Axtarış
The search found 105828 results in 0.028 seconds.
Search results
İcbari tibbi sığortada xidmətlər zərfinə nələr daxil olacaq? - RƏSMİ AÇIQLAMA
“İcbari tibbi sığorta çərçivəsində sığortaolunanların tibbi xidmətlərdən istifadə şərtləri xidmətlər zərfi, ilkin səhiyyə xidmətlərdən istifadə şərtləri isə təhkimolunma qaydaları ilə tənzimlənəcək”. Muxalifet.az xəbər verir ki, bunu modern.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən bildiriblər.
Muxalifet - 14-11-2019
Prezidentin adından özlərinə hədiyyə alan pambıqçılar - “BƏZİLƏRİNƏ GÜZƏŞT EDİBLƏR, DEYİBLƏR İMKAN YOXSA KÖHNƏSİNİ GƏTİRİN...”
Türkmənistanda hakim orqanlar pambıq planını dolduran icarədar və kombaynçılara tapşırıblar ki, 43 düyümlük televizor alaraq Məhsul bayramına getsinlər, bu hədiyyə prezidentin adından onlara təqdim olunacaq.
Bu haqda AzadAvropa/AzadlıqRadiosunun türkmən xidməti – Azatlık Radiosu məlumat yayıb.
Muxalifet - 14-11-2019
İşləyən analara “dayə pulu” ödəniləcək? - Çoxuşaqlılığa stimul verəcək addım
Türkiyədə yenicə ana olmuş qadınlara dövlət tərəfindən dəstək məqsədli 1300 lirə (təxminən 384 manat) dəyərində pul ödəniləcək. Yeni qəbul edilən layihəyə əsasən müavinət uşağın 2 yaşınadək veriləcək. Lakin pul ananın hesabına yox, onun müqavilə imzaladığı sertifikatlı dayəyə çatdırılacaq. Burda əsas məqsəd işləyən qadınların məşğulluğunu təmin etmək və çoxuşaqlılığa stimul verməkdir.
Ölkəmizdə "uşaq pulu" məsələsi uzun müddətdir ki, müzakirələrə səbəb olur. Bəs Azərbaycanda da xüsusilə işləyən qadınlara qonşu ölkədəki kimi güzəştlər edilə bilərmi?
Muxalifet - 14-11-2019
Azərbaycanlı aktrisa həmkarına ərə gedir - FOTO
Bir müddət əvvəl aktrisa Asya Atakişiyevanı sevgilisi aktyor Əmrah Dadaşovla görüntülənmişdik. Muxalifet.az Axşam.az-a istinadən xəbər verir ki, yayılan fotolardan sonra Ə.Dadaşov açıqlama verərək, bir neçə aydan sonra münasibətlərini ciddiləşdirəcəklərini demişdi. Ötən gün cütlüyün “hə” mərasimi baş tutub. Bu barədə aktrisa özü paylaşım edib. O, elçilik zamanı gətirilən tortun fotosunu sosial media hesabında paylaşıb. Qeyd edək ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. İndiyədək “Həyat sən nə qəribəsən”, “Qayınana”, “Ata ocağı” kimi seriallarda rol alıb.
Muxalifet - 14-11-2019
74 ildən sonra BİR İLK: Türkiyə ABŞ-ı Ağ Evdə necə diz çökdürdü?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri tarixi proseslər zəncirinin halqalarını birləşdirdikdən sonra bir çox mətləbləri ortaya qoyub.
“Xəbər7” portalının yazarı Mehmet Acet bu proseslərlə bağlı iddialı köşə qələmə alıb.
Həmin məqaləni təqdim edirik:
“2002-ci ilin son ayına gedək.
ABŞ prezidenti Corc Buş ilə Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan dekabrın 11-də, yenə bir çərşənbə günü, yenə eyni saatda Ağ Evdə bir araya gəlmişdi.
Ərdoğanın bir ABŞ prezidenti ilə ilk görüşü olacaqdı bu.
Muxalifet - 14-11-2019
Maqsud Mahmudov haqda ŞOK: Girov pulları götürərək qaçıb
Qalmaqalla yadda qalan lombard sahibi Maqsud Mahmudov girov qoyulmuş pulları götürərək, Azərbaycandan qaçıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Oxu.Az-a Qaradağ Rayonu Polis İdarəsindən məlumat daxil olub.
Artıq üç gündür, insanlar zərgərlik biznesi ilə məşğul olan biznesmenin onları aldatması şikayəti ilə polisə müraciət ediblər. Təkcə Qaradağ rayonundakı polis məntəqəsinə bununla bağlı 70 şikayət daxil olub.
Muxalifet - 14-11-2019
Türkandan ayrılan kimi Damlanın yanına getdi - FOTO
Meyxanaçı Pərviz Bülbülə ilə müğənni Türkan Vəlizadə bir müddət əvvəl duet ortaqlığına son qoyduğunu açıqlayıb.
BiG.AZ xəbər verir ki, Pərviz Türkanı dostunun toyuna çağırıb və o da məclisdə olduğu üçün gedə bilməyib. Bundan inciyən Bülbülə qarşı tərəflə olan bütün iş birliklərini və dostluqlarını bitirib.Muxalifet - 14-11-2019
İranda 3500-dən çox məhkuma ŞAD XƏBƏR - Əfv imzalandı
İran 3500-dən çox məhkum haqqında əfv qərarı çıxarıb.
Muxalifet.az xəbər verir ki, dini lider Ayətullah Əli Xamenei təklifi təsdiq edib.
Qərar İslam peyğəmbəri Məhəmməd və şiə inancına görə 6-cı imam Cəfər-i Sadiqin doğum günü münasibətilə verilib.
Qərara əsasən, məhkumlardan bəzilərinin cəzaları yüngülləşdiriləcək, bəzilərinin isə ləğv olunacaq.Muxalifet - 14-11-2019
Lukaşenko Rusiya hərbi bazasından imtina edib – SƏBƏB
Belarus rəsmisi iddia edir ki, Rusiya Minskə “Su-30” qırıcılarının əldə edilməsinə kömək olaraq HHQ bazası yerləşdirməyi təklif edib.
Rusiya “Su-30” qırıcılarının əldə edilməsinə yardım məqsədilə Belarus ərazisində HHQ bazasının yerləşdirilməsini təklif edib.
Muxalifet - 14-11-2019
Prezident Bilal Ərdoğanla görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya dini liderlərinin II Sammitində iştirakından məmnunluğunu bildirdi.
Muxalifet - 14-11-2019
“O pula aktyorluq etməkdənsə, elə gedib daş daşıyaram” - Aqil Abbas
Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasının (MRTŞ) sədri Nuşirəvan Məhərrəmli seriallarımızla bağlı tənqidi fikirlər səsləndirib.
“Bəzən telekanallar ifrat gülüş yaratmaq üçün həddindən artıq şişirtmələrə yol verirlər, aktyorlar sünilik edirlər. Seriallar cəmiyyətə normal mesajlar çatdırmalıdır. Çox təəssüflə bildirirəm ki, yerli seriallar gənc nəslin tərbiyəsini pozur. Gənc nəsil həmin seriallara baxanda düşünür ki, Azərbaycan kişisi və qadını elə bu cürdür. Gülüş naminə belə şeylər etmək olmaz!”.
Muxalifet - 14-11-2019
Başı telefona qarışan sürücü ağır qəzaya səbəb oldu - ANBAAN VİDEO
Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb.
Muxalifet.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə aeroport şosesində qeydə alınıb.
Yüksək sürətlə hərəkətdə olan taksi sürücüsü qəfil qarşıda gedən avtobusa arxadan çırpılıb. Ardınca idarəetməni itirərək sağ, daha sonra sol tərəfdəki dəmir arakəsmələrə dəyib və dayanıb.
Hadisə nəticəsində taksi sürücüsü xəsarət alıb. Qəzaya sürücünün mobil telefona başı qarışması səbəb olub.
Muxalifet - 14-11-2019
Prezident fərman imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında 2019-cu il oktyabrın 14-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Muxalifet - 14-11-2019
Əhaliyə ŞAD XƏBƏR: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində
“İstilik Enerjisinin İstifadə Qaydaları” haqqında sənəd Nazirlər Kabinetinə təqdim edilib və orada baxılaraq, rəy və təkliflərin verilməsi üçün aidiyyəti qurumlara göndərilib.
Muxalifet.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, qaydalar ilkin razılaşdırma mərhələsindən keçib:Muxalifet - 14-11-2019
"Ərimi məcbur edirdim ki, mənimlə..." - Azərbaycan efirində ŞOK AÇIQLAMA
"Xəzər" televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə müraciət edən və İran vətəndaşı ilə evlənən qadının canlı yayımda söylədikləri hər kəsi dəhşətə gətirib. Muxalifet.az sonxeber.az-a istinadən xəbər verir ki, Səfarət adlı qadın bildirib ki, qızı Mehrimah Əbdülhseynovanı axtarır: "Mənim həyat yoldaşım iranlıdır. Onunla 2010-cu ildə ailə qurmuşam. O, burada ticarətlə məşğul olurdu. Biz onunla yola getmədiyimiz üçün məhkəməyə müraciət etdim. O, məni məhkəmədə ləkələsə də sonda barışıqla nəticələndi. Çünki vəkilim geri çəkildi".
Muxalifet - 14-11-2019
İlham Əliyev bu şəxslərlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev Azərbaycan–Rusiya mədəni əlaqələrinin möhkəmləndirilməsində xidmətləri olan mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Rusiya Federasiyasının aşağıdakı mədəniyyət xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar incəsənət xadimi” Maqomedov Cambulat Musayeviç “Əməkdar artist” Hacıyeva Fatimə Taqirovna Xadulayev Mutay Xadulayeviç.
Muxalifet - 14-11-2019
Şair Şamxal Rüstəm vəfat etdi - FOTO
Şair Şamxal Rüstəm vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə şairin dostları sosial şəbəkədə məlumat paylaşıblar.
Şamxal Rüstəm 1952-ci ildə Şəmkir rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət Azərbaycan radiosunda fəaliyyət göstərib.
İlk şeirləri 70-ci illərdə çap olunub və maraqla qarşılanıb.
Şamxal Rüstəmin şeirləri daha çox yaddaşlarda, dildə-ağızda yaşayıb.Muxalifet - 14-11-2019
Yaşlı qadın Medvedevin qarşısında diz çökdü - VİDEO
Rusiya Baş Naziri Dmitri Medvedev Sannikovun Altay kəndinə səfəri çərçivəsində gözlənilməz hadisə ilə üzləşib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Altay kəndindən olan təqaüdçü Tatyana Kadukina Medvedevin qarşısında diz çökərək ondan yaşadığı mənzilin binasına isti suyun verilməsi ilə bağlı problemi həll etməsini xahiş edib.Muxalifet - 14-11-2019
"Arsenal" türk futbolçu üçün hərəkətə keçdi
Bu yay İtaliyanın "Yuventus" komandasına keçən müdafiəçi, Türkiyə Milli Komandasının üzvü Merih Demiral İngiltərə nəhəngi "Arsenal"ın radarındadır.
Muxalifet.az ingilis mediasına istinadən xəbər verir ki, "topçular" gənc müdafiəçini heyətinə qatmaq üçün "Yuventus"a 34 milyon funt- sterlinq ödəməyə hazırdır.
İngilis klubunun skautları Türkiyə-İslandiya matçını izləmək üçün bu gün İstanbula səfər edəcəklər.
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm "Yuventus"la 1 rəsmi oyunda iştirak edib. Milli komandanın isə sabit üzvüdür.Muxalifet - 14-11-2019
“Bakıda erməni kilsəsi dövlət tərəfindən mühafizə olunur” – Dövlət Komitəsi
“Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar təşkil etsə də, digər dini konfessiyalar da azad və sərbəst şəkildə fəaliyyət göstərirlər”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində keçirilən plenar iclasda deyib. O bildirib ki, Azərbaycanda məscidlərlə bərabər, kilsə və sinaqoqların da tikintisi və təmirinə xüsusi önəm verilir. M.
Muxalifet - 14-11-2019