Axtarış

The search found 105828 results in 0.027 seconds.

Search results

  1. Dövlət Komitəsindən çökən yataqxana ilə bağlı AÇIQLAMA

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda məcburi köçkünlərin məskunlaşdıqları yataqxananın dam örtüyünün çökməsi ilə bağlı məlumat yayıb.
    Dövlət Komitəsindən bildirilib ki, hadisə noyabrın 11-də Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 ünvanında baş verib.

    Orada yerləşən yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsi çöküb.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olublar:

    Muxalifet - 12-11-2019

  2. Ərdoğan çantasında ABŞ-a nə aparır? - Vaşinqton səfərinin ŞOK DETALLARI

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da səfərdədir.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Ərdoğanın Trampla görüşü ABŞ-Türkiyə münasibətlərinin gələcəyi baxımından önəmlidir.

    “Yeni Şəfəq” qəzeti Ərdoğanın çantasında ABŞ-a nələr apardığını yazıb.

    “Sülh Çeşməsi” əməliyyatı

    Ərdoğan-Tramp görüşündə ən mühüm məsələ bu əməliyyatdır. Türkiyənin verdiyi 120 saatlıq möhlətdən sonra da PYD/YPG terrorçuları bölgədən çəkilməyib. Ərdoğan bunu bir daha Trampın üzünə də deyəcək.

    Təhlükəsiz bölgə

    Muxalifet - 12-11-2019

  3. Arif Hacılı sərbəst buraxıldı - Yenilənib

    Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.

    Muxlifet.az xəbər verir ki, bu barədə "Facebook"da partiya sədri özü məlumat verib.

    ***

    Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb. Muxalifet.az xəbər verir ki, bu barədə partiya açıqlama yayıb. Məlumata görə, Arif Hacılı bu gün polis əməkdaşları tərəfindən saxlanılaraq, idarəyə aparılıb. Xatırladaq ki, bu gün Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında icazəsiz piket keçirmək istəyirdi.

    Muxalifet - 12-11-2019

  4. Xırdalanda şoka düşən xəstəyə təcili yardım maşını tapılmadı - SƏSYAZISI

    Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasında xəstəyə göndərməyə maşın tapılmayıb.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə jurnalist Famil Fərhadoğlu (İbrahimov) məlumat verib. 
    O, xəstənin həyatına laqeyd yanaşan Təcili Tibbi Yardım stansiyasının əməkdaşlarının cəzalandırılmasını istəyib:

    Muxalifet - 12-11-2019

  5. "Bilmirlər ki, mən onun qızıyam" - Şəbnəmin doğma atası GÖRÜN KİMDİR - FOTO

    Yaş yarım olarkən anasını itirəndən sonra atasından ayrı düşən Şəbnəm Tovuzlunun 20 il sonra gördüyü atası məşhur iş adamıdır.
    Milli.Az xəbər verir ki, bu barədə müğənni özü "Hər şey daxil"də məlumat verib.
    Şəbnəm aparıcı Tarix Əliyevin (Tolik) "Doğma atan yaşayır?" sualına verdiyi cavabla təəccübləndirib:

    Muxalifet - 12-11-2019

  6. Ərdoğan Aİ-yə xəbərdarlıq etdi: GÜNLƏRİN BİRİNDƏ SON QOYULACAQ

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, onun ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlüyü üzrə danışıqlara günlərin birində son qoyulacağı istisna edilmir.

    Muxalifet - 12-11-2019

  7. Qabil Hüseynli: “Lavrov bütün qırmızı xətləri keçdi”

    “Lavrovun əhali dedikdə orada yaşayan erməniləri nəzərdə tutur və beynəlxalq hüququ da ayaqları altına alıb, tapdalayır”. Bu fikri Musavat.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib: “Həmsədr dövlətin xarici işlər naziri İrəvanda keçirilən mətbuat konfransında danışıqlar prosesində Dağlıq Qarabağ xalqı da iştirak etməlidir. Bu xalq kimdir? 180 il bundan bundan öncə Dağlıq Qarabağa gətirilən ermənilər və oranın yerli əhalisi. Şuşanın min illik tarixi var. Orada yaşayan azərbaycanlıların da neçə min illik tarixi mövcuddur.

    Muxalifet - 12-11-2019

  8. Yeni icra başçısından ilk – Açıqlama

    “İcra başçısı təyin olunacağımı gözləmirdim. Mənim üçün də gözlənilməz oldu. Cənab prezidentimizə təşəkkür edirəm ki, məni bu vəzifəyə təyin etdi”.
    Muxalifet.az xəbər verir ki, bu fikirləri Modern.az-a Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən deputat Elşad Həsənov deyib. Yeni icra başçısı bildirib ki, iş fəaliyyəti barədə indidən nəsə deyə bilməz:

    Muxalifet - 12-11-2019

  9. Həbsdə olan qohumuna mobil telefon vermək istədi, özü tutuldu

    Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

    Muxalifet - 12-11-2019

  10. İcra başçılarının yerdəyişməsi: bu dəfə Lütvəli işsiz qaldı - BÜTÜN RAYON ONDAN NARAZI İDİ...

    Xəbər verildiyi kimi bu gün prezident İlham Əliyev bəzi rayonların icra hakimiyyətlərinin başçılarının yerini dəyişib. Suraxanının icra başçısı Şirvana, Şirvanın icra başçısı Zərdaba təyin olunub. Yasamal başçısı isə Suraxanıya təyinat alıb, onun yerinə Milli Məclisin gənc deputatı təyin edilib. Beləliklə, işszi qalan təkcə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev olub. Çünki onun hansısa yeni vəzifəyə təyinatı barədə sərəncam mövcud deyil.

    Muxalifet - 12-11-2019

  11. Fransada zəlzələ – 5 nəfər yaralanıb, 30 ev dağılıb

    Fransanın cənub-şərqində baş verən zəlzələ nəticəsində Le-Tey kommunasında 5 nəfər yaralanıb, 30 ev dağılıb, 250 binaya ziyan dəyib. “Report” “France24” telekanalına istinadən xəbər verir ki, zəlzələnin maqnitudası 5.4 olub. Bildirilib ki, yeraltı təkanların episentri Lion şəhəridir. Ardeş şəhərindəki Krua-Meys Atom Elektrik Stansiyasının işi dayanıb. Zəlzələ nəticəsində AES-ə zərər dəymədiyi vurğulanıb.

    Muxalifet - 12-11-2019

  12. İstanbulda ruslar Suriya müharibəsinin yaradıcılarından birini - ingilis casusunu öldürdü: Sok Detallar-"Əsədin vəhşiliklərindən kimyəvi silah ittihamına qədər"

    https://vzqlyad.ru/

    Muxalifet3 - 12-11-2019

  13. Dünyanın ən bahalı saatı satıldı

    İsveçrədə xeyriyyə hərracı zamanı dünyanın ən bahalı saatı satılıb.

    Unikal.org-un məlumatına görə, “Patek Philippe” markalı saat 31 milyon dollardan çox qiymətə müştərisini tapıb.

    Saatın ən başlıca özəlliklərindən biri korpusunun iki siferblatdan ibarət olmasıdır. Belə ki, siferblatlardan biri çəhrayı qızıldan, digəri qara ağacdan düzəldilib.

    Hərracdan qabaq saatın 3 milyon dollar dəyərində satılacağı ehtimal olunurdu.

    Bundan əvvəlki rekord 17,8 milyon dollara satılmış “Rolex Daytona”ya məxsus olub.

    Muxalifet - 12-11-2019

  14. ABŞ-da senatorlar Trampa etiraz məktubu göndərdilər: Ərdoğanın gəlməsi uyğunsuzdr...

    ABŞ Nümayəndələr Palatasının üzvləri ölkə başçısı Donald Trampa məktubla müraciət edərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqton səfərinə qarşı çıxdıqlarını ifadə ediblər.

    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

    “Mövcud şərait nəzərə alındıqda Ərdoğanın ABŞ-ı ziyarət etməsi son dərəcə uyğunsuz bir hadisədir. Bu dəvət geri götürülməlidir”, - məktubda deyilib.

    Muxalifet3 - 12-11-2019

  15. Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçıları ilə görüşdü - FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edib.

    AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

    Muxalifet - 12-11-2019

  16. SON DƏQİQƏ: Ramiz Mehdiyev Ağahüseyn Şükürova YÜKSƏK VƏZİFƏ VERDİ

    Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub. Akademiyadan verilən məlumata görə, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub. Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb. A.Şükürov bu gün akademiyanın əsas binasında keçirilən tədbirdə kollektivə təqdim olunub.

    Muxalifet - 12-11-2019

  17. Lavrovdan ABŞ-ı ittiham edən BƏYANAT: ABŞ Suriyada öz maraqları üçün yeni dövlət qurmaq istəyir

    ABŞ Suriyanın şimal-şərq bölgəsində yeni dövlət qurmaq istəyir”.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

    “ABŞ Suriyanın şərqindəki neft yataqlarına nəzarət etmək və bu bölgəni qoparmaq məqsədilə Körfəz ölkələrinin yardımı ilə yeni “dövlət” qurmaq istəyir”, - Lavrov bildirib.
    Muxalifet.az

    Muxalifet3 - 12-11-2019

  18. Peskov Putin-Zelenski görüşünə "mədəni şəkildə YOX dedi"

    Kremldə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin Zelenski ilə Putinin görüşünü təşkil etmə təklifinə cavab gəlib.

    Muxalifet3 - 12-11-2019

  19. Rəşad Mahmudov: “Bu problem həll olunmalıdır”

    2020-ci il dövlət və icmal büdcə layihəsinə ölkəmizin müstəqilliyi və sabitliyin qorunmasına zəmin yaradacağını düşüncəsi ilə səs vercəyəm.
    Bu sözləri deputat Rəşad Mahmudov Milli Məclisdə çıxışı zamanı deyib.

    Muxalifet - 12-11-2019

  20. Lavrovun qalmaqallı Qarabağ açıqlaması: Məqsəd nədir?

    “Rusiya XİN-i ona yaxın olan, əsasən ermənipərəst mətbuat orqanları həmişə Azərbaycan-Rusiya arasında hansısa qlobal bir hadisə gözlənilərkən, ya Lavrovun, ya da Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın dili ilə “bal çəlləyinə zəhər qaşığı sala” bilirlər. Bütün bunlar ilk növbədə RF prezidenti Putinə qarşı demarş kimi dəyərləndirilə bilər”. 

    Bu sözləri Yenisabah.az-a siyasi şərhçi Azər Rəşidoğlu Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Qarabağ münaşiqəsilə ilə bağlı fikirlərini şərh edərkən deyib.

    Muxalifet - 12-11-2019

Pages