Axtarış

The search found 105828 results in 0.028 seconds.

Search results

  1. Bakıda ata və oğlu BIÇAQLANDI

    Bakıda bıçaqlanma hadisəsi olub.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

    Belə ki, 51 yaşlı Qaybalıyev Salman Allahverdi oğlu və oğlu 26 yaşlı Qaybalıyev Davud Salman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. S.Qaybalıyevə sol budun deşilmiş yarası, D.Qaybalıyevə isə qarnın sıyrılmış yarası diaqnozu qoyulub.

    Muxalifet - 14-11-2019

  2. ABŞ təyyarələri Norveç dənizində Rusiya sualtı qayıqlarını...

    Aviasiya resurslarının monitorinq məlumatlarından verilən xəbərə görə ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A Poseidon sualtı qayıq əleyhinə 3 kəşfiyyatçı təyyarəsi Rusiya sualtı donanmasının geniş təlimlər bölgəsində Norveç dənizi üzərindən bir neçə saatlıq uçuşlar edib.
    Muxalifet.az 
    bu barədə "vzqlyad.ru"-ya istinadla bildirir.

    Muxalifet3 - 14-11-2019

  3. Erməni həyasızlığınin həddi yoxdur: Abxaziyada "ikinci Ermənistan" planı...-Detallar

    Abxaziyanın yerində "Böyük Ermənistan" olacaq və Gürcüstandan Ermənistana dəhliz açılacaq?
    Muxalifet.az bu baədə "kavkazplus" saytına istinadla xəbər verir.
    Sosial şəbəkələrdə erməni millətçiləri öz aralarında “Böyük Ermənistanın Qara dənizə çıxışı” planlarını paylaşırlar. Diqqətnizə onlardan birini təqdim edirik:

    Muxalifet3 - 15-11-2019

  4. SON DƏQİQƏ: Azərbaycanda yaşayış binasında DƏHŞƏTLİ YANĞIN, 10 nəfər... - YENİLƏNDİ

    Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Muxalifet.az bu barədə FHN-ə istinadən xəbər verir. Qeyd edək ki, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb. Əlavə məlumat veriləcək.

    Muxalifet - 15-11-2019

  5. Saakaşvili Gürcüstanda növbədənkənar seçkilər tələbini dəstəkləyib

    Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bildirib ki, ölkəsində birləşmiş müxalifətin proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin təyinatı haqqında tələbini alqışlayr və gələcəyə ümidlə baxır. "Report" xəbər verir ki, bu barədə o, "Pirveli" teleşirkətinin birbaşa yayımında bildirib. "Şübhəsiz, mən gürcü müxalifəti tələbini salamlayıram, mən bu prosesə fəal qoşulacam, Gürcüstanı xilas etmək lazımdır. Məndə heç vaxt olmadığı qədər ümid var!

    Muxalifet - 15-11-2019

  6. Bakıda 43 yaşlı kişi məscidin qarşısında döyüldü

    Bakıda döyülmə hadisəsi olub.

    "Report" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Xocahəsən Məscidinin qarşısında qeydə alınıb.

    Belə ki, 1976-cı il təvəllüdlü Yusifov Gəncəvi İsmət oğlu naməlum şəxs tərəfindən döyülüb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər iki təpə və gicgah nahiyələrinin əziyi, hematoması diaqnozu qoyulub.

    Muxalifet - 15-11-2019

  7. Paşinyan xüsusi xidmət orqanına şeytanla bağlı göstəriş verdi - “ARAŞDIRMAQ LAZIMDIR, MİLLİ TƏHLÜKƏSİZLİK MƏSƏLƏSİDİR...”

    Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinə QR-kodun şeytanla əlaqəsi barədə araşdırma aparmağı tapşırıb.

    Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Paşinyan hökumətin iclasında bildirib.

    Paşinyanın sözlərinə görə, o, Milli Təhlükəsizlik Xidmətinə “müəyyən dairələrlə şeytan arasında əməkdaşlığın yollarını və formasını” aydınlaşdırmaq barədə göstəriş verib. “Budur, siz gülürsünüz, amma problem varsa onu aydınlaşdırmaq lazımdır. Bu, milli təhlükəsizlik məsələsidir”,-baş nazir deyib.

    Muxalifet - 15-11-2019

  8. 2020-ci il ən çox kimləri SEVİNDİRƏCƏK? - Ağ Siçan ilinin bürclər üzrə PROQNOZU

    2020-ci il yaxınlaşır, bu o deməkdir ki, gələn ilin sahibi - Ağ Metal Siçanın açdığı 12 illik dövrün astanasındayıq. Yeni ilin gəlişinin hər zaman yenilənmə və yeni dövrün başlanğıcı olduğunu nəzərə alsaq, ən kəskin dəyişikliklərə inanmağa haqqımız var! Buraya ili iddialı, çalışqan və sürətli Siçanın idarə edəcəyi faktını əlavə edin. Muxalifet.az oxucuları 2020-ci ilin astroloji proqnozu ilə tanış edir. Qoç (21 mart - 20 aprel) Yeni qələbələrin vaxtıdır! Əvvəlki illərdə çox yaxşı işləyib əhəmiyyətli bir şey əldə etməmisinizsə, narahat olmayın. Bütün uğurlar qarşıdadır.

    Muxalifet - 15-11-2019

  9. ABŞ və Rusiyadan Ermənistana qoşa şapalaq: İrəvana iki bəd xəbər

    Ərdoğan-Tramp görüşündən dərhal sonra saxta soyqırımı məsələsi Senatda bloklandı; Rusiyada isə deputat nasist əlaltısı Njdenin barelyefini təhqir etdi - “iki od” arasında oynayan Ermənistan dişsiz etiraz bəyanatı yaydı...

    Muxalifet - 15-11-2019

  10. SON DƏQİQƏ: Daha bir ŞOK İSTEFA - 82 yaşlı...

    Təqaüd yaşı keçmiş məmurların istefası məsələsinin aktuallaşmasından sonra Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) də yerinə, nəhayət, yeni şəxsin seçiləcəyi məsələsi də diqqət mərkəzinə gəlib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın 82 yaşı olmasına baxmayaraq, hələ də bu vəzifədə qalması onun adının medianın gündəmindən düşməsinə imkan vermir.

    Muxalifet - 15-11-2019

  11. Cəbhədə ERMƏNİ TƏXRİBATI - Snayper və pulemyotlarla...

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

    Muxalifet - 15-11-2019

  12. Zeynəb Xanlarovanın Milli Məclisə gəlməməsinin səbəbi açıqlandı

    “Son illərdə parlamentin iclaslarına davamlı olaraq qatılmayan deputat yoxdur. Hər bir deputat iclaslara qatılır”. Muxalifet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deyib. Komissiya sədri bildirib ki, Milli Məclisin deputatları parlamentin iclaslarına davamlı gəlməsələr, bununla bağlı İntizam Komissiyası ölçü götürür: “Elə deputatlarımız var ki, beynəlxalq təşkilatların üzvləridirlər. Məsələn, məni götürək. Beynəlxalq Olimpiya Komitəsinin üzvüyəm.

    Muxalifet - 15-11-2019

  13. "Vikipediya"nın həmtəsisçisi "Facebook" və "Twitter"ə rəqib sosial şəbəkə yaradıb

    "Vikipediya"nın həmtəsisçisi Cimmi Ueyls "Facebook" və "Twitter"ə rəqib yeni sosial şəbəkə yaradıb.

    Bu barədə "Report" "Financial Times"a istinadən xəbər verir.

    Ueylsin açıqlamasına görə, "WT: Social" reklamlardan azad lacaq. Layihə "Vikipediya"nın biznes-modelini təkrarlayaraq istifadəçilərin kiçik qrupunun ianələri hesabına işləyir.

    Yeni sosial şəbəkə istifadəçilərə məqalələrin istinadlarını mübadilə və xəbər xəttində onları müzakirə etmək imkanı verir.

    Muxalifet - 15-11-2019

  14. Bakıda DƏHŞƏT: 2 nəfər maşının altında qalıb öldü

    Bakıda piyadalın ölümü ilə nəticələnən yol qəzaları baş verib.
    Muxalifet.az
    xəbər verir ki, Nərimanov rayonu Ağa Nemətulla küçəsində "Opel" markalı minik avtomobili yolu keçməyə çalışan gənc oğlanı vurub. Ağır xəsarət alan 28 yaşlı piyada vəfat edib.
    Oxşar hadisə Suraxanı rayonunda da baş verib. Hövsan qəsəbəsində "Daewoo" markalı nəqliyyat vasitəsi 1985-ci il təvəllüdlü kişini vurub. Piyada hadisə yerində vəfat edib.
    Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

    Muxalifet - 15-11-2019

  15. Vilayət Eyvazov İnterpola RƏİS TƏYİN ETDİ

    Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.
    Muxalifet.az
    Oxu.Az-ıa istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
    Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev tutduğu vəzifədən azad edilib.
    Nazirin digər əmri ilə polkovnik Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə təyinat alıb.

    Muxalifet - 15-11-2019

  16. Rusiya ilə Səudiyyə Ərəbistanı arasında ŞOK RAZILAŞMA: İranın...

    Rusiya ilə Səudiyyə Ərəbistanı arasında yeni razılaşma əldə olunub.
    Muxalifet.az
    publika.az-a istinadən xəbər verir ki, “Saudi Aramco” neft avadanlıqları istehsalçısı “Novomet” şirkətinə 30,7%-lik payla ortaq olub.
    Müqavilə Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) və Rusiya Birbaşa İnvestisiya Fondundan (RDIF) ibarət konsorsium tərəfindən imzalanıb.

    Muxalifet - 15-11-2019

  17. Oqtay Şirəliyevin istefa verməməsinin səbəbi bəlli oldu

    Azərbaycanda həyata keçirilən kadr islahatları nəticəsində bir neçə yüksək vəzifəli qocaman məmurun təqaüdə göndərilməsindən sonra diqqətlər Səhiyyə naziri Oqtay Şirəliyevə çevrilmişdi. Belə ki, onun da istefa ərizəsi yazacağı və təqaüdə çıxacağı deyilirdi. Lakin bu, baş tutmadı.

    Muxalifet.az xəbər verir ki, Qaynarinfo O.Şirəliyevin istefa ərizəsi yazmamasının səbəbini araşdırıb.

    Muxalifet - 15-11-2019

  18. BMT baş katibinin selfisi Bakıda etirazla qarşılandı

    Akif Nağı: “Quttereş özünü erməni diasporunun  lideri kimi aparıb”

    Noyabrın 12-də Fransada səfərdə olan işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronun verdiyi ziyafətə qatılıb. Erməni saytlarının yaydığı məlumatdan işğalçı ölkə liderinin BMT baş katibi Antonio Quterreşlə ayaqüstü görüşdüyü bəlli olub. Paşinyan BMT rəhbərinə yanaşaraq onunla selfi də çəkdirib və onu “Facebook”da paylaşıb.

    Muxalifet - 15-11-2019

  19. SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ - Bunu etməsəniz, 150 manat cərimələcəksiniz

    Bu gün avtomobillərdə pərdə və jalüzlərdən istifadə üçün icazə müddəti başa çatır.

    Muxalifet.az xəbər verir ki, "Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir.

    Muxalifet - 15-11-2019

  20. Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşdü

    Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb.

    Hadisə noyabrın 13-də paytaxtın Nərimanov rayon ərazisində baş verib.

    Belə ki, Zərdab rayon sakini, 2003-cü il təvəllüdlü, 10-cu sinif şagirdi Ayşə Vəlizadə Xətai rayon ərazisində yerləşən uşaq evindən şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Nərimaov rayon ərazisində yaşayan rəfiqəsinin evinə gedib.

    O, gecəni orada qalıb. Səhər saat 7 radələrində mənzildən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

    Muxalifet - 15-11-2019

Pages