Axtarış

The search found 105828 results in 0.033 seconds.

Search results

  1. Elina işində yenilik - Apelyasiya şikayəti verildi

    Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində olan hökmdən zərərçəkmiş tərəf apelyasiya şikayəti verib.
    Muxalifet.az bildirir ki, bu barədə APA-ya Elina Hacıyevanın ailəsinin nümayəndəsi Sevinc Əliyeva məlumat verib.

    O bildirib ki, Səbail rayon Məhkəməsinin hökmündən Bakı Apelyasiya Məhkəməsinə şikayət veriblər.

    Direktor Sevinc Abbasovanın vəkili Sadiq Bağırov isə bildirib ki, müvəkkili barəsində olan hökmdən bu gün apelyasiya şikayəti verəcəklər.

    Muxalifet - 13-11-2019

  2. Vatsapda rahat ÖDƏNİŞ apara biləcəksiniz - YENİ SİSTEM İŞƏ DÜŞDÜ

    "Facebook” şirkəti “Facebook Pay” elektron ödəmə sistemini işə saldığını elan edib. Bu barədə məlumat şirkətin saytında yerləşdirilib.
    Muxalifet.az azərtac-a istinadla xəbər verir ki, məlumatda “Facebook Pay” xidmətinin insanlara “Facebook”, “Messenger”, “Instagram” və “WhatsApp”da rahat, təhlükəsiz, etibarlı ödəniş aparmasına imkan yaradacağı bildirilir. Yeni xidmət ödəmə informasiyasının əlavədə saxlanmasına kömək edəcək ki, nəticədə istifadəçi nəsə almaq istəyərkən ödəmə məlumatını yenidən daxil etməyəcək.

    Muxalifet - 13-11-2019

  3. Yanvarda pensiyalar neçə manat artacaq?

    Hazırda pensiyanın minimum məbləğinin artırılması üçün hesablama işləri aparılır. Bunun nəticəsindən asılı olaraq artımla bağlı müəyyən qərar qəbul ediləcək". Muxalifet.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyində keçirilən mətbuat konfransında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov deyib.

    Muxalifet - 13-11-2019

  4. Bir- biri ilə quda olan azərbaycanlı məmurlar - SİYAHI

    Məmurlar, tanınmışlar, vəzifəlilər hər zaman dünya mətbuatının gündəmində olub.

    BiG.AZ xəbər verir ki, Azərbaycanda da sadaladığımız insanların bir-birinə qız alıb-verməsi, qohum olması geniş yayılmış haldır. Onların işləri ilə yanaşı şəxsi həyatları da insanlara daim maraqlı olub. Bu səbəbdən Muxalifet.az quda olan məmurların siyahısını təqdim edir:

    Muxalifet - 13-11-2019

  5. Arif Hacılının müavininə 15 sutka verildi

    Müsavat Partiyasının başqanının müavini Razim Əmiraslanlı həbs edilib.

    Bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat yayıb. Razim Əmiraslanlı 15 gün müddətinə inzibati qaydada həbs edilib.

    O, polisə tabe olmamaqda ittiham edilib.

    Muxalifet - 13-11-2019

  6. Tramp Malveniyə qapını göstərdi - UKRAYNAYA YARDIM...

    ABŞ prezidenti Donald Tramp Ağ Ev Aparatı rəhbəri Mik Malvenini vəzifəsindən azad etmək istəyir. Bu barədə "The Washington Post" nəşri xəbər yayıb. Məlumata görə, Tramp bir neçə həftədir ki, Malvenini idarəçilikdən uzaqlaşdırmaq fikrindədir. Lakin müşavirlər onu fikrindən daşındırmağa çalışırlar: "Bu, Trampın impiçmenti proseduru ərəfəsində heç də yaxşı addım olmayacaq. Xüsusilə Ukraynaya yardımın dayandırılması məsələsində Malveninin rolunu nəzərə alsaq, onun vəzifədən getməsi böyük riskdir.

    Muxalifet - 13-11-2019

  7. Əyri yola gedən məmurlar haqda prezidentə necə xəbər göndərmək olar?

    Prezident İlham Əliyevin vətəndaşlara müraciəti gündəmin əsas müzakirə mövzularından biridir. Prezident yeni təyin etdiyi icra başçılarını qəbul edərkən vətəndaşlara xitabən bildirib: “Əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin". Prezidentin bu çağırışından sonra sosial şəbəkə istifadəçiləri prezidentə müraciət etmək, xəbər vermək üçün müxtəlif suallar səsləndiriblər. Bəs məmurların qanunsuz əməllərinin şahidi olan vətəndaşlar bu barədə ölkə başçısına necə məlumat verməlidir? Bunun bir neçə yolu var. 1. Məktub və teleqram vasitəsilə.

    Muxalifet - 13-11-2019

  8. ABŞ Suriyadakı bazalarını köçürdür və köhnə bazaları partladır

    ABŞ-a məxsus 120 ədəd silah –sursatla dolu yük maşınları Suriyada Kobanidəki Sarin hərbi bazasını tərk edirlər.
    Muxalfet.az bu barədə "nation.news" saytına istinadla xəbər verir.

    Muxalifet3 - 13-11-2019

  9. Rafael Cəbrayılovun məhkəməsi başladı

    Abşeron rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) müəllimi Xatirə Nəcəfova sabiq deputat Rafael Cəbrayılova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayıb. Muxalifet.az-ın APA-ya istinadən məlumatına görə, hakim Habil Əhmədovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Növbəti məhkəmə prosesi qeyri-müəyyən günə qədər təxirə salınıb. Qeyd edək ki, X.Nəcəfova 1994-cü ildən BDU-nun Ingilis dili (humanitar fakultələr üzrə) kafedrasında çalışır. R.Cəbrayılovun Xatirə Nəcəfovadan külli-miqdarda borc alaraq qaytarmadığı bildirilir.

    Muxalifet - 13-11-2019

  10. “Şişkan”ın sağ əli saxta pasportla yaxalandı - DEPUTATI AİLƏSİ İLƏ BİRLİKDƏ “YOX ETMİŞDİ”

    Ukraynanın Odessa şəhərinin beynəlxalq aeroportunda “Şişkan” ləqəbli rusiyalı “qanuni oğru” Oleq Şişkanovun “sağ əli” Yeqor Yesin yaxalanıb.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, o, ölkəni saxta pasportla tərk etmək istəyib, amma aerportda ələ keçib.

    Yeqor Yesin 90-cı illərdən “Şişkan”ın mafiyasının üzvü olub. Əvvəlcə o, mafiya liderinin sürücüsü işləyib, lakin tezliklə karyera pilləkənlərini qalxıb və şefin ən yaxın adamlarından birinə çevilib. Yesin “Şişkan”ın mafiyasının bütün iqtisadi fəaliyyətinə cavabdeh şəxs olub.

    Muxalifet4 - 13-11-2019

  11. "Hökumət Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır" - ZAHİD ORUC

    “Parlamentin 4-5 çağırış dövründə, iki ardıcıl ildə ilk dəfədir ki, iki fərqli Baş nazirin iştirakı ilə dövlət büdcəsi müzakirə olunur”.

    “Report” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

    Muxalifet4 - 13-11-2019

  12. ŞOK AÇIQLAMA: Azərbaycanda çörəyin qiyməti kəskin bahalaşacaq

    Xəbər verdiyimiz kimi, qonşu Qazaxıstanda un və un məmulatlarının noyabrın əvvəllərindən etibarən kəskin bahalaşması müşahidə olunur. Hazırda taxıl keçən il ilə müqayisədə 2 qat bahalaşıb. 

    Azərbaycanın ərzaq buğdasını əsasən Qazaxıstan və Rusiyadan idxal etdiyini nəzərə alsaq, qonşu ölkədəki bahalaşmanın bizdə də un və çörəyin qiymətinin artmasına təsiri ola bilərmi?

    Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, qiymət artımının olması gözləniləndir:

    Muxalifet4 - 13-11-2019

  13. Hadı Rəcəbli: Gələn il pensiya və maaşlar artırılacaq

    Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
    Muxalifet.az
     xəbər verir ki, bu barədə deputatlara parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

    Muxalifet3 - 13-11-2019

  14. Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz TƏHLÜKƏDƏ

    “Ölkələr orduların silahları ilə deyil, vətəndaşlarının mədələri ilə fəth edilir”. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində Fransanın ən böyük fatehlərindən olan Napolyon Bonapartın bu sözləri müasir dünyamızın ən böyük strateqlərindən sayılan Henri Kissenger tərəfindən də təsdiqlənlənib. 1973-cü ildən 1977-ci ilə qədər Amerikanın Dövlət Departamentinin sədri vəzifəsini icra edən Kissinger həmin dövrlərdə ölkəsinin hərb siyasətində qida təhlükəsizliyinin mühüm yer tutduğunu bu sözlərlə etiraf edirdi: “Aqrar sektor Kənd Təsərrüfatı nazirinə həvalə edilməyəcək qədər ciddi işdir.

    Muxalifet4 - 13-11-2019

  15. Bakının Xəzər rayonunda ağır qəza: ölən var

    Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az
     xəbər verir ki, Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.İsmayılov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Firuz Məmmədovu vurub.

    Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.
    Muxalifet.az

    Muxalifet3 - 13-11-2019

  16. Azərbaycanda bu insanlar ünvanlı sosial yardım ala biləcək - AÇIQLAMA

    Bakıda yeni Dost Mərkəzləri istifadəyə veriləcək.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

    Onun sözlərinə görə, tezliklə 2 və 3 saylı Dost Mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır: “2 saylı Dost Mərkəzi Xəzər və Pirallahı rayonlarını, 3 saylı Dost Mərkəzi isə Nizami, Suraxanı və Sabunçu rayonlarını əhatə edəcək”.

    Muxalifet4 - 13-11-2019

  17. Mehriban Əliyeva daha bir şəhid ailəsinin evini özünə qaytardı

    Birinci vitse-prezident Mehriban Əliyeva şəhid Şaban Cəfərovun “Xalq Bank” tərəfindən həbs qoyulan evini ailəsinə qaytarılıb.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə şairə-yazar Səbinə Yusif qeyd edib. O bildirib ki, Birinci vitse-prezident şəhid qızının müraciətinə müsbət cavab verib:

    Muxalifet4 - 13-11-2019

  18. İcbari tibbi sığorta Bakı və Sumqayıta şamil edilməyəcək? - Rəsmi AÇIQLAMA

    Bəzi iddialara görə, əhalinin böyük həyəcanla gözlədiyi və ölkə üzrə 2020-ci il 1 yanvardan tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta Bakı və Sumqayıt şəhərlərinə hələlik şamil edilməyəcək. Həmçinin qeyd edilir ki, növbəti ilin ilk ayından etibarən işləyən vətəndaşların hər birinin əməkhaqqından 10 manat tutulacaq.

    Muxalifet4 - 13-11-2019

  19. Suriya nefti rəsmi olaraq İsrailə verildi - ABŞ MƏQSƏDİNƏ ÇATDI

    ABŞ-ın dəstəyi ilə Suriyanın neft yataqlarını işğal edən PKK/YPG yataqların istismarına aid bütün hüquqları Global Development Corporation, GDC kompaniyasına verib. Razılaşmaya əsasən İsrail şirkəti yataqları istismar edərək hasil olunan nefti satacaq.
    Muxalifet.az 
    bu barədə "Yeni Şafak" nəşrinə istinadla xəbər verir.

    Muxalifet3 - 13-11-2019

  20. Gənc ailədə cinayətlə nəticələnən xəyanət: "O da məni aldadırdı"

    Qısqanclıq zəminində arvadını bıçaqlayan 22 yaşlı şəxs hakim qarşısına çıxarılıb.

    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Akif Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

    Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

    İttihama görə, Akif Nəcəfov qısqanclıq zəminində arvadı Fəridə Əliyevanı (ad və soyad şərtidir) bıçaqlayıb. Buna səbəb Fəridənin ona xəyanət etməsindən şübhələnməsi olub.

    Muxalifet4 - 13-11-2019

Pages