bir ölkədə baş verən xaosun digərlərinə keçməsinə dair açıqlamasını xəbərdarlıq kimi dəyərləndirib: “Çünki bəzi gizli əllər İslam ölkəlrində ixtilaf və xaos çıxarmaq istəyir. Ərdoğan bu gizli əlləri doğru şəkildə görür.
Muxalifet - 10-11-2019
ABŞ-dan şok: Türkiyəyə sanksiya tətbiq etməyə hazırıq!
Türkiyə S-400-lə bağlı qərarından imtina etməzsə, ABŞ Konqresi bu ölkəyə sanksiya tətbiq etməyə hazırdır.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilib.
Əlavə məlumat verilməyib.
Muxalifet - 10-11-2019
"Sumqayıt"ın futbolçusu: "Qələbəni nənəmə həsr edirəm"
"Sumqayıt"ın futbolçusu Aleksey İsayev Premyer Liqanın XI turunda "Sabah"ı səfərdə 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Unikal.org 24 yaşlı yarımmüdafiəçi ilə müsahibəni təqdim edir:
- Oyun haqda nə deyə bilərsiniz?
Muxalifet - 10-11-2019
Ərbəkandan Ərdoğana çağırış - "ABŞ-a getmə"
Türkiyənin köklü partiyalarından olan və böyük siyasi xadim Nəcməddin Ərbəkanın yaratdığı "Refah" partiyasının lideri Fatih Ərbəkan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın ABŞ səfərinə etiraz edib.
Publika.az xəbər verir ki, partiya sədri dövlət başçısının Donald Trampın Türkiyədən və Türk xalqından üzr istəməyincə bu ölkəyə səfər etməməli olduğunu deyib.
O, Ərdoğana çağırış edərək, 13 noyabrda planlaşdırılan ABŞ səfərini təxirə salmağı tələb edib.Muxalifet - 10-11-2019
Peterburqda iki mərkəzi partlatmaqla hədələdilər - "PARTLAYICILARI AZƏRBAYCAN VASİTƏSİLƏ APARIBLAR..."
Dünən Peterburqdakı "Qalereya" ticarət mərkəzinin üç əməkdaşının şəxsi ünvanına iki mərkəzdə-"Qalereya" və “Jemçujnaya plaza”da terror aktı təhdidi ilə məktublar gəlib.
Virtualaz.org "Operativ məktub" informasiya agentliyinə istinadən bildirir ki, təhdid məktubları guya daha əvvəl Peterburq metrosunun iki stansiyasını partlatmaqla hədələmiş Moskva vəkilinin (adı göstərilmir) qızı tərəfindən imzalanıb...
Muxalifet - 10-11-2019
MERKEL AVROPAYA ÇAĞIRIŞ ETDİ - "Yeni silah sistemlərini inkişaf etdirək"
Almaniya Kansleri Angela Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırır.
Trend-in məlumatına görə, Kansler ənənəvi həftəlik video müraciətində bunları söyləyib: "Gələcəkdə silah sistemlərini birlikdə inkişaf etdirəcəyik, o cümlədən hərbi təyyarələrin və tankların dizaynı modernləşdiriləcək. Almaniya və Fransa burada ən inkişaf etmiş ölkələrdəndir".
Muxalifet4 - 10-11-2019
Fəhlə iş yoldaşını qətlə yetirdi - MASALLIDA
Masallıda fəhlələr arasında yaranmış mübahisə insidentlə nəticələnib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Şərəfə kəndində qeydə alınıb.
Muxalifet4 - 10-11-2019
"NATO-da Rusiyadan edilmiş hərbi alış-verişə yer yoxdur" - Tramp "S-400"-lər barədə Ərdoğana irad bildirəcək
ABŞ prezidenti Donald Tramp gələn həftə Vaşinqtona səfəri zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana NATO üzvü kimi Türkiyədə Rusiyanın “S-400” zenit-raket sistemlərinin mövcudluğunun yolverilməzliyi barədə məlumat verəcək.
“TASS” agentliyi xəbər verir ki, bunu “CBS” telekanalına verdiyi müsahibəsində Amerika Birləşmiş Ştatları prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O’Brayen bildirib.
Muxalifet4 - 10-11-2019
ŞOK: Professorun çantasından öldürdüyü tələbə sevgilsinin qolu tapıldı
Rusiyanın tanınmış tarixçi professoru Oleq Sokolov keçmiş tələbəsi olmuş sevgilisini öldürdüyünü etiraf edib.
Professorun vəkilinin dediyinə görə, Oleq Sokolov bu etirafı Neva çayının sağ qolu olan Moyka çayında qadının qolları içində olan çantası tapıldıqdan sonra edib.
Rusiya mediasının xəbər verdiyinə görə, 63 yaşlı Oleq Sokolov sərxoş olub və cəsədin hissələrini çaya tullayarkən özü də suya düşüb.
Bundan sonra polis 24 yaşlı Anastasiya Yeşşenkonun başı bədənindən ayrılmış cəsədini professorun Sankt-Peterburqda yaşadığı mənzilində tapıb.
Muxalifet4 - 10-11-2019