Axtarış
The search found 105828 results in 0.081 seconds.
Search results
Ermənilər bu rayonlarımızı atəşə tutdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Muxalifet - 11-11-2019
Tramp İranı hədələdi: "ÇOX PİS ADDIM OLACAQ"
ABŞ prezidenti Donald Tramp İranın uranı zənginləşdirmək qərarını "çox pis addım" kimi dəyərləndirib.
Muxalifet.az xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.
Tramp eyni zamanda qeyd edib ki, Federal Təhqiqat Bürosunun (FTB) 12 il əvvəl İranda yoxa çıxan keçmiş agenti Robert Levinsonun geri qaytarılması müsbət addım ola bilər:Muxalifet - 11-11-2019
ŞOK: Azərbaycanda oteldə 3 gecəyə fantastik qiymət
Yeni il bayramına ay yarımdan artıq vaxt qalsa da, indidən ölkə ərazisində fəaliyyət göstərən hotellər qiymətlərini açıqlayıblar.
Muxalifet - 11-11-2019
Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi öldürüldü - TƏFƏRRÜAT
Gəncədə qətl törədən şəxs tutulub.
Hadisə iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində törədilib. Belə ki, Mirağa Əliyevin idarə etdiyi avtomobillə 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində Dajban Nicat M.Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan M.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.
Dajban Nicat saxlanılıb.
Muxalifet - 11-11-2019
Cinsini dəyişib ərə gedən bloqer Bakıda - Video
Cinsiyyətini dəyişib qadın olan, bir neçə həftə öncə özünə dəbdəbəli toy məclisi qurub, futbolcu Gökhan Çıra ilə evlənən Türkiyənin 35 yaşlı məşhur fenomeni Selin Ciyerci Bakıya gəlib. Muxalifet.az Oxu.Az-a istinadən xəbər ki, Selin paytaxtımıza ayaq basan kimi hava limanında media nümayəndələrinin suallarını cavablandırıb. Məşhur Azərbaycana ilk dəfə gəldiyini dilə gətirib: “Sizin burada olmağınızdan xəbərdar idim, təəcüblənmədim. İlk dəfədir ki, Bakıya gəlirəm, amma atam tez-tez ölkənizin qonağı olur, çünki tekstilçidir. Azərbaycanlıları çox sevirəm.
Muxalifet - 11-11-2019
Azərbaycan şəhərində “Mənim eşqim - Ermənistan!” bayraq fleşmobu keçirildi... - FOTO
Görəsən, bu saat neçə məmurumuz bayrağımız altında rüşvət barədə yox, Qarabağ haqda düşünür?...
Muxalifet - 11-11-2019
Bakının ən kriminal bölgəsi - ŞOK STATİSTİKA
"Bakının rayonlarında kriminal hadisələr əhali sayına görə dəyişir”.
Bu sözləri lent.az-a keçmiş polis rəisi Mahmud Hacıyev deyib. Paytaxt Bakının 12 rayonu var və bu rayonlar da əhali sayına, ərazisinə görə bir-birindən fərqlənir. Təbii ki, əhali sayının çox olması hərəkətliliyin və fəaliyyətin də aktiv olmasına gətirib çıxaran başlıca amildir. Bəs görək, paytaxtımızın hansı hissəsi kriminal hadisələrin daha çox olması ilə seçilir?
Mahmud Hacıyev deyir ki, bu mövzuda konkret hansısa bölgənin adını çəkmək çətindir:
Muxalifet - 11-11-2019
Avropada silah həyəcanı - MERKEL ÇAĞIRIŞ ETDİ
Almaniya kansleri Angela Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırır.
Kansler ənənəvi həftəlik video müraciətində bunları söyləyib: "Gələcəkdə silah sistemlərini birlikdə inkişaf etdirəcəyik, o cümlədən hərbi təyyarələrin və tankların dizaynı modernləşdiriləcək. Almaniya və Fransa burada ən inkişaf etmiş ölkələrdəndir" deyə o bildirib.
Muxalifet - 11-11-2019
Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub – “Tamamilə qanunsuzdur”
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub. Qadağa Vergilər Nazirliyinin müraciəti əsasında tətbiq edilib.
Muxalifet - 11-11-2019
Brejnev 5 gün artıq yaşasa, SSRİ-nin rəhbəri Şerbitski olacaqdı - Baş katibin bağ evinin komendantı xatırlayır
37 il öncə, 1982-ci il noyabrın 10-da SSRİ tarixinin 18 illik Brejnev erası sona çatıb. Baş katibin ölümü ilə bağlı rəsmi məlumat isə bir gün sonra, noyabrın 11-də saat 10-da verilib.
Brejnevin ölümündə heç bir müəmma, qeyri-adilik axtarılmayıb. Baş katibin ölümü rəsmi olaraq təbii ölüm kimi qəbul edilib və həkimlərin rəyində ölüm səbəbi yuxuda olarkən qəfil ürəktutma göstərilib. Qeyd edək ki, Brejnev bir çox xəstəliklərdən əziyyət çəkib.
Muxalifet - 11-11-2019
Toy, mebel, istehlak üçün alınan kreditlər haqda şok məbləğ
Türkiyədə istehlak kreditləri cəmi kreditlərin 10 faizini təşkil etmir.
Belə ki, Türkiyənin bank sektorunun cəmi kredit həcmi ötən həftənin sonunda 2 trilyon 562 milyard 750 milyon lirə təşkil edib. İpoteka xaric istehlak kreditləri isə (avtomobil və ehtiyac) cəmi kreditlərin 9,5%-nə bərabərdir.
Maraqlıdır, Azərbaycanda istehlak kreditlərinin digər kreditlər arasında xüsusi çəkisi nə qədərdir?
Muxalifet - 11-11-2019
MİLYARDERLƏRİN QƏZƏB GÜNÜ: onlar "daha çox qazanan daha çox vergi ödəməlidir" prinsipinə qarşıdırlar
Bill Geyts 1975-ci ildə “Microsoft”-u qurduğu zaman fərdi gəlirlərə görə ən yüksək vergi dərəcəsi 70 faiz, kapital mənfəəti və korporativ gəlirlər üzrə vergi dərəcələri indikindən xeyli yüksək və əmlak vergisi daha ciddi bir yığım idi. Bunlardan heç biri cənab Geytsi özünü işinə həsr etməkdən və investorlarını sərmayəçilikdən çəkindirmədi.
Amma indi o, senator Elizabet Uorrenın varlılara vergilərin daha yüksək olması planının təkcə varlılar üçün deyil, amerikalıların qalan hissəsi üçün də pis olacağı xəbərdarlığı edən ən son zəngin adamdır.
Muxalifet - 11-11-2019
SON DƏQİQƏ: Qazaxda toy karvanında atəş açıldı və... - ŞOK VİDEO
Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb. APA-nın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan “VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır. Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.
Muxalifet - 11-11-2019
Türkiyə irimiqyaslı TƏLİMLƏRƏ başladı - 15 ÖLKƏDƏN, 47 HƏRBİ GƏMİ, 4,7 MİN HƏRBÇİ
Türkiyə Aralıq dənizinin şərqində irimiqyaslı “Doğu Akdeniz 2019 Davet Tatbikatı” hərbi-dəniz təlimlərinə başlayıb.
Muxalifet.az-ın trend-ə istinadla məlumatına görə, təlimlərdə 15 ölkədən 47 hərbi gəmi, 4,7 min hərbçi iştirak edir.
Təlimlərə həmçinin İspaniya, İtaliya və Kanada kimi ölkələr qatılıb.Muxalifet - 11-11-2019
Форум в Вильнюсе обсудил имперские амбиции России
Второй, заключительный день Форума свободной России, проходившего в Вильнюсе с 9 по 10 октября, во многом был посвящен попыткам понять, почему России после падения коммунистической системы так и не удалось полностью избавиться от тоталитарного прошлого. Участники встречи также говорили об экспансионных имперских амбициях Москвы, определяющих ее внешнюю политику, и их опасности для соседей России. Почему РФ не преодолела наследие тоталитаризма? Почему России не удался процесс превращения в демократическое государство и в стране произошел откат к неосоветскому реваншизму?
Muxalifet - 11-11-2019
“BELƏ GETSƏ ÇÖRƏK ƏVƏZİNƏ KARTOFLA KEÇİNƏCƏYİK...” - Qonşuda un kəskin bahalaşdı, bunun Azərbaycana hansı təsirləri ola bilər...
Qonşu Qazaxıstanda un və un məmulatlarının noyabrın əvvəllərindən etibarən kəskin bahalaşması müşahidə olunur.
Virtualaz.org “Azadlıq” radiosunun qazax xidmətinə istinadən xəbər verir ki, hakimiyyət bahalaşmanı bu mövsümdə taxılın bol olmaması, habelə keyfiyyətli taxılın ixraca yönəldilməsi ilə izah edir.
Muxalifet - 11-11-2019
İranda 53 milyard barellik neft quyuları tapıldı
İran prezidenti Həsən Ruhani yeni kəşf etdikləri ərazidə yüksək miqdarda neftin olduğunu açıqlayıb. Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, İranda tapılan yeni neft quyuları Xuzistan əyalətində yerləşir. Bu barədə İran prezidenti Həsən Ruhani xəbər verib. 2 min 4 yüz kvadrat kilometr ərazini əhatə edən neft quyularında 53 milyard barel neft olduğu təxmin edilir.
Muxalifet - 11-11-2019
Göyçayda ev yandı
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Göyçayın Çayarxı kəndində qeydə alınıb.
Kənd sakini, 1969-cu il təvəllüdlü Feyzullayev Mikayıl Qoca oğluna məxsus ümumi sahəsi 100 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.
Muxalifet - 11-11-2019
Qadına görə kişini öldürüb baqajda gizlətdilər – Bakıda dəhşətli qətl
Bakının Binəqədi rayonu ərazisində avtomobilin yük yerindən kişi meyiti aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.Məlumdur ki, noyabrın 9-da saat 08:00 radələrində Sulutəpə qəsəbəsində “Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Çapar oğlu Abbasovun meyiti tapılıb.
Muxalifet - 11-11-2019
64 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü
Rusiyanın Volqoqrad vilayətində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində azərbaycanlı yük maşını sürücüsü dünyasını dəyişib.
Unikal.org Rusiya mətbuiatına istinadən xəbər verir ki, 64 yaşlı sürücü “Volvo” markalı yük maşınından düşüb yolu keçmək istəyərərkən onu 21 yaşlı gənc idarə etdiyi "Lada Qrant" minik maşını ilə vurub.
Sürücü aldığı xəsarətlərdən yerindəcə keçinib.
Qeyd olunur ki, həmin şəxs Azərbaycana məxsus nəqliyyat şirkətində sürücü işləyib və Rusiya ərazisindən keçməklə Qazaxıstandan Azərbaycana qayıdırmiş
Muxalifet - 11-11-2019