Axtarış
The search found 105828 results in 0.095 seconds.
Search results
Elmar Məmmədyarov: ABŞ Konqresi Nümayəndələr Palatasının sözdə "erməni soyqırımı" qərarı emosional qərardır
ABŞ Konqresi Nümayəndələr Palatasının sözdə "erməni soyqırımı" qərarı duygusal qərardır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. “Bu qərarı oxumağı məsləhət görürəm və bu addımın emosional olduğunu başa düşəcəksiniz. O, Türkiyənin sərhədlərini və Suriya ərazilərini terrorçulardan təmizləmək üçün həyata keçirdiyi "Sülh mənbəyi" əməliyyatına cavab olaraq qəbul edildi. Belə bir qərarın verilməsi üçün heç bir hüquqi əsas yoxdur "dedi.
Muxalifet3 - 11-11-2019
İstanbulla bağlı ŞOK PROQNOZ: fəlakət ssenarisi getdikcə yaxınlaşır
Türkiyənin İstanbul şəhərində 7 və daha böuük maqnitudada zəlzələ baş verməsi ehtimalı 65%-ə çatıb.
Muxalifet.az xəbər verir ki, Bunu İstanbul Texniki Universiteti Geofizika Fakültəsinin müəllimi Haluk Eyidoğan açıqlayıb.
Türkiyə Mühəndis və Memarlıq Ofisləri Birliyinin İstanbul Zəlzələ Toplantısında danışan professor bildirib ki, proqnozlaşdırılan zəlzələ 30 il ərzində meydana gələcək.
Muxalifet - 11-11-2019
Suriyada terakt: ölənlər var
Suriyanın şimalında yerləşən Qamışlı bölgəsində “Sufera” otelin qarşısında bomba yüklənmiş iki avtomobil partladılıb. Axar.az xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb. Terakt nəticəsində 3 mülki vətəndaşın həlak olduğu, 5 nəfərin yaralandığı bildirilib.
Muxalifet - 11-11-2019
ON MİNLƏRLƏ TURİST, 50 İLLİK YUBİLEY VƏ ƏNƏNƏVİ FESTİVAL - Göyçay hələ bu cür izdiham görməmişdi...
Göyçay rayonunda noyabrın 7-dən başlayan (həmin gün “AzNar” QSC-nin 50 illik yubileyinə həsr edilmiş futbol turniri başlamışdı,-red.) bayram təntənələri ötən gün yekunlaşıb. Virtualaz.org-un xüsusi müxbiri Göyçaydan xəbər verir ki, şəhərdə artıq 14 ildir ki, hər il təşkil olunan ənənəvi Nar Festivalı bu il misli görünməmiş izdiham və təntənə ilə keçib. Xatırladaq ki, ənənəvi festival bu il də “AzNar” QSC-nin sponsorluğu və Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.
Muxalifet - 11-11-2019
Afaq Aslanla Nüsrətin səmimi görüntüləri yayıldı - VİDEO
Müğənni Afaq Aslan Türkiyədə məşhur aşpaş və iş adamı Nüsrət Gökçə ilə görüşüb.
Afaq şəxsi “Instagram” hesabında restoranların birində Nüsrətlə bir araya gəldiyinin görüntülərini paylaşıb.
Videoda Nüsrətin “Bir dövlət, bir millət” kəlməsi izləyicilərin diqqətini çəkib. Daha sonra iş adamı yaxın zamanda Bakının qonağı olacağını dilə gətirib.Muxalifet - 11-11-2019
Xırdalan və Masazır sakinlərinə ŞAD XƏBƏR: Sərnişinlər üçün YENİLİK olacaq
“Aparılan monitorinqlər zamanı doğrudan da problemlərin olduğu üzə çıxdı”.
Muxalifet - 11-11-2019
Daha bir müğənnimiz subaylığın "daşını atdı" - Bu gün toyudur - Video
Azərbaycan şou-biznesinin daha bir nümayəndəsi subaylıqla vidalaşıb. "Yeni Sabah" xəbər verir ki, bu gün müğənni Azad Şabanovun toyudur. Paytaxt restoranlardan birində keçirilən toyda ifaçının yaxınları ilə yanaşı sənət yoldaşları da iştirak edir. Qeyd edək ki, apreldə Toma adlı xanımla nişanlanan Azadın rəsmi nikahı avqustda olub.
Muxalifet - 11-11-2019
Putinlə Merkel arasında telefon danışığı olub
Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Bildirilir ki, Rusiyanın dövlət başçısı Almaniyanın hökumət rəhbəri ilə telefon söhbətində Ukrayna məsələsinə toxunublar. Tərəflər həmçinin Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Muxalifet - 11-11-2019
Dünyanın ən uzunömürlü evliliyi - BU CÜTLÜK REKORDLAR KİTABINA DÜŞDÜ / Fotolar
ABŞ-ın Texas ştatının sakinləri 105 yaşlı Şarlotte və 106 yaşlı Con Henderson 80 ildir evli olmalarıyla dünyanın ən yaşlı cütlüyü seçilib. "Qafqazinfo" xəbər verir ki, cütlük 1934-cü ildə Texas Universitetində tanış olublar və 5 il sonra isə evləniblər. Onlar bildirib ki, evliliyin uzun müddət davam etməsi üçün ərlə arvadın bir-birinə qarşı səmimi olması şərtdir. Şarlotte və Con 80 illik evliliyə görə Ginessin Rekordlar Kitabına düşüblər.
Muxalifet4 - 11-11-2019
“Kim Çen Trampla görüşə bilər, amma...” - Pxenyan şərtini açıqladı
"Üçüncü Şimali Koreya-Amerika sammiti yalnız iki ölkə arasında aparılan dialoq uğurla inkişaf etdiyi təqdirdə mümkündür".
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Çon İy Yon Şimali Koreya nümayəndələri ilə görüşdən sonra bildirib.
Onun sözlərinə görə, ABŞ və Şimali Koreya liderlərinin yeni görüşü yalnız dialoq iş səviyyəsində davam edərsə, baş tuta bilər.
Ölkə rəsmisi qeyd edib ki, Seul Şimali Koreya ilə təmasları sürətləndirmək üçün ABŞ-la sıx işləyir.
Muxalifet4 - 11-11-2019
"Bizi bıçaqlayan şəxs qardaşımın sevgilisinin..." – Xosedən ŞOK AÇIQLAMA - VİDEO
Xəbər verdiyimiz kimi, ötən axşam aparıcı Xose Bernardo bıcaqlanıb.
Muxalifet.az xəbər verir ki, bıçaqlanandan sonra Xose ATV-də yayımlanan "Bizimləsən" veirlişində qonaq olub. O, hadisəni belə izah edib:Muxalifet - 11-11-2019
Britaniya kəşfiyyatının zabiti İstanbulda ölü tapıldı
"Ağ dəbilqələr" təşkilatının yaradıcılarından biri, "Mi-6" Britaniya kəşfiyyatının eks-zabiti Ceyms Le Mezyurye Türkiyənin İstanbul şəhərində yerləşən evində ölü vəziyyətdə tapılıb.
Muxalifet.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə "Sözcü" qəzeti polisdəki mənbəsinə istinadən xəbər verib.
Mezyuryenin cəsədi bazar ertəsi səhər saatlarında yaşadığı evin həyətində qonşuları tərəfindən tapılıb. Mərhumun evinə gələn polis qapını döyüb. Qapını açan Mezyuryenin həyat yoldaşı ərinin ölüm xəbərindən şok keçirib.
Muxalifet4 - 11-11-2019
"Məşğul olmağa ciddi iş tapmırsansa, get siyasi təlxəklik elə" - MÜBARİZ MƏNSİMOVDAN ARAZ ƏLİZADƏ HAQDA SƏRT AÇIQLAMA
"Deputat Araz Əlizadənin Nuru Paşanın ordusuna “muzdlu” deməsi və “biz azərbaycanlıyıq, türk deyilik” məntiqi məni düşündürdü. Xatirimdədir, Araz və Zərdüşt Əlizadə qardaşları Ali Sovetdə deyirdilər ki, Qarabağı azad etmək üçün ruslara pul verib Azərbaycana gətirmək lazımdır. Şübhəsiz, bu, bütövlükdə Azərbaycanın Rusiya tərəfindən yenidən işğal olunması demək idi. Bu, həmin Araz Əlizadədir".
Muxalifet4 - 11-11-2019
Prezident 169 milyonluq oğurluqdan danışdı - Hökumət hərəkətə keçdi
Rusiyanın “Vostoçnıy” kosmik bazasının inşası üçün ayrılan 1,4 milyard dollardan 169 milyonu oğurlanıb.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin bazanın inşası ilə bağlı tənqidlərini jurnalistlərlə müzakirə edən mətbuat katibi bildirib ki, faktla bağlı istintaq işlərinı başlanıb: “169 milyon dollar oğurlanıb və daha sonra həmin məbləğin 53,8 milyonu dövlətə geri qaytarılıb. Oğurluqla bağlı 32 nəfər istintaqa cəlb olunub”.
Muxalifet4 - 11-11-2019
On minlərlə insan təhlükədədir - ABŞ-da FƏLAKƏT GÖZLƏNİLİR
ABŞ-da on minlərlə insan hər an çökmə təhlükəsi olan su anbarlarını əhatəsində yaşayır.
Bu faktı ölkənin 44 ştatında və Porto Rikoda araşdırma aparan “Assaciated Press” agentliyinin müxbirləri ortaya qoyub.
2 ilə tamamlanan araşdırma zamanı federal qeydlər və sənədlər üzərində analiz aparan AP, ümumilikdə, 688 anbarın qəzalı vəziyyətdə olduğunu təsbit edib.
Stanford Universitetinin həyata keçirdiy Milli Anbar Performans Proqramına görə, son 40 ildə ABŞ-da minə yaxın anbar çöküb. Yaşanan su basqınlarında 34 nəfər ölüb, yüzlərlə insan evsiz qalıb.
Muxalifet4 - 11-11-2019
Bəşər Əsədin Moskvada 40 milyon dollarlıq daşınmaz əmlakı var imiş...
Suriya Prezidenti Bəşər Əsəd “Moskva Siti” beynəlxalq kompleksində 20 mənzilə sahibdir. “Financial Times”ın məlumatına görə, son altı ildə Əsədə məxsus olan Məhluf ailəsinin bir neçə üzvü kompleksdə olan 18 ədəd daşınmaz əmlakı alıb. Kompleksdə yerləşən 13 obyekt Əsədin qardaşı Hafiz Məhlufa, iki obyekt onun arvadına və qayınanasına, daha üçü isə onun qardaşı oğluna məxsusdur. Ümumilikdə, ailənin aldığı bütün mənzillərin ümumi dəyərinin 40 milyon dollar təşkil etdiyi bildirilir.
Muxalifet4 - 11-11-2019
Bakı sakini "Ulduz"da kürəyindən bıçaqlandı
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə metronun "Ulduz" stansiyası yaxınlığında baş verib.
Belə ki, Bağırov Süleyman Nurəddin oğlu kürək nahiyəsindən bıçaqlanıb.
Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Muxalifet4 - 11-11-2019
ABŞ hərbçilərinin Suriyada müəmmalı yer dəyişimi
ABŞ silahlı qüvvələrinin Şərqi Suriyada hərəkətini əks etdirən görüntülər yayılıb. Videoda ABŞ ağır zirehli texnikasının Suriyanın şərq hissəsi ilə hərəkət etdiyi görünür. Arasında tankların da olduğu 172 iri zirehli texnikanın ABŞ-ın Şimali Suriyadakı Rəqqa və Hələb bölgəsindəki hərbi bazada yerləşdiriləcəyi güman edilir. Oxu.az xatırladır ki, oktyabrda ABŞ Suriyanın şimalında hərbi qüvvələr yerləşdirəcəyini və bunun neftlə zəngin ərazilərin hərbçilərin əlinə keçməməsi məqsədi daşıdığını bildirmişdi.
Muxalifet4 - 11-11-2019
Medvedyev ermənilərlə qohum olur... - BAŞ NAZİRİN OĞLU ERMƏNİ QIZLA SEVGİLİDİR / Foto
Rusiyanın Baş naziri Dmitri Medvedyevin oğlu İlya erməni qızla sevgilidir. Muxalifet.az teleqraf-a istinadən xəbər verir ki, İlya Medvedyev Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun 25 yaşlı tələbəsi Yana Qriqoryanla birgə görüntülənib. İlya erməni qızını anası Svetlana ilə 1 il öncə tanış edib. Onlar hələ 2018-ci ilin sentybarında Soçidə keçirilən "Yeni dalğa” musiqi festivalını ziyarət ediblər.
Muxalifet4 - 11-11-2019
Yanacaqdoldurma məntəqələrində niyə sıxlıq yaranıb? - SOCAR-dan AÇIQLAMA
SOCAR maye qazının və yaxud da LPG-nin qiymətini tənzimləyə bilməz, çünkü SOCAR onun sadəcə istehsalçılarından biridir.
Muxalifet.az bildirir ki, bunu trend-in hazırda Bakı şəhərinin maye qazı satılan yanacaqdoldurma məntəqələrində müşahidə edilən avtomobil sıxlığı ilə əlaqədar sualını cavablandırarkən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Muxalifet4 - 11-11-2019