Axtarış
The search found 105828 results in 0.059 seconds.
Search results
Doqquz yaşlı vunderkind Hollandiya universitetindən məzun olacaq
Universitetə bir il öncə qəbul olmuş Laurent Simons elektrik mühəndisliyi fakültəsində oxuyur.
O, orta məktəbin altı illik proqramını cəmi 1,5 il ərzində mənimsəmiş və ötən yay, səkkiz yaşında ikən orta təhsili bitirdiyinə dair sənəd alıb.
Laurent yaz tətilindən sonra universitetdə oxumağa başlayıb, proqramını bütün sinif yoldaşlarından daha sürətli mənimsəyib.
9 yaşlı hollandiyalı Laurent Simons Eindhoven Texniki Universitetini bitirəndə ən gənc diplom sahibi olacaq.
Onun bu yolda sələfi 10 yaşlı Alabama məzunu amerikalı Maykl Carneydir.
Muxalifet4 - 13-11-2019
Tramp bu gün canlı yayımda məhşər ayağına çəkiləcək - “PREZİDENTLİYİN ŞƏRTLƏRİNİ HƏYASIZCASINA POZUB...”
Bu gün –noyabrın 13-də ABŞ Prezidenti Donald Trampa qarşı impiçment araşdırması üzrə açıq dinləmə keçiriləcək.
“Reuters” agentliyi milyonlarla amerikalının Konqres komitəsində dinləmələrdən fərqli bir prosedurun şahidi olacağını yazır.
Demokratların nəzarətində olan Nümayəndələr Palatası oktyabrın 31-də bu prosedurla bağlı qətnaməni təsdiqləyib, hətta şahidlərə kim sual verə bilər və dindirilmənin vaxt da sənəddə əksini tapıb. İmpiçment qərarını Ədliyyə Komitəsi verəcək
Muxalifet4 - 13-11-2019
Qida məhsullarının idxalının elektronlaşmasına start verildi
“Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda əsas məqsəd və hədəflərə nail olmaq üçün 12 prioritet istiqamət müəyyənləşdirilib. Bunlardan biri də qida təhlükəsizliyi sahəsində müasir texnologiyaların və innovativ həllərin tətbiqidir.
Muxalifet4 - 13-11-2019
Rusiyada general saxlanıldı– ŞOK SƏBƏB
Rusiyanın Rostov vilayətinin Cəzaların İcrası Federal Xidmətinin Baş İdarəsinin rəisi Müslim Daxxayev saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə xidmətin baş direktorunun müavini Valeri Maksimenko məlumat yayıb. Maksimenko Daxxayevin müavinlərinin də həbs olunduğunu bildirib. O, generalın Federal Təhlükəsizlik Xidməti ilə birgə əməliyyatla bağlı yayılan məlumatları yaydığı üçün saxlanıldığını söyləyib.
Muxalifet - 13-11-2019
MAYE QAZIN QİYMƏTİ DƏYİŞMƏYƏCƏK – Məişətdə istifadə edənlər üçün
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məişətdə maye qazdan (LPG) istifadə edən əhali qrupunun ehtiyacını nəzərə alaraq, bu məhsulun əvvəlki qiymətlə istehlak bazarına təmin olunması barədə razılıq əldə edib. Bunu “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Muxalifet - 13-11-2019
“Nəşriyyat siçanları...” – Şair meyxanaçıları duelə çağırdı, ara qarışdı
Xəbər verdiyimiz kimi, şair Salam Sarvan qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Şair "meyxanaya öz yerini göstərmək üçün” onlarla deyişməyə hazır olduğunu, məğlub olacağı halda qələmi yerə qoyacağını bildirib: “Amma son vaxtlar açıq hiss olunur ki, meyxananın efirlərdə kütləvi təbliği cəmiyyətdə qaqaşlıq intonasiyasında fəsadlar törədir. Ona görə də bu məsələyə, mümkünsə, nöqtə qoymaq qərarına gəlirik: mən meyxana aləminin öz içindən seçəcəyi iki nəfərlə deyişmək istərdim. Daha doğrusu, bu çağırışdır. Şərtimiz: dörd qafiyə - ikisi oynaq, ikisi əruz.
Muxalifet - 13-11-2019
"QATARLAR SAATDA 40, UZAĞI 50 KİLOMETR SÜRƏTLƏ GEDİR..." - İlham Əliyev Cavid Qurbanovu qəbul etdi
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, son illər Azərbaycanın dəmir yollarında görülən işlər və qarşıda duran vəzifələrdən danışan Prezident İlham Əliyev dedi:
Muxalifet - 13-11-2019
Bu rayonun sakinlərinə ŞAD XƏBƏR - Prezident VACİB SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində regionlarda yerləşən yaşayış məntəqələrinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrin uğurlu icrası nəticəsində mühüm tədbirlər həyata keçirilmişdir.
Muxalifet - 13-11-2019
Sahil Babayevdən ŞAD XƏBƏR: Şəhid ailəsi və əlilliyi olan şəxslərə...
“2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzil təminatı cənab Prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb”.
Muxalifet - 13-11-2019
Suriyanın yaşayış məntəqəsində humanitar aksiya keçirildi
Rus hərbi qulluqçuları Suriyanın Darya vilayətində humanitar aksiya keçiriblər.
Muxalifet.az bu barədə "readto.ru" saytına istinadla xəbər verir.Aksiya çərçivəsində 500 ədəd ərzaq qutusu və şirniyyatlar paylanıb. Ərzaq yardımından başqa məktəbli uşaqlara məktəb ləvazimatları yığılmış çantalar paylanıb. Suriyada stabillik yaranmağa başladığına görə Sayda yaşayış məntəqəsində məktəblər və uşaq bağçaları işlərini bərpa edib. Aksiyada tibb işçiiləri də iştirak ediblər.
Muxalifet.azMuxalifet3 - 13-11-2019
“Təxribatların qarşısının alınması üçün işlər aparılır…” – Ukraynadakı səfirimiz
Azər Xudiyev: “Erməni diplomatları tərəfindən xarici ölkələrdə ölkəmizə qarşı yönələn çirkin əməllər və təxribatların qarşısının alınması üçün…”
Muxalifet - 13-11-2019
İlham Əliyevin hədəfində kimlər var? – “Korrupsiya silinməlidir”
Prezident İlham Əliyevin icra başçılarını əvəzləməsi həm də onlara sərt xəbərdarlıqları ilə müşahidə olunur. Artıq ikinci dəfədir ki, ölkə başçısı yeni təyin etdiyi icra başçıları ilə görüşündə onlara qanunsuz əməllərə yol verəcəkləri halda cəzalanacaqlarını deyir. “Yeni Sabah” xatırladır ki, bundan əvvəlki çıxışlarında prezident məmurlara yalnız tövsiyə və xəbərdarlıqlar edirdisə, son çıxışında qanunları pozan, vətəndaş və sahibkarları incidənlərin cəzalandırılacağını da sərt şəkildə ifadə etdi.
Muxalifet - 13-11-2019
Trampın ən qatı tərəfdarı ona "Sən getməlisən" dedi
ABŞ-da Trampın ən alovlu tərəfdarı olan və “Trampa güvənirik” adlı kitabın müəllifi olan Ann Coulter gözlənilməyən açıqlama verib.
Muxalifet3 - 13-11-2019
Rusiya Donbassda küncə sıxışdırılıb - İndi TOP RUSİYADADIR
Moskvadan Donbass məsələsinin həlli üçün qəti addımlar atmaq tələb olunub. Kiyev “Normand dördlüyü” ( Ukrayna, Rusiya, Fransa, Almaniya) liderlərinin görüşünün baş tutması üçün Donbassda stabillik yaradılması üçün tələb olunan şərtləri yerinə yetirib. İndi Moskvanın hansı addımları atacağı gözlənilir. Bu barədə Ukraynanın XİN naziri Nezalejnoy Vadim Pristayko bəyanat verib.
Muxalifet.az bu barədə "newzfeed.ru" saytına istinadla bildirir.Muxalifet3 - 13-11-2019
Prezident Bakıdakı tıxaclardan DANIŞDI
"Avtomobil yollarında kifayət qədər tıxaclar var. Düzdür, bir çox yollar salınıb, yeni körpülər, yeni yol qovşaqları tikilib, amma yenə də pik saatlarda tıxaclar var. Ona görə yeni dairəvi yol həm insanlara rahatlıq verəcək, həm də avtomobil yolunun yükünü azaldacaq”.
Bunu Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, ilin sonuna qədər nəzərdə tutulan bütün layihələr başa çatmalıdır və gələn il də bu işlər davam etdiriləcək.
Muxalifet - 13-11-2019
Erməni əsir: “Azərbaycanda cənnətdəyəm" - VİDEO
ARB TV-nin “Rezonans” proqramında bu dəfə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olan, 1994-cü il təvəllüdlü məhkum Arsen Baqdasaryan Eduardoviç öz həyat hekayəsini danışıb.
Muxalifet.az erməni əsirin müsahibəsini təqdim edir:
Muxalifet - 13-11-2019
Peskov Trampın impiçmentinə şərh verməkdən...
ABŞ-da Donald Trampın impiçmenti ətrafında situasiyanı qiymətləndirən Rusiya prezidentinin mətbuat katibi Peskov bildirib ki, bu məsələnin Rusiyaya heç bir dəxli yoxdur.
Muxalifet3 - 13-11-2019
“Yerlibazlıq edib, sənə imkan yaratdıq” – Oqtay Əsədovdan Sahil Babayevə
"Hamı böyük səbrlə sizə qulaq asdı. Sən bizim içimizdən çıxmısan, bir az yerlibazlıq edib, həm deputatlar, həm də mən imkan yaratdıq ki, bütün hesabatı Milli Məclisdə təqdim edəsən. Bunu da etdin".
Muxalifet.az xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxışından sonra deyib.
O xatırladıb ki, qarşıda hələ ikinci və üçüncü oxunuş var:Muxalifet - 13-11-2019
Artıq "sabiq" Boliviya prezidenti Meksikaya sığındı
10 noyabrda istefa verən Boliviya prezidenti Evo Morales Meksikada siyasi sığınacaq alıb. Muxalifet.az bu barədə "svoboda.org"a istinadla bildirir. Bu haqda Meksikanın XİN naziri Marselo Ebrard tvitterdə xəbər verib. Muxalifet.az
Muxalifet3 - 13-11-2019
Zelenskinin 3 əsas SƏHVİ - KORRUPSİYA İLƏ MƏŞĞUL OLANLARI...
Ukrayna prezidenti Vladimir Zelenskinin 3 əsas səhvi açıqlanıb.
"Milli İnkişaf Strategiyası" platformasının rəhbəri Dmitri Slivak, Ukrayna prezidentinin 3 əsas səhvini deyib: korrupsiya ilə məşğul olanları həbsə atdırmamaq, "qanun hamı üçün birdir" prinsipini yerinə yetirməmək və miqrasiya edən ukraynalıların ölkəyə qayıtmasına nail olmamaq.
Slivak hesab edir ki, verilən vədlərin yerinə yetirilməməsi hökumətin istefaya getməsinə gətirib çıxara bilər:Muxalifet - 13-11-2019