Axtarış

The search found 105828 results in 0.035 seconds.

Search results

  1. “Ermənilər Azərbaycan ərazisində Muxtar Respublika yarada bilərlər” - Ziyafət Əsgərov

    “Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik”. APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. O qeyd edib ki, ermənilər özlərinə bir dövlət yaradıb, artıq ikincisini yaratmaq arzusundadırlar: “Azərbaycanın ərazisi daxilində Muxtar Respublika statusunda yarada bilərlər. Yalnız Azərbaycanın ərazi çərçivəsində onlara hansısa muxtariyyət verməkdən söhbət gedə bilər”.

    Muxalifet - 12-11-2019

  2. Ərdoğandan ABŞ-a səfər öncəsi SON DƏQİQƏ AÇIQLAMASI

    Türkiyə prezidenti Ərdoğan ABŞ səfəri ərəfsində Esenboğa hava limanında bəyanat verdi və müzakirə gündəmində olan məsələləri sadaladı:

    Muxalifet3 - 12-11-2019

  3. Azərbaycanda 131 min manatlıq Cek Potu kim udub?

    Noyabrın 11-də İqtisadiyyat Nazirliyinə məxsis “Azərlotereya” ASC-nin təşkil etdiyi 6/40 lotereyasının 2 464-cü tirajında 131 317 manatlıq Cek Pot udulub. Muxalifet.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. Məlumata görə, pul mükafatını 500 170 nömrəli bilet qazanıb.

    Muxalifet - 12-11-2019

  4. Bakı metrosunun bu stansiyalarının ADLARI DƏYİŞDİRİLİR

    "Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir. Muxalifet.az-ın məlumatına əsasən, bu barədə report-a açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov məlumat verib. "Ulduz" stansiyasının "Böyükşor" adlandırılmasını istəyirik. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif etmişik. Həmin stansiyanın yaxınlığından görkəmli şəxsiyyətlərin adlarına olan bir neçə küçə və prospekt keçir. Bunlardan biri Günəşli qəsəbəsinə doğru gedir (red.

    Muxalifet - 12-11-2019

  5. “Azərbaycan yalnız hərbi gücə üstünlük verməlidir” - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

    “Azərbaycan ordusunun geniş miqyaslı hərbi təlimləri regionda baş verən geosiyasi proseslər fonunda ölkəmizin mövqeyini gücləndirməklə yanaşı Ermənistana mesaj xarakterlidi. Bu təlimlər Azərbaycanın hərbi gücünü birdaha nümayiş etdirməklə, Qarabağ münaqişəsinin həllində ölkəmizin güc amilinə üstünlük verəcəyini göstərir. Bu barədə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib.

    Muxalifet - 12-11-2019

  6. SON DƏQİQƏ: İlham Əliyev bu rayonun icra başçısını İŞDƏN ÇIXARDI VƏ...

    Prezicdent İlham Əliyev İlqar Abbasovun Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
    Muxalifet.az-ın
    xəbərinə görə, sərəncamda qeyd edilir ki, İlqar Namaz oğlu Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.
    İlham Əliyevin digər sərəncamı ilə İlqar Namaz oğlu Abbasov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Muxalifet - 12-11-2019

  7. Rusiya KTMT və MDB-də tələblərini sərtləşdirir - DAHA ÇOX SADİQLİK TƏLƏB EDİR

    Son zamanlar Rusiya KTMT və MDB çərçivəsində daha sıx əməkdaşlığın zəruri olduğuna və təşkilat daxilində sadiqliyin səviyyəsini artırılmasını irəl sürərək, qarşılıqlı münasibətlərdə öz tələblərini sərtləşdirir .
    Bunu Tert.am-a müsahibəsində erməni professor Garik Keryan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərini yekunlaşdırarkən deyib.

    Muxalifet3 - 12-11-2019

  8. Şirvan şəhərinin yeni icra başçısı kimdir? - DOSYE

    Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla İlqar Abbasov Şirvan şəhərinin icra başçısı təyin edilib. Publika.az xəbər verir ki, İ.Abbasov daha əvvəl Suraxanı rayonuna başçılıq edib. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2005-cı il tarixli Sərəncamı ilə Suraxanı rayon İcra hakimiyətinin başçısı vəzifəsinə Abbasov İlqar Namaz oğlu təyin edilib. Bundan əvvəl İ.N.Abbasov Nərimanov RİH-in başçısı vəzifəsində çalışıb.

    Muxalifet - 12-11-2019

  9. ​İlham Əliyev mərhum nazirin qardaşını İCRA BAŞÇISI TƏYİN ETDİ

    Prezidet İlham Əliyev Mərdan Camalovun Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Muxalifet.az-ın xəbərinə görə, Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin. Azərbaycan Prezidentinin digər sərəncamı ilə Mərdan Talıb oğlu Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Habelə İlham Əliyevin başqa bir sərəncamı ilə Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Qeyd edək ki, Mərdan Camalov mərhum nazir Yavər Camalovun qardaşıdır.

    Muxalifet - 12-11-2019

  10. İlham Əliyev deputatı icra başçısı TƏYİN ETDİ

    Prezident İlham Əliyev Elşad .Həsənovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
    Muxalifet.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

    Muxalifet - 12-11-2019

  11. Prezident Yasamalın icra başçısını bu vəzifəyə göndərdi

    Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Əziz Əzizovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
    Muxalifet.az xəbər verir ki, dövlət başçısının imzaladığı digər sərəncamla Ə.Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
    Qeyd edək ki, Suraxanı rayonunun icra başçısı İlqar Abbasov prezidentin sərəncamı ilə Şirvana, Şirvan şəhərinin icra başçısı M.Camalov isə Zərdan rayonuna təyinat alıb.

    Muxalifet - 12-11-2019

  12. Rusiyadan ŞOK AÇIQLAMA: 169 milyon dollarımız oğurlandı!

    Rusiya Federasiyasının Prezident Aparatının mətbuat katibi Dmitri Peskov ölkənin şərqində “Vostoçnıy” kosmik bazasının inşaatına ayrılan 1,4 milyard dolların 169 milyon dollarlıq qisminin oğurlandığını bəyan edib. Peskov bu sözləri Rusiya prezidenti Vladimir Putinin kabinet iclasında “Vostoçnıy” kosmik bazasının inşaatındakı korrupsiyanı tənqid eləməsi barəsində jurnalistlərə açıqlama verərkən söyləyib.

    Muxalifet - 12-11-2019

  13. Prezidentin icra başçısı təyin etdiyi Elşad Həsənov kimdir? - FOTO

    Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Elşad Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, E.Həsənov Milli Məclisin deputatıdır. Belə ki, E.Həsənov 1976-cı il sentyabr ayının 27-də Bakı şəhərində müəllim ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən, o vaxt A.S Puşkin adına olan, hal-hazırda Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyan 23 saylı orta məktəbə daxil olub və 1992-ci ildə həmin məktəbi qızıl medalla bitirib.

    Muxalifet - 12-11-2019

  14. Prezident Qarabağ veteranını icra başçısı təyin etdi - SƏRƏNCAM

    Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Quliyev Rafiq Çəpərxan oğlu Xətai rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. R.Quliyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1981-ci ildə Ərəvsə kənd orta məktəbində 1-ci sinfə gedib, məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib. 1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır.

    Muxalifet - 12-11-2019

  15. “Qəbuledilməzdir, şəxsiyyəti alçalır” – Hacıdan sağ ikən məzar qazdıran məşhurlara

    Xəbər verdiyimiz kimi, aparıcı-aktyor Sərxan Kərəmoğlu verilişlərin birində 19 il əvvəl özünə Gəncədə məzar qazdırdığını açıqlayıb: "Gəncədə sərdabə deyilən yer var, 3-ün 4-ə - bir otaq. Gir içində ayaqüstə gəz. Qardaşımla bərabər həmin yeri götürmüşük. Qapısını aç, pilləkənlə düş, Sərxanın cəsədini qoy. Sevmədiyim insanları məclisimdə görmək istəmirəm. Dirilib gələrəm. Mən ölmüşəm, sevinib, ehsanımı yeyirsiz?" Azərbaycanlı digər məşhurlar arasında da özünə sağ ikən məzar qazdıranlar var. Onlar arasında meyxanaçı Ağamirzə Məmmədov, müğənni Afət Fərmanqızı da var.

    Muxalifet - 12-11-2019

  16. Xanımını binanın 5-ci mərtəbəsindən atan direktor özünü idarə edə bilmir - yenidən ekspertiza keçiriləcək

    Bakıda baş verən dəhşətli qətl hadisəsinə görə məhkəmə iclası davam etdirilir. Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsin həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli hakim önünə çıxarılıb. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılır. Xatırladaq ki, məhkəmə iclası və günə qədər təxirə salınmışdı. Səbəb isə Ramiz Taxvelinin psixi vəziyyəti ilə bağlı Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının keçirilməsi idi. Məhkəmədə ekspertizanın rəyi elan edilib.

    Muxalifet - 12-11-2019

  17. Ərdoğan Rusiyanı və ABŞ-ı qınadı: Heç biri terrorçuları...

    Nə Rusiya, nə də ABŞ Suriyanı terrorçulardan təmizləyə bilmədi. 

    Anadolu agentliyinin məlumatına görə bu sözləri Türkiyə prezidenti Vaşinqtona səfər öncəsi brifinqdə deyib. O, bildirib ki, Vaşinqtondan qayıdandan sonra Putinlə də bu barədə danışacaq. Bundan əvvəl də prezident Ərdoğan bildirmişdi ki, digər dövlətlərin hərbi qüvvələri bölgəni tərk etməyənə qədər, türk ordusu Suriyadan çıxmayacaq.
    Muxalifet.az     

    Muxalifet3 - 12-11-2019

  18. Bakıda külək güclənəcək, rayonlara yağış yağacaq

    Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin günün ikinci yarısında arabir güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a bildirilib ki, havanın temperaturu  Abşeron yarımadasında gecə 9-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

    Muxalifet - 12-11-2019

  19. “WhatsApp” bu istifadəçiləri bloklayır - DİQQƏT!

    “WhatsApp” mesajlaşma tətbiqi qrupa daxil olan yanlış xəbər yayan istifadəçilərin mobil nömrələrini həmişəlik bloklamağa başlayıb.

    Muxalifet.az bildirir ki, blok olunan istifadəçilər servisin qaydalarını pozmuş hesab olunur.

    Qeyd edək ki, son zamanlar “WhatsApp” aqressiv, ekstremizm, spam və yanlış xəbər xarakterli istifadəçilərə qarşı ciddi mübarizə aparır. Çünki buna qədər bu tip istifadəçilər bədbəxt hadisələrin yaranmasına səbəb olub.

    Muxalifet - 12-11-2019

  20. Ukraynalı siyasətçidən BƏYANAT: Rusiya zəifləyəndə Krım onun əllərindən "sürüşüb çıxacaq"

    Ukraynanın baş nazirinin Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə müavini Dmitri Kulyoba bəyanat verib.

    Muxalifet3 - 12-11-2019

Pages