Axtarış

The search found 105828 results in 0.14 seconds.

Search results

  1. Dünyanın ən məşhur robotları Bakıya gələcək

    Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində (“Bakutel-2019”) ilk dəfə olaraq “Robopark” təşkil olunacaq.

    Muxalifet - 12-11-2019

  2. İlin futbolçusu seçildi - RONALDO GERİLƏDİ

    Tanınmış “Goal” internet dərgisi ilin ən yaxşı futbolçularının siyahısını açıqlayıb.
    Muxalifet.az-ın APA-ya istinadla məlumatına görə, siyahıda 1-ci yeri “Liverpul”un hollandiyalı müdafiəçisi Vircil Van Deyk tutub.
    “Barselona”nın argentinalı hücumçusu Lionel Messi 2-ci, “Liverpul”un misirli forvardı Məhəmməd Salah 3-cü yeri tutub. “Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldo isə 4-cü yerlə kifayətlənib.

    Muxalifet - 12-11-2019

  3. Bunu etməsəniz 40-60 AZN cərimələnəcəksiz - Sürücülərin DİQQƏTİNƏ! - VİDEO

    Təxminən 10 il öncə avtomobillərdə dönmə işığı icad edilib və patentləşdirilib. 1914-cü ildən isə bu işıqlar mexaniki oxlar vasitəsi ilə təhciz olundu. Üzərindən 100-dən çox vaxt keçməsinə baxmayaraq hələ də küçələrimizdə bu işıqlardan istifadə etməyən sürücülərə rast gəlirik.
    Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

    Muxalifet - 12-11-2019

  4. ​Məşhur reper həbsxanada öldü - FOTO

    ABŞ-da həbs edilmiş məşhur reper Cammar Antonio Stamps vəfat edib.
    Muxalifet.az xəbər verir ki, 3 gün əvvəl həbs edilən gənc reper hələlik dəqiqləşməmiş səbəbdən qəfil ölüb.
    Məşhur reper Snup Doq instaqram səhifəsində Cammarın fotosunu paylaşaraq "Rahat uyu, gənc dostum" sözlərini yazıb.
    Ölüm faktı ilə əlaqədar araşdırma aparılır.

    Məşhur reper həbsxanada öldü

    Muxalifet - 12-11-2019

  5. Mahsun Kırmızıgül yeni filminə 147 daun sindromlu uşaq çəkdi

    anınmış müğənni Mahsun Kırmızıgül ilk dəfə olaraq türkiyə film sektorunda Daun sindromlu uşaqları filmə çəkib.  
     
    Mahsun “Mucize 2 Aşk” filmində 147 Daun sindromlu uşağa yer verib.
     
    Mert Turak, Biran Damla Yılmaz, Fikret Kuşkan, Erdal Özyağcılar ve Şenay Gürler kimi tanınmış aktyorların rol aldığı film əngəlli insanlara və müəllimlərə həsr olunub.

    Muxalifet - 12-11-2019

  6. Ağstafa sakini naməlum şəraitdə bıçaqlandı

    Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
    Dağ Kəsəmən kənd sakini bıçaq xəsarəti ilə yaxınları tərəfindən xəstəxanaya aparılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.
    Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
    Faktla bağlı araşdırma aparılır.//Report

    Muxalifet - 12-11-2019

  7. Bir həftə əvvəl azadlığa çıxan jurnalist həbs edildi

    Türkiyədə məhkəməsi FETÖ/PYD silahlı terror təşkilatının media nümayəndəsi kimi “Konstitusion quruluşu devirməyə çalışmaq” ittihamı ilə 10 il 6 ay ömürlük həbsə məhkum edilən, 7 gün əvvəl isə azadlığa buraxılan jurnalist Ahmet Altan haqqında yenidən həbs qərarı çıxarıb.

    Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul 27-ci Ağır Cəza Məhkəməsi jurnalistin sərbəst buraxılmasına etirazı qəbul edib və Altanın həbsinə göstəriş verib.

    Qeyd edək ki, Ahmet Altanın azadlığa çıxmasına etiraz ərizəsi İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən verilib

    Muxalifet - 12-11-2019

  8. Bakıda avtobus piyadanı vurub, vəziyyəti ağırdır

    Bakının Sabunçu rayonunda yol qəzasında 1 nəfər ağır xəsarət alıb.

    APA xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.

    172 saylı xətt marşrutu üzrə hərəkət sərnişin avtobusu yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Abbasov Ülvi Elxan oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Ü.Abbasova qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 12-11-2019

  9. Tramp və Makron arasında SURİYA RAZILAŞMASI

    ABŞ və Fransa prezidentləri Suriya münaqişəsi ilə bağlı razılığa gəliblər.
    Donald Tramp və Emmanuel Makron arasında telefon danışığı olub.
    Tərəflər İranın nüvə proqramı ilə bağlı müzakirələr aparıblar. Həmçinin Suriya üzrə koordinasiyanın davam etdirilməsinə dair razılaşmaya sadiq olduqlarını təsdiqləyiblər.

    Muxalifet - 12-11-2019

  10. Deputatlıqdan daha yüksək vəzifəyə gedənlər

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Yasamal rayonuna yeni icra başçısı təyin edib. Milli Məclisin deputatı Həsənov Elşadın icra başçısı təyin olunmasıyla parlamentdə millət vəkillərinin sayı azalıb.
    Muxalifet.az xəbər verir ki, bu təyinatdan sonra parlamentdə fəaliyyət göstərən deputatların sayı 117-yə enib.

    Muxalifet - 12-11-2019

  11. Ərdoğanın ABŞ səfərinin pərdəarxası: S-400, Suriya və...

    ABŞ prezidenti Donald Tramp, Türkiyəli həmkarını Ağ Evdə qəbul edərkən, siyasi kapitalını Suriyaya deyil, milyardlar dəyərində olan silah müqavilələrini qorumağa sərf edəcəyi, həmçinin Türkiyənin ABŞ müdafiə sisteminə yenidən qoşulması üçün təziq edəcəyi gözlənilir. Muxalifet.az bu barədə "Asiatimes" nəşrinə istinadla məlumat verir. İyul ayında Ankara, ABŞ-ın Patriot raketdən müdafiə sisteminin satın almasını "qiymətləndirdiyini"dedikdən sonra, Vaşinqtona gəlişindən bir neçə saat sonra Rusiyanın S-400 hava gücumundan müdafiə sistemindən danışdı.

    Muxalifet3 - 13-11-2019

  12. Prezident Ərdoğan Vaşinqtona gəldi

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "TC-TRK" təyyarəsi Vaşinqonda Andrews hava limanında yerə enib. Onu Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu, ABŞ-ın Protokol işləri üzrə rəhbəri Cam Hendersn və başqa rəsmi şəxslər qarşılayıblar. Ərdoğan ilə xanımı Əminə Ərdoğan, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Maliyyə naziri Bərat Albayrak, Müdafiə naziri Hulusi Akar, prezidentin mətbuat katibi İbrahim Kalın və s. dövlət rəsmiləri də Vaşinqtona gəliblər. Muxalifet.az

    Muxalifet3 - 13-11-2019

  13. Terrorçular Suriyadan evlərinə - Avropaya qayıdırlar: Uğurlar sənə Avropa

    Türkiyə dünəndən başlayaraq İŞİD terrorçularını ölkədən çıxarmağa başlayıb. Ələ keçirilən hər bir terrorçu sorğu-sual edildikdən sonra öz ölkəsinə göndərilir. Məlum olduğu kimi, terrorçuların vətənlərinə qaytarılması Avropa ölkələrini çox narahat edir. Muxalifet.az bu barədə "Sabah" nəşrinə istinadla xəbər verir. Bu ölkələr zamanında terror təşklatlarına qoşulmuş vətəndaşlarını ölkədən buraxıb, sonra da axtarmayıblar. Ümid ediblər ki, onlar Suriyada öldürüləcək. Bununla belə utanmadan Türkiyəni ittiham edirlər.

    Muxalifet3 - 13-11-2019

  14. Məşhur türkiyəli baş məşqçi istefa verdi - RƏSMİ

    Türkiyənin "Antalyaspor" futbol klubunun baş məşqçisi Bülent Korkmazın istefası klub rəhbərliyi tərəfindən qəbul edilib.
    Muxalifet.az xəbər verir ki, baş məşqçi ilə müqaviləyə rəsmən xitam verilməsindən sonra Bülent Korkmaz sosial şəbəkə vasitəsilə paylaşım edib. O, "Antalyaspor" klubuna və azarkeşlərə təşəkkürünü bildirib.
    Qeyd edək ki, bu il Türkiyə çempionatına yaxşı start versə də, Korkmazın komandası sonradan uçursuzluq zolağına düşüb. Ardıcıl 4 oyunda meydanı xalsız tərk edən komanda son olaraq "Çaykur Rizespor"a 0:1 hesabl ilə məğlub olub.

    Muxalifet - 13-11-2019

  15. Şəhərin 80 faizi su altında qaldı

    Venesiyada suyun səviyyəsi 183 santimetrə çatıb, şəhərin 80 faizini su basıb. ANSA agentliyi şəhər administrasiyasının fövqəladə vəziyyət elan etməyə hazır olduğunu bildirir.
    Venesiyanın Müqəddəs Mark meydanı suyun altındadır; ərazidə suyun hündürlüyü bir metri ötüb. Eyniadlı kilsəni də su bahsıb.
    Venesiyada suyun ən yüksək səviyyəsi 1966-cı ildə qeydə alınıb; o İtaliyanın digər şəhərlərini, o cümlədən Florensiyanı da su basmışdı. Həmin vaxt suyun səviyyəsinin rekord həddi – 190 santimetr qeydə alınmışdı, halbuki 130 santimetr kritik hədd sayılır.

    Muxalifet - 13-11-2019

  16. "Facebook"ın işində problemlər yaranıb

    Bir sıra ölkələrdən olan "Facebook" istifadəçiləri sosial şəbəkədə olan nasazlıqlardan şikayətlənirlər.

    Trend-in məlumatına görə, bu barədə "Downdetector" saytında bildirilib.

    Məlumata əsasən, problemlər barədə daha çox ABŞ, Braziliya, Peru, Rumıniya, və İsraildə qeydə alınıb.

    İstifadəçilərin əksəriyyəti (73%) xəbər lentası ilə bağlı problemlərdən şikayət edir, istifadəçilərin 14%-i sosial şəbəkənin işləməməyi, 11% -i isə "Facebook"-a girişdə problem yaşayır.

    Muxalifet - 13-11-2019

  17. Ərdoğanın partiyasında şok istefa - 1 GÜN ƏVVƏL...

    Türkiyənin hakim siyasi partiyası olan Ədalət və İnkişaf Partiyasının (AKP) Kütahya əyalət təşkilatının sədri Ali Çetinbaş istefa verib. Noyabrın 11-də Kütahyada keçiriən ağacəkmə aksiyasında iştirak edən və hər şeyin çox gözəl olduğunu deyən partiya rəsmisi 1 gün sonra qəfil qərarını elan edib. A.Çetinbaşın bu qərarı partiyada gözlənilməz olub. Qeyd edək ki, Kütahya AKP-nin yüksək səs faizi topladığı yerərdən biridir.

    Muxalifet - 13-11-2019

  18. Lavrovun İrəvana dəstəyinə Bakı artilleriya ilə cavab verdi

    Moskvadan təhlükəli gediş – Rusiyanın baş diplomatı Azərbaycanın və ABŞ-ın “bostanı”na daş atdı; Bakıdan cavab gecikmədi və ... yeni silahların da sınaqdan çıxarılacağı ordu təlimlərinə start verildi
    Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-11-də Ermənistanda səfərdə olub. Səfər zamanı ikitərəfli əlaqələrin mövcud durumu və perspektivi, regional təhlükəsizlik, habelə Qarabağ mövzusu və Ermənistanda ABŞ maliyyəsi əsasında qurulmuş biolaboratoriyalarla bağlı məsələlərin müzakirə edildiyi bildirilir.

    Muxalifet - 13-11-2019

  19. Daxili İşlər Nazirliyinin binası yaxınlığında GÜCLÜ PARTLAYIŞ: 2 ölü, 5 yaralı

    Əfqanıstanda daxili işlər nazirliyinin binası yaxınlığında partlayış baş verib.
    Əfqanistanın daxili işlər nazirliyi partlayışla bağlı məlumatı təsdiqləyib.
    "Pajhwokun" agentliyin məlumatına görə, partlayış nəticəsində ən azı iki nəfər ölüb, beş nəfər yaralanıb.

    Muxalifet - 13-11-2019

  20. Goranboyda ağır qəza

    Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə Goran-Goranboy yolunda qeydə alınıb.

    Şamxal Hüseynovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Ş.Hüseynov və onun sərnişinləri – Məmməd Məmmədov və Elşad Pənahov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu deyilir.

    Təfərrüatlar araşdırılır.

    Muxalifet - 13-11-2019

Pages