Axtarış

The search found 105828 results in 0.046 seconds.

Search results

  1. SON DƏQİQƏ: Bu şəxslərin maaşı artırıldı

    Təhsil nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Füzuli rayonu M.M.Xəzani adına musiqi təmayüllü internat tipli Gimnaziyasının incəsənət və yaradıcılıq istiqamətləri üzrə tədris aparan ixtisas müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilib.

    Muxalifet - 13-11-2019

  2. Pentaqon Rusiyanın qarşısını atom silahı ilə təchiz olunmuş F-35-lə alacaq

    Pentaqon “Rusiyanın qarşısını almaqdan ötrü” Avropaya 50 –dən çox atom silahı yüklənmiş F-35 göndərəcək.

    Muxalifet3 - 13-11-2019

  3. Həbsxanadan qaçdı: "yubka" geyinib oğurluq etdi

    Türkiyədə həbsxanadan qaçan məhkum qadın paltarı geyinərək oğurluq edib.

    Muxalifet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Aydın vilayətinin Efelər qəsəbəsində qeydə alınıb. Tanınmamaq üçün qadın paltarı geyinən 3 nəfər marketin şüşəsini sındırıb içəri daxil olaraq 2 kassa aparatını götürüblər. Aydın şəhər Polis Şöbəsinin əməkdaşları təhlükəsizlik kamerasından istifadə edərək oğrular – M.G., Y.Y. və S.B.nı tuta biliblər.

    Muxalifet - 13-11-2019

  4. Bakının bu ərazisində yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR!

    Xəbər verdiyimiz kimi, Xocasən qəsəbəsinin ərazisində metronun "Xocasən" deposunu inşa edilir. "Xocasən" deposunda sərnişin platforması da olacaq. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, ətraf ərazilərdə yaşayan sərnişinlər “Avtovağzal” stansiyasına daha rahat gələ biləcəklər. Qeyd edək ki, bundan başqa, ikinci - "Dərnəgül" deposunun da inşası davam etdirilir. Hər iki deponun inşasının beş il müddətində aparılması nəzərdə tutulub. "Dərnəgül" deposu mövcud, digəri isə inşa olunacaq yeni xətlərə xidmət göstərəcək.

    Muxalifet - 13-11-2019

  5. Azərbaycanda icra başçıları sahibkarlara hansı problemləri yaradır? – “Oyun qaydası dəyişməlidir”

    Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçıları ilə görüşüb. Müşavirə zamanı Prezident icra başçılarına yeni tapşırıqlar verərək, mühüm məsələlərə toxunub. Bu məsələlərdən biri də icra başçılarının sahibkarlara yaratdığı problemlər olub.
    İ.Əliyev qeyd edib ki, icra başçıları sahibkarlara öz dəstəyini verməli və sahibkarlara diqqət göstərməli, onları incitməmədir:

    Muxalifet - 13-11-2019

  6. Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər: ölən və yaralı var - VİDEO

    Bu gün ABŞ-ın Nevada ştatının Klark rayonunda azərbaycanlıların iştirakı ilə ağır yol qəzası baş verib.

    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nyu-York şəhərindən olan 1989-cu il təvəllüdlü Ramiz Quliyevin idarə etdiyi avtomobil tibb məntəqəsinə çırpılıb. Nəticədə, o hadisə yerində dünyasını dəyişib.

    Ohayo ştatının Yol Patrul Xidmətində çalışan leytenant Brayan Allerin sözlərinə görə, qəza zamanı avtomobildə sərnişin Mişa Məmmədov də olub: “O, hadisə zamanı maşının arxa qoltuğunda yatırmış. Xəsarət alaraq xəstəxanaya yerləşdirilib”.

    Muxalifet - 13-11-2019

  7. Bakıda sürücülər arasında dava – Xəsarət alan var

    Bakıda döyülmə hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Bakı sakini Vidadi Hüseynov yol üstündə tanımadığı sürücü ilə mübahisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə V. Hüseynov tanımadığı sürücü tərəfindən döyülüb. Yaralı müxtəlif bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 13-11-2019

  8. Ərdoğanın ABŞ səfəri zamanı ermənilər və PKK tərəfdarları Türkiyəyə qarşı birləşdi

    ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri ilə bağlı Erməni Gənclik Federasiyası və PKK terror təşkilatına dəstək verən Demokratiya üçün Amerikan Rojava Mərkəzi (ARCDEM) kimi qruplar etiraz aksiyaları keçirəcək.

    Avropa.info xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsinin (ANCA) “Twitter” səhifəsində mesajda deyilir.

    Muxalifet - 13-11-2019

  9. Bankir Emin Zeynalov öz yeznəsinə də 1 milyon dollar "atıb"

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “GünayBank”ın keçmiş sədr müavini Emin Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Muxalifet.az "Virtualaz.org"a istinadən xəbər verir kiiş üzrə zərərçəkmiş şəxslər məhkəməyə mülki iddialar təqdim ediblər. Zərərçəkmişlərin mülki iddiaları icraata qəbul edilib.

    Muxalifet - 13-11-2019

  10. Gəncə sakininin iki avtomobili yandırılıb

    Gəncədə avtomobil yandırılıb.

    APA-yerli bürosunun məlumatına görə, hadisə şəhərin “DOS-6”, mənzil 4 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Sultan Əliyevə məxsus minik avtomobili və sərnişindaşıma üçün nəzərdə tutulan mikroavtobusu yandırılıb. Bir neçə ay əvvəl də eyni hadisə ilə üzləşən zərərçəkən hadisənin qəsdən törədildiyini iddia edir və tapılaraq məsuliyyətə cəlb olunmasını istəyir.

    Zərərçəkənin müraciəti əsasında Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.

    Muxalifet - 13-11-2019

  11. Hibrid avtomobillərin gömrük rüsumuna güzəşt olacaq? - RƏSMİ CAVAB

    Cari ildə hibrid avtomobillərinin ölkəyə gətirilməsi say etibarı ilə artımla müşahidə edilir. Muxalifet.az xəbər verir ki, bu barədə Baku.ws-ə Dövlət Gömrük Komitəsindən məlumat daxil olub. "2018-ci ildə ölkəyə 146 sayda hibrid minik avtomobili idxal olunduğu halda, 2019-cu ilin 9 ayı ərzində ölkə ərazisinə gətirilən 609 ədəd hibrid minik avtomobili sərbəst dövriyyəyə buraxılmışdır. Qeyd olunan minik avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ilə bağlı təşviqedici layihələr aidiyyəti mərkəzi icra orqanları ilə birgə müzakirə edilməkdədir",-deyə məlumatda qeyd olunur.

    Muxalifet - 13-11-2019

  12. Misirdə turistlərin Üzeyir Mehdizadə SEVGİSİ: Mahnının sədaları altında tursitlər... - VİDEO

    Misirdə turistlər müğənni Üzeyir Mehdizadənin mahnısını dinləyib.
    Unikal.org-un əldə etdiyi məlumata görə, Şarm əş-Şeyxdə istirahət edən xarici turistlər gəmi turu ilə Qırmızı dənizə gəzintiyə çıxıblar. Bu zaman həmin gəmidə olan azərbaycanlı cütlük maraqlı hadisənin şahidi olub. Gəmidə olan dj-lər Üzeyirin "Əlvidə keçmişim" mahnısını səsləndiriblər. Mahnının sədaları altında tursitlər istirahətini davam etdiriblər
    https://ok.ru/video/1291910777443

    Muxalifet - 13-11-2019

  13. "Hər hansı sürücü..." - Yol polisindən MÜRACİƏT

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

    Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, bir çox hallarda rayonlararası yollarda hərəkətdə olan sürücülərin məsuliyyətsiz hərəkəti qəzalara səbəb olur. Belə ki, sürücülər yuxusuz vəziyyətdə yola çıxır, yolda dincəlmir və nəticədə qəzalar baş verir.

    Muxalifet - 13-11-2019

  14. "Quran"da yer alan DƏHŞƏTLİ PROQNOZLAR: ABŞ çökəcək, İsrail müsəlmanları yox edəcək və...

    “Çox yaxında “Qurani-Kərim”in Nəsr surəsi ilə müjdələnən insanlar dalğa-dalğa İslam dininə doğru gələcək”.

    Bu sözləri araşdırmaçı yazar Məhəmməd Əli Bulud deyib.

    Muxalifet - 13-11-2019

  15. Ağ Ev Ərdoğanı qarşılamağa hazırdır

    "Türkiyə Prezidenti Ərdoğanı Ağ Evdə çox güman ki, ABŞ Konqresi düşmən kimi, Tramp isə nisbətən mülayim qəbul edəcək".
    Muxalifet.az bu barədə "Aljazeera"-yə istinadla xəbər verir.
    Səfər, Türkiyənin Suriyanın şimal-şərqində YPG qüvvələrinə qarşı hərbi əməliyyat başlatmasından bir ay sonra baş tutdu.
    YPG-ni Türkiyə və bir neçə Qərb dövləti muxtariyyət təşəbbüsü ilə on minlərlə insanı öldürən "terrorçu" təşkilat PKK-nın dayağı kimi qiymətləndirir.

    Muxalifet3 - 13-11-2019

  16. Vaşinqtonda Ərdoğan-Tramp ZİRVƏSİ BAŞLADI

    Türkiyə və ABŞ prezidentləri arasında görüş başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp tərəfindən Ağ Evdə rəsmi qəbulla qarşılanıb.

    Muxalifet.az xəbər verir ki, bu onların “Sülh Mənbəyi” əməliyyatından sonra ilk üz-üzə görüşüdür.

    Muxalifet3 - 13-11-2019

  17. "El-Klasiko"nun vaxtı açıqlandı

    İspaniya La Liqasının 10-cu turundan təxirə salınan "Barselona" - "Real" oyununun keçiriləcəyi vaxt açıqlanıb.
    "Nou Kamp"da keçiriləcək "El Klasiko" dekabrın 18-i Bakı vaxtı ilə 23:00-da baş tutacaq.
    Qeyd edək ki, Kataloniyadakı etiraz aksiyaları səbəbindən oktyabrın 26-da baş tutmalı olan qarşılaşma təxirə salınmışdı.

    Muxalifet - 13-11-2019

  18. "Yeni doğulan uşağa 500 manat verilsin" – Deputatdan TƏKLİF

    Azərbaycanda yeni doğulan uşaqlara 500 manat verilməsi təklif edilir.

    Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli çıxış edib.

    Muxalifet - 13-11-2019

  19. Almaniyada azərbaycanlı "ovu" - miqrant alverçiləri həbs olundu

    Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstənin iki üzvü saxlanılıb.

    Muxalife.az report-a istinadən xəbər verir ki, Almaniya Federal Daxili İşlər Nazirliyindən əldə edilən məlumatda deyilir ki, Federal Kriminal Polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.

    Muxalifet - 13-11-2019

  20. Şəmkirdə ağır qəza: xəsarət alan var

    Şəmkir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

    Belə ki, iki minik avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Akay Məhərrəmov xəsarət alıb. Yaralı təcili yardımın köməyi ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 13-11-2019

Pages