Axtarış

The search found 105828 results in 0.077 seconds.

Search results

  1. LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”? - Mənfi reputasiyalı daha bir başçı yola salındı

    Hakimiyyətdə aparılan kadr islahatları rayon icra başçıları səviyyəsində də özünü geniş şəkildə biruzə verməkdədir. Bu da təsadüfi sayıla bilməz. Çünki əhalinin ən çox narazılıq etdiyi dövlət strukturlarından biri də məhz rayon icra hakimiyyətləridir.

    Xaçmaz və Yevlax rayonlarına gənc kadrların təyin edilməsindən sonra daha 5 rayonda icra başçıları dəyişdirildi. Həmin dəyişikliklərdə ən çox diqqət cəlb edənləri isə Yasamal və Zərdab rayonları ilə bağlı olub. Belə ki, Yasamal rayonuna Milli Məclisin üzvü, parlamantdə həmin rayonu təmsil edən Elşad Həsənov başçı təyin olunub.

    Muxalifet - 13-11-2019

  2. Bakı polisi: Sosial şəbəkələrdə yayılan videgörüntülərlə bağlı araşdırma aparılır

    “Sosial şəbəkələrdə yayılan videgörüntülərdən məlumatlıyıq, müvafiq rayon polis idarəsində araşdırma aparılır”.

    Bunu “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

    Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

    Muxalifet - 13-11-2019

  3. Bakı metrosunda sıxlıq yarandı - SƏBƏBİ İSƏ...

    Bakı metrosunda qatarların hərəkət intervalında gecikmələr yaranıb.

    Bu barədə muxalifet.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    Muxalifet - 13-11-2019

  4. Trampdan Ərdoğana 100 milyardlıq TƏKLİF

    ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ticarət müqaviləsi və Ankaranın rus istehsalı zenit raket kompleksləri almasından sonra vəd edilən sanksiyalar ətrafında vəziyyətin “həll yolu”nu təklif edib.
    Bu barədə “Vaşinqton Post” yazıb.
    Məlumata görə, ticarət müqaviləsinin məbləği 100 milyard dollar təşkil edib. Şərtlərin qeyd olunduğu məktub Türkiyə liderinə ötən həftə göndərilib.
    Nəşr həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatasının Trampın təklifini bəyənməyəcəyini və sanksiya tələb edəcəyini qeyd edib.

    Muxalifet - 13-11-2019

  5. “Lukoil” vəzifəlisi özbək fəhlələri “qoyun sürüsü” adlandırdı

    Rusiyanın “Lukoil” şirkətinin Özbəkistan ofisinin vəzifəli şəxsi özbək fəhlələri “qoyun sürüsü” adlandırıb və onlardan “öz qışlaqlarına getməyi” tələb edib.

    Virtualaz.org xəbər verir ki, bu barədə təhqir olunan fəhlələr “Azadlıq” radiosunun özbək xidmətinə müraciət ediblər və “Lukoil” vəzifəlisinin onları necə təhqir etdiyinə dair videonu da çatdırıblar. İnsident isə Qaşqadərya vilayətindəki “Carkuduk” qaz kompleksində baş verib.

    Muxalifet - 13-11-2019

  6. Gürcüstanda zəlzələ oldu

    Gürcüstanda 3,1 bal gücündə zəlzələ baş verib. Muxalifet.az bildirir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:18-də qeydə alınıb. Zəlzələnin episentri Ninotsminda rayonunun Satxe kəndi yaxınlığında olub.

    Muxalifet - 13-11-2019

  7. ABŞ diplomat ailələrini bu ölkədən təcili çıxarır

    ABŞ hökuməti Boliviyada yaşayan diplomat ailələrinin təcili şəkildə təxliyəsi ilə bağlı qərar qəbul edib.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə RİA yazıb.
    Məlumata görə, qərara səbəb ölkədə baş verən kütləvi iğtişaşlardır.
    ABŞ Dövlət Departamenti həmçinin vəzifəsi fövqəladə status daşımayan dövlət işçilərini də Boliviyanı tərk etməyə çağırıb.
    Qeyd edək ki, kütləvi etirazlar və iğtişaşlar səbəbindən Boliviya Prezidenti Morales istefa verərək, Meksikaya sığınıb.

    Muxalifet - 13-11-2019

  8. Mirqafar Seyidova AĞIR İTKİ

    Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidova ağır itki üz verib. Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, general-mayorun qardaşı Mirələsgər Seyidov dünyasını dəyişib. Mərhum Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dəfn edilib. Allah rəhmət eləsin!

    Muxalifet - 13-11-2019

  9. İcbari tibbi sığorta: kimlər, nə qədər ödəməlidir? - AÇIQLAMA

    "Növbəti ildən ailə büdcəsinin xərclərinə yalnız vergilərə, kommunal xidmətlərə, cərimə sanksiyalara ödənişlər deyil, sığorta haqları da daxil olacaq. Minimum əmək haqqının 250 manata çatdrılmasından qaynaqlanaraq artan sosial sığorta ödənişləri ilə yanaşı hər bir işləyənlər, özünə məşğul olanlar, fərdi sahibkarlar və mülkiyyət sahibi olan vətəndaşlar tibbə və daşınmaz əmlaka görə məcburi sığorta ödəyəcəklər”. Muxalifet.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu bildirib.

    Muxalifet - 13-11-2019

  10. SON DƏQİQƏ: Məşhur müğənni qumarda SƏRVƏT UDUZDU - ŞOK MƏBLƏĞ

    Müğənni Serdar Ortaçın keçən ay konsert veridyi hotelin kazinosunda qumar oynadığı və 120 min dollar uduzduğu iddia olunub.
    Muxalifet..az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənninin borcunu həmin hoteldə verəcəyi dörd konsertdən alacağı pulla ödəyəci deyilir.

    Muxalifet - 13-11-2019

  11. Barselona"da oynamış futbolçu karyerasını bitirir

    Barselona” və İspaniya millisinin sabiq futbolçusu David Vilya karyerasını bitirir.

    Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu özü açıqlama verib. Hazırda “Vissel Kobe”də forma geyinən Vilya Yaponiyada mövsümün sonunda – 2020-ci ilin yanvarında futboldan gedəcəyini açıqlayıb.

    Karyerası ərzində “Valensiya”, “Barselona”, “Atletiko”, “Nyu York Siti”, “Melburn” kimi klublarda forma geyinən hücumçu hazırda Yaponiya təmsilçisi “Vissel Kobe”də forma geyinir.

    Muxalifet - 13-11-2019

  12. Yeni icra başçıları işə başladı

    Bakının Yasamal, Xətai və Suraxanı Rayon İcra Hakimiyyətlərinin yeni icra başçıları kollektivə təqdim olunub. Muxalifet.az xəbər verir ki, Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovu, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevi və Suraxanı Rayon İcra Hakimiyyətinin icra başçısı Əziz Əzizovu hər bir rayon icra hakimiyyətinin kollektivinə ayrı-ayrılıqda təqdim edib. Hər üç icra başçısı artıq vəzifələrinin icrasına başlayıblar.

    Muxalifet - 13-11-2019

  13. SON DƏQİQƏ: Vaqif Əsədov xəstəxanaya yerləşdirildi

    Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun səhhətində problemlər yaranıb.

    Muxalifet.az sonxeber.az-a istinadən xəbər verir ki, polis polkovniki səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. Hazırda onun soyuqdəymə səbəbi ilə müalicə aldığı bildirilir.

    Polkovniklə əlaqə yaratdıq. O, artıq iki gündür xəsətəxanada olduğunu, müalicəsinin hazırda davam etdiyini və səhər isə işə qayıdacağını deyib.

    Muxalifet - 13-11-2019

  14. Sabiq nazirin mülklərində axtarış aparan qrupun rəhbəri danışdı - ŞOK AÇIQLAMALAR

    Əli İnsanovun Bilgəhdəki bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş; 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq... Sabiq səhiyyə naziri Əli İnsanov uzunmüddətli həbsdən azad olunandan sonrakı müxalifətçilik fəaliyyəti birmənalı qarşılanmayıb. 2005-ci ildə həbsindən sonra çoxsaylı evlərində aparılan axtarışlar zamanı üzə çıxan var-dövlət də yenidən yada düşüb. Həftəsonu yayımlanan “Mir Şahinin vaxtı” verilişində Əli İnsanovun əmlakının siyahısı açıqlanıb.

    Muxalifet4 - 13-11-2019

  15. İnam Kərimov iki direktoru işdən azad etdi

    Kənd Təsərrüfatı naziri İnam Kərimov Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorlarını işdən çıxarıb. Məlumata görə, bununla əlaqədar Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb. Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar. Xəbəri Kənd Təsərrüfatı Nazirliyindən “Unikal.org”a təsdiqləyiblər.

    Muxalifet - 13-11-2019

  16. Mİ-6 casusu azərbaycanlı qızla necə tanış olub və evlənib? –“Onun parlaq, gözəl türk çöhrəsi vardı”

    Sovet DTK-sının məşhur polkovniki, Böyük Britaniya kəşfiyyatının casusu Oleq Qordiyevski macəralı bir şəkildə qaçıb, işlədiyi ölkəyə sığındıqdan sonra başına gələnlər haqda “Növbəti dayanacaq – güllələnmə” adlı kitab yazıb. Muxalifet.az kitabın Konkret.az saytında dərc olunan maraqlı hissələrini oxucularına təqdim edir.

    ***

    Muxalifet4 - 13-11-2019

  17. Ermənilər Azərbaycanın qızılını Rusiyaya satır – HƏR İL 80 MİLYON DOLLAR QAZANIRLAR

    Ermənistan 2019-cu ilin yanvar-avqust aylarında Rusiyaya 140,9 milyon dollar dəyərində qiymətli metal satıb.

    Modern.az xəbər verir ki, bu barədə “FinExpertiza” audit-konsaltinq şirkətinin analitika şöbəsi hesabat yayıb.

    Bu ilin 8 ayında Ermənistandan Rusiyaya 140,9 milyon dollar dəyərində qiymətli daşlar ixrac olunub. Son 3 ildə bu göstərici üzrə lider olan Çindən isə cəmi 61,8 milyon dollar dəyərində qiymətli metal ölkəyə idxal olunub”.

    Muxalifet4 - 13-11-2019

  18. Deputatlar “Qarabağ”a qarşı erməni təxribatına görə nazirliyə üz tutdu

    Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Düdelanj” - “Qarabağ” oyunu (1:4) zamanı baş vermiş erməni təxribatı ilə bağlı Lüksemburqda istintaq işləri davam edir.

    “Yeni Sabah” Lüksemburq mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik naziri Fransua Bauş Lüksemburq Parlamentinin deputatları Nensi Kepm-Arendt və Pol Qallın sorğusuna cavabında bildirib.

    Nazir ölkə polisinin oktyabrın 3-də “Jozi Bartel” stadionunda baş tutan matçda xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi barədə UEFA tərəfindən məlumatlandırılmadığını söyləyib:

    Muxalifet - 13-11-2019

  19. Bu olay İrəvanı SİLKƏLƏDİ - ŞOK VİDEO

    Ermənistanın Milli Təhlükəsizlik Xidməti Vəkillər Kollegiyasının iki üzvünü saxlayıb. Vəkillər istintaq təcridxanasında bir məhkumun ailə üzvünə Apelyasiya Məhkəməsinin hakiminə rüşvət verərək, şərti olaraq vaxtından əvvəl azad edilməsini təklif edib.
    Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
    Məlumata görə, vəkillər məhkumun ailə üzvünü 7000 dollar məbləğində rüşvət verməyə razı salıb.

    Muxalifet - 13-11-2019

  20. "GƏNC KADRLARLA ÖLKƏMİZİ DAHA SÜRƏTLƏ İNKİŞAF ETDİRƏ BİLƏRİK" - Zahid Məmmədov: “Əhalinin zənginləşməsi üçün 4 mənbədən istifadə olunmalıdır”

    Muxalifet.az xəbər xerir ki, tanınmış alim, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov “AzPolitika.info”ya geniş müsahibə verib. Maraqlı açıqlamalarla, yeni yanaşmalar və fikirlərlə zəngin olan həmin müsahibəni təqdim edirik: 

    Muxalifet4 - 13-11-2019

Pages