Axtarış
The search found 105828 results in 0.052 seconds.
Search results
Balakəndə Layıcov 6 manat borca görə Balayevi bıçaqlayıb öldürdü - BÜTÜN MƏNALARDA FACİƏ...
Balakən rayonunda qətl hadisəsi baş verib.
Rayonun Hənifə kənd sakini, 1979-cu il təvəllüdlü Layicov Zaur Şamil oğlu rayonun Qazma kənd sakini, 1994-cü il təvəllüdlü Balayev Elvin Eynulla oğlu ilə mübahisə edib. Z.Layıcov E.Balayevdən 6 manat borcunu istəməsinə görə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində Z.Layıcov özü ilə gətirdiyi bıçaqla E.Balayevi bıçaqlayıb.
Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Muxalifet - 15-11-2019
ABŞ-dan Misirə SU-35 XƏBƏRDARLIQI: Sanksiya tətbiq...
ABŞ Misiri Rusiyadan Su-35 qırıcılarını alarsa sanksiyalarla qarşılaşacağı barədə xəbərdar etdi. Bu barədə "The Wall Street Journal" ABŞ dövlət katibi Mayk Pompeo və ABŞ müdafiə katibi Mark Esperin Misirin müdafiə naziri Məhəmməd Zakiyə göndərdiyi məktubuna istinadən xəbər verir. ABŞ hesabatında deyilir ki, Moskva ilə hərbi sənaye sahəsində iri miqyaslı əməkdaşlıq Vaşinqton-Qahirə münasibətləri üçün maneə olacaq. Qeyd olunur ki, ABŞ Misirə qarşı sanksiya tətbiq etmək ehtimalı barədə də xəbərdarlıq edib. Muxalifet.az
Muxalifet3 - 15-11-2019
Efirdə "QEYRƏT" QALMAQALI: Siz nəyi reklam edirsiniz?
Aqşin Fateh, səndən qabaq bu sözləri Oqtay (Kamil) vururdu, səndən qabaq bu sözləri xətrini çox istəsəm də Rəşad Dağlı vururdu"
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, bu ifadələri "Hər şey daxil"də aparıcı-aktyor Sərxan Kərəmoğlu səsləndirib.
Aktyor heç kimin efirdə kişilikdən "dərs keçməyə" ixtiyarlarının olmadığını sərt ifadələrlə diqqətə çatdırıb:Muxalifet - 15-11-2019
BİABIRÇILIQ: Bakıda qadın mağazadan bahalı çantanı belə oğurladı - VİDEO
Bakıda qadınlar üçün mallar satılan mağazadan oğurluq olub.
Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, İslam Səfərli küçəsində yerləşən mağazasına müştəri qismində daxil olan bir qadın oradan çanta oğurlayıb.
“Hadisə noyabrın 8-də günorta vaxtı baş verib. Bir qadın mağazamızdan 150 manat dəyərində çanta oğurlayıb”.
Muxalifet - 15-11-2019
“Necə ola bilər ki, yayda təhlükəli olmadı, qışda oldu?” - Qadağa götürülür
Xəbər verdiyimiz kimi, bu gün avtomobillərdə pərdə və jalüzlərdən (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün icazə müddəti başa çatır. "Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir.
Muxalifet - 15-11-2019
Türkiyə "S-400"ləri qeyri-aktiv edəcək? - Ərdoğandan AÇIQLAMA
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan ABŞ-dan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb. Muxalifet.az independentturkish.com-a istinadla xəbər verir ki, ABŞ rəsmiləri Patriot hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satışı barədə danışarkən "S-400"ləri tamamilə qeyri-aktiv etmələrini təklif edib. Bu fikrə münasibət bildirən Ərdoğan təklifi doğru hesab etmədiyini söyləyib: "Yunanıstanda hazırda "S-300" var ancaq, bu vaxta qədər onlara heç bir irad tutulmayıb. Biz ABŞ- bildirdik ki, Patriotları, "S-400"lərin aktiv qalması şərti ilə satmaq istəsələr biz ala bilərik.
Muxalifet - 15-11-2019
Putin ABŞ-ın Çinlə bağlı təklifinə cavab verdi
Strateji silahlanma üzrə Rusiya-ABŞ danışıqlarına Çini də daxil etmək təklifinə Rusiya prezidenti Putin Fransa və Böyük Britaniyanı da əlavə etməyi təklif edib. Eyni zamanda o bildirib ki, Çin rəhbərliyi hesab edir ki, hələ Çin-ABŞ-Rusiya silah müzakirələrində iştirak etmək vaxtı gəlməyib. Əvvəllər Çin XİN bəyanat vermişdi ki, Pekin Moskva və Vaşinqton arasında silahlanmanın nəzarət altına alınması danışıqlarında iştirak etməyi planlaşdırmır. Lakin atom silahlanmasının “məqbul həddə” azaltmağa hazır olduğunu bildirib. Muxalifet.az
Muxalifet3 - 15-11-2019
Bəşər Əsəddən ŞOK SÖZLƏR: "HEÇ KİM İNANMIR Kİ, TÜRKİYƏ..."
"Türkiyənin Suriyanın şimal-qərbində apardığı əməliyyat etnik konfliktə səbəb ola bilər". Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd "Rusiya 24" kanalı və "RİA "Novosti"yə müsahibəsində deyib: "Rəsmi Dəməşq, suriyalı qaçqınların Türkiyə ordusunun nəzarətində olan ərazilərə qaytarılmasına qarşıdır. Heç kim inanmır ki, Türkiyə 3 milyon qaçqını həmin rayona qaytarmaq istəyir. Bu cür davranış etnik konflikt yaradacaq. Çünki həmin rayonların əhalisi ərazi güzəştinə getməyəcək".
Muxalifet - 15-11-2019
İranda benzin BAHALAŞDI
İran hökuməti noyabrın 15-dən benzinin qiymətini qaldırmaqla pərakəndə satışına kvotalar tətbiq edib.
Muxalifet - 15-11-2019
Qaz sayğacları ilə bağlı MÜHÜM AÇIQLAMA
“Azəriqaz” İstehsalat Birliyi “smart-kart” tipli sayğaclardan imtina edilməsi ilə bağlı məlumat haqda daha bir açıqlama yayıb.
Muxalifet.az həmin açıqlamanı təqdim edir:
Əslində Birlik maliyyə imkanlarını nəzərə alaraq “İTRON GALLUS” şirkətindən “smart-kart” tipli sayğacların alışını azaldıb.
“Azəriqaz” İB belə hesab edir ki, bu cür addım təşkilatın maliyyə resurslarını daha səmərəli istifadə etməyə və digər vacib istiqamətlərdə lazımi işləri görməyə imkan yaradacaq.Muxalifet - 15-11-2019
“Azərbaycan hərbi əməliyyatlara başlamaq üçün ciddi arqumentlər əldə edib...” - DAVİD ŞAHNAZARYAN
Ermənistan hakimiyyətinin ziddiyətli bəyanatları Qarabağa dair danışıqlar prosesini dalana dirəyib.
Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, belə bəyanatla Ermənistan keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan çıxış edib. Onun sözlərinə görə, məsələn, Bakı deyir ki, danışıqlar hansısa sənəd üzərində aparılır, Yerevan isə belə sənədin olmadığını deyir.
Muxalifet - 15-11-2019
SON DƏQİQƏ: Baş Nazirdən xaricdə təhsillə bağlı MÜHÜM QƏRAR
Baş Nazir Əli Əsədov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan vətəndaşlarının seçim Qaydaları”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.
Muxalifet - 15-11-2019
ABŞ konqresmeni Kinzinger: "Gürcüstan Rusiya deyil və gürcü xalqı..."
ABŞ Konqresindəki Respublikaçılar Partiyasının nümayəndəsi Adam Kinzinger, Gürcüstandakı hadisələrə reaksiya verib. O, Gürcüstan parlamentinin proporsional sistemə keçidlə bağlı vəd edilmiş islahatı yerinə yetirməməsi qərarından gileylənb.
Muxalifet.az bu barədə "aspny.ge" saytına istinadla xəbər verir.Muxalifet3 - 15-11-2019
Bakıda 3 nəfər maşının altında qaldı – İKİSİ ÖLDÜ – RƏSMİ MƏLUMAT
Daxili İşlər Nazirliyi Bakıda baş verən və ölümlə nəticələnən yol qəzaları ilə bağlı məlumat yayıb.
Muxalifet.az nazirliyə istinadən xəbər verir ki, noyabrın 14-də saat 6 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində Bakı şəhər sakini K.Alıyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Cavad İbadovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.Muxalifet - 15-11-2019
"Zaminbank"ın vəzifəli şəxslərinə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Zaminbank"ın vəzifəli şəxsləri - Şahin İlyasov, Anar Osmanov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib. Qeyd edək ki, təqsirləndirilən Şahin İlyasov "Zaminbank"ın "Sumqayıt" filialının müdiri, Anar Osmanov Xəzinə şöbəsinin müdiri, Anar Həsənov isə bankın Kredit şöbəsinin əməkdaşı, Zərifə Abıyeva da bankın əməkdaşı olub.
Muxalifet - 15-11-2019
İlham Əliyev Xalq artistinə EV VERDİ
Prezident İlham Əliyev Xalq artisti Bilal Əliyevə mənzil hədiyyə edib.
Bu barədə oxu.az-a Xalq artisti məlumat verib.
Bilal Əliyev mənzilin açarlarının bu gün ona təqdim edildiyini bildirib:
“Bu gün məni çağırıb şəhərin gözəl bir yerindən üç otaqlı mənzilin açarlarını təqdim etdilər. Hədiyyəyə görə prezidentimizə təşəkkür edirəm.
Muxalifet - 15-11-2019
Los-Angeles Sinaqoqunda Qarabağa həsr olunmuş tədbir keçirilib
Los Ancelesdə ABŞ-ın ən böyük yəhudi sinaqoqlarından olan Nessah Sinaqoqunda Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətinin ifşasına həsr olunmuş geniş tədbir keçirilib.
400-dək iştirakçının, o cümlədən tanınmış din xadimlərinin, müxtəlif nüfuzlu yəhudi təşkilatlarının rəhbərlərinin, jurnalistlərin, elm və mədəniyyət xadimlərinin, universitet professorlarının, xarici ölkələrin diplomatlarının qatıldığı tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə keçirilib.
Muxalifet3 - 15-11-2019
Suriya ABŞ-dan kompensasiya tələb edəcək – Neft oğurluğuna görə
Suriya BMT qarşısında neftinin oğurlanması məsələsini qaldıracaq və ABŞ-dan kompensasiya tələb edəcək. APA-nın məlumatına görə, bu barədə Suriya prezidenti Bəşər Əsəd Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsində bildirib. “Əlbəttə ki, siz, mən, bir çoxu gözəl anlayır ki, BMT, əslində, mövcud deyil, belə ki, beynəlxalq hüquq anlayışının özü bu gün yoxa çıxıb. Biz bu gün meşəni xatırladan bir dünyada yaşayırıq. Dünyada yaranmış vəziyyət İkinci Dünya müharibəsi ərəfəsini xatırladır. Eyni vəziyyət yaranıb.
Muxalifet - 15-11-2019
Gürcüstanın azərbaycanlı deputatı: "Hakim partiyadan istefa verməyəcəyəm"
Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyev hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğunu tərk etmək niyyətində olmadığını bildirib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə parlament üzvü özü açıqlama verib.
O bildirib ki, bu günə qədər Gürcü Arzusu Partiyasının üzvü olub və bundan sonra da hakim partiyada təmsil olunacaq.
Muxalifet - 15-11-2019
Kenneth Yalowitz: ABŞ Gürcüstanda baş verənlərdən narahatdır
"ABŞ Gürcüstanda baş verənlərdən narahatdır", deyə ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Kenneth Yalowitz bildirib.
Muxalifet3 - 15-11-2019