Axtarış

The search found 105828 results in 0.102 seconds.

Search results

  1. "Öləcəyim günü və necə öləcəyimi bilirəm" - Ülvi Qılıncdan ŞOK SÖZLƏR

    Tanınmış müğənni Ülvi Qılınc öləcəyi günü və hansı şəraitdə öləcəyini bildiyini iddia edir.

    BAKU.WS xəbər verir ki, ifaçı bu barədə ATV-nin "BizimləSən" proqramında danışıb:

    "Mən öz ölümümün nə vaxt baş verəcəyini dəqiq bilirəm, amma bunu heç kimə demirəm. Əcəlimin gələcəyi tarixi dəqiqəsinədək bilirəm. Hətta fiziki olaraq hansı şəraitdə həyatı tərk edəcəyim də mənə agahdır!".

    Daha ətraflı aşağıdakı videodan izləyə bilərsiz:

    Muxalifet4 - 11-11-2019

  2. "Xəyanət etdim, bağışla məni, peşiman" - Aysunla sevgili olduğu deyilən reper - VİDEO

    Bu gün "Şou Atv" proqramında qonaq olan repçi Qurdun (Fərid Eminov) həyat yoldaşından ayrılma səbəbin açıqlayıb. BiG.AZ xəbər verir ki, ifaçı ayrılığa səbəb xəyənət olduğunu etiraf edib: "Ümid edirəm nə vaxtsa bağışlayar. Mən çox arzu edərəm ki, bağışlasın. Əgər bir insan səhvini etiraf edirsə, keçmişə qayıdıb heç nəyi düzəltmək olmaz. Amma gələcəyi düzəltmək olar. Mən xəyanət üstündə yaxalanmamışam. Xəyanət etdiyimi xanımıma özüm etiraf etmişəm". Qeyd edək ki, "Maşın" şouda iştirak edən Aysun və Qurdun sevgili olduqları söz-söhbəti dolaşırdı, tərəflər bu məlumatı təkzib edib.

    Muxalifet - 11-11-2019

  3. “Primakov bizə dedi ki, ordu Bakıya yox, Qarabağa gedir, sonradan bəlli oldu ki..." - ŞOK AÇIQLAMA

    "Primakov Bakıdan Qorbaçovla danışıb demişdi ki, “qərar vermək vaxtıdır, gecikmək olmaz”" “Sabiq prezident Ayaz Mütəllibov deyir ki, Yevgeni Primakov 1990-cı ilin yanvarında Bakıya qoşunların girəcəyi barədə xəbərdarlıq etmək üçün gəlmişdi. Mütəllibov yalan deyir, Primakov xəbərdarlıq üçün gəlməmişdi”. Muxalifet.az xəbər verir ki, bu sözləri AMİP lideri Etibar Məmmədov “kanal13”-ə müsahibəsində sabiq sovet rəhbərinə Bakıda yubiley keçrilməsi ilə bağlı qalmaqalı şərh edərkən deyib.

    Muxalifet - 11-11-2019

  4. Hüquq-mühafizə orqanlarında maaşların artması rüşvəti niyə azaltmır? - EKSPERT RƏYLƏRİ

    Gələn ilin dövlət büdcəsində hüquq-mühafizə orqanlarının saxlanmasına ayrılan xərc 43,7 faiz artırılır.

    İqtisadçı alim Qubad İbadoğlu hesablayıb ki, bu məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləridir.

    Bu artımla təqribən 2 milyard manata çıxan həmin vəsait hansı məqsədlərə yönələcək?

    İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, büdcə sənədlərində bu, aydın göstərilməyib.

    Vəkil Elçin Sadıqov deyir ki, hər il artımlardan sonra görünən odur ki, bu orqanların istifadəsindən olan maddi-texniki baza güclənir:

    Muxalifet4 - 11-11-2019

  5. "AZƏRSU" PREZİDENTİN TAPŞIRIQLARINA MƏHƏL QOYMUR: "Sumqayıtın mərkəzində əhali kanalizasiya problemi qarşısında aciz qalıb" - ŞİKAYƏT

    Sumqayıt şəhəri, Katec qəsəbəsi, 23 və 24-cü məhəllənin sakinləri adından Zahid İbrahimov Muxalifet.az-a müraciət ünvanlayıb. Prezidenti İlham Əliyevə, Birinci vitse-pezident Mehriban Əliyevaya və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçilər qeyd edirlər:
    "Sumqayıtın Katec qəsəbəsində, xüsusilə 23 və 24-cü məhəllələrdə kanalizasiya problemi yaşanır. İsti havada pis qoxudan, soyuqda isə yığılan tullantı və yağış sularından əziyyət çəkirik. Evlərimizdə sudan istifadə edə bilmirik. Küçələrdə antisanitariya baş alıb gedir. 

    Muxalifet4 - 11-11-2019

  6. ​Nərimanov bələdiyyəsi ilə ƏMDK-nın saxta “ekspertiza oyunu” - Və yaxud bələdiyyə ilə rayon icra hakimiyyətinin “qan qohumluğu” təyinatları

    Azərbaycanda növbəti bələdiyyə seçkilərinin tarixə qovuşacağına sayılı günlər qalır. Artıq özünüidarəetmə funksiyasını daşıyan bələdiyyələrin ölkənin idarəetmə sistemində heç bir rolunun olmadığını, müvafiq yerli icra hakimiyyətinin “JEK” səviyyəsində xırda bir əlavəsi olduğunu uşaqdan böyüyə anlamayan qalmayıb. Yəqin elə buna görə “JEK”in funksiyalarını birdəfəlik bələdiyyəyə verilməsi qanunverici orqanın müvafiq komitəsinin iclasında müzakirə mövzusuna çevrilib. Bununla bələdiyyənin nüfuzunu təmin etmək olarmı? Çətin.

    Muxalifet4 - 11-11-2019

  7. 20 GÜNƏ İNGİLİSCƏ ÖYRƏNMƏK... - Türkiyədə hər kəs bu azərbaycanlıdan danışır

    Azərbaycanlı fenomen Emin Qulu son günlər Türkiyə mediasında adı ən çox çəkilən azərbaycanlı olub. "Qaynarinfo" xəbər verir ki, buna səbəb, yazarın həm Azərbaycan, həm Türkiyədə işıq üzü görən "20 Günde İngilizce” adlı kitabı olub. Azərbaycanlı poliqlotun xüsusi metodika ilə ingilis dilini cəmi 20 dərsə öyrətmək qabiliyyəti Türkiyədə böyük ajiotaj yaratdığından dərhal - mötəbər beynəlxalq tədbir sayılan – TÜYAP "Uluslararası İstanbul Kitap Fuar”ına dəvət alıb.

    Muxalifet4 - 12-11-2019

  8. ŞOK GÖRÜNTÜLƏR: Polis canlı yayımda etirazçını güllələdi

    Honkonq polisi maskalı etirazçını güllə ilə gövdəsindən vurub.

    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu olay şəhər boyu qarşıdurmalara və polisə qarşı qəzəbin yenidən artmasına gətirib çıxarıb. Orada etirazçılar küçələri blok edib, polis zabitlərini təhqir edib.

    Güllələmə anı Feysbukda canlı göstərilib. Bu, beynəlxalq maliyyə mərkəzində beş aydan çoxdur davam edən demokratiya lehinə etirazlarda yaşanan ən son gərginlikdir.

    Muxalifet4 - 12-11-2019

  9. "Əxlaqsızları efirə yığıb dalaşdırır, söyüş söydürürlər" - XALQ ŞAİRİ VAHİD ƏZİZ

    Xalq şairi Vahid Əziz oxu.az-a müsahibə verib. Muxalifet.az həmin müsahibəni oxucularına təqdim edir: - Prezident İlham Əliyev ölkədə aparılan islahatların bir hissəsi olaraq, dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab edir. Pensiya yaşına çatmış, 70 yaşını keçən iqtidarda təmsil olunanlar yerini gənclərə verməlidir. Artıq bir çox məmurlar prezidentin çıxışından sonra öz ərizələri ilə istefa veriblər. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin də 81 yaşı var. Sizcə, Anar müəllimdə artıq pensiyaya çıxıb, yerini gənclərə verməlidir?

    Muxalifet4 - 12-11-2019

  10. Sevgilisinin oğlu tərəfindən öldürülən azərbaycanlı məşhurlar - Döyülənlər, bıçaqlananlar -SİYAHI

    Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb. Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib.

    "Yeni Sabah" bıçaqlanan məşhurların siyahısını təqdim edir:

    Muxalifet - 12-11-2019

  11. SON DƏQİQƏ: Avropa ölkəsində GÜCLÜ ZƏLZƏLƏ - Yaralılar var

    Fransada zəlzələ olub. Muxalifet.az xəbər verir ki, ölkənin cənub-şərqində yerləşən Montelimar şəhəri yaxınlığında 5,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Fransa Zəlzələ Mərkəzi sarsıntıların Lyon, Montpellier, Sent-Etiyen, Qrenobl, Aviqnon və Marsel şəhərlərinə hiss edildiyini açıqlayıb. Teyl qəsəbəsində zəlzələnin törətdiyi fəsad nəticəsində 3 nəfər yaralanıb. Sakinlər evlərini tərk edərək yaşayış düşərgələrinə yerləşiblər.//Publika

    Muxalifet - 12-11-2019

  12. "Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir" – Politoloq

    Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir.

    Bunu Trend-ə rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov Yerevanda Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş sərgi açılışını şərh edərkən deyib.

    Analitik bildirib ki, bu sərgi Rusiya və Ermənistan KİV-ləri tərəfindən qələbənin yubileyinin MDB çərçivəsində qeyd olunmasına ölkələrin birgə hazırlığı kimi qələmə verilir:

    Muxalifet - 12-11-2019

  13. Türkandan Pərvizin ayrılıq açıqlamasına cavab

    "Neçə gündür İnstaqramda şərhləri bağlayıram. Pərviz danışdı, mən yox. Ona görə mənə təhqir yazırlar. Bu da mənə çox pis təsir edir. İllərdir Pərvizlə dostuq, birlikdə çörək qazanırıq".
    Muxalifet.a
    z axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Türkan Vəlizadə "Hər şey daxil" verilişində deyib. Sənətçi duet ortağı Pərviz Bülbülənin ondan ayrılma səbəbini açıqlayıb.
    Türkan bildirib ki, Pərviz ona haqsızlıq edib:

    Muxalifet - 12-11-2019

  14. Prezidentdən Anar Ələkbərova tapşırıq

    Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər. “Yeni Sabah” xəbər verir ki, dövlət başçısı Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova ərazidə zeytun və şam ağacları əkilməsi barədə göstəriş verib. Prezidentin A.Ələkbərovla dialoqunu təqdim edirik: Prezident İlham Əliyev: Burada zeytun ağacları da görürəm. Vaxtilə əkilib? Anar Ələkbərov: Bəli, vaxtilə burada çoxlu zeytun ağacı olub, məhsul da yığılıb.

    Muxalifet - 12-11-2019

  15. Azərbaycan ordusu hərəkətə keçdi: düşməni titrədən ƏN YENİ SİLAHLARIMIZLA...

    Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb. Təlim Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir. Üç mərhələli təlimin əsas məqsədi şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ümumqoşun birlikləri, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir.

    Muxalifet - 12-11-2019

  16. SON DƏQİQƏ: ABŞ prezidentinə qarşı SUİ-QƏSD cəhdi - FOTOLAR

    ABŞ prezidenti Donald Tramp Veteranlar Günü münasibətilə Nyu Yorkda təşkil edilən tədbirdə çıxış edib.
    Muxalifet.az
    publika.az-a istinadən xəbər verir ki, prezidentin kürsüsünün önündə gülləkeçirməz zirehli şüşələrin olması diqqətdən yayınmayıb.
    Bundan başqa, salonda geniş təhlükəsizlik tədbirləri görülüb. Donald Trampa qarşı kəşfiyyata sui-qəsd təşkil edilə biləcəyi mövzusunda bilgi gəldiyi iddia edilir.
    Tədbirdə prezidentin həyat yoldaşı Melaniya Tramp da iştirak edib.

    Muxalifet - 12-11-2019

  17. Makron və Tramp Suriya, İran, NATO məsələlərini müzakirə ediblər

    Fransa prezidenti Emmanuel Makronla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

    "Report" xəbər verir ki, bu barədə Fransa lideri özünün "Twitter"dəki səhifəsində bildirib.

    Emmanuel Makron qeyd edib ki, amerikalı həmkarı ilə NATO-nun dekabrda keçiriləcək sammitinə qədər Londonda görüşməyi razılaşdırıblar.

    "Bu axşam Donald Trampla əla telefon danışımız oldu: Suriya, İran, NATO (müzakirə edilib). Ümumi vaxtlar seçilib və biz NATO-nun sammitinə qədər Londonda görüşəcəyik", - deyə Fransa lideri yazıb.

    Muxalifet - 12-11-2019

  18. Ərdoğan ABŞ-a gedir

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a səfər edəcək.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Adiministrasiyası məəlumat yayıb.
    Xəbərə görə, Ərdoğan 12-13 noyabr tarixlərində Vaşinqtonda rəsmi səfərdə olacaq. O, Birləşmiş Ştatların dövlət başçısı Donald Trampla görüşəcək. Prezidentlər ən yeni qırıcıların, ABŞ və Rusiyanın "Patriot" və S-400 Hava Hücumundan Müdafiə sistemlərinin alınmasını, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

    Muxalifet - 12-11-2019

  19. Evini satanlara ŞAD XƏBƏR – Vergi azaldılır

    Azərbaycanda evini satanlarla bağlı yenilik olacaq.

    Muxalifet.az xəbər verir ki, evini satanlardan alınan vergi yükü azaldılacaq. Bu barədə "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı qeyd edilib. Qeyd edilir ki, qeydiyyatda olduğu və özünə məxsus evi satan vətəndaşlar üçün vergi yükü azaldılacaq. Azı 5 il müddətində qeydiyyat 3 təqvim ilinə endiriləcək.

    Fiziki şəxslərin xüsusi mülkiyətində olan yaşayış sahələrini satdığı zaman mülkün 30 kvadrat metri vergidən azad ediləcək.

    Muxalifet - 12-11-2019

  20. Gürcüstan proporsional seçki sisteminə keçir

    Bu gündən Gürcüstan parlamentində sıfır baryerli proporsional qaydada seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya dəyişikliklərinin müzakirəsinə başlanır.

    APA-nın yerli bürosu xəbər verir ki, cari sessiya həftəsinin gündəliyində dəyişiklərlə bağlı iki layihə var. Bunlardan biri hakim “Gürcü arzusu” partiyası, digəri isə müxalifət partiyaları tərəfindən hazırlanıb.

    Muxalifet - 12-11-2019

Pages